Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2092/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12) iddia tələblərinə dair QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işin digər məhkəmənin icraatında olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 5 fevral 2025-ci il tarixli, 2(103)661/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixində bağlanmış müqaviləyə əsasən, MTK ünvan 1 ünvanında tikilməkdə olan binada yerləşən 17 nömrəli mənzilin Cavabdeh2 verilməsini, Cavabdeh2 isə həmin mənzilin pay dəyəri olan 60.904 ABŞ dolları məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə Cavabdeh1 MTK-nın sədri kimi X18 göstərilmişdir. 2. ünvan 1 ünvanında tikilməkdə olan binada yerləşən 17 nömrəli mənzilin dəyərinin Cavabdeh2 tərəfindən tam ödənilməsi barədə xx.xx.2013-cü il tarixli maliyyə arayışı verilmişdir.
3. Cavabdeh1 MTK-nın sədri Məmmədov Ə.X.-a Cavabdeh2 xx.xx.2018-ci il tarixli etibarnaməsi əsasında onun nümayəndəsi qismində çıxış edən İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, o, həyat yoldaşı Cavabdeh2 ona verdiyi etibarnaməyə əsasən hərəkət edərək, Nərimanov rayonu, 1952-ci məhəllə, Ə. Orucəliyev küçəsi 11A ünvanında yerləşən A bloklu yaşayış binasının İV mərtəbəsində yerləşən 17 nömrəli mənzil üçün 103.365 manat məbləğində ödənişi etmiş və bu mənzilin tam şəkildə öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh2 könüllü olaraq pay üzvlüyündən imtina etdiyini və gələcəkdə MTK rəhbərliyinə və yeni payçıya qarşı heç bir iddia və ya tələb irəli sürməyəcəyini bildirmişdir.
4. Cavabdeh1 MTK il ə X7 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, MTK ünvan 1 ünvanında yerləşən binada olan 17 nömrəli mənzilin İddiaçı verilməsini, İddiaçı isə həmin mənzilin pay dəyəri olan 103.365 manat məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə Cavabdeh1 MTK-nın sədri kimi Məmmədov Ə.X. göstərilmişdir. 5. ünvan 2 ünvanında tikilməkdə olan binada yerləşən 17 nömrəli mənzilin dəyərinin payçı X7 tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-602/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında bağlanmış və Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulandan sonra tərəflərin birgə nikahından olmuş xx.xx.2012-ci il təvəllüdlü X13 iddiaçı Cavabdeh2 yanında qalması, Lalənin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması və s. qət edilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ə. Orucəliyev küçəsində yerləşən 17 saylı mənzil Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına və Cavabdeh1MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli 50 nömrəli protokolundan çıxa rışa əsasən 16 sentyabr 2022-ci il tarixdə ilkin olaraq İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Həmin mənzil 7 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X6 adına rəsmiləşdirilmiş və hal-hazırda onun mülkiyyətindədir.
8. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2458/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixli çıxarışda göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə, 17 saylı mənzil, yeni qaydalarla AZ-1033, ünvan 4 ünvanında yerləşən mənzil üzrə cavabdehlər İddiaçı ilə X12 arasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində xx.xx.2022-ci il tarixində bağışlanma müqaviləsinin eti barsız hesab edilməsi, mübahisələndirilən bağışlanma müqaviləsi əsasında X6 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi, iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri hüquqların həmin çıxarışda paylarına uyğun - ½ hissə iddiaçı Cavabdeh2, ½ hissə isə cavabdeh İddiaçı müəyyən edilməsi və digər məsələlər qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin, maliyyə arayışının və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2005-ci il tarixində mövcud olmayan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş müqaviləyə əsasən, ünvan 5 ünvanında A bloku, 4 -cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m., mənzilin ümumi dəyəri 60.904 ABŞ dolları olan, 17 saylı mənzilə dair tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2005-ci il tarixində mövcud olmuyan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş müqaviləyə əsasən, ünvan 5 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m., mənzilin ümumi dəyəri 60.904 ABŞ dolları olan, 17 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı adından hazırlanmış xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MTK-dan tutulması, sənədlərin saxtalaşdırılmasında, saxtalaşdırılmasının təşkilində iştirak etmiş cavabdeh şəxslər (o cümlədən vəzifəli şəxslər) və maliyyə pozuntularına yol vermiş cavabdeh şəxslərin (o cümlədən vəzifəli şəxslər) barəsində məhkəmənin xüsusi qərardadının qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İlkin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş və xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə onların nikahı pozulmuşdur. Onların nikah dövründə 14 aprel 2005-ci ildə, İddiaçı "xxxx" MTK-dan yeni tikiləcək binanın A blokunun 3-cü mərtəbəsində yerləşəcək, ümumi sahəsi 145,12 kv.m və dəyəri 65.304 ABŞ dolları olan 10 saylı mənzilə dair müqavilə və maliyyə arayışı əldə etmişdir. Bu sənədlərdən biri onun qardaşı X3 adına rəsmiləşdirilmişdir. Həmin vaxt Vaqif ölkədən kənarda olduğundan sənədlərdə ata adı “Mamedqulu” şəklində qeyd olunmuşdur, çünki təqdim olunan xarici pasportda bu formada yazılmışdır. 2007-ci ildə binanın tikintisinə icazə verildikdən və layihə təsdiq olunduqdan sonra, İddiaçı rəsmi iş yeri və yaşayış sahəsi olmadığı üçün ev növbəsinə dayanmış və 10 saylı mənzilin ünvanı dəyişdirilərək 16 saylı mənzil şəklində yenilənmişdir. Bu mənzil artıq 4-cü mərtəbədə yerləşən 156,64 kv.m. sahəsi və 101.165 manat dəyəri olan mənzil kimi rəsmiləşdirilmişdir. Bu dəyişiklikdən sonra mənzil Vasifin keçmiş həyat yoldaşı Cavabdeh2 adına keçirilmişdir və sənədləri də onun imzası ilə tərtib edilmişdir. Vasif qeyd etmişdir ki, bu prosesdə Elmira onun imzasından sui-istifadə etmişdir və sənə dləri saxtalaşdırmışdır, özü isə bu proseslərdə iştirak etməmişdir. Cavabdeh2 "xxxx" MTK-nın vəzifəli şəxsləri ilə birgə hərəkət edərək, xx.xx.2005-ci il tarixini daşıyan saxta müqavilə və maliyyə arayışı əsasında 17 saylı mənzili (ümumi sahəsi 159,63 kv.m, dəyəri 60.904 ABŞ dolları) əldə etmişdir. Elmira 25 iyul 2020-ci ildə nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir, tərəflər isə həmin ilin iyun ayından ayrı yaşamışlar. Bu dövrdə X16 və onun ailəsi (Ukraynada yaşayan və biznes fəaliyyəti ilə məşğul olan) Vasifə mənzil alması üçün maliyyə yardımı göstərmişdir. Vasif 01 iyul 2020-ci ildə onların verdiyi vəsaitlə 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir, lakin daha sonra bu mənzilin X6 adına keçirilməsi üçün "xxxx" MTK-ya müraciət etmişdir. MTK əvvəlcə razılaşmışdır, lakin sonrad an bu proses üçün 4000 manat tələb olunmuşdur, buna görə də mənzil əvvəlcə Vasifin adına, daha sonra bağışlama yolu ilə Elvinin adına keçirilmişdir. Bu dəyişikliklər üçün bütün xərclər Abıyevlər ailəsi tərəfindən ödənilmiş və mənzilin onlara aid olduğu qeyd edilmişdir. Vasif qeyd etmişdir ki, nikah pozulmazdan əvvəl Elmira və onun vəkilləri 16 saylı mənzillə bağlı əmlak bölgüsü üçün iki mülki iş açmışlar, lakin həmin işlər birləşdirilmiş və yalnız 16 saylı mənzilin bölünməsi ilə məhdudlaşmışdır. 17 saylı mənzilə dair heç bir iddia qaldırılmamışdır və bu mənzil tamamilə Abıyevlərin vəsaiti hesabına alınmışdır. Sonradan Cavabdeh2 yenidən vəkil tutaraq, əvvəlki sənədlərin saxtalaşdırılması əsasında Binəqədi Rayon Məhkəməsinə iddia ilə müraciət etmişdir. Bu iddiada yalan məlumatlar və saxta sənədlər təqdim edilmişdir, iş daha sonra Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Elmiranın 2023-cü ilin sentyabrında yenidən saxta sənədləri məktubla məhkəməyə təqdim etdiyi bildirilmişdir. Vasif bu sənədlərin saxta olması ilə bağlı daha əvvəl 2022-ci ilin noyabrında Bakı şəhər prokurorluğuna müraciət etdiyini və həmin vaxt istintaq zamanı həmin sənədlərin təqdim edilmədiyini, çünki o sənədlərin mövcud olmadığını bildirmişdir. O, bu sənədlərin sonradan–2023-cü ilin sentyabrında "xxxx" MTK-da hazırlanaraq məhkəməyə verildiyini vurğulamışdır. Vasif məhkəmə zamanı bu sənədlərin əsillərinin təqdim olunmasını tələb etsə də, Cavabdeh2 və onun vəkili bu tələbi yerinə yetirməmişlər. Vəkil tərəfindən xx.xx.2023-cü il tarixində hakimin adına ünvanlanmış etiraz məktubunda göstərilən hallar, xx.xx. 2023-cü il tarixində təyin olunmuş məhkəmə baxışında da aydınlaşdırılması xahiş olunsa da, həmin məhkəmə iclasına nə Cavabdeh2, nə də "xxxx" MTK-nın hüquqşünası X4 qatılmamışdır. Məhz həmin gün, "xxxx" MTK-nın hüquqşünası İsgəndərov Bəhlul, Cavabdeh2 vəkili ilə əlaqəli şəkildə, iddiaçının adından hazırlanmış saxta ərizənin və xx.xx.2020-ci il tarixli digər bir saxta sənədin surətlərini məhkəmənin elektron sisteminə yükləmişdir. Həmin sənədin orijinalının olmaması, üst hissəsində başqa bir şəxs tərəfindən "xxxx" MTK sədrinə ünvanlanmış formada yazılması, aşağı hissəsinin isə başqa xəttlə davam etməsi onun kserosurət şəklində saxtalaşdırıldığını sübut edir. Sənədin mətni üzərində dəyişikliklər aparmaqla məhkəmə hakimiyyətini aldatmağa çalışmışlar. Vəkil tərəfindən tələb edilsə də, hüquqşünas Bəhlul İsgəndərov nə həmin sənədin əslini, nə də digər vacib sənədləri xx.xx.2023-cü il tarixində keçirilmiş yekun iclasa təqdim etməmişdir. Bundan başqa, hüquqşünas İsgəndərov və əlbir olduğu şəxslər, bu dəfə də xx.xx.2005-ci ildə "xxxx" MTK-nın sədri olmuş X5 əvəzinə, əslində həmin tarixdə sədrlik etməyən X9 adından saxta sənəd hazırlayaraq elektron sistemə daxil etmişlər. Bu səbəbdən, sənədlərin əsillərinin təqdim olunması və həmin şəxslərin iclasa dəvət edilməsi məhkəmədən tələb olunsa da, nə sənədlər təqdim olunmuş, nə də adları çəkilən şəxslər məhkəməyə gəlmişlər. Masallı Rayon Məhkəməsində baxılan e-2(050)-2458/2023 saylı mülki iş üzrə cavabdeh Elvin Abıyevin vəkili Vəkil6 tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş sorğu əsasında verilmiş xx.xx.202 3-cü il tarixli cavab məktubunda təsdiq olunmuşdur ki, "xxxx" MTK-nın xx.xx.2004–xx.xx.2006-cı il tarixlərindəki sədri yalnız X5 olmuşdur. Bu isə o deməkdir ki, xx.xx.2005-ci il tarixli saxta müqaviləni X18 imzalaya bilməmişdir, çünki o dövrdə həmin şəxs MTK-nın sədri deyildi. Bundan əlavə, "xxxx" MTK-nın sədri X10 tərəfindən imzalanmış Cavabdeh2 adına xx.xx.2013-cü il tarixli saxta maliyyə arayışı da qanunvericiliyə ziddir. Qanunvericiliyin tələblərinə görə öhdəliklər yalnız milli valyuta – manatla göstərilməlidir. Lakin sənəddə öhdəlik dollarla müəyyən edilmişdir ki, bu da həm valyuta tənzimləmələrinə, həm də vergi qanunvericiliyinə ziddir. Maliyyə arayışına əsasən mənzilin ümumi dəyəri 60.904 ABŞ dolları olaraq göstərilmişdir. 2013-cü ildə məzənnə 1 dollar = 0.78 manat olduğu halda, bu məbləğ manata çevrildikdə 47.505,1 manat edir. Halbuki, eyni mənzil üzrə xx.xx.2020-ci il tarixli müqavilədə dəyər 103.365 manat kimi göstərilmişdir. Bu uyğunsuzluq bir daha təqdim olunmuş müqavilə və maliyyə arayışının saxtalaşdırıldığını göstərir. İddiaçı tərəfindən bildirildiyinə görə, 2005-ci ilin 14 may tarixində həm özü, həm də qardaşı üçün "xxxx" MTK ilə iki mənzil üzrə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən, hər bir mənzil üçün 65.304 dollar dəyərində, 145.12 kv.m. ölçüsündə mənzillər alınmışdır. Bu müqavilələr, maliyyə arayışları və təqdim olunmuş ilkin, lakin təsdiq olunmamış layihə sənədləri ilə sübuta yetirilmişdir. Qeyd olunmalıdır ki, 2005-ci ildə binanın tikintisinə icazə verilməmiş və yalnız 2007-ci ildən inşasına başlanılmışdır. Cavabdeh2 ilə bağlanmış müqavilədə isə mənzil 60.904 dollar dəyərində göstərilmişdir, üstəlik bu ödəniş 8 il müddətində hissə-hissə ödənilmişdir. Bu, həm müqavilə şərtlərinə, həm də onunla birgə nikahda olduğu şəxsin məlumatı olmadan baş verdiyinə görə, saxtakarlıq əlamətlərini daşıyır. Eyni zamanda müqavilələrdə "xxxx" MTK-nın müxtəlif ünvanlarının göstərilməsi və rəhbər şəxslərinin adlarının uyğunsuzluğu da sənədlərin saxtalaşdırıldığını göstərən digər hallardandır. Misal üçün, bir müqavilədə MTK-nın ünvanı Ə. Orucəliyev 18 kimi, digərində isə 11A kimi göstərilmişdir, rəhbərlər isə müvafiq olaraq Talıblı V.Ə., Kazımov N.H. və Abdullayev R.Ş. olmuşdur. Halbuki 2005-ci ildə bu ünvanda tikinti aparılmamış, layihə də təsdiq olunmamışdır. "xxxx" MTK-nın hazırkı sədri X14 da bu saxtalaşdırmalarda bilavasitə iştirak etdiyi, v əzifəsindən sui-istifadə edərək bu məqsədlərə xidmət etdiyi iddia olunur. Saxtalaşdırmaya dair digər sübutların isə məhkəmə prosesi zamanı təqdim ediləcək video və audio yazılarla sübuta yetiriləcəyi qeyd edilmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, ona verilmiş məlumata əsasən, xx.xx.2013-cü il tarixli maliyyə arayışını imzalayan X10 həmin tarixdə Azərbaycan Respublikasında olmamışdır. Bu səbəbdən, onun həmin dövrdə ölkədə olub-olmamasının müəyyən olunması üçün Dövlət Sərhəd Xidmətinə sorğu verilməsi tələb olunmuşdur.
11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və Cavabdeh1 MTK-na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı ilə Cavabdeh1 MTK arasında ünvan 6 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Bl ok A-da yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli Kooperativ Binada Mənzil Tikintisi haqqında müqavilənin, həmin müqavilə əsasında da Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli “Maliyyə Arayışı”nın və eləcə də, qeyd olunan bu iki sənədin hazırlanması üçün cavabdeh İddiaçı tərəfindən Cavabdeh2 adından tərtib edilərək, Cavabdeh1 MTK-na təqdim etmiş olduğu xx.xx.2020-ci il tarixli ərizənin və Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 101 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçının xeyrinə verilməsi (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qar şılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin rəsmi nikahları xx.xx.2002-ci il tarixdə rəsmiləşdirilmiş olsa da, tərəflər arasında nikah münasibətləri faktiki olaraq xx.xx.2000-ci il tarixdən başlamışdır. Belə ki, həmin gün onların el adəti ilə toyları olmuş və o tarixdən birgə ailə münasibətləri quraraq ümumi təsərrüfat aparmağa başlamışlar. Hətta bu münasibətlərdən xx.xx.2002-ci il tarixdə Leyla adlı qız övladları dünyaya gəlmişdir. Qız övladlarının doğulmasından 22 gün əvvəl, yəni xx.xx.2002-ci il tarixdə onların nikahı rəsmiləşdirilmişdir. Beləliklə, tərəflər arasında nikah münasibətləri xx.xx.2000-ci ildən başlamış və xx.xx.2002-ci il tarixdə rəsmi qeydiyyata alınmışdır. Daha sonra, tərəflərin birgə nikahlarından daha iki övlad dünyaya gəlmişdir. Ailə quran vaxtla rda tərəflər arasında münasibətlər qarşılıqlı anlaşma və razılıq əsasında davam etmişdir. Lakin bu münasibətlərin davam etdirilməsi mümkün olmadığından, onların nikahı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-602/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, nikahın pozulması barədə xx.xx.2021-ci il tarixli şəhadətnamə verilmişdir. İstər nikahın rəsmiləşdirilməsindən əvvəl, istərsə də sonra, ümumi gəlirlər hesabına tərəflər bir sıra əmlaklar əldə etmişlər. Bu əmlaklardan biri də 2005-ci ildə iddiaçının adına rəsmiləşdirilmiş, ünvan 7 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın A blokunun 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzil olmuşdur. Mənzilə dair müqavilə ilkin olaraq iddiaçının adına rəsmiləşdirilmiş olsa da, sonradan iddiaçı cavabdehin adına verdiyi etibarnamə əsasında həmin mənzil MTK-da cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin qeyd olunan etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Qeyd olunan mənzilə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunan günə qədər cavabdeh mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir və mənzil hələ də onun adına müqavilə əsasında qeydiyyatda qalmışdır. Bu barədə verilmiş vəkil sorğusuna Cavabdeh1 MTK tərəfindən xx.xx.2022-ci il tarixli, 54 nömrəli cavab məktubu təqdim edilmişdir. Həmin məktubun mətnindən bir daha təsdiq edilmişdir ki, hazırda iddiaçının adına MTK-da heç bir mənzil yoxdur və cavabdeh, verilmiş etibarnamə əsasında mənzili öz adına rəsmiləşdirmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Binəqədi Rayo n Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-602/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından dünyaya gəlmiş və hələ də yetkinlik yaşına çatmayan X13 anasının yanında qalması müəyyən edilmişdir. Həmçinin həmin nikahdan doğulmuş və artıq yetkinlik yaşına çatmış X21 və X19 da bu gün anaları Cavabdeh2 ilə birlikdə qalaraq kirayədə yaşayırlar. Onların mənzil təminatına ehtiyacları olmasına baxmayaraq, ataları İddiaçı nikah dövründə əldə edilən mənzilə onları buraxmır. Qeyd olunan mənzilin 3 otaqdan ibarət olması və yaşayış üçün nəzərdə tutulan sahəsi nəzərə alındıqda, həmin mənzilə onların da hüquqlarının olduğu istisna edilmir. Bundan əlavə, iddiaçının yanında qalan və hələ də yetkinlik yaşına çatmayan bir qız övladının olması və yuxarıda göstərilən hallar nəzərə alınaraq, h əmin mənzil üzrə iddiaçının 3/4 payda hüquqlarının tanınması zəruri hesab edilməlidir. Çünki iddiaçı hazırda təkdir və nikah dövründə əldə edilmiş mənzildə, hansı ki, cavabdeh tərəfindən verilmiş etibarnamə ilə onun adına rəsmiləşdirilmişdir, cavabdeh yaşayır. Halbuki əslində, kirayədə yaşamalı olan şəxs iddiaçıdır. Bu isə vəziyyətin ədalətsiz şəkildə tərsinə düşdüyünü göstərir. Beləliklə, ünvan 7 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə (yaşayış sahəsinə) 3/4 hissədə iddiaçı Cavabdeh2 pay hüquqları tanınmalı olduğundan, iddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə əsasən, məhkəmədən aşağıdakılar xahiş olunmuşdur: iddiaçı Cavabdeh 2 və cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri ünvan 7 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə iddiaçı Cavabdeh2 3/4 hissədə pay hüququnun tanınması və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 manat məbləğində dövlət rüsumunun, eləcə də müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 manat məbləğ olmaqla, ümumilikdə 110 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilsin. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, xx.xx.2022-ci il tarixli ərizə ilə iddia tələbinin həcmində artım və "xxxx" MMC-nin (hüquqi ünvan: ünvan 8ə cəlb olunması üçün müraciət edilmişdir. Bununla da, verilmiş ilkin iddia ərizəs i üzrə İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş mənzillə yanaşı, digər mənzilin satışından əldə olunmuş pul vəsaitinin yarı hissəsinin İddiaçı alınaraq Cavabdeh2 ödənilməsi, cavabdeh hüquqi şəxsin nizamnamə kapitalında olan paya yarı hissədə hüquqlarının tanınması və digər tələblərlə bağlı məhkəmə qətnaməsinin çıxarılması xahiş olunmuşdur. Binəqədi Rayon Məhkəməsində ilk hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Hazırlıq iclası başlayana qədər qeyri-rəsmi qaydada məlumat əldə edilmişdir ki, cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş və ünvan 7 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair çıxarış alaraq mülkiyyət hüququnu qeydə al dırmış və sonradan həmin mənzili özgəninkiləşdirmişdir. Bu məqsədlə, xx.xx.2022-ci il tarixli, 613 nömrəli vəkil sorğusu ilə 1 saylı Bakı Ərazi İcra Hakimiyyətinə rəsmi müraciət olunmuşdur. Müraciətə Ərazi İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilməsi üzrə, haqqında danışılan mənzil Cavabdeh1 MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışına və Cavabdeh1 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli 50 nömrəli protokolundan çıxarışa əsasən, xx.xx.2022-ci il tarixdə ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir. Daha sonra, mənzil xx.xx.2022-ci il tarixdə 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisi tərəfindən təsdiq edilmiş, 4 Ə-423 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X6 adına qeydiyyatdan keçm iş və hal-hazırda da mülkiyyətindədir. Beləliklə, cavabdeh İddiaçı mübahisəli mənzilin özgəninkiləşdirilməsinin qadağan olunması barədə müvafiq məhkəmə qərarının olduğunu bilə-bilə qəsdən, gizlin və məhkəmə qərarına əhəmiyyət vermədən mənzili qəsdən digər üçüncü şəxsin adına rəsmiləşdirmişdir. Mənzilin yeni mülkiyyətçisi isə İddiaçı öz yaxın qohumu X8r. Bundan başqa, xx.xx.2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında İddiaçı özü məhkəmədə həm bildirmiş, həm də məhkəməyə rəsmi qaydada sənəd göstərmişdir ki, onun adına daşınmaz əmlak yoxdur və hətta bu barədə reyestr orqanından rəsmi qaydada aldığı sənədi də məhkəməyə təqdim etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, İddiaçı hər bəhanə ilə mənzilin birgə nikahda əldə edilməsinə baxmayaraq, iddiaçının hüquqlarını mənimsəməklə, mülk i və ailə qanunvericiliyinin tələblərinə əsasən, iddiaçıya məxsus olan mənzili başqa şəxslərə pərdələməklə özgəninkiləşdirmişdir. Qeyd olunan bu xüsusatlara görə, yəni İddiaçı adına çıxarışın verilməsi üçün olan rəsmi sənədlərin hər birinin etibarsız hesab olunması, həmin sənədlər əsasında onun adına rəsmiləşdirməni özündə əks etdirən çıxarışın ləğv olunması və çıxarışı əsas götürməklə X12 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməklə, sonuncunun adına verilmiş çıxarışın ləğv olunması barədə tələbin irəli sürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən yenidən xx.xx.2022-ci il tarixli ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan X6 cavabdeh qismində, eləcə də Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev k üçəsi, 11A ünvanında yerləşən Cavabdeh1 MTK-nın və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının Dövlət Qeydiyyatı publik hüquqi şəxsin üçüncü şəxs qismində işə cəlb olunmaqla bəzi sənədlərin etibarsız və ləğv olunması barədə iddia tələblərinin həcmi ikinci dəfə artırılmışdır. Binəqədi Rayon Məhkəməsində keçirilən proseslər zamanı işin Masallı Rayon Məhkəməsində baxılması müəyyən edilmiş və iş Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesi zamanı təqdim olunmuş sənədlərin çoxluğu, vaxtilə Binəqədi rayon Məhkəməsində verilmiş vəsatətlərin baxılmaması səbəbindən həmin vəsatətlərin yenidən araşdırılması, Binəqədi Rayon Məhkəməsinə verilmiş sənədlərin yenidən elektron qaydada Masallı rayon Məhkəməsinə təqdim olunması və di gər bütün prosessual hərəkətlər həyata keçirilmişdir. Hətta iddia tələbləri verilərkən iddia ərizəsində, həm də xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrdə irəli sürülmüş iddia tələblərinin vahidləşdirilərək bir ərizə üzrə verilməsi, müxtəlif ərizələrdə ayrı-ayrı olmasının qarşısının alınması və iddia tələblərinin konkretləşdirilməsi zərurəti yarandığından, xx.xx.2023-cü il tarixli ərizə də verilmişdir. Növbəti vəsatətlər də təqdim edilmiş və işin tam, düzgün və həqiqi tərəflərinin öyrənilərək hüquqi qiymət verilməsinə iddiaçı olaraq tam şərait yaradılmışdır. İşə baxan Masallı rayon Məhkəməsi iddia tələbinin qismən təmin olunması barədə xx.xx.2023-cü il tarixli, 2(050)-2458/2023 nömrəli qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən, haqqında danışılan mənzilə yarı hissədə iddiaçı Ca vabdeh2 pay hüquqları tanınmış, İddiaçı adına hazırlanmış çıxarış ləğv edilmiş, həmin çıxarışdan sonra Elvin Abıyev ilə İddiaçı arasında bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab olunmuş və Elvinin adına verilmiş çıxarış da ləğv edilmişdir. Verilmiş iddia tələblərinin digər hissələri təmin olunmamış və hal-hazırda da təmin olunmayan hissələrə görə müvafiq qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Hələ iş Binəqədi Rayon Məhkəməsində baxılarkən, bəzi sənədlərin əldə edilməsi üçün bir çox vəkil sorğuları verilmişdir ki, həmin sorğulardan biri mübahisəli mənzilə dair sənədlərin ilkin hüquqların qeydiyyata alınmasından başlayaraq bütün sənədlərin təsdiq olunmuş kserosurətlərinin əldə edilməsinə yönəlmişdir. Həmin vəkil müraciətinə verilmiş cavablardan biri d ə, hazırki iş üzrə cavabdehlərdən MTK-nın verdiyi xx.xx.2022-ci il tarixli, 55 nömrəli məktub olmuşdur. Məktubda qeyd edilmişdir ki, sənədlər hazırda arxivə təhvil verildiyindən, məhkəmə qaydasında sənədlərin kserosurətlərinin verilməsi mümkündür. Həmçinin, məktubda iş üçün əhəmiyyət kəsb edən digər xüsusatlar da qeyd olunmuşdur. Belə ki, cavab məktubunda bildirilib ki, mənzil ilk olaraq Cavabdeh2 tərəfindən İddiaçılə birgə nikah münasibətlərində olduğu vaxt əldə edilmiş, sonra Cavabdeh2 tərəfindən əri İddiaçı xx.xx.2018-ci il tarixli etibarnamə verilmişdir. Həmin etibarnamədən istifadə edən İddiaçı xx.xx.2020-ci il tarixdə qeyd edilən mənzili öz adına rəsmiləşdirmişdir. Həmçinin, vurğulanıb ki, 14 aprel 2005-ci ildən 1 iyul 2020-ci il tarixinədək haqqında danışılan mənzil başqa şəxslərin adına rəsmiləşdirilməmişdir. Bu isə onu göstərir ki, mənzil ilk vaxtlar əldə edilərkən və sonradan da cavabdeh İddiaçı adına rəsmiləşdirildiyi vaxtda tərəflərin birgə nikah münasibətlərində olduğu dövrdə olmuşdur. Yəni, hər iki halda mənzilin əldə edilməsi tərəflərin ümumi birgə nikah münasibətlərində olduğu dövrə təsadüf etmişdir. Bununla belə, hazırda Nərimanov Rayon Məhkəməsinə İddiaçı tərəfindən verilmiş iddia ərizəsində bu xüsusatlar məhkəmədən gizlədilmiş, məhkəmənin aldatılması ilə iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, guya mənzil elə 2020-ci il tarixdən alınmışdır. Yuxarıda göstərilənlərdən məhkəmənin xəbəri olmamış və İddiaçı qəsdən məhkəməni aldatmaqla məşğul olmuşdur. Bu da təbiidir, çünki iddia ərizəsində qeyd etmişdir ki, guya mənzilin pulunu başqa şəxslər ödəyib, hə min şəxslərin də Ukrayna Respublikasında yaşamaları səbəbindən onun adına rəsmiləşdiriblər və s. bu kimi digər həqiqəti əks etdirməyən məlumatları iddia ərizəsində göstərməyə çalışmışdır. Bunun səbəbi odur ki, İddiaçı Masallı rayon Məhkəməsində keçirilən məhkəmə proseslərindən sonra mübahisəli mənzillə bağlı yeni hal, vəziyyət və ya xüsusat yaratmaq istəyir ki, bunu gələcəkdə apellyasiya instansiyasında tətbiq edə bilsin. Çünki yaxşı bilir ki, həm mənzil ilk olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir, həm də mənzil 2020-ci il tarixdə onun adına rəsmiləşdirilərkən qanunvericiliyin tələb və göstərişləri pozulmuşdur. Belə ki, İddiaçı öz adına verilmiş etibarnamədən istifadə edərək özünün xeyri üçün istifadə etməklə, mənzili öz adına deyil, başqa şəxsin adına rəsmiləşdirə bilərdi. Deməli, etib ar olunmuş şəxs qəsdən, əvvəlcədən öz maraqlarından çıxış edərək özünün qanunsuz (əsassız) varlanmasına şərait yaratmışdır. Bu isə, dediyimiz kimi, mülki qanunvericiliyin kobud pozuntusu olmaqla Cavabdeh2 da hüquqlarını pozmuşdur. Odur ki, İddiaçı ilə digər cavabdeh "xxxx" MTK arasında vaxtilə bağlanmış 01 iyul 2020-ci il tarixli müqavilə və həmin müqavilə üzrə verilmiş, 01 iyul 2020-ci il tarixli Maliyyə Arayışı, eləcə də qeyd olunan bu iki sənədin tərtib olunmasının ilk tərəfi kimi İddiaçı imzası ilə təsdiq edilmiş, eyni tarixli ərizə və sonradan İddiaçı tərəfindən mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün qeydiyyat orqanına təqdim etdiyi, "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolu da etibarsız hesab olunmalıdır.
13. Bakı şəhəri Nər imanov Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(005)864/2024 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin, maliyyə arayışının və ərizənin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumun ilk İddiaçı aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmiş borcun olmamasına dair maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh1 MTK-nın adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli 50 nömrəli protokoldan çıxarışın etibarsız hesab edilməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 1 (bir) manat bank xidmət haqqının cavabdeh İddia çı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir (hakim Solmaz Ədilova).
14. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə irəli sürdüyü əsaslardan biri həmin müqavilənin geri tarixlə bağlanması və sənədin görünüşcə köhnəlməməsi ilə əlaqədardır. Lakin məhkəmə bu əsaslara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, sadəcə sənədin fiziki vəziyyəti və ya tarixlə bağlı şübhələr həmin əqdin etibarsızlığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlər arasında olan müqavilə bağlanan zaman, yəni xx.xx.2005-ci ildə mübahisəli mənzilin yerləşdiyi binanın tikintisinə icra hakimiyyəti tərəfindən icazə verilməmişdir. Halbuki, özü də eyni gündə MTK ilə qardaşı X7 ara sında digər mənzillərə dair bağlanmış müqavilələr təqdim edir. Həmin müqavilələri təqdim etməkdə məqsədi ondan ibarətdir ki, qardaşı ilə MTK arasında bağlanmış müqavilələrlə cavabdehlər arasında bağlanmış müqavilələr eyni gündə bağlansa da, həmin müqavilələrdə MTK-nın sədri olaraq başqa şəxslər göstərilmişdir. Belə ki, qardaşına məxsus müqavilələrdə MTK-nın sədri X5, Cavabdeh2 ilə olan müqavilədə isə MTK-nın sədri X22 olaraq qeyd edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1, 30,1, 324.1, 324.2, 324.4, 329.1, 337.1, 337.2, 339.1–339.4, 340.1, 340.2, 344, 345, 347, 354, 359.1, 359.3, 362.1, 362.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 220.5, 227, 233, 265, 360-cı maddələrinə istinad etmişdi r. b) Apellyasiya instansiya məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddiaya uyğun məzmunda əsaslandırılmışdır.
18. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddiaya uyğun məzmunda əsaslandırılmışdır.
19. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) -864/2024 saylı 22 avqust 2024-cü il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, M.Məmmədov və F.Talışinski).
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilikdə əqdin təmsilçi vasitəsilə bağlanması mümkündür, lakin xx.xx.2020-ci il tarixli müqavilənin bağlanması zamanı Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbi pozulmuşdur və buna görə də, Məcəllənin 337.1-ci maddəsinə əsasən belə şərtləri pozmaqla bağlanmış əqdlər etibarsız sayılır. Konstitusiya Məhkəməsinin qərarlarında da göstərildiyi kimi, əqdin etibarlılığı onun hüquqi nəticələr yaradan tələblərə-anlaqlı şəxslərin iştirakı, qanuna uyğun məzmun və forma, iradə ifadələrinin zədələnməməsi kimi şərtlərə bağlıdır. Bu şərtlər pozulduqda, əqdin etibarsızlığı nəticəsində hüquqi nəticə d oğurması mümkün deyil. Etibarsızlığın növləri arasında əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər var. Əhəmiyyətsiz əqdlər bağlanarkən məcburi hüquq qaydalarına zidd olduqları üçün dərhal etibarsız hesab olunur, mübahisə edilən əqdlərdə isə tərəfin iradəsi zədələnmiş olur. Müvafiq razılığın olmaması səbəbi ilə etibarsız sayılan bəzi əqdlər isə sonradan bəyənmə ilə etibarlı hala gətirilə bilər. Bu hallar məhkəmə qərarı ilə yox, qanunda müəyyən edilmiş hüquqi səbəblərdən yaranır və məhkəmə yalnız onların olub-olmamasını müəyyən edərək iddianı həll edir. Bundan əlavə, belə əqdlərin etibarsızlığına dair iddialarda Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan kəsici müddətlərin tətbi qi mümkün deyil. Həmçinin, əqdin etibarsızlığını iddia edən tərəf bu faktı sübut etməli, sübut edilmədiyi halda isə müddətlərin müzakirəsi və tətbiqi üçün hüquqi əsas yaranmır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddianın “maliyyə arayışının və ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi” barədə tələblərinə Masallı Rayon Məhkəməsində daha əvvəl baxılmış və tələblər təmin edilməsə də, həmin vaxt iddiaçı xx.xx.2020-ci il tarixli müqavilədən vaxtında məlumatlı olmadığından, sözügedən müqaviləni məhkəmədə mübahisələndirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, hazırda göstərilən tələblərə mahiyyəti üzrə baxılması yolveriləndir. Belə ki, hazırkı iddia tələbi ilə daha əvvəl məhkəmədə baxılmış tələblərin əsası fərqlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2 023-cü il tarixli iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədən məlum olur ki, iddiaçı xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsini mübahisələndirərkən, mübahisəli mənzili cavabdeh İddiaçı mübahisələndirilən maliyyə arayışı və ümumi yığıncağın protokolu əsasında əldə etməsinə istinad edərək, öz iddia tələblərini irəli sürmüşdür. Lakin hazırda isə qeyd olunan maliyyə arayışının və ümumi yığıncağın protokolunun xx.xx.2020-ci il tarixli müqavilə əsasında rəsmiləşdirildiyi, o cümlədən həmin müqavilənin mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd yəni əhəmiyyətsiz əqd olması barədə məhkəmənin gəldiyi hüquqi mövqeyi nəzərə aldıqda, qeyd edilən xx.xx.2020-ci il tarixdə verilmiş borcun olmamasına dair maliyyə arayışı və xx.xx.2022-ci il tarixli 50 nömrəli pr otokoldan çıxarış öz-özlüyündə etibarsızdır.
22. Məhkəmə həmçinin tərəflərin xüsusi qərardad çıxarılması ilə bağlı ilk iddiaçının tələbinə qarşılıqlı iddiaçının vəsatətinə hüquqi qiymət verərək qeyd etmişdir ki, bu tələb dеyil, hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir. İşdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz və işin аrаşdırılmаsı zаmаnı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarıldığı zаmаn bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi Azərbaycan Respublikası MPM-in 265-ci maddəsində təsbit еdilmişdir.
23. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1, 30.1, 329.1, 337.3, 339.1-339.4, 340.1, 340.2, 344, 345, 347, 359.1, 359.3, 362.1, 362.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 220.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil7) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, E. Quliyevanın iddia tələbi və həmin tələbin təmin olunmasına dair qətnamələr kassatorun mülkiyyət hüququnun pozulmasına yönəlmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəllə ilə qorunan mülkiyyət hüququna müdaxilə yalnız qanunla və əsaslandırılmış hallarda mümkündür. Belə bir müdaxilə hüquqi dövlətdə yolverilməz sayılır. Birgə nikah dövründə iddiaçı E. Quliyevanın gəlir əldə etmədiyi sənədlərlə sübuta yetirilmişdir. Məhkəməyə təqdim olunan sosial arayışlardan görünür ki, o, 2014-2022-ci illərdə "xxxx" MMC-nin rəhbəri olsa da, MMC-nin fəaliyyəti olmamış, əməkhaqqı almamış və yalnız formal hesabatlar təqdim etməklə kifayətlənmişdir. Bu səbəbdən, həmin dövrdə mənzil alınmasına dair maliyyə imkanına malik olmamışdır. E. Quliyevanın birgə nikah dövründə əldə etdiyi ümumi gəlir 5313,75 manat təşkil etmiş, bu isə aylıq 55,35 manatdan artıq olmamışdır. Belə məhdud gəlirlə yalnız şəxsi gündəlik ehtiyacları qarşılamaq mümkün olduğu halda, ondan artıq olan – məsələn, daşınmaz əmlak alınması üçün – vəsait yığılması qeyri-mümkündür. V. Quliyevin birgə nikah dövründəki ümumi gəliri 40.957,32 manat olmuşdur. Hər iki şəxsin birlikdə ümumi gəliri 8 il ərzində 46.271,07 manat olmuşdur ki, bu da ayda orta hesabla 482 manat təşkil edir. Ailəvi və məişət xərcləri, kommunal, bank faizləri və digər öhdəliklər çıxıldıqda bu məbləğlə 1 deyil, 2 mənzilin alınması maliyyə cəhətdən mümkün deyildir. Cavabdeh1 MTK-dan alınmış mənzilin pulu “Bank St andart”dan götürülmüş kredit hesabına ödənilmiş, kredit isə yalnız V. Quliyev tərəfindən ödənilmişdir. E. Quliyeva heç bir şəxsi vəsaitlə bu prosesdə iştirak etməmiş, əksinə, ödənişlərə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. E. Quliyeva tərəfindən iddia ərizəsində istinad edilən “xx.xx.2020-ci il tarixli maliyyə arayışı” və “xx.xx.2022-ci il tarixli 50 saylı protokol” Masallı Rayon Məhkəməsində artıq hüquqi qiymət almış və həmin tələblər rədd olunmuşdur. Buna baxmayaraq, həmin sənədlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində təkrar mübahisələndirilmiş və bu da prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə əsasən, sahə mülkiyyətçisi yığıncaq qərarından yalnız 6 ay ərzində məhkəməyə müraciət edə bilər. Lakin E. Quliyeva bu müddəti k eçdikdən sonra iddia tələbi irəli sürmüşdür və bu səbəbdən, iddia icraata qəbul olunmamalı idi.
26. İddiaçı qeyd etmişdir ki, mübahisəli mənzil müqavilələrinin imzalanma tarixində Cavabdeh1 MTK-nın sədrinin kim olduğu aydın şəkildə müəyyən edilməlidir. Çünki İddiaçı ilə bağlanmış mənzil müqavilələrində (xx.xx.2005) "xxxx" MTK-nın sədri kimi X5 göstərilmiş, eyni tarixli Cavabdeh2 ilə bağlanmış müqavilələrdə isə X1 etdiyi qeyd edilmişdir. Bu ziddiyyət müqavilələrdən birinin saxta olması ehtimalını gücləndirir. Müqavilələrdə sədrin şəxsiyyətinin belə fərqli göstərilməsi, müqavilələrin etibarlılığına ciddi şübhə doğurur və saxta sənədin müəyyən edilməsi üçün məhz həmin dövrdə MTK-nın sədri vəzifəsində kiminsə olduğunu dəqiq təsdiqləmək vacibdir. Məhkəmə bu vacib sübutu araşdırmadan qərar ver miş, bu isə prosesin normal aparılmasına maneə yaradaraq qərarın qanunsuzluğuna gətirib çıxarmışdır. Həmçinin, müqavilələrin saxta olması ehtimalı ilə bağlı yaranmış mübahisənin obyektiv və tam araşdırılması təmin edilmədən, iddia tələbinin təmin olunmaması, mülkiyyət hüququnun pozulması kimi hallara yol açmışdır. Bu səbəbdən məhkəmə qərarının ləğv edilməsi və işin yenidən araşdırılması məqsədəuyğundur.
27. İddiaçı həmçinin qeyd etmişdir ki, mübahisələndirilən sənədlər E.Abıyevin mülkiyyətində olan mənzillə bağlıdır və bu səbəbdən çıxarılan qətnamə onun hüquqlarına toxunur, hüquqlarının pozulması ilə nəticələnir. Lakin birinci instansiya məhkəməsi E.Abıyevi üçüncü şəxs qismində prosesə cəlb etməmiş, onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-c ü maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə həll edildikdə məhkəmə qərarının ləğv olunması zəruridir. Belə ki, E.Abıyevin iştirakının təmin olunmaması və mülkiyyətində olan mənzilin ilkin sənədlərinin etibarsız hesab edilməsi onun hüquqlarının pozulması deməkdir. Apelyasiya məhkəməsi isə yalnız formal olaraq E. Abıyevi 3-cü şəxs qismində işə cəlb etmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini və iradlarını nəzərə almadan işə yekun vurmuşdur ki, bu da qərəzli qərar qəbul edilməsinə səbəb olmuşdur. Bundan əlavə, iddiaçı qeyd etmişdir ki, apellyasiya məhkəməsində cavabdeh və qarşılıqlı iddiaçıların işə aidiyyatı olmayan yalan ifadələri hakimlər tərəfindən nəzərə alınmaqla reaksiya v erilməməsi düzgün deyil. İddiaçının müqavilələrdə qeyd olunan mərtəbə fərqi ilə bağlı təqdim etdiyi rəsmi sənədlər məhkəməyə təqdim edilməsinə baxmayaraq, bu fakt nəzərə alınmamış, qeyri-qanuni qətnamə qəbul edilmişdir. Bundan əlavə, məhkəmələrin İddiaçı dəlillərini və sübutlarını araşdırmaması, iş materiallarının gizlədilməsi və digər prosessual pozuntular iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnun pozulması ilə nəticələnmişdir.
28. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 (Vəkil6) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dаir yeni qərаr qəbul еdilməsini xahiş etmişdir.
29. Üçüncü şəxs kassasiya şikayətində qeyd etmişdir ki, qarşılıqlı iddiada irəli sürülmüş üç tələbdən ikisi - xx.xx.2020-ci il tarix li “Maliyyə arayışı”nın və Cavabdeh1 MTKnın xx.xx.2022-ci il tarixli ümumi yığıncağının protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə tələblərə Masallı Rayon Məhkəməsində hüquqi qiymət verilmişdir. Həmin iş üzrə iddia qismən təmin edilsə də, məhz qeyd olunan iki tələb təmin edilməmiş, iş apelyasiya instansiyasında baxılma mərhələsində olduğu halda, eyni tələblər yenidən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qarşılıqlı iddia formasında irəli sürülmüş və bu tələblər üzrə icraata qəbul edilərək qətnamə qəbul olunmuşdur. Üçüncü şəxs bu prosessual vəziyyətin yolverilməz olduğunu bildirmiş və eyni predmet üzrə paralel iddiaların irəli sürülməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu vurğulamışdır. Bundan əlavə, qarşılıqlı iddiada göstərilən üçüncü tələb - xx.xx.2020-ci il tar ixli müqavilənin etibarsız sayılması ilə bağlı tələb də qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddət çərçivəsində irəli sürülmədiyi halda, məhkəmələr bu məsələni araşdırmamış, Mülki Məcəllənin 354.2-ci maddəsinə və Konstitusiya Məhkəməsinin bu maddəyə dair hüquqi mövqeyinə əsasən iddianın müddətdən keçmiş olması faktına hüquqi qiymət verməmişdir. Bu hallar nəzərə alınmadan çıxarılan qətnamələr onun mülkiyyət hüququnun pozulmasına, mənzilin ona bağışlanması əsasında əldə edilmiş hüquqların əsassız şəkildə etibarsız sayılmasına gətirib çıxarmışdır.
30. Məhkəmələr İddiaçı hüquqlarını və təqdim etdiyi sübutları nəzərə almamış, tərəflər arasında bərabərliyi təmin etməmiş, çəkişmə prinsipinə əməl etməmişdir. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Saxta olduğu iddia edilən xx.xx.2005-ci il tarixli müqavilənin bağlandığı ünvana dair ciddi ziddiyyətlər mövcud olmasına baxmayaraq, məhkəmələr həmin məsələni araşdırmamış, müqavilədə göstərilən ünvanın 2005-ci ildə mövcud olubolmamasını müəyyən etməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Lakin iş üzrə əsas mübahisə predmeti olan və saxta olduğu iddia edilən xx.xx.2005-ci il tarixli müqavilənin bağlandığı ünvana dair ciddi ziddiyyətlər mövcud olmasına baxmayaraq, məhkəmələr həmin məsələni araşdırmamış, müqavilədə göstərilən ünvanın 2005-ci ildə mövcud olub-olmamasını müəyyən etməmişdir. Həm Cavabdeh2 ilə 2005-ci il tarixli, həm də İddiaçı ilə 2020-ci il tarixli müqavilədə göstərilən ünvan 9 ünvanının 2005-ci ildə mövcud olmadığı, həmin dövrdə Cavabdeh1 MTK-nın rəsmi sənədlərində və vergi orqanları məlumatlarında yalnız Ə.Orucəliyev küçəsi 18 ünvanının qeyd olunduğu göstərilmişdir. Bu isə Cavabdeh2 ilə bağlanmış müqavilənin sonradan tərtib olunaraq saxta tarixləşdirildiyini göstərən mühüm sübutlardan biridir. V. Quliyev tərəfindən bu məsələ ilə bağlı Cavabdeh1 MTK-ya xx.xx.2025-ci il tarixdə rəsmi məktub göndərilmiş və məktub xx.xx.2025-ci il tarixdə Cavabdeh1 MTK-nın hüquqşünası tərəfindən qəbul olunmasına baxmayaraq, həmin müraciətə indiyədək cavab verilməmişdir. Halbuki E. Quliyevanın vəkilinin sorğusuna MTK tərəfindən həmin gün ərzində cavab verilməsi tərəflər arasında fərqli münasibətin olduğunu, bərabərlik prinsipinin pozulduğunu göstərir.
31. İddiaçı məhkəmə baxışının iclasında bu cinay ət işinə dair qərarların iş materiallarına əlavə olunmasını və müvafiq qiymət verilməsini şifahi vəsatətlə tələb etsə də, məhkəmə bu vəsatəti təmin etməmiş, cinayət işi üzrə başlamış istintaqın və təqsirləndirmə faktının mövcudluğunu nəzərə almamış, sənədlərin saxtalaşdırılmasına dair ittihamın ciddi hüquqi əhəmiyyət daşımasını nəzərə almadan mübahisəyə baxmışdır.Apellyasiya instansiyası məhkəməsi İddiaçı üzrlü səbəbdən iştirak etmədiyi halda iclası təxirə salmamış və bununla da onun cavab vermək, arqumentlərini təqdim etmək, dəlillərini müdafiə etmək hüququnu pozmuşdur. Bu isə onun müdafiə hüququnun, çəkişmə və bərabərlik prinsiplərinin pozulmasına səbəb olmuşdur. İddiaçı təqdim etdiyi mühüm sübutlar - ünvanın verilmə tarixinə dair məlumat tələbi, saxtalaşdırılmış sənədlərlə bağlı cinayət işi, vəkilin hədə-qorxu ilə pul tələb edilməsi barədə iddiaları-məhkəmə tərəfindən qiymətləndirilməmiş, hüquqi əhəmiyyəti olan bu xüsusatların heç biri işin nəticəsinə təsir edə biləcək dərəcədə nəzərə alınmamışdır.
32. İş materiallarından görünür ki, E. Quliyevanın mübahisələndirdiyi sənədlər üçüncü şəxsin mülkiyyətində olan mənzillə bağlıdır və çıxarılan qətnamənin həmin şəxsin hüquqlarına toxunduğu aydındır. Mübahisələndirilən sənədlər həmin mənzillə bağlı olduğundan o üçüncü şəxs qismində prosesə cəlb edilməli idi. Lakin birinci instansiya məhkəməsi üçüncü şəxs kimi bu şəxsi işə cəlb etməmişdir. Qanunvericiliyin tələbinə əsasən iş üzrə birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmadığı halda, mülkiyyətində olan mənzilin ilkin sənədlərini etibarsız hesab edərək həmin mənz illə bağlı mülkiyyət hüququna dair məsələni hüquqlarınn pozulması ilə nəticələnməklə həll etdiyindən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi nəinki həmin qətnaməni ləğv etməmiş, hətta onu 3-cü şəxs qismində cəlb etsə də, təyin etdiyi məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəbdən iştirak etməməsini nəzərə almayaraq mövqeyini müəyyənləşdirmədən işə yekun verməklə 3-cü şəxs qismində işə cəlbini formal olaraq təmin etmiş, faktiki isə onu bundan məhrum etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı Ali Məhkəmənin Mülki kollegiyasına etiraz təqdim edərək bildirmişdir ki, Ali Məhkəmənin elektron sisteminə xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində yerləşdiril miş sənədlər "xxxx" MTK-nın vəkili Vəkil1, hüquqşünas Bəhlul İsgəndərov və MTK-nın sədri Əziz Məmmədov tərəfindən birlikdə saxtalaşdırılmışdır. Bu sənədlərin məqsədi məhkəmə və istintaq orqanlarını aldatmaqdır. Həmin şəxslər mənzilin sahəsinin az olduğunu bildikləri halda pulu qaytarmaq əvəzinə, iddiaçını hədələmiş, sənədləri saxtalaşdıracaqlarını demiş və müxtəlif şəxslərin adından saxta iddialar irəli sürmüşlər. İddiaçıdan hər birinə 5000 manat rüşvət tələb olunmuşdur. Vəkil1 tərəfindən kassasiya şikayətinə qarşı təqdim edilmiş etiraz vəkil orderi və etibarnamə əlavə olunmadan təqdim edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir.
34. Həmçinin, "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli 81 nömrəli məktubunda əks olunan məlumatlar yalandır. Həmin məktubda guya binanın əvvəlki tik ililər sökülərək inşa edildiyi göstərilsə də, dövlət qurumlarının rəsmi cavabları bu məlumatları təkzib edir və məktubun saxtalığını sübut edir. Tikintiyə dair sərəncamların tarixləri də yanlış təqdim olunmuşdur. 2004-cü ildə verilmiş sərəncam 2005-ci ildə ləğv olunmuş, yalnız 2007-ci ildə yenidən bərpa edilərək tikintiyə icazə verilmişdir. Bu faktlar da təqdim olunmuş sənədlərin etibarsız olduğunu göstərir. "xxxx" MTK ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixli müqavilədə göstərilən mənzilin sahəsi (159.63 kv.m) o dövrdə təsdiq edilmiş layihəyə (145.12 kv.m) uyğun gəlmir. Bu ziddiyyət həmin müqavilənin saxta tərtib olunduğuna dəlalət edir. İddiaçı son olaraq təqdim olunmuş saxta sənədlərə əsaslanan kassasiya şikayətinin rədd edilməsini və bu saxtakarlıq əməllərinin nəzərə alınmasını x ahiş etmişdir.
35. Cavabdeh1 MTK-nın səlahiyyətli nümayəndəsi Nümayəndə kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, İddiaçı və X6 iddiaları əsassızdır və məhkəmə işində nəzərə alınmamış mühüm faktlar vardır. Belə ki, mənzil xx.xx.2005-ci ildə Cavabdeh1 MTK ilə iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh2 arasında müqavilə əsasında tam ödənilmiş və xx.xx.2013-cü il tarixində maliyyə arayışı verilərək Cavabdeh2 adına tam şəkildə rəsmiləşdirilmişdir. V. Quliyevin 1 iyul 2020-ci il tarixli ərizəsi ilə mənzilin onun adına keçirilməsi xahişi və həmin tarixdə bağlanmış müqavilə sadəcə mənzilin onun adına rəsmiləşdirilməsi məqsədi ilə həyata keçirilmiş, heç bir əlavə pul vəsaiti alınmamışdır. Bu faktlar məhkəmə qərarları və təqdim edilmiş sənədlərlə sübut olunur.
36. Bundan əlavə, B inəqədi rayon Məhkəməsinin müvafiq qərarları ilə mənzilin üzərinə həbs qoyulması və onun özəlləşdirilməsinin qadağan olunması barədə qərarlar Cavabdeh1 MTK-nın xəbərdarlığı əsasında qəbul edilmiş, MTK məsuliyyətinin yaranmaması üçün lazım olan sənədlər İddiaçı dəfələrlə təqdim olunmamışdır. Məhkəmə proseslərində də aydın olmuşdur ki, iddiaçıların pul vəsaitlərinin haradan gəldiyi, mənzilin kim tərəfindən ödənildiyi və bu məsələlərin həlli yalnız tərəflər - Cavabdeh2 və İddiaçı arasında olmalıdır. Cavabdeh1 MTK-nın bu işdə hər hansı bir aidiyyəti və marağı yoxdur. Nəticə etibarilə, verilmiş iddialar əsassızdır, Cavabdeh1 MTK-nın işə cəlb olunması düzgün deyil və məhkəmə qərarlarının dəyişdirilməsi üçün əsas yoxdur. Kollektiv olaraq, kassasiya şikayətinin təmin edilməməsi, iddiaçıların iddia larının rədd olunması və apellyasiya instansiyasının əvvəlki qərarının qüvvədə saxlanılması məqsədəuyğundur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
38. Maddə 259.0.4. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır.
39. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 418.4.10. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Kollegiya aşağıdakılara əsas ən hesab edir ki, hazırkı iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qətnamə ləğv edilməlidir.
45. Bu iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin obyekti ünvan 5 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən 17 saylı mənzildir. Həm ilkin, həm də qarşılıqlı iddia üzrə tələblərdə bu mənzilə aid sənədlərin etibarsız sayılması xahiş edilir. İlkin iddia xx.xx.2023-cü ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş, sonra isə qarşılıqlı iddia verilmişdir.
46. Eyni zamanda iş materiallarından görünür ki, hazırkı iş açılmamışdan qabaq Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia qaldıraraq, digər tələblərlə yanaşı, nikah dövründə əldə etdikləri, ünvan 6 ünvanında "xxxx" MTK tərəflndən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə iddiaçı Cavabdeh2 3/4 hissədə pay hüququnun tanınmasını, “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması, həmin sənədlər əsasında sözügedən mənzilə dair cavabdeh İddiaçı adına verilmiş mülkiyyət hüquqları barədə çıxarışın ləğv olunması, eyni mənzilə dair cavabdehlər İddiaçı ilə X12 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması, X6 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunmasını xahiş etmişdir.
47. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2458/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 10 ünvanında yerləşən mənzilə dair cavabdehlər İddiaçı ilə X12 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilm iş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 10 ünvanında yerləşən mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında X6 mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv edilmiş, iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 17, yeni qaydalarla AZ 1033, ünvan 10 ünvanında yerləşən mənzilə iddiaçı Cavabdeh2 1/2 (ikidə bir) hissədə, cavabdeh İddiaçı 1/2 (ikidə bir) hissədə payları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilmə mişdir.
48. Elektron-məhkəmə informasiya sisteminə yerləşdirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-454/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)2458/2023 saylı qətnaməsindən iddiaçı Cavabdeh2 və cavabdehlər İddiaçı, habelə Elvin Abıyevin ayrıayrılıqda verdikləri apelyasiya şikayəti üzrə iş həmin məhkəmənin icraatındadır.
49. Göründüyü kimi, hazırkı iş üzrə iddialar məhkəmədə qaldırıldığı anda eyni tərəflər arasında ünvan 5 ünvanında A blokunda yerləşən 17 saylı mənzilə dair mübahisə başqa məhkəmənin icraatında olmuşdur. Üstəlik, mübahisənin nəinki eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmetlə bağlı olduğuna, hətta bəzi eyni məzmunlu tələblərin irəli sürüldüyünə dair iş materiallarında məlumatlar var.
50. Belə ki, hazırkı iş üzrə qarşılıqlı iddiada yer alan - Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Maliyyə Arayışı”nın, Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması tələbləri Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2458/2023 saylı qətnaməsi ilə həll edilən tələblərlə eynidir. Bundan əlavə, İddiaçı hazırkı işdə irəli sürdüyü dəlillərlə əvvəlki işdə iddiaya qarşı etirazında irəli sürdüyü dəlillər üst-üstə düşür.
51. Bütün bunlar onu onu göstərir ki, əslində Masallı Rayon Məhkəməsində işə baxılarkən tərəflər arasında mübahisəli olan hüquq münasibətləri, yəni iddianın predmeti və obyekti ilə bağlı irəli sürülməli və həmin məhkəmə t ərəfindən həll edilməli olan dəlillər hətta bəzi tələblər) bu işdə ayrıca iddia şəklində qaldırılmış, onlara yenidən baxılmışdır.
52. Kassasiya məhkəməsi vurğulayır ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar....İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həm in Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarı).
53. Bütün bunlara rəğmən, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri ilkin və qarşılıqlı iddia ərizələrini icraata qəbul edilərkən və işə mahiyyəti üzrə baxarkən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisənin digər məhkəmənin icraatında olmasını nəzərə almamışlar.
54. Halbuki, Mülki Prosessual Məcəllənin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
55. Həmin Məcəllənin 259.0.4-cü maddəsinə görə, eyni tərəflər arasında, eyni predme t barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır.
56. Apellyasiya instansiyası məhkəməsi də iddianı bu əsasla baxılmamış saxlamaq səlahiyyətinə malikdir (§ 39).
57. Göstərilənlərə əsasən, məhkəmə tərkibi bu qənaətə gəlir ki, iddianın baxılmamış saxlanılması üçün MPM-də müəyyən edilmiş əsaslar olduğu halda apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmışdır. Bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır (§ 41).
58. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 fevral 2025-ci il tarixli, 2(103)661/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.