Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2095/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsində qeyri-qanuni müdaxilə nəticəsində inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (haki m E.Axundov) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.27273 ha olan torpaq sahəsində qanunsuz inşa olunmuş tikintilərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutulmasıı qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən R.Muradov, hakimlər Ş.Əliyeva və A.Hüseynzadə) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edə rək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən xx xxx 2015-ci il tarixli çıxarışla mülkiyyəti nə verilmiş ümumi sahəsi 0.27273 ha olan torpaq sahəsində Cavabdeh tərəfindən qeyri-qanuni müdaxilə nəticəsində inşa olunmuş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.27273 ha olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Eyni zamanda Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2017-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri, Təbriz küçəsi 94 nömrəli binanın şimal-şərq tərəfində yerləşən 400 kv.m. torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İddiaçı bildirir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.27273 ha olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmiş və ona xx xxx 2015-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhərində yaşadığı üçün torpaq sahəsinə vaxtı-vaxtında nəzarət edə bilməmişdir. Mülkiyyətində olan torpaq sahəsinin 0.05 ha hissəsi cavabdeh tərəfindən zəbt edilərək fərdi yaşayış evinin inşasına başlanmışdır. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həmin əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ona məxsus torpaq sahəsinin 0.05 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Tikinti işlərinin dayandırılması barədə cavabdehə xəbərdarlıq etsə də, lakin sonuncu tikinti işlərininin aparılmasına davam etmişdir. Cavabdeh bildirir ki, ona Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2017-ci il tarixli sərəncamına əsasən mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin tikilmə si üçün icazə verilmişdir. Həmçinin Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi fərdi yaşayış evinin eskiz layihəsini hazırlamışdır. Mübahisəli torpaq sahəsinə dair onun adına sənəd verilmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.27273 ha olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və buna dair sonuncuya xx xxx 2015-ci il tarixli çıxarış verilmişdir. Buna baxmayaraq qeyd olunan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və orada tikinti işləri aparılmışdır. Cavabdeh mübahisıli torpaq sahəsini qanuni yolla əldə etdiyini qeyd etsə də, bu barədə məhkəməyə hər hansı bi r mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin istifadəsinə ayrılmış torpaq sahələri bir-birinə qonşu olan ərazilərdə yerləşir. Eyni zamanda işin halları ilə müəyyən olunur ki, iddiaçının dəlilləri ondan ibarətdir ki, cavabdeh inşa etdiyi ti kilini onun mülkiyyətində olan torpaq sahəsində aparır. Cavabdeh isə etiraz edir ki, tikintini ona sərəncamla ayrılmış torpaq sahəsində aparır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə apelyasiya instansiyası məhkəməsi iddiaçının tələblərinin əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə cavabdehə ayrılmış torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini araşdırmalı və araşdırma nəticəsində müəyyən olunmuş hallara hüquqi qiymət verməklə mübahisəni həll etməli idi. Lakin iş materiallarından göründüyü kimi apelyasiya instanisyası məhkəməsi hər iki torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi məsələsini araşdırmamış, o cümlədən cavabdehin inşa etdiyi tikintinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılıb-aparılmamasını müəyyən etməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2095/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2095/2020
23.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver