Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2100/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2100/2019 01 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)11597/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim R.Y.Həsənov) 27 iyul 2018-ci il tarixli, 2(010)-4074/2018 saylı qətnam əsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Cəmilova, A.Q.Hüseynov və İ.K.Xəlilov) 07.11.2018-ci il tarixli, 2(103)-11597/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəriSuraxanı Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili X1 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 11.01.2017-ci il tarixdə bağlanmış kredıt müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 11.01.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, 20000 manat borc pul almışdır. O, hazırki vaxta qədər 17200 manat ödəmiş, bunu təsdiq edəcək ödəniş qəbzləri də var. Müqavilənin etibarsız hissəsi ondan ibarətdir ki, o, 20000 manat pul aldığı halda əvvəlki müqavilə ilə 27000 manat aldığı qeyd olunub, hazırki mübahisəli müqavilə üzrə o, təkrarən 20000 manat pul almamış, sadəcə əvvəlki müqavilə üzrə aldığı və həmin puldan 17200 manat ödəməsinə baxmayaraq, yenə də müqavilədə 20000 manat qeyd olunur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X1 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması b arədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin onnan pul tələb etməsinə əsas olmuş müqavilənin adı kredit müqaviləsi olsa da, əslində kredit adı ilə, əvəzsiz borc hüquq münasibətlərinin şərtləri müqavilədə yer almışdır. Cavabdeh sahibkarlıq fəaliyyəti subyekti deyil. Bu səbəbdən o onunla kredit-hüquq münasibətlərindən, irəli gələrək gəlir ədə edə bilməz. Ona görədə də cavabdeh müqavilə üzrə gəlirlərini gizlətmək üçün müqavilə məbləğini artıq (yüksək) göstərməklə, həmin məbləğ daxilində öz gəlirini gizlətmişdir. Yəni, cavabdeh öz gəlirini bu yolla gizlətməyə çalışmışdır. Adı kredit olan bu müqavilə əslində məzmun etibarilə tərəflər arasında əvəzsiz borc pul verilməsi üzrə öhdəlik münasibətlərini xarakterizə edir. Ona görə ki, kredit müqaviləsi üzrə kredit verən (borc verən) ayrılmış 20000 manat krediti faizsiz vermişdir. Demək ki, kredit verən, müqavilə üzrə verdiyi pula görə heç bir gəlir (fayda) əldə etmədiyini müqavilədə göstərmək istəyir. Lakin, bu nə dərəcədə həqiqəti əks etdirir? Doğrudanmı verilən pul əvəzsiz olaraq ona verilir və nə üçün? Kredit verənin ona pul verməkdə marağı nədir? Bütün bu məqamlar məhkəmə tərəfindən obyektiv təhlil olunaraq araşdırılmalı və müqavilə hüquq münasibətinin əsl mahiyyəti və kredit verənin əsl niyyəti müəyyən edilməli idi. Lakin, nədənsə bütün bu məsələlər məhkəmə tərəfindən təhlil edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə l azımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Suraxanı.Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessua l hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 11.01.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, “Borc verən” Cavabdeh “Borc alan” İddiaçı 20000 manat məbləğində pul borc verir. “Borc alan” krediti 11.01.2018-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (390.1, 390.5, 3 99.1, 740.1, 739.1, 739.2-ci maddələri). Mülki Məcəllənin 390.1-ci maddəsini nəzərə alaraq kollegiya qeyd etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə borcun bir hissəsi iddiaçı tərəfindən ödənilsə belə, bu hal və ya verilmiş borca görə faizlərin nəzərdə tutulması həmin müqavilənin etibarsız hesab edilməsinə əsas vermir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanun da nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Hazırki işdə tərəflər arasında bağlanmış 11.01.2017-ci il tarixli kredit müqaviləsində əqdin etibarsızlığı üçün nəzərdə tutulan meyarlar müəyyən edilməmişdir. Digər tərəfdən apellyasiya baxışı zamanı cavabdehin təqdim etdiyi hesabdan çıxarış sənədi ilə də iddiaçı tərəfindən mübahisələndirdiyi kredit müqaviləsi üzrə borclarının bir qisminin ödənildiyi faktı müəyyən olunsa da, bu hal yenə də həmin müqavilənin etibarsızlığı üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı nəinki apellyasiya şikayətində göstərdiyi dəlilləri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmiş, hətta öz mövqeyini müdafiə etmək üçün məhkəmə iclasında iştirakını belə təmin etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və A zərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)-11597/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Hacıyev hakimi Sənan
Məhkəmə qərarları › İş №2(102)-2100/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2100/2019
01.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver