Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2100/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdeh DƏDRX-in Gəncə şəhəri 3 saylı ərazi idarəsinə qarşı “vərəsəliyin müəyyən olunması və mülkə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz R ayon Məhkəməsinin (hakim C.T.Tağıyev) xx xxxxxx 2019-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ş.Əliyeva, hakimlər Ə.Məmmədov və T.Muxtarov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə çıxarılan qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxar kən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən mülkə onun vərəsə tanınması və mülkə: Tikili “A”-da 2 ədəd yataq otağı 15,2 kv.m., 16.1 kv.m., 25.1 kv.m. örtülü eyvan və bir ədəd zirzəmi 10,8 kv.m; Tikili “B”-də isə bir ədəd 15.5 kv.m. yaşayış otağı, bir ədəd 3.2 kv.m hamam, bir ədəd 6.6 kv.m mətbəxə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək yalnız ünvan 1 ünvanda yerləşən mülkə onun vərəsə kimi tanınması və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, ev 63A saylı ev 1929-cu ildə aprılmış inventarlaşdırma zamanı Musa Saleh oğlunun və Nurcahan Paşa qızının faktiki istifadəsində olan mülk kimi onların adlarına qeyd edilmişdir və bu mülkə dair hüquqlar dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı xx.xx.1970-ci ildə ünvan 3 ünvanda qeydiyyatdadır. Onun atası - X18, anası X1r. Gəncə şəhəri Kəpəz Rayon Məhməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı atası X12 anası X3 bacısı və əri ilə qohumluq münasibətlərində olmaları faktı müəyyən olunmuşdur. Həmçinin işin mübahisə edilməyən hallarına görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə mübahisələndirilən tikililərə iddiaçının qardaşı X8 vərəsəlik qaydasında mülkiyyət hüququ tanınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə X9 verdiyi apelyasiya şikayətinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilərək X8 mülkiyyət hüququnun tanınmasına dair iddia tələbi təmin edilməmişdir. İddiaçı bildirir ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsi şəhər daxilində olan torpaq qeydinə əsasən və nüddətsiz istifadəsinə verilmişdir. Mübahisəli torpaq sahəsində «A» və «B» tikilisindən ibarət iki yaşayış evi mövcud olmuşdur. «A» tikilisi 1929-cu ildə aparılmış inventarlaşdırma zamanı adına yazılmışdır. Lakin həmin ünvanın heç bir hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. ilə birlikdə həmin ünvanda yaşamışlar. Onlarla həmin ünvanda bacısı yəni onun nənəsi da yaşamışdır. onun atası X12 anası olmuşdur. Onun atası 1930-cu ildə həmin ünvanda doğulmuşdur. O və digər bacıqardaşları da həmin ünvanda doğulub, orada böyümüşlər. O, hal-hazırda da Üzeyir Hacıbəyov küçəsi, 63 saylı ünvanda qeydiyyatda olmaqla həmin evdə yaşayır. 1958-ci ildə, 1959-cu ildə onun nənəsi X10 1979-cu ildə anası 2005-ci ildə atası isə 2008-ci ildə vəfat etmişlər. ailə münasibətlərindən uşaqları olmamışdır. başqa vərəsələri olmadığından o və onun digər bacı-qardaşları onlardan miras qalmış evdə doğularaq, həmin evdə böyümüşlər. Onun və qardaşı X8 öz aralarında olan razılaşmalarına əsasən miras əmlaka dair mülkiyyət hüququnu rəsmi reystrdə qeydə aldırmaları üçün qardaşı məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən ünvan 5 ünvanda yerləşən mülkə dair qardaşı X8 vərəsəlik qaydasında mülkiyyət hüququ tanınmışdır. Eyni ünvanda yaşayan vərəsəsi X9 həmin qətnamədən verdiyi apelyasiya şikayətinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilərək qardaşı mülkiyyət hüququnun tanınmasına dair iddia tələbi miras qoyanlarla qohum olmaları faktı müəyyən olunmadığı üçün təmin edilməmişdir.Əvvəlcə istəmişdir ki, qeydiyyatda olduqları və yaşadıqları ev mülkiyyət hüququ üzrə qardaşının adına qeydə alınsın. Lakin bu mümkün olmadığı üçün o, özü qeydiyyatda olduğu və yaşadığı mülkə mülkiyyət hüququ verilməsi üçün cavabdeh DƏDRX-in Gəncə şəhəri 3 saylı ərazi idarəsinə müraciət etməsinə baxmayaraq həmin mülk üzərində hüququnu rəsmiləşdirə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X13 və X15 bildirirlər ki, iddiaçı 1970-ci ildə həmin evdə doğulmuş və həmin evdə böyüyərək evlənmiş, evləndikdən sonra yenidən həmin ünvanda X15 və onun ailəsi ilə birlikdə yaşamışdır. Cavabdehin nümayəndəsi X16 bildirir ki, iddia tələbi qanunvericiliyə uyğun həll edilməlidir. Maraqlı şəxs bi ldirir ki, ünvan 1 ünvanda yerləşən mülk dünyasını dəyişmiş nənəsi X4 adında qalmışdır. Onun böyük övladı olan atası X9 7 övladı vardır. Atası dünyasmı dəyişməzdən əvvəl İddiaçı onlara məxsus olan evdə məskunlaşaraq saxta üsulla həmin mülkün bir hissəsinə 63A nömrəsi düzəltdirmişdir. İddiaçı qardaşı X15 mübahisə predmeti olan evə mülkiyyət hüququ əldə etmək məqsədi ilə Gəncə şəhəri Kəpəz Rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və onun iddiası Gəncə şəhəri Kəpəz Rayon məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən hüquqlarına toxunan atası X17 apelyasiya şikayəti vermişdir və atasının apelyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təmin edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bundan narazı qalan kasasiya şikayəti vermiş, lakin kasasiya şikayəti təmin edilməmişdir. İddiaçı həmin evdə qeydiyyatdadır. Lakin orada yaşamır. İddiaçı mübahisə predmeti olan mülkə düzəltdiyi saxta qohumluq sənədilə məhkəməyə müraciət etmişdir. Həmin mülkün bir hissəsinə verilmiş 63A nömrəsi heç bir hüquqi sənəddə öz əksini tapmamışdır. Onların yaşadığı ünvanda ayrı bir ev yoxdur və mülkin nömrəsi saxtalaşdırılmışdır. Ona görə də iddia təmin edilməməlidir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ünvan 6 ünvanında yerləşən mülk “şəhər daxilində olan torpaqdan istifadə etmək üçün” torpaq qeydinə əsasən məxsus olmuş və başqa vər əsələri olmadığından ərizəçinin nənəsi, atası və bacı-qardaşları həmin mülkdə uzun illər yaşamışlar. Həmçinin Gəncə şəhəri Kəpəz Rayon Məhməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı atası X12 anası X3 bacısı və əri ilə qohumluq münasibətlərində olmaları müəyyən olunmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin mübahisə edilməyən hallarından görünür ki, Gəncə şəhəri, K əpəz rayonu, Ü.Hacıbəyli küçəsi, ev 63A saylı ev 1929-cu ildə aprılmış inventarlaşdırma zamanı Mvə faktiki istifadəsində olan mülk kimi onların adlarına qeyd edilmişdir və bu mülkə dair hüquqlar dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı məhkəməyə müraciət edərək ilə qohumluq əlaqələrinin olmasını və başqa vərəsələrinin olmadığını əsas gətirərək mübahisə predmeti olan evə vərəsəliyinin və mülkiyyət hüquqlarının tanınmasını tələb etmişdir. Apelyasiya instansiyası məhkəməsi Gəncə şəhəri Kəpəz Rayon Məhməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə arasında qohumluq faktının təsdiqləndiyini əsas gətirərək iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətn aməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Əvvəla işin mübahisə edilməyən hallarından göründüyü kimi mübahisə predmeti olan tikililər üzrə mülkiyyət hüquqları rəsmi reyestrdə qeydiyyata alınmamışdır və işə baxan məhkəmə kollegiyası qeyd edilən halı nəzərə almadan mülkiyyət hüququnun obyekti kimi miras qoyanın adına qeydiyyata alınmayan tikililəri miras əmlakın kütləsi hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Digər tərəfdən iddiaçı mübahisə predmeti olan evin, nənəsi X6, nənəsindən atası X2 isə atasından özünə vərəsəlik üzrə keçdiyini bildirsə də, apelyas iya istansiyası məhkəməsi mübahisə predmeti olan evin ilk olaraq ondan sonra, və iddiaçı tərəfindən miras kimi qəbul edilməsini aydınlaşdırmamış və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs kas asiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2100/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2100/2020
23.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver