Məhkəmə qərarları › İş №2(102)-2101/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2101/2022

15.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2101/2022 15.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11435/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı və iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ev 1 A (ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh həmin evə bitişik yüksək mərtəbəli bina inşa edir. Həmin binanın tikintisi zamanı iddiaçıya məxsus evdə çatlar əmələ gəlmişdir. Tikintidən iddiaçının həyətinə daş, sərt metal və taxta materialları düşür. Eyni zamanda iddiaçının evinin hasarı da tikinti nəticəsində dağıdılmışdır. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ev 1 A (ünvan 1 ünvanının qonşuluğunda aparılmış qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə qayt arılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ev 1 A (ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh həmin evə bitişik yüksək mərtəbəli bina inşa edir. Həmin binanın tikintisi zamanı iddiaçıya məxsus evdə çatlar əmələ gəlmişdir. Cavabdeh eyni zamanda tikinti norma və qaydalarına da riayət etmir. Tikintidən iddiaçının həyətinə daş, sərt metal və taxta materialları düşür. Eyni zamanda iddiaçının evinin hasarı da tikinti nəticəsində dağıdılmışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2(009)106/2021 saylı qərardadı ilə (hakim İ.Ş.Rüstəmli) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

5. Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli 10/3679 saylı rəyindən görünür ki: 1-ci sual üzrə: ünvan 2 ünvanında yerləşən tikiliyə aid ümumi istifadədə olan sahədə yaxud onun qonşuluğunda "xxxx" MMC tərəfindən hər hansı tikinti norma və qaydalarına uyğun olmayan tikili inşa edilməmişdir; 6. 2 və 3-cü sual üzrə: "xxxx" MMC tərəfindən aparılan qazıntı və tikintiquraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun və Səbail rayon İcra Hakimiyyətinin 02 sentyabr 2016-cı il tarixli 120 saylı Sərəncamına əlavə olunmuş 22.09.2016-cı il tarixli AKT ilə ayrılmış sahədə həyata keçirildiyi nəzərə alınaraq, qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmadı; 7. 4-cü sual üzrə: "xxxx" MMC tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisinə nəzarət birbaşa olaraq "xxxx" MMC və FHN TTNDA Baş dövlət tikin ti müfəttişliyi tərəfindən aparılmışdır. "xxxx" MMC-yə məxsus tikintiyə müəllif nəzarəti kitabındakı layihəçinin və FHN TTNDA Baş Dövlət Tikinti Müfəttişliyinin Tikintidə Dövlət Nəzarəti Jurnalındakı qeydlərə əsasən ərazidə aparılan qazıntı və tikintiquraşdırma işləri tikinti norma və qaydalarına uyğun yerinə yetirilmişdir; 8. 5-ci sual üzrə: "xxxx" MMC tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünə ziyan dəymişdir. Aparılan hesablamalar nəticəsində tədqiq olunan ünvanda dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 696,3 manat məbləğində müəyyən olunmuşdur.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e2(009 )-106/2021 saylı qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri kimi 100 manat məbləğində pul vəsaitinin İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X1, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus əmlaka təhlükə yarada biləcək və tikinti normalarına zidd olan cavabdeh tərəfindən inşa edilmiş hər hansı qeyri-qanuni tikilinin mövcudluğu iş materiallarında olan dəlillərlə öz təsdiqini tapmır. İş materiallarında olan sübutları ekspert rəyi ilə yanaşı yoxlayaraq məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd etdiyi ünvanda cavabdeh tərəfindən hər hansı qanunsuz tikinti işləri aparılmamışdır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh qanuni əsaslarla ona ayrılmış ərazidə hər hansı qeyri-qanuni tikinti aparmamış və tikinti normalarını pozmamışdır.

11. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsasları kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir.

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2021-ci il tarixli 2(103)-11435/2021 saylı qətnaməsi (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İskəndərov və İ.Ə.Kərimli) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya kollegiyası işin hallarını araşdırıb belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən mübahisəli ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 02 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən icazə verilmişdir. Demək, bu yüksək mərtəbəli binanın layihələndirilməsi və tikintisi qanunsuz olmamışdır. İddiaçı h əmin binanın yüksək təhlükə mənbəyi kimi qeyd etməməsini, iddianın əsasını təşkil edən əsas məqamın insan həyat və sağlamlığının təhlükədə olması, ciddi şəkildə insan faciəsinə çevriləcək hadisə ilə bağlı olsa da məhkəmənin bu hissəyə ötəri yanaşdığını göstərsə də bu dəlillər də tikintinin qanunsuz olduğuna dəlalət etmir və avtomatik olaraq inşa olunan yüksək mərtəbəli binanın sökülməli olmasını labüd etmir. Belə ki, iddia tələbi tikintinin qanunsuz olduğuna görə sökülməsi ilə bağlıdır. Əlbətdə ki, tikinti fəaliyyəti və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıa lınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Ancaq iddiaçı yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyi yaxud da tikinti fəaliyyətinin qanunvericiliyin tələbinə uyğun aparılmasını cavabdehdən tələb etmir. Tələbi yalnız tikintinin qanunsuz hesab edilərək sökülməsi ilə bağlıdır. Bu cür vəziyyətdə iddiaçının tələbi təmin edilə bilməzdi ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdi.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışı nın hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinad etmişdir.

16. İddiaçı (kassasiya şikayətini tərtib edən vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11435/2021 saylı iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin apardığı tikinti nəticəsind ə öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. Həmin tikinti sərbəst istifadəyə maneələr törədir. İnsan həyatı üçün ciddi təhlükələr mövcuddur. Cavabdeh tərəfindən tikilən yüksəkmərtəbəli bina şəhərsalma və tikinti qanunvericiliyinin məqsədlərinə zidd şəkildə cavabdeh tərəfindən davam etdirilir. Bundan başqa, hazırkı işdə məhkəmə iş üçün xüsusi əhəmiyyətə malik halların müəyyən edilməsi üçün tərəfindən verilmiş vəsatətləri (yerli baxış və təkrar ekspertiza) araşdırmadan rədd etmişdir.

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Kassasiya şikayətində göstərilmiş dəlillərin əsasssız olduğunu qeyd edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirak çılarının izahatları

19. Məhkəmə iclası yazılı icraat qaydasında keçirildiyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

21. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

28. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının işin faktiki hallarına qiymət verməklə gəldiyi qənaəti ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən mübahisəli ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə müvafiq icra hakimiyyəti tərəfindən icazə verilmişdir. Yüksəkmərtəbəli binanın layihələndirilməsi və tikintisi qanunsuz olmamışdır. İddiaçının həmin binanın yüksək təhlükə mənbəyi kimi, insan həyat və sağlamlığının təhlükədə olması barədə dəlilləri tikintinin qanunsuz olduğuna dəlalət etmir və avtomatik olaraq inşa olunan yüksək mərtəbəli binanın sökülməli olmasını labüd etmir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və ədalətlidir, qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati orqanın müvafiq sərəncamı ilə qanuni şəkildə inşa edilən tikilinin iddia tələbində qeyd edilən əsaslarla sökülməsi tələbinin təmin olunması, həmin sərəncamın inzibati məhkəmə icraatı qaydasında baxılaraq ləğv edilmədən mümkünsüzdür. Belə ki, hazırki halda, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, həmin tikili müvafiq sərəncam əsasında və həmin sərəncamın çərçivəsindən hər hansı kənaraçıxma olmadan inşa edilmişdir. Bu hallar isə həmin tikilinin özbaşına tikili olması imkanını istisna edir. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədə n saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11435/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar