Məhkəmə qərarları › İş №2(102)-2101/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2101/2023

23.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2101/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr i Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-274/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının atası mərhum X7 ilə anası X6 09 aprel 1988-ci ildə rəsmi nikaha girmiş, nikahlarından 20 aprel 1989-cu ildə X8, 08 iyun 1990-cı ildə X9 və 27 avqust 1992-ci ildə İddiaçı (iddiaçı) anadan olmuşlar. İddiaçının atası X7 08 sentyab r 2014-cü ildə, nənəsi X3 isə 26 mart 2021-ci il tarixdə ölmüşlər. X2 ölümündən sonra «ASAN Xidmət» Mərkəzində Notariat ofisində vəsərəlik işi açılmış və 15 oktyabr 2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında mərhum X1 miras qalmış Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev-18 də yerləşən fərdi yaşayış evi və 0.11 ha torpaq sahəsi tam hissədə mərhumun qızı Cavabdeh2 adına keçirilmiş, daha sonra Cavabdeh2 həmin şəhadətnamə əsasında qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 sa ylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında 15 oktyabr 2021-ci il tarixli 2V-571 reyestr nömrəli şəhadətnamənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun valideynləri Sakit Cəfərov ilə Dürdanə İsmiyeva 09 aprel 1988-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, nikahlarından onunla yanaşı qardaşı Kənan Cəfərli və bacısı Vəfa Cəfərova doğulmuşdur. Ailə üzvləri və nənəsi X3 ilə birlikdə Masallı şəhəri, C.Cabbarlı (hazırkı Səfəralı Məmmədov) küçəsində yerləşən 18 saylı evdə qeydiyy atda olmaqla yaşamışlar. Həmin evin yerləşdiyi 0,11 ha torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixl qərarı ilə nənəsi, valideynləri, bacısı və qardaşı ilə birlikdə onun mülkiyyətinə verilmişdir. Bu barədə ona və qeyd edilən ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair JN-621F Kod 80501004 saylı şəhadətnamə verilmişdir. Atası 08 sentyabr 2014-cü il tarixdə, nənəsi isə 26 mart 2021-ci il tarixdə vəfat etmişdir. Babası daha öncə vəfat etdiyindən və atasının yalnız bir bacısı olan cavabdeh olduğundan nənəsindən qalmış miras əmlak onun və qeyd edilən ailə üzvləri ilə cavabdeh olan bibisi arasında bölünməli idi. Lakin son zamanlar cavabdeh onları evə buraxmadığından aralarında narazılıq yaranmışdır. Notariat ofisində bununla maraqlanıb sənədləri götü rərkən isə məlum olmuşdur ki, vərəsəlik işi açılarkən ərazi nümayəndəliyi vərəsələrin dairəsi barədə arayışda vərəsə kimi yalnız cavabdeh olan bibisinin adını qeyd etmiş, atasının vəfatından sonra onun ailə üzvlərinin olmasını isə göstərməmişdir. Müvafıq vərəsəlik şəhadətnaməsini alan cavabdeh həmin şəhadətnamə əsasında adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış alaraq onu və ailə üzvlərini bütünlüklə mirasdan məhrum etmişdir. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və birinci növbəli vərəsə kimi miras mərhum Gülsədəf Cəfərovanın övladları arasında bərabər bölünməlidir. Cavabdeh2 ilə yanaşı atası Sakit Cəfərov da mərhum Gülsədəf Cəfərovanın övladı olduğundan bərabər pay almaq hüquqları olmuşdur. Lakin vərəsəlik şəhadətnaməsi verilərkən atası vəfat etsə də, atasının övladı kimi onunla yanaşı qardaşı Kənan və bacısı Vəfa qalmışlar. Yəni ki, vərəsəlik şəhadətnaməsi ilə cavabdehə 1/2 pay, mərhum atası Sakit Cəfərovun 1/2 payı isə uşaqları kimi onunla qardaşı və bacısına verilməli idi. Vərəsəlik şəhadətnaməsi ilə isə miras əmlak tamamilə cavabdehə verilmiş, nəticədə mərhum atası Sakit Cəfərovun mirasda olan payından uşaqlarına çatası hissədə uşaqlarının hüquqları pozulmuşdur. Bu səbəbdən qanun üzrə vərəsəlik hüququ haqqında 15 oktyabr 2021-ci il tarixli 2V-571 reyestr nömrəli şəhadətnamənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Masallı Rayon Məhkəməsinin (hakim A.Səlimov) 2(050)-2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Masallı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, 2V-571 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı maraqlı şəxs olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin e tibarsızlığı barədə iddia tələbini irəli sürərkən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, iş materiallarından görünür ki, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən sorğuya cavab olaraq 27 iyul 2022-ci tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmiş olması barədə məlumat verilmiş, hazırki iddia ərizəsi isə Masallı Rayon Məhkəməsinin icraatına 02 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur.

6. Məhkəmə qeyd etmişdir ki, mərhum X5 övladları X8, X9 və İddiaçı (iddiaçı) mərhum nənələri X2 birinci növbə qanun üzrə vərəsələri hesab olunurlar. Belə ki, onlar mirasın açıldığı vaxt miras qoyan nənələrinin vərəsəsi olacaq atalarının sağ olmaması səbəbindən ölmüş valideyninə çatası paydan bərabər miras hüquqlarına malikdirlər. Lakin Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda onların adları qeyd edilmədiyindən, həmçinin Cavabdeh2 tərəfindən bu barədə notariat orqanına məlumat verilmədiyindən nəticə olaraq notariat hərəkətləri zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbləri pozulmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da iddiaçı və digər ailə üzvləri mirasdan bərabər şəkildə pay almaq hüququndan məhrum olmuşlar. Odur ki, iddia qeyd edilən hissədə əsaslı hesab edilməlidir.

7. Məhkəmə həmçinin Cavabdeh2 iddiaya etiraz olaraq 11 may 2005-ci il tarixli vəsiyyətnamənin, eləcədə Masalı Rayon Məhkəməsinin 12 iyun 2007-ci il tarixli, 2321/2007 saylı qətnaməsinin mövcudluğunu bildirməsinə münasibətd ə qeyd etmişdir ki, 311/2V-571 nömrəli vərəsəlik işindən görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə 11 may 2005-ci il tarixli vəsiyyətnamə əsasında deyil, qanun üzrə vərəsəlik hüququna dair müddəalar əsasında verilmiş, vərəsəlik işində vəsiyyətnamənin mövcudluğuna isə ümumiyyətlə toxunulmamışdır. Bununla yanaşı Masallı Rayon Məhkəməsinin 12 iyun 2007ci il tarixli, 2-321/2007 saylı qətnaməsindən görünür ki, həmin mülki iş üzrə mübahisənin predmeti iddiaçı X2 cavabdehlər oğlu X7 və gəlini X4 Masallı şəhəri C.Cabbarlı küçəsində yerləşən 18 saylı evdən pasport qeydiyyatından çıxarılması və cavabdehlərin həmin evdə yaşamaq hüquqlarına xitam verilməsi olmuşdur. Belə olan halda həmin sənədlər hazırki iş üzrə cavabdehin etirazlarının əsası kimi qəbul edilə bilməz.

8. Məhkəmə gəldiyi nəticən i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 1133, 1151.1, 1159.1.1, 1159.1.3 və Notariat haqqında Azərbaycan Respublikası qanunun 59-cu maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və C.İmanov) 2(106)-274/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mərhum X5 övladları X8, X9 və İddiaçı (iddiaçı) mərhum nənələri X2 birinci növbə qanun üzrə vərəsələri hesab olunurlar. Belə ki, onlar mirasın açıldığı vaxt miras qoyan nənələrinin vərəsəsi olacaq atalarının sağ olmaması səbəbindən ölmüş valideyninə çatası paydan bərabər miras hüquqlara malikdirlər. Lakin Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda onların adları qeyd edilmədiyindən, həmçinin Cavabdeh2 tərə findən bu barədə notariat orqanına məlumat verilmədiyindən nəticə olaraq notariat hərəkətləri zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbləri pozulmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da iddiaçı və digər ailə üzvləri mirasdan bərabər şəkildə pay almaq hüququndan məhrum olmuşlar.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətində həmçinin qətnamənin qanunsuz və əsassız olmasını bildirsə də, konkret olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını və düzgün tətbiq edilməməsinin həmçinin gəlinən nəticənin işin faktiki hallarına uyğun olmamasının nədən ibarət olmasını göstərməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri forma l mülahizələrdən ibarət olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Bunu əsas götürən apellyasiya instansiyası məhkəməsi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 19, 1133, 1151.1, 1159.1.1, 1159.1.3-cü maddələrinə və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 59-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın hazırkı vəziyyətdə mümkünsüzlüyü və yolverilməzliyi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, qətnamə mübahisəli hüquq mün asibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyasında hakimin işin nəticəsinə dair tələskənliyi birinci instansiya məhkəməsindəki nöqsanları nəinki aradan qaldırmağa çalışmış, heç bir əsaslandırıcı əlavə hüquqi mövqe ortaya qoyulmamış, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmiş, iddiaçı tərəfin mövqeyi və hüquqi arqumentləri şifahi də olsa dinlənilməmişdir. İddiaçı tərəfindən sübut növü kimi təqdim edilən JN-621F (kod ********) seriyalı xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsas götürülmüş, halbuki həmin şəhadətnamə X2 adına verilmiş xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nöm rəli MH seriyalı ******* saylı **********5-10301 reyestr nömrəli çıxarış verilərkən artıq əhəmiyyətini itirmiş olmasına, əksi inzibati məhkəmə icraatında təsdiq olunmayınca, heç bir hüquq verən sənəd olmaması düzgün qiymətləndirilməmişdir. Məhkəmə işin ədalətli həlli üçün zəruri olan, Şirvan İnzibati Məhkəməsində tərəflər arasında mövcud mübahisənin hallarına dair sorğu etməmiş, bu mübahisənin hazırkı iddiaya təsirini qiymətləndirməmişdir. Məhkəmə iddiaçının “hansısa naməlum üsullar ilə həmin torpaq sahəsi birbaşa olaraq X2 təkbaşına mülkiyyətinə keçirilmiş” ifadələrində ehtiva olunan absurd mülahizələri ilə mötəbər sübutları səhv qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. Maddə 19.Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

19. Maddə 1133.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

20. Maddə 1151.1.Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir.

21. Maddə 159.1.1.Birinci növbədə - ölənin uşaqları, miras qoyanın öl ümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar.

22. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır Mülki Prosessu al Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının və ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

34. Cavabdeh tərəf apellyasiya şikayətində göstərmişdir ki, mərhum X2 ölümündən sonra hər hansı bir miras əmlakı qalmışdırsa, iddiaçılar həmin əmlaka dair vərəsəlik haqqında şəhadətnamə alınması üçün müraciət etməli idi. Lakin belə müraciətin edilməsi və ondan imtina edilməsi müəyyən olunmur. Onlar eyni zamanda miras qalan əmlakı faktiki olaraq sahiblik və istifadələrinə almamış və qanuni qüvvədə olan qətnamə ilə onların miras əmlak üzərində istifadə hüquqları itirilmişdir.

35. İşin mübahisə edilməyən hallarına görə miras qoyan X3 xx.xx.2021-ci ildə ölmüşdür. İddiaçıların atası Sakit Cəfərov is ə xx.xx.2014-cü ildə ölmüşdür. X11 İsmiyeva xx.xx.1988-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iddiaçılar anadan olmuşlar.

36. Cavabdeh tək vərəsə olduğunu bildirərək notariat ofisinə müraciət etmiş və ona xx.xx.2021-ci il tarixdə tam payla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və şəhadətnamədə miras əmlak kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi göstərilmişdir.

37. İddiaçılar göstərirlər ki, cavabdeh mirasın qəbulu ilə bağlı müraciət edərkən miras qoyanın ataları vəfat etmiş, nəvələrinin vərəsə olmasını gizlətmiş və mirası tam əldə edərək iddiaçıları miras əmlakdan məhrum etmişdir.

38. Qeyd edilməlidir ki, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir.

39. Belə ki, Mülki Məcəllənin 1243-cü m addəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda “hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

40. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).

41. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

42. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi“ vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir.

43. Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaları nəzərə almayaraq bütün faktların hərtərəfli tədqiqini aparmadan, təqdim edilən sübutlara hüquqi qiymət vermədən, faktki olaraq heç bir əsaslandırma aparmadan iddiaçılar tərəfindən mirasın qəbul edilməsi nəticəsinə gəlmiş və nəticədə qanun üzrə vərəsəlik şəhadətnaməsini etibar sız hesab etmişdir.

44. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla miras əmlakın qəbul edilməsi ilə bağlı mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini (mirasın açılması, iddiaçıların mirasın qəbulu üçün müraciət edib etməmələri, miras qoyanın digər əmlakının olması, mirasın faktiki qəbulu ilə bağlı hərəklərin mövcudluğu və s) nəzərə almamışdır. Məhz bundan sonra iddiaçıların şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı subyektiv hüquqlarının mövcud olması müəyyən edilə bilərdi.

45. Göstərilənlərlə yanaşı, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

46. Mülki Məcəllənin 1272-ci mad dəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

47. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdə n sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən“ qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

48. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).“““““““““““““““““““““““““““““““““““ “““““““““““““““““““““““““““““““““““““““““

49. Lakin məhkəmələr tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmiş, ümumiyyətlə mirasın qəbul edilməsi ilə bağlı hansı sübutların mövcud olması ilə bağlı heç bir araşdırma aparmamış, göstərilənlərlə bağlı apellasiya şikayətinin dəlillərinə qiymət verilməmişdir.

50. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümum i mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

52. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(106)-274/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar