Məhkəmə qərarları › İş №2(102)-2106/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2106/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2106/2023 20.04.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (sədirlik edən məruzəçi) Əhmədov Əhməd Abbas oğlunun və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəybala oğlunun tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəybala oğluna qarşı «daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi və avtomobilin qaytarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyəydə olan “Volsvagen” markalı “Pass at CC” modeli, **-PV-*** qeydiyyat nömrəli avtomaşının Cavabdeh1 qnunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması Cavabdeh1 və Cavabdeh2 Bəybala oğlundan İddiaçı MMCnin xeyrinə 8534 manat əsas lizinq borcu 1460 manat lizinqdən istifadəyə görə faiz borcu 970 manat hesablanmış peniya cəmi 10964 manat borcun həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(056)41/2021 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia qismən təmin edilmiş, “Ekolizinq MMC” ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsindən yaranmış 8518,44 manat əsas, 1654 manat faiz borcu və 10 manat cərimə (dəbbə) borcu, ümumilikdə isə 10182,44 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı MMC-yə ödənilməsi, 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Volkswagen” markalı, “Passat CC” modelli, **-PV-*** qeydiyyat nişanlı (ban: WVWMP7AN0CE528533, buraxılış ili: 2011, rəngi: qara metalik, tip: sedan) avtomobilin İddiaçı MMC-yə geri qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/3265 saylı ekspertiza tədqiqatının dəyəri 100 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnaməd ən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli, 2(106)-925/2022 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(056)41/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsindən yaranmış 3841 manat əsas borc, 1460 manat mükafat, 50 manat cərimə (dəbbə) borcu, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi, cəmi 5371 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməm əsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı MMC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(102)-4862/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-925/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin rədd olunan hissələrində ləğv edilmiş və mülki iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(056)-41/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Əsgərov X1 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Cavabdeh2 Bəybala oğlu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi digər Cavabdeh1 apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qət naməsini qüvvədə saxlamışdır. Bu hal isə Cavabdeh2 Bəybala oğlunun kasssiya şikayəti vermək hüququnu istisna edir. MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən və MPM-nin 4 03, 404-1.1, 404-1.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Əsgərov X1 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanavar 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar