Məhkəmə qərarları › İş №2(102)-2107/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2107/2021

11.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2107/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab ediləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətl ərin Sığortalanması Fondunun vəkili X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2331/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxxx 2014-cü il tarixli, 160/00/260/14/1 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh2 48 ay müddətinə illik faiz dərəcəsi 18% olmaqla 85000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli, 160/00/260/14/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən xx xxxxxx 2014-cü il tarixli, 160/00/260/14/1 nömrəli kredit müqaviləsi öhdəliklərinin icrasının təmini üsulu kimi Şərifov X10 rayonu, Güzdək qəsəbəs i, H.Cavid küçəsi 74 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqdan ibarət fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-912/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 adına olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən evin açıq hərracda satılması, satışından əldə edilmiş pul vəsaitinin 52586 manatının borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi, qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankına borc ödənildikdən sonra ipotekanın satışından əldə edilmiş pul vəsaitindən qalan hissəsinin Cavabdeh2 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-542/2017 saylı, xx xxx 2017-ci i l tarixli qətnaməsi ilə qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)912/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, bank ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 48257,20 manat əsas kredit borcunun Cavabdeh2, X6 və X1 müştərək qaydada qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması, əmlaka tutma yönəldikdən və satıldıqdan sonra qeydiyyatda olan Cavabdeh2, İddiaçı Əhməd oğlunun, X7, X2 və X4 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların qeyd edilən evdən məcburi qaydada çıxarılmaları qət edilmiş, qalan hissədə qətnamənin dəyişdirilmədən sax lanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ilə məhkəməyə müraciət edərək bank ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 160/00/260/14/1 nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 1980-ci ildə Cavabdeh2 nikaha daxil olmuş, 1988-ci il tarixdə birgə nikah dövründə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində 10 ha torpaq sahəsi alıb ev tikməyə başlamış və 2000-ci ildə həmin evə köçüb yaşamışlar. xx xxxxxx 2019-cu il tarixdə “X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətindən ona göndərilmiş bildirişi əldə etdikdən sonra öyrənmişdir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin məktubu əsasında Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən ev açıq hərrac vasitəsi ilə satışa çıxarılmışdır. Həmin evin satılmasının səbəbi Cavabdeh2 ilə qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı arasında 85000 manat kreditin verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi xx xxxxxx 2014-cü il tarixli, 160/00/260/14/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən evin qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ipotekaya qoyulması olmuşdur. Bank ilə əri Cavabdeh2 arasında Abşeron rayonu, Güzdək qəsəbəsi, H.Cavid pr-ti, 74 ünvanında olan ev barəsində ipoteka müqaviləsi bağlanarkən notariusda onun razılıq verməyi tələb olunurdu. O, evin ipotekaya qoyulmasına razılıq verməmişdir. Abşeron Rayon Məhkəməsinin (sədrlik edən, hakim Cəmilə Səfiyeva) xx xxxx 2020ci il tarixli, 2(012)-579/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 qarşı 160/00/260/14/1 nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci insyansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin 337.1, 337.2, 337.4-cü maddələrini tətbiq edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki iddiaçı iddia tələbini evin ipotekaya qoyulmasına razılıq verməməsi ilə əsaslandırmış, lakin b u halı iş materialları ilə təsdiq olunamamışdır. Əqdlərin etibarsızlığı üçün Mülki Məcəllədə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İddiaçı qətnamədən apellyasiya.şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məməmdov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Gülnarə Tağızadə) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan İddiaçı imzası notariat qaydasında təsdiq edilmiş ünvan 3 Kontoruna ünvanladığı xx xxxxxx 2014-cü il tarixli ərizəsinin surətind ən görünür ki, əri Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən evin kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Apellyasiya instansiyası məhkəməsinin İddiaçı həmin ərizədəki imzanın ona məxsus olmasını etiraf etmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin m übahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kas sasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2331/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar