Məhkəmə qərarları › İş №2(102)-2110/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2110/2023

12.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2110/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-716/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahi yyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı 5 sentyabr 1961-ci ildə və X18 1 may 1966-cı ildə Bərdə rayonu Qayalı kəndində anadan olmuşlar. X2, anaları X7r.

3. X18 1 aprel 2022-ci ildə Bakı şəhərində ölmüşdür.

4. İddiaçı xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli ərizəsi ilə 1 aprel 2022-ci il tarixdə vəfat etmiş qardaşı X8 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Ərizə 3 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisinin notariusu Cavabdeh tərəfindən təsdiq edilmişdir.

5. Bakı şəhəri 18 saylı notariat ofisində X10 adına açılmış xx.xx.2022-ci il tarixli, 124 reyestr nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsə kimi X22 qeyd edilmişdir. Digər vərəsələr X4, X12, X9, İddiaçı, X11 və X20 miras paydan imtina etmişlə r.

6. X1 8i-13952 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən 1 aprel 2022-ci il tarixdə vəfat etmiş X8 miras qalan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün mirası qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı 3 saylı Asan Mərkəzinin notariusu Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təsdiq edilmiş və tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli “mirasın qəbulundan imtina olunması barədə” ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istin ad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhərində yaşayan xx.xx.1966-cı il təvəllüdlü qardaşı X18 1 aprel 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Qardaşı Abbasın ailəsi olmamış, valideynləri isə xeyli müddət əvvəl ölmüşlər. Onun qanun üzrə vərəsələri onunla birlikdə 7 nəfər bacıqardaşları olmuşlar (X9, X4, X20, X11, X13 və X22). Qardaşı Abbas rəhmətə getdikdən sonra yas mərasimində qardaşları Yolçu və Nuru demişlər ki, qardaşları Abbasdan xeyli miqdarda əmlak, pul miras qalmışdır və ondan qalan bütün əmlakları sağ qalan qardaşbacılar arasında bərabər şəkildə bölünəcəkdir. Bu məqsədlə də Yolçu ona və digər vərəsələrə demişdir ki, mirası qəbul etmək üçün əvvəlcədən gedib notariusda ərizə vermək lazımdır. O və digər vərəsələr də onun sözlərinə inanmış və notariusa gedib ərizə y azmaq barədə razılaşmışlar. Onun qeydiyyatı Tərtər rayonunda olsa da, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşamışdır. Qardaşı Abbasın dəfnindən təxminən bir ay sonra qardaşı Yolçu bacıları oğlu Elnuru onun yanına göndərmişdir ki, onu Bakı 3 saylı Asan Xidmət Mərkəzində olan Notariusa aparsın ki, orada mirasın qəbul edilməsi barədə ərizə yazsın. Bacısı oğlu Elnur dayısının tapşırığı ilə onu xx.xx.2022-ci il tarixdə oraya aparmış və orada ona bir ərizəyə imza etdirmişlər. Ərizəni bacısı oğlu Elnur ondan almış və dayısı Yolçuya vermək üçün aparmışdır. O, belə başa düşmüşdür ki, bu ərizə qardaşı Yolçu dediyi kimi hər birinin payı barədə olan ərizədir. Lakin notarius tərəfindən ona izah olunmamışdır ki, bu miras paydan tam imtina barədə ərizədir. O, da gözləmişdir ki, bir müdd ətdən sonra onlara vərəsəlik haqqında şəhadətnamə veriləcəkdir. Lakin həmin hadisədən təxminən bir ay, ay yarım sonra, yəni 2022-ci ilin iyun ayının ortalarında hiss etmişdir ki, Yolçu ilə Nuru, habelə Zabella onunla və digər bacı-qardaşlarla münasibətlərini kəsmişlər. Belə ki, onlarla qardaşları Abbasdan qalmış miras əmlakın taleyi ilə maraqlandıqda onlara heç bir məlumat vermək istəmirdilər. Bunun səbəbi ilə maraqlandıqda məlum olmuşdur ki, qardaşları Yolçu və Nuru onları aldatmışlar, ondan (həm də digər vərəsələrdən) mirasın qəbul edilməsi barədə deyil, mirasdan imtina barədə ərizə (xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi: 14066) almışlar. Əslində o mirasın qəbul edilməsi barədə ərizə vermək istəmişdir. xx.xx.2022-ci il tarixdə yenidən mirasın qəbul edilməsi barədə Abbasın qeydiyyatda olduğu Sahil qəsəbəsində yerləşən 45 saylı Notariat ofisinə ərizə vermək istədikdə məlum olmuşdur ki, artıq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi qardaşı X14 ərizəsi əsasında açılmış və ondan alınmış miras paydan imtina barədə ərizəni, habelə digər vərəsələrdən də aldadılaraq alınmış ərizələri (imtina barədə) də həmin Notariat ofisinə təqdim etmişlər. Onu və digər vərəsələri aldatmaları barədə qardaşlarına dedikdə bildirmişlər ki, artıq imtina ərizəsini imzalamısan, onlara heç nə edə bilməz və bütün miras əmlaklar onlara çatacaqdır.

9. Cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Notarius işlərin görülməsi zamanı vətəndaşa izah edir ki, nə ilə nəticələnəcək. Belə ki, vətədaşın mirası qəbul etməsi və ya etməməsi öz təşəbbüsü ilə bağlıdır. Notariusun vətəndaşa təsir imkanı və işdə heç bir marağı yoxdur. İmza ilə təsdiq olunmuş ərizənin etibarsızlığına dair iddianın verilməsini əsassız hesab etmişdir. Mirasdan imtina ərizəsindən imtinaya yol verilə bilməz. İddiaçının ərizəsi mirasdan imtina ilə bağlı olmuş və heç kəs də ona təsir edə bilməz. Kiminsə mirasdan imtina edib-etməməsi ilə bağlı notariusun heç bir marağı olmamışdır. Belə bir məsələ də olmuşdur ki, digər vərəsələr də müxtəlif notariuslarda ərizələr vermişlər və guya aldadılmışlar. Ola bilsin ki, bacı-qardaşlar arasında daha öncədən hansısa razılaşma olmuş, onlar könüllü şəkildə gəlib ərizə vermişlər. Bəlkə də əsl niyyət başqa imiş. Onlar bu məsələlərə dəqiq aydınlıq gətirə bilməzlər. Lakin notarius olaraq hər hansısa bir qanunsuz hərəkətin edilməsi müəyyən olunmamışdır. Ərizədə iddiaçının imzasının olması artıq onun ərizə ilə razılaşmasının sübutu olmuşdur.

10. Məhkəmə baxışı zamanı X20 və X22 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

11. Üçüncü şəxs X15 nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən tələblərlə bağlı mübahisələrin həlli qaydası mülki qanunvericilikdə konkret olaraq göstərilmişdir. Buna görə də aşağıdakı səbəblərə əsasən hesab etmişdir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən onun xx.xx.2022-ci il tarixdə vəfat etmiş qardaşı X8 miras qalmış əmlaklardan ona çatası hissəsindən könüllü şəkildə imtina etmi şdir. Bu halda ərizəni verməklə vərəsə, öz hüququndan (mirasın ona çatası hissəsindən) imtinanı bəyan etmişdir. Onun ərizəsini dövlətin adından çıxış edən notariat orqanı təsdiq etmişdir. Bununla da vərəsə özünü ərizəsini geri götürmək imkanından məhrum etmişdir. Bu nəinki fərd barəsində, eləcə də, eyni zamanda vərəsə sayılan dövlət barəsində də müəyyənləşdirilən qaydadır. Qardaşından miras qalmış əmlakdan qanunvericiliyin tələblərinə müvafiq olaraq könüllü qaydada notariat kontorunda təsdiq olunmuş ərizə vasitəsi ilə digərlərinin xeyrinə imtina etmiş iddiaçı 2 ay müddətdən sonra iradə ifadəsini dəyişərək həmin ərizənin etibarsızlığına dair iddia qaldırması vərəsəlik hüquq normalarının tələblərinə zidd olduğundan əsaslı hesab edilə bilməz. Hazırki halda iddiaçı tərəfindən imzalanmış ərizə birtərəfli əqdlərə aid olmuşdur. Həmin əqdin bağlanması üçün yalnız bir tərəfin iradə ifadəsi lazım olan və kifayət etmişdir. Birtərəfli iradə ifadəsinin etibarlılığı əqd bağlamış şəxsin ölümündən və ya fəaliyyət qabiliyyətini itirməsi kimi amillərdən asılı ola bilər. Bütün bunları nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şahid qismində ifadə verən X16 qeyd etmişdir ki, dayıları Nuru, Yolçu və İsbəndiyarla münasibəti normal olmuşdur. Dayısı İsbəndiyar və o, Bərdədə yaşayırlar. Dayısı Yolçu Bakıda, Nuru isə rayonda yaşayır. Nuru ilə rayonda çox görüşmürlər. Dayıları ilə anası arasında əvvəllər münasibət yaxşı olmuşdur. Dayısı Yolçu ona zəng etmişdir ki, özü işə gedir, müəyyən sənədlər var, onları xalasına versin, birlikdə “Asan Xidmət”ə getsinlər, orada işçilər özləri işi həll edəcəklər. Sənədlərin içərisində ölüm kağızı və s. var idi. O, xalasını ora aparmışdır. Sənədləri “Asan Xidmət”ə o, vermişdir. Hansı məsələnin həll olunmasını bilməmişdir. Xalası işçilərlə özü danışmışdır. O, nisbətən aralıda olmuşdur. Mirasdan imtina ilə bağlı söhbət olmamışdır. Hadisə təxminən iyun ayında olmuşdur. Oradan çıxandan sonra xalası evə gəlmişdir. Oradan çıxanda hər hansı narazılığın olubolmamasını bilməmişdir. Dayısının göndərdiyi şəxsə sənədləri vermişdir.

13. Şahid qismində ifadə verən X4 qeyd etmişdir ki, qardaşı Nuru iddiaçıya və ona demişdir ki, onlara etibarnamə versinlər ki, qardaşı Abbasın əmlakını öz aralarında bölsünlər. Onlar da razılaşmışlar. Onlar notariusa qardaşına etibarnamə vermək məqsədi ilə getmişlər. Mirasdan imti na barədə heç bir məsələ olmamışdır. Onlar Bərdədə notariusa etibarnamə vermək məqsədi ilə getmişlər. Notariusa qardaşı Nuru və Yolçu ilə getmişdir.

14. Məhkəmə sorğusuna cavab olaraq 3 saylı “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin notariusu X5 ünvanladığı 30 avqust 2022-ci il tarixli, 1489 nömrəli məktuba əsasən vəfat etmiş X10 adına 3 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisində vərəsəlik işi açılmamışdır. Vərəsəsi olan İddiaçı 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisində mirasdan imtina ərizəsi qeydə alınmışdır.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4172/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli “mirasdan imtina”ya dair ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və ərizə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Hazırkı mübahisə üzrə isə qeyd edilən ərizənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, ərizə yazılarkən və təsdiq edilərkən iddiaçı səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mirasın qəbul edilməsilə bağlı Notariusa müraciət etdiyini, lakin imza etdiyi ərizənin mahiyyəti, yəni mirasdan imtina olunması barədə olmasının Notarius tərəfindən ona izah olunmadığını, bacısı oğlu Elnurun onu 3 saylı Asan xidmət mərkəzində olan Notariusa apardığını, imza etdiyi sənədin mirasın qəbul edilməsindən imtina ərizəsi olduğunu bilmədiyini göstərmişdir. Lakin iddiaçı iddia ərizəsində qeyd edilən onun və digərlərinin aldadılması ilə bağlı heç bir hal barədə sübut təqdim etməmişdir. Həmçinin, iddiaçının Asan xidmətə getməsi, mirasdan imtina barədə ərizəni imzalaması öz istəyi ilə könüllü şəkildə olmuş, bu işlərin gedişatında müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan X15 iştirakı olmamış və bu məsələ ilə bağlı hər hansı danışığı olmamışdır. Hər hansı bir şəxsin İddiaçı mirasdan imtinaya dair ərizə yazması və onu imzalaması ilə bağlı təsir və təzyiqi məhkəmə iclaslarında öz təsdiqini tapmamışd ır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 1243, 1256, 1257, 1261, 1262, 1268-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-716/2023 nömrəli mülki iş üzrə 8 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Birinci instansiya mə hkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi şahid X6 ifadəsinə işdə olan tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab etmişdir ki, həmin ifadə iddianın təmin edilməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz. Belə ki, imtina barədə ərizə xx.xx.2022-ci ildə verilsə də, şahid xalası olan iddiaçını təxminən iyun ayında notariat kontoruna apardığını bildirmişdir. Bundan əlavə şahidin dayıları ilə əvvəllər münasibətinin yaxşı olmasını bildirməsi, hazırda onların dayısı ilə normal münasibətinin olmamasını göstərmişdir. Digər tərəfdən şahid notariusa gedərkən hansı məsələnin həll olunmasını bilmədiyini, nisbətən aralıda dayandığını, xalasının işçilərlə özünün danışdığını bildirmişdir.

23. Məhkəmə kollegiyası şahid X1 ifadəsinə işdə olan tədqiq edilmiş di gər sübutlarla birlikdə qiymət verərək, hesab etmişdir ki, həmin ifadə iddianın təmin edilməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz. Belə ki, şahid ifadəsində qardaşı Nurunun iddiaçıya və ona, onlara etibarnamə verilməsini, bunun qardaşı Abbasın əmlakını öz aralarında bölməkləri ilə bağlı olduğunu, notariusa etibarnamə verilməsi üçün getdiklərini qeyd etsə də, iddiaçı iddia tələbi və izahatında qeyd etmişdir ki, qardaşı Yolçu ona və digər vərəsələrə demişdir ki, mirası qəbul etmək üçün əvvəlcədən gedib notariusa ərizə yazmaq lazımdır. Göründüyü kimi şahid ifadəsi ilə iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.

24. Məhkəmə kollegiyası video-görüntü ilə bağlı apellyatorun dəlilinə münasibətdə qeyd etmişdir ki, 3 saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1628 saylı məktubuna əsasən 3 saylı “Asan Xidmət” Mərkəzində video görüntülər son 45 günü yadda saxladığından iddiaçının “mirasdan imtina barədə Ərizə”sinin təsdiq edildiyi müddətdə, yəni xx.xx.2022-ci il tarixində saat 11-00-dan 11-30-dək müddətdə olan video görüntülərin çıxarışını təqdim edilməsi mümkün olmamışdır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 1243, 1256, 1257, 1261, 1262, 1268-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir.

28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1162, 1243, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Dig ər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

33. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

34. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulunda n imtina notariat orqanında rəsmiləşdirilməlidir.

35. Maddə 1257. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.

36. Maddə 1268. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etm əlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya b axışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan işdə iddiaçı mirasdan imtina etməsi barədə notarial qaydada verdiyi ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Belə olan halda ərizənin etibarsız hesab edilməsinə əsas olan halları sübut etmək yükü iddiaçının üzərinə düşür (§ 37-38). Lakin mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr iş materialları əsasında bu qənaətə gəlmişlər ki, iddiaçı sözügedən halları sübuta yetirə bilməmişdir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olun muşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-716/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar