Məhkəmə qərarları › İş №2(102)-2110/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2110/2024

16.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2110/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarlma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya və pul” tələbi üzrə qarşılıqlı iddia ərizəsinə dar mülki iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə mənzilə itifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı Vladimiovnanın ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə istifad ə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarlma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya və pul” tələbi üzrə qarşılıqlı iddia ərizəsinə dar mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1079/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin, 28 saylı mənzili İddiaçı anasının mülkiyyətində olmuş, anasının 2022-ci ildə ölümündən sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqına şəhadətnaməyə əsasən mənzil Natala Ələkbərovanın mülkiyyəti nə keçmişdir. Cavabdeh İddiaçı doğma qızıdır. Cavabdeh mübahisəli mənzildə doğulub yaşamış, 2015-ci ildə ailə həyatı qurmuş və həyat yoldaşının yaşadığı evinə gəlin köçmüşdür. 2. 2017-2018-ci illərdə Cavabdeh öz adına daşınar və daşınmaz əmlaklar əldə etmişdir, sonra həmin əmlakları satmışdır.

3. Hazırda Cavabdeh öz qızı və həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Mülkiyyətçi İddiaçı könüllü surətdə kompensasiya verməklə ilkin iddia üzrə cavabdehin mülkiyyətində olan mənzildən çıxarılması, Leyla isə kompensasiya məbləği ilə razılaşmadığından daha yüksək məbləğ tələb etməklə mənzilə onun tərəfindən çəkilmiş xərci də tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:

4. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan s onra-iddiaçı) İddiaçı Vladimirova ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda mülkiyyətində olduğu ev mərhum anasından iddiaçıya vəsiyyət edilmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında adına rəsmiləşdirimişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 32, 28 saylı mənzil onun tam mülkiyyətindədir. Həmin mənzildə iddiaçı ilə yanaşı qızı Cavabdeh və nəvəsi X18 qeydiyyatdadır. Artıq bir neçə aydır ki, qızı əri ilə birgə iddiaçını mənzildən çıxarmışlar, mənzilə daxil olmağa və mülkiyyət hüququndan istifadə etməyə maneələr törədirlər. Bununla yanaşı iddiaçını təhqir edirlər və mənzilə dair hüquqlarını əlindən alınması ilə hədə-qorxu gəlirlər. Göstərilənlərə əsasən Cavabdeh 10.000 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinə və qızı Cavabdeh, nəvəsi X10 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 6.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı “kompensasiya və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 7.Qa rşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, nə onun, nə də əri tərəfindən anası İddiaçı mənzilə gəlib-getməsinə maneələr yaratmamışdır. Bunların hamısı yalan, cəfəngiyat və qəsdən uyduran şər böhtandır. Əksinə anası Ələkbərov Famil adlı bir şəxslə evləndiyi üçün həmin şəxsi evə gətirmək istəməsi onların arasında söz-söhbətə səbəb olmuşdur. Elə ki, anası 3 “b” psixi xəstədir. Əvvəllər spirtli içki aludəçisi olmuşdur. İddiaçı öz doğma anası X4rşı çox kobud davranaraq dəfələrlə onu döymüşdür. Mərhum nənəsi X11raciyər serrozu xəstəliyndən vəfat etmişdir. İddiaçı mərhum anası Anna Nazarkinaya qarşı kobud davranışı barədə kifayət qədər sübutlar, səs yazıları və foto şəkillər vardır. Mübahisəli mənzil əvvəllər X8 mülkiyyətində olmuşdur. O, ölən günə kimi Cavabdeh himayəsində yaşamışdır. Mərhum nənəsi Anna Nazarkinanın iki qız övladı olub. Onların heç biri anaları Anna Nazarkina xəstə olarkən ona normal övlad kimi qulluq göstərməmişdirlər. Hətta nənəsi Anna Nazarkina öləndə tabut ortalıqda qalmış, qızları gəlib çıxmamışlar. Gecəni səhərə kimi Cavabdeh mərhuməyə dəfn üçün lazım ehtiyacları qarşılamışdır. X24 öləndən sonra İddiaçı vərəsəlik qaydasında yəqin həmin mənzili öz adına qeydiyyata aldırmışdır. Onun iki nüsxədən ibarət açarı olub. Cavabdeh ona qarşı heç vaxt hörmətsizlik etməmişdir. Əksinə İddiaçı dəfələrlə içkili olaraq Cavabdeh şiddət göstərərək ona qarşı işgəncələrə əl atmışdır. Bu faktları qonşular da təsdiq edə bilərlər. İddiaçı Cavabdeh deyirmiş ki, indiki evləndiyi şəxs Famil Ələkbərov əvvəllər adam öldürmə maddəsi ilə Rusiyada həbsxanada yatmış və pis vərd işləri var. Ona görə də Cavabdeh anası Natalya Vladimirovnaya evləndiyi şəxs Famil Ələkbərovu evə gətirməsindən narahat olduğunu, onun pis vərdişləri olması səbəbindən ona güvənmədiyini bildirərək Natalyanın deyil, Famil Ələkbərov onlarla birlikdə yaşamasına narazılığını bildirdiyi üçün İddiaçı belə bir iddia qaldırmışdır. Cavabdeh İddiaçı tərəfindən ona ödənilməsini təklif etdiyi 10.000 manat kompensasiyanın məbləğindən narazıdır və həmin ərazidə iki otaqlı orta təmirli içərisində əşya olan mənzilin aylıq kirayə haqqı 450 manatdan başlayır. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği L.Əmirxnovaya Bakı şəhərində həmin ərazidə əvvəlki mənzilə xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanını vermək üçündür. İddiaçı tərəfindən təklif olunan 10.000 manat kompensasiyanın məblə ği cavabdehə və onunla birlikdə yaşayan azyaşlı uşağı ilə birlikdə Bakı şəhərində həmin ərazidə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını verir. Hal-hazırda həmin ərazidə iki otaqlı mənzilin orta bazar qiyməti 80-100 min manatdır. Aylıq kirayə haqqı isə 450-500 manatdır. Kompensasiya isə ağlabatan müddət üçün müəyyən edildiyindən 3 il üçün kompensasiya ödəmək nəzərdə tutulur. Belə olan halda 36 ay x 500 manata = 18.000 manat edir. Nəzərə alsalar ki, İddiaçı iki nəfərin istifadə hüququna xitam verilməsini tələb edirsə, bu halda kompensasiyanın məbləği 36.000 manat müəyyən edilmlidir. İstifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə formalaşmış məhkəmə təcrübəsi kimi iddiaçı məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği ilə razılaşmayacağı təqdird ə iddia tələbi rədd edilir. İddiaçı da həmin qətnamədən narazı qaldığı halda yuxarı istansiya məhkəmələrinə şikayət edə bilmək hüququndan istifadə edə bilir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mülki iş üzrə cavabdeh ƏlNümayəndə2 Sergeyevna çıxarılması tələb edilən mənzilin təmiri üçün 6.000 manat pul xərcləmişdir. Belə ki, iddiaçı X5 Famil Ələkbərov adlı şəxslə evlənərək Famil ilə çıxıb getdiyi və o evə yaşamadığı üçün məcbur qalaraq evin damından su axdığına görə usta çağıraraq dam (bitum) tol və qır çəkdirmiş, qonaq otağında qonşuya səs getdiyi və tez-tez aralarında səsküyə görə mübahisələri yarandığından 10 sm. enində otaq darlaşaraq kərpicdən ara divarı çəkmiş, svanmış, şpoklyovka çəkildikdən sonra otağın bir tərəf divarına kağız oboyu, o biri divarın isə maye oboyu çəkdirmi ş, iki ədəd mətbəx mebel və otaqdakı pəncərələri dəyişərək plastik pəncərə qoydurmuş, hamamı təmir etdirmiş, iki metr hündürlükdə kafel vurulmuş, yerinə metlağı və trapı dəyişdirərək yenilənmiş, ayaq yolu (tualet) metlağı və trapı yenilənərək izolyasiya çəkilərk dəyişdirilmişlər. Yataq otağı təmir edilərək oboylanmış, mətbəxə moyka şkafı alınaraq yenilənmiş, evin girişinə və yataq otağına şkaf alınmış, istilik sistemi hər otağa və mətbəxə yeni xətt çəkilərək radiatorları təzələnmiş, hamamın, mətbəxin krantları və şlanqları yenilənərək təzlənmişdir. Bu işlərin hamısını Cavabdeh hissə-hissə olmaqla təmir elətdirmişdir. Ona görə də, onun barəsində qaldırılmış iddia tələbi məhkəmədə hazırki bazar qiyməti ilə müəyyən olunacaq kompensasiyanın məbləği ilə iddiaçı razılaşaraq cavabdehin özünə və q ızına Bakı şəhərində həmin ərazidə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını tənzimləyərsə, həmin mənzilin təmirinə xərclənmiş 6000 manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini istəyirlər. Göstərilənlərə əsasən ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, Cavabdeh ilə qızı X7 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları tələbi barədə 2(006)-5350/2022 saylı mülki iş üzrə məhkəmə tərəfindən Cavabdeh ilə qızı X7 da mənafeyi nəzərə alınmaqla onların hər ikisinə ağlabatan məbləğdə bazar qiymətinə uyğun kompensasiya məbləğinin müəyyən edilməsi, ünvan 2 ünvanında yaşayan və həmin mənzilin təmiri üçün Cavabdeh tərəfindən xərclənmiş 6000 manat pulun ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə isə cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdi. 8.Sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkməyə müraciət edərək göstərmişdir ki, hazırki iş üzrə ekspert rəyinə əsasən ona məxsus mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 450 manat məyyən edilmişdir. Məhz elə buna görə o, iddia tələbində göstərdiyi kompensasiya məbləğini artıraraq 16.200 manat kimi göstərmək istəyir. Göstərilənlərə əsasən Cavabdeh 16.200 manat məbləğində kompensasiya verilməklə (ödənilməklə), istifadə hüququna xitam verilməsi və qızı Cavabdeh, nəvəsi X12 iddiaçıya məxsus ünvan 3 ünvanında mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 9.Dah a sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində həmin ərazidə kirayə haqqı 450 manat müəyyən edildiyinə görə iddiaçı kompensasiya məbləğinin 16200 manat ödənilməsini təklif etmiş, Cavabdeh qızına kompensasiya ödənilməsini təklif etməmişdir. Ona görə də təklif edilən kompensasiyasının məbləği ilə razılaşmırlar. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, komensasiyanın məbləği bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mülki iş üzrə cavabdeh X9 çıxarılması tələb edilən mənzilin təmiri üçün 6.000 manat pul xərcləmişdir. Belə ki, İddiaçı Famil Ələkbərov adlı şəxlə evlənərək Famil ilə çıxıb getdiyi və o evdə yaşamadığı üçün məcbur qalaraq evin damından su axdığına görə usta çağıraraq dama (bitum) tol və qır çəkdirmiş, qonaq otağında qonşua səs getdiyi və tez-tez aralarında səsküyə görə mübahisələri yarandığından 10 sm.enində otaq darlaşaraq kərpicdən ara divarı çəkmiş, sıvanmış, şpoklovka çəkildikdən sonra otağın bir tərəfdivarına kağız oboyu, o biri divarına isə maye oboyu çəkdirmiş, iki ədəd mətbəx mebel və otaqakı pəncərələri dəyişərək plastik pəncərə qoydurmuş, hamamı təmir etdirmiş, iki metr hündrlükdə kafel vurulmuş, yerinə metlağı və trapı dəyişdirərək yenilənmiş, ayaq yolu (tualet) metlağı və trapı yenilənərək izolyasiya çəkilərək dəyişdirilmişlər. Yataq otağı təmir edilərək oboylanmış, mətbəxə moyka şkafı alınaraq yenilənmiş, evin girişinə və yataq otağına şkaf alınmış istilik sistemi hər otağa və mətbəxə yeni xətt çəkilərək radiatorları təzələnmiş, hamamın, mətbəxin krantları və şlanqları yenilənərək təzələnmişdir. Bu işlərin hamısını Leyla Əmirxaova hissəhissə olmaqla təmir elətdirmişdir. Ona görə də onun barəsində qaldırılmış iddia tələbi məhkəmədə hazırki bazar qiyməti ilə müəyyən olunacaq kompensasiyanın mbləği ilə iddiaçı razılaşaraq cavabdehin özünə və qızına Bakı şəhərində həmin ərazidə əvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını tənzimləyərsə, həmin mənzilin təmirinə xərclənmiş 6000 manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahi etmişlər. Qarşılıqlı iddia ərizəsində Cavabdeh özü və qızı üçün hər birinə 18.000 manat olmaqla, cəmi 36.000 manat məbləğində kompensasiya, 6000 manat isə mənzilə təmir üçün xərclədiyi pulun anası İddiaçı alınaraq ona ödənilməsii qeyd etmişdir. İddiaçı kirayə haqqı kimi 450 manat nəzərdə tutaraq 16200 manat kompensasiy təklif etsə də, qarşılıqlı iddia ərizəsi verərkən kirayə haqqının 450-500 manat arasında olmasın dair ev alğı-satqı ofislərindən arayış təqdim etmişlər. Hal-hazırda Cavabdeh başqa yaşayış evi olmadığı üçün hesab edirlər kirayə haqqı 500 manat hesablanaraq, 18.000 mana olmalı və X13 da eyni qaydada 18.000 manat kompensasiya ödə nilməlidir. Göstərilənlərə əsasən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə iddia tələbinin Cavabdeh və X15 hər birinə ayrı-ayrılıqda 18000 manat olmaqla 36000 manat kompensasiy ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi, ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddia iddiaçı Cavabdeh tərəfindən mənzili təmirinə çəkilmiş xərcin əvəzi kimi 6.000 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 10.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(006)5350/2022 saylı qərardadı ilə (hakim-Ramin Xəlilov) mülki iş üzrə məhkəməəm təəşünaslıq ekspertizası təyin edilmişdir. 11. "xxxx" MMC tərəfindən tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair 26.12.23-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsndə yerləşən 32 saylı evin, 28 saylı mənzilinin bazar dəyəri 95.000 manat təşkil edir. 12.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(006)-533/2023 saylı qərardadı ilə (hakim-Ramin Xəlilov) mülki iş üzrə təkrarən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizaı Mərkəzinin 9/4374 saylı, 07 avqust 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 32 saylı evin, ümumi sahsi 42,47 kv.m. təşkil edən 28 saylı mənzil in və oxşar şəraitli mənzilin aylıq icarə haqqını orta bazar qiyməti təxminən 450 manat müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflrin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. 14.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(006)533/2023 saylı qətnaməsi ilə (hakim-Ramin Xəlilov) ilkin iddia üzrə İddiaçı Vladimirovanın ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh 16.200 (on atı min iki yüz) manat pul verilməklə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsinə yerləşən 32 saylı evin, 28 saylı mənzilindən (Yeni qaydalarla: AZ111, Bakı ş əhəri, Nəsim rayonu, Hüseynbala Əliyev küçəsi, 92,M5,m1) Cavabdeh və onun qızı X7 həmin mənzildən çıxarılması, qətnamənin Cavabdeh 16.200 (on altı min iki yüz) manat pul verilməklə mənzildən çıxarılması hissələrində eyni vaxtda icra edilməsi, ilkin iddia tələbinin Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin, 28 saylı mənzili (yeni qaydalarla: AZ111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 92,M5,m1) üzrə istifadə hüquqlarına xitam verilməsi hissəsində onun həmin mənzilə istifadə hüquqları müyyən edilmədiyindən təmin edilməməsi, bu qətnamənin Cavabdeh və X7 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşə 32 saylı evin, 28 saylı mənzili (Yeni qaydalarla: AZ111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 92,M5,m1) üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsas olması, qarşılıql iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensasiya və pul” tələbinə dair qarşılıqlı iddia tələblərinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X6, KOD 210005 VEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 AZ34CTRE******************** hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertia tədqiqatının dəyəri 300 (üç yüz) manatın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutulub "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, bina 7, mənzil 194, VÖEN: **********, H/h: AZ 1ACAB********************, "xxxx" QSC-nin Azadlıq filialı, M/H: AZ0NABZ**********000056944, Kod: 504788, Bankın VÖENi: **********, SWİFT: AİBAZ2X, Bankın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 3, AZ1065) hesabına köçürülməsi qət eilmişdir. 15.Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin, 28 saylı mənzili İddiaçı anasının mülkiyyətində olmuş, anasının 2022-ci ildə ölümündən sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh İddiaçı doğma qızıdır. Cavabdeh mübahisəli mənzildə doğulub yaşamışdır və 2015-ci ildə Cavabdeh ailə həyatı qurmuş və həyat yoldaşının yaşadığı evinə gəlin köçmüşdür. 2017- 2018-ci illərdə Cavabdeh öz adına daşınar və daşınmaz əmlaklar əldə etmişdir, sonra həmin əmlakları satmışdır. Hazırda Cavabdeh, öz qızı və həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Hazırda İddiaçı könüllü surətdə kompensasiya verməklə cavabdehin müliyyətində olan mənzildən çıxarılmısı, cavabdeh isə kompensasiya məbləği ilə razılaşmadığından daha yüksək məbləğ tələb etməklə mənzilə onun tərəfindən çəkilmiş xərcidə tələb edir. 16.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli mənzildə qeydiyyatda olmuş qızı Cavabdeh əri ilə birlikdə onu mənzildən çıxarmışlar, mənzil daxil olmağa və mülkiyyət hüququndan istifadə etməsinə maneçilik törədirlər. Bu səbəbdən o, Cavabdeh 16.200 manat məbləğində kompensasiya verilməklə (ödənilməklə), ist ifadə hüququna xitam verilməsi, qızı Cavabdeh və nəvəsi Leyli Əmirxanovanın ona məxsus ünvan 6 ünvanında mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Cavabdeh mübahisəli mənzildə doğulduğundan, onun həmin mənzilə dair hüquq münasibətləri xx.xx.2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün, iddiaçının irəli sürdüyü tələbə, yəni cavabdehin istifadə hüququna xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir. 18.Məhkəmə qeyd etmişdir ki, cavabdehin əvvəlki Mənzil Məcəlləsinin 123-cü madəsinin tələbinə əsasən istifadə hüququ mövcud olmuş olsa da o, 2015-ci ildə ailə həyatının qurmasından və daimi yaşamaq üçün həyat yoldaşının yaşadığı Cəlilabad rayonunda yerl əşən evinə gəlin köçməsindən, mübahisəli mənzildə uzun müddət ərzində yaşamadığından, 2017-ci ildə daşınmaz əmlakın əldə etməsindən və öz adına rəsmiləşdirilməsindən, daha sonra onu satılması səbəbindən hazırda cavabdehin mübahisəli mənzilə hər hansı istifadə hüuqunun qalmasından da söhbət gedə bilməz. 19.Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə artıq istifadə hüququ qalmadığından, iddiaçının mübahisəli mənzil üzrə cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələbi təmin edilə bilməz. Yəni mövcud olmayan hüquqa xitam verilməsi qanuni hesab edilə bilməz. 20.Bununla belə məhkəmə cavabdehin mənzildən istifadə etməsinə son qoyulması və onun mənzildən çıxarılması ilə əlaqədar 16.200 (on altı min iki yüz) manat pulun iddiaçı tərəfindən könüllü qaydada təklif e dilməsini nəzərə alaraq hesab etmişdir ki, həmin hissədə tələb təmin edilməlidir. Yəni qanunvericilik yalnız istifadə hüququna xitam verilərkən onun ədalətli kompensaiyasını nəzərdə tutsa da, məhkəmə mülkiyyətçinin iradə ifadəsinə uyğun cavabdehə kompensasiya verilməklə mənzildən çıxarılmasını qanuna zidd tələb kimi hesab etməmişdir. Bu halda həmçinin məhkəmə belə qənaətə gəlmişdir ki, istifadə hüququ mövcud olmadığıdan kompensasiyanın miqdarının ədalətli olubolmamasının yenidən məhkəmə qaydasında araşdırılmasına zərurət qalmamışdır (mülkiyyətçi tərəfindən könüllü qaydada verilən vəsait olduğudan). 21.Məhkəmə həmçinin qeyd etmişdir ki, hər iki tərəfin qanuni mənafelərinin qorunmasının və hüquqdan sui-istiadənin qarşısının alınması məqsədi ilə iddiaçı tərəfindən cavabdeh kompensasiyanın ver ilməsi və onun mənzildən çıxarılması hissəsində qətnamə eyni vaxtda icra olunmalıdır. 22.Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia tələbinin qismən təmin edilməsi üzrə məhkəmənin qeyd olunan əsaslandırması nəzərə alınmaqla, cavabdehin sözügedən mənzildə əvvəl yaranmış istifadə hüququ artıq aradan qalxdığından (mövcud olmadığından) yenidən müvafiq kompensasiyanın verilməsi tələbindən söhbət gedə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi 36000 (otz altı min) manat kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməi hissəsində təmin edilməməlidir. 23.Məhkəmə qarşılıqlı iddia tələbinin mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 6000 (altı min) manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzildə təmir edilməsi üçün 6000 (altı min) manat məbləğində xərc çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən qarşılıqlı iddia tələbi qeyd olunan hissəə əsassız olmaqla təmin edilə bilməz. 24.Məhkəmə əlavə etmişdir ki, hazırki cavabdeh sözügedən mənzildən uzun müddət istifadə etmiş, əgər edilən təmirin (varsa əgər) onun tərəfindən edilməsi (sübuta yetirilə bimir) halından belə öz şəxsi istifadəsinin daha əlverişli hala gətirilməsi üçün təmir etmişdir ki, bu da könüllü qaydada həyata keçirilmişdir. Bu halın özüdə qarşılıqlı iddianın təmir xərcinin tutulması hissəsini daha əsassız hesab edilməsinə gətirib çıxarmışdır. 25.Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsi nin birinci hissəsinin şərh edilməsinə dair” Azəraycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəninə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Məzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına; xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87, 13-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Qərarına; Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 152.1, 152.5, 228.2; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifad hüququna xitam verilməsinə dair xx.xx.2 016-cı il tarixli qərarına; Mülki Prosessual Məcəlləsini 217.2, 217.3, 217.4, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Qətnamədən ilkin iddia üzrə cavabdeh X20 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamədə kompensasiyanın verilməsi Cavabdeh Sereyevnaya ödənilməsi qət edilmişdir. Lakin X1 ödəniləsi qət edilmədiyindən onun mülki və konstitusiya ilə qorunan hüquqları pozulmuşdur. Pul mülkiyyətin bir növü hesab edilir. Ona görə də Cavabdeh həmin mənzilə çəkdiyi təmir xərcləri İddiaçı tutulmalı idi. Lakin məhkəmə o hissədə tələbi təmin etməmişdir. Beləliklə ilkin i ddia tələbi üzrə İddiaçı əmlakını geri təlb etdiyi üçün Cavabdeh iddiaçıya məxsus mənzilə çəkdiyi xərcləri və ora alınaraq istifadə edilən avadanlıqlar və əşyaları özü ilə apara bilməsi mümkün olmadığından məhkəmə həmin təmirə çəkilmiş xərcin əvəzi olaraq 6000 manat pulun İddiaçı alınaraq X17 ödənilməsi barədə qətnamə qəbul etməli idi. İşin faktiki hallarındanda məlum olduğu kimi iddiaçı ilə cavabdeh arasında müqavilə olmasa da, onlar ana-bala kimi birlikdə yaşamışlar. İddiaçı qeyri-rəsmi evlənərək ərə getdiyi şəxslə ona məxsus mənzildə yaşamaq istədikdə onların arasında münasibətlər pozulmuşdur. Lakin Cavabdeh İddiaçı gəlib mənzildə yaşamasına heç bir maneəçilik yaradılmamışdır. Məhkəmə tərəfindən tələbi pozulan və tətbiq edilməyən digər maddi hüquq normasının Mülki Mcəllənin 157.7-ci mad dəsidir. Cavabdeh tərəf mənzilin yaxşılaşdırması üçün məsrəflər çəkmşdir. Bu məsrəflər mənzildə yaşayış ola-ola mənzilin şəraitinin yaxşılaşdırılması məsədi ilə xərclənmişdir. İndi isə Cavabdeh həmin mənzildən istifadə etməsinə imkan verilmir. Qanunvericilik həmin sərf edilən məbləğin şəxsin, indiki halda cavabdehin tələb etməsiə imkan verir. Görülən işlərin aşkar olunmasına, mübahisələndirilməməsinə və cavabdehi də tələb etməsinə baxmayaraq məhkəmə çəkilən xərclərlə bağlı heç bir münasibət bildirməmiş, cavabdehin əmlak hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul eləmişdir. İdiaçı tərəf cavabdehə mənzilin təmiri üçün çəkilmiş 6000 manat pulu qaytarmamaqla Cavabdeh konkret olaraq 6000 manat maddi zərəri vurmuş hesab edilməlidir. Məhkəmənin ümumi mövqeyi cavabdehin delikt üzrə yaranan hüququnun reallaşmasına imkan verməmişdir. Məhəmə tərəfindən iş tam, hərtərəfli, obyektiv araşdırılmamış, yalnız iddiaçı tərəfin dəlillərinə itinad etməklə əsassız qətnamə qəbul olunaraq cavabdehin əmlak hüquqları pozulmuşdur. Caabdehin iddiaçıya pul ödəməsinə, bu faktın da iddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-533/2023 saylı qətnaməsində məhkəmə MPM 77.1-c maddəsinə istinad edərək bildirmişdir ki, sübut etmə vəzifəsi iddiaçınn üzərində olduğundan iddianın əsaslılığına istinad edilən hallar sübuta yetirilməmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən iddiaçının həmin mənzildə aparılan təmirə dair etirafını nəzərə almamış, X16 münasibətdə kompensasiya ödənilməsin i təmin etməmiş və nəticədə əsassız bir qətnamə qəbul etmişdir. 28.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 14 fevral 2024-cü il tarixli, 2(103)-1079/2024 nömrəli qətnaməsi ilə (hakimlər X22 (sədrlik edən və məruzəçi), X21 və X3) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 29.Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, cavabdehin yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1- dək yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir və cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. 30.Hazırki halda iddiaçı cavabdehin mülkiyyətində olan mənzilinə kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsini xahiş etsə də, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində istifadə hüququnun yaranması əsasları qeyd olunsa da, istifadə hüququna xitam verilməsi institutu nəzərdə tutulmamışdır. 31.Kollegiya apellyatorun onun tərəfindən mənzilin təmir edilməsinin iddiaçı tərəfindən etiraf edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı tərəf qarşılıqlı iddianı qəbul etməmiş, hazırki apellyasiya baxışında da, iddiaçının nümayəndəsi mənzilin cavabdeh tərəfindən təmir edilmədiyini bil dirmişdir. 32.Belə olan halda, kollegiya hesab etmişdir ki, mənzilin təmir edilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür ki, cavabdeh bununla bağlı sübutları təqdim etməmişdir. Əgər cavabdeh başqasının mülkiyyətində olan mənzildə təmir işlərinin aparılmasını sübut etdiyi təqdirdə, məhkəmə tərəfindən müvafiq məhkəmə tikinti-texniki ekspertizası təyin oluna bilərdi. 33.Kollegiya həmçinin qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güv ənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 34.Apelyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 15.1, 152.5, 228.2-ci, Mənzil Məcəlləsinin 123.1, 53.1, 53.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 35.İlkin iddia üzrə Cavabdeh (vəkil Nümayəndə1 Əlihüseyn oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-533/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş et mişdir.

36. Kassator şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır.

37. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, MM-in 11, 12, 157.7, 385.1, 425.1, 1097.1-ci MPM-nin 14.1, 88 və 97.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 38.İş üzrə iddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz vermişdir. 39.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri kimi kassasiya şikayətində qeyd olunan maddi və prosessual hüquq pozuntularının əsassız və yanlış olması qeyd olunmuşdur. 40.Belə ki, etiraz onunla əsaslandırılmışdır ki, kassator təmir xərcləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, əksinə iddiaçı tərəfdən təmir xərclərinin təkzibi ilə bağlı məhkəməyə əsaslı sübutlar olun muşdur. 41.Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin iş üzrə dolğun və hərtərəfli araşdırma aparıldığı, sübutların düzgün tədqiq edildiyi və nəticədə məhkəmə kollegiyası tərəfindən qanuni və əsaslı qətnamə qəbul olunduğu diqqətə çatdırılaraq, kassasiya şikayətinin təmin olunmaması xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

42. Maddə 13. 1-ci hissə-Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

43. Maddə 29. 1-ci və 2-ci hissələr- hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir nöünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qoruur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 15.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ndan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquudur.

45. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətlər ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifad edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə ol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər,bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hquqdan sui-istifadə olmasın. 46.Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyat keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazıl razılaşma i lə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasınd tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 47.Maddə 123. 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 48.Maddə 53. 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bəradər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. 49.Maddə 53. 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyindən, akt həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 60.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 61.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nət icəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 62.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 63.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüqu qi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkə məsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 64.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 65.İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetin i yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 66.İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 67.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. 68.Bu səbəbdən, kassasi ya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 69.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1079/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar