Məhkəmə qərarları › İş №2(102)-2113/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2113/2024

16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2113/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-727/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı adına olan abonent saldosuna (abonent kodu **********08460) əsasən, 2018ci ilin mart ayında 1.548,20 manat, 2022-ci ilin noyabr ayında 4.406,40 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 749,64 manat və mart ayında 734,40 manat borc yazılmışdır. Bununla da, abonent saldosuna əsasən iddiaçıya aktlar əsasında yazılmış borc məbləği 8.907,44 manat təşkil edir. 2. xx.xx.2018-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərara əsasən, həmin tarixdə abonent X2 tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 5728 m3 həcmində itirilmiş təbii qaz hesablanmışdır. Həmçinin, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 7741 m3 həcmində (1.548,2 manat dəyərində (7741 m3 x 0.2 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. 3. xx.xx.2022-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərara əsasən, abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyriqanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında PQ-4, QSSQ, dəmir soba və iran soba cihazları nəzərə alınmaqla 36720 m3 həcmində (4.406,40 manat dəyərində (36720 m3 x 0.12 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Həmçinin, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında PQ-4, QSSQ, dəmir soba və iran soba cihazları nəzərə alınmaqla 6120 m3 həcmində (734,40 manat dəyərində (6120 m3 x 0.12 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. 4. xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərara əsasən, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında PQ-4, QSSQ, dəmir soba və iran soba cihazları nəzərə alınmaqla 6120 m3 həcmində (734,40 manat dəyərində (6120 m3 x 0.12 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zəfəran sovxozu ərazisində yerləşən yaşayış evinə əsassız olaraq hesablanmış 5.954,60 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcmini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Zəfəran sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış cəmi 8907,44 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosunun “qalıq və aktlar” hissəsindən də göründüyü kimi iddiaçı məhkəməyə müraciət edəndən sonra da cavabdeh qanunsuz olaraq 2022-ci ilin dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 749,64 manat və mart ayında 734,40 manat olmaqla əlavə 2952,84 manat məbləğində də cərimə yazılmışdır. Ona məxsus fərdi yaşayış evində əvvəllər mexaniki qaz sayğacı quraşdırılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə həmin sayğac yeni ZENNER G4T Smart tipli **********212 saylı sayğacla əvəz edilmişdir. Bundan sonra o yeni smart tipli sayğacın ödəniş kartını (smart kart) almaq üçün ASAN Kommunal mərkəzinə müraciət edən zaman bildirilmişdir ki, ona sayğacdan kənar q eyri-qanuni birləşmə ilə qazdan istifadə edilməsi əsası ilə xx.xx.2018-ci il tarixli akta əsasən 1548,20 manat məbləğində cərimə yazılmış və o həmin yazılmış cəriməni ödəməsə ona yeni quraşdırılmış sayğaca görə ödəniş kartı (smart kart) verilməyəcəkdir. O, həmin cərimədən xəbərsiz olduğunu, təbii qazdan heç vaxt qanunsuz istifadə etmədiyini və cərimənin qanunsuz yazıldığını bildirsə də heç bir nəticə əldə etmək mümkün olmamışdır. Bu səbəbdən də hazırki günə qədər ona yeni smart tipli sayğacın ödəniş kartı (smart kart) verilməmiş və bu yolla (sayğaca ödəniş etmək mümkün olmadığı üçün təbii qazdan istifadə edə bilmirəm) onun fərdi yaşayış evinə təbii qazın verilməsi Cavabdeh İB tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Bu səbəbdən də havalar soyuyandan sonra ailədə körpə uşaq olduğu üçün onlar məcbur olub noyabr ayının ortalarından etibarən sayğacdan kənar birləşmə ilə qaz xəttinə qoşularaq təbii qazdan istifadə etmişlər. Bir daha məhkəmənin nəzərinə çatdırmışdır ki, onlar Cavabdeh İB-nin qanunsuz hərəkətləri (yeni quraşdırılmış SMART sayğacın ödəniş kartı verilmədiyi üçün bu yolla qaz təchizatlarını dayandırılmışdır) nəticəsində 2022-ci ilin noyabr ayının ortalarından etibarən təbii qazdan qanunsuz istifadə etməyə məcbur olmuşlar. Lakin göründüyü kimi Cavabdeh İB göstərilən dövrə görə həddindən artıq şişirdilmiş məbləğ hesablamışdır. Hətta xx.xx.2022-ci il tarixli akta əsasən tərtib edilmiş tələbnamədə ona məxsus fərdi yaşayış evində mövcud olmayan cihazlar göstərilmiş, hesabat dövrü (guya təbii qazdan qanunsuz istifadə etdikləri müddət) 180 gün və orta günlük iş rejimi 2 4 saat kimi nəzərə alınmış və həmin günlərin sayına uyğun cərimə (4406,40 manat) hesablanmışdır. Halbuki xx.xx.2022-ci il tarixinə qədər istifadələrində olmuş qaz sayğacı mexaniki qaz sayğacı olmuş və qanunvericiliyin tələblərinə əsasən Birliyin əməkdaşları ən azı ayda bir dəfə sayğaca baxış keçirərək aylıq qaz sərfiyyatını müəyyən edir və bu barədə istehlakçıya bildiriş verir. Abonent saldosuna da nəzər yetirdikdə təsdiq olunur ki, Birliyin əməkdaşları hər ay ona məxsus sayğaca baxış keçirmiş və sayğacın son göstəricisini götürərək hər ay abonent saldosuna daxil etmişlər. Bu hallar isə onu sübut edir ki, əgər o, daha əvvəllər də təbii qazdan qanunsuz istifadə etmiş olsa idi bu halı Cavabdeh İB-nin əməkdaşları sayğacın göstəricisini götürəndə dərhal müəyyən edərdilər. Digər tərəfdən istifa dələrində olmuş qaz sayğacı xx.xx.2022-ci il tarixində Cavabdeh İBnin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Cərimə aktının tərtib edildiyi xx.xx.2022-ci il tarixindən sayğacın dəyişdirildiyi tarixə qədər də çox az müddət keçmişdir. Bütün bu hallar isə Birliyin əməkdaşları tərəfindən həddindən artıq şişirdilmiş (istifadə günləri və saatlıq iş rejimi şişirdilməklə) cərimə hesablandığını sübut edir. Digər tərəfdən xx.xx.2022-ci il tarixli akta əlavə edilmiş fotoşəkilin üzərindəki tarixdən məlum olur ki, birliyin əməkdaşları həmin faktı xx.xx.2022-ci il tarixdə aşkar etmiş və şəkilini çəkmişlər. Ancaq hesabat dövrünü uzatmaq məqsədilə cərimə aktını fakt aşkar olunan tarixdə deyil, xx.xx.2022-ci il tarixində tərtib etmiş və bu halda da saxtakarlığa yol vermişlər. xx.xx.2022-ci il tarixində t ərtib edilmiş akta əsasən də hesablanmış cərimə məbləği həddən artıq şişirdilmiş, tərtib edilmiş aktda və tələbnamədə evində mövcud olmayan cihazlar qeyd olunmuş, iş rejimi yenə də şişirdilərək 24 saat kimi nəzərə alınmışdır. Akta əlavə edilmiş fotoşəkilin üzərindəki tarixdən məlum olur ki, Birliyin əməkdaşları həmin faktı xx.xx.2022-ci il tarixdə aşkar etmiş və şəkilini çəkmişlər. Ancaq yenə də hesabat dövrünü uzatmaq məqsədilə cərimə aktını fakt aşkar olunan tarixdə deyil, 17 gün sonra yəni xx.xx.2022-ci il tarixində tərtib etmiş və həmin 17 günə görə də cərimə hesablamışlar. xx.xx.2023-cü il tarixində tərtib edilmiş akta əsasən də hesablanmış cərimə məbləği həddən artıq şişirdilmiş, tərtib edilmiş aktda və tələbnamədə evində mövcud olmayan cihazlar qeyd olunmuş, iş rejimi yenə də şişird ilərək 24 saat kimi nəzərə alınmışdır. Akta əlavə edilmiş fotoşəkilin üzərindəki tarixdən məlum olur ki, Birliyin əməkdaşları həmin faktı xx.xx.2023-cü il tarixdə aşkar etmiş və şəkilini çəkmişlər. Ancaq yenə də hesabat dövrünü uzatmaq məqsədilə cərimə aktını fakt aşkar olunan tarixdə deyil, 18 gün sonra yəni xx.xx.2023-cü il tarixində tərtib etmiş və həmin 18 günə görə də cərimə hesablamışlar. Bundan əlavə 2023-cü ilin fevral və mart aylarına görə tərtib olunmuş aktların surəti ona təqdim edilmədiyi üçün həmin aktları hansı əsasla tərtib etdikləri, cəriməni necə hesabladıqları ona məlum deyil. Lakin fərdi yaşayış evinə bir ay üçün 734 manat məbləğində cərimə hesablanması həmin aktların da tamamilə saxta olduğunu sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 5.4cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qanunvericiliyin qeyd olunan normasını anologiya ilə tətbiq edilməli olsa, o, 2022-ci ilin noyabr ayının ortalarından etibarən mart ayının sonuna qədər qısa müddətlərlə istifadə etdiyi təbii qaza görə sayğac əvəzlənən tarixdən əvvəlki ayın və ya əvvəlki illərin müvafiq ayları üzrə sayğac göstəricisi əsasında aparılmış hesabata uyğun ödənişləri etməyə hazırdır. Ancaq Birliyin əməkdaşları heç bir normativ akta istinad etmədən qanunsuz hesablama aparmış və həddindən artıq şişirdilmiş cərimə hesablamışlar. Odur ki, hazırda cavabdeh tərəfindən ona yuxarıda qeyd olunan saxta aktlara əsasən qanunsuz olaraq cəmi 8907,44 manat məbləğində cərimə hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zəfəran Sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə (kod: **********08460) Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış cəmi 8907,44 manat məbləğində cərimə borcunun silinməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iş üzrə iddiaçının ünvanı yerində müayinə olunmuş və yerində müayinə zamanı qeyri-qanuni xəttin çəkildiyi yaşayış evinin iki mərtəbəli evdən ibarət olması, evin və torpaq sahə sinin iki hissəyə bölünməsi, yəni ayrı-ayrı ünvanlardan ibarət olması, digər ünvanda başqa şəxslərin yaşaması, hər iki ünvanın ayrıcı giriş-çıxış üçün darvazalarının olması və hər ünvana ayrıca sayğaclar quraşdırıldığı müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı qeyri-qanuni xəttlər aşkar edildiyi ünvanda (evdə) qaz avadanlıqlarından kombi aparatı və birinci mərtəbə olan mətbəxdə PQ-4 (dördgöz qaz sobası) sobası, kombi aparatının radiatorlarının bir ədədi mətbəxdə, 3 ədədi ikinci mərtəbədə olan zalda, bir ədədinin isə ikinci mərtəbə olan otaqda quraşdırılmış, iş materiallarında olan xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akta əlavə edilmiş fotoşəkildə əks olunmuş qeyri-qanuni xəttin isə digər qonşu ünvanda olduğu müəyyən olunmuşdur. Yerində müayinə zamanı dindi rilmiş Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin mühəndisi X4 bildirmişdir ki, ünvanda dəfələrlə qeyri-qanuni xətdən istifadə edilmişdir. Xətt aşkar olunduğundan sonra ləğv edilmiş, lakin yenidən qoşulmuşdur. Evdə heç kim olmadığından evdə yaşayan şəxslərin iştirakı olmadan aşkar edilmiş xətt ləğv olunmuş və aktlar tərtib edilmişdir.

9. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X3 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Xəzər rayonu, Zəfəran sovxozu ərazisində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və hər hansı bir sənədi yoxdur. İddiaçı onun bacısıdır. İddiaçı bir müddət onlarla birlikdə yaşamışdır. Hazırda isə uzu n müddətdir həmin evdə yaşamır. İddiaçının yaşadığı dövrdə evə qaz xətti çəkilmiş və sayğac qoyulan zaman onun adına rəsmiləşdirilmişdir. Yaşadıqları evə quraşdırılmış sayğac əvvəl mexaniki sayğac olmuşdur. Həmin sayğac xx.xx.2022-ci il tarixdə dəyişdirilərək smart tipli sayğac quraşdırılmışdır. Lakin, bundan sonra qazın verilməsi dayandırılmışdır. Qazın dayandırılması barədə səbəbi aydınlaşdıran zaman məlum olmuşdur ki, 2018-ci ilin mart ayında 1548,20 manat borc yazılmışdır və həmin borcun ödəniləcəyi təqdirdə qazın verilməsinin bərpa ediləcəyi bildirilmişdir. Onlar isə həmin aktla razılaşmadıqlarından borcu ödəməmişlər. Belə ki, 2018-ci ilin mart ayında qonşuluqda yaşayan qardaşı tərəfindən qeyriqanuni xətt vasitəsilə qazdan istifadə edilmiş, həmin aktda əlavə edilmiş şəkildən də görünü r ki, həmin həyət qardaşının həyətidir. Hətta həmin məsələyə görə qardaşına da cərimə yazılmışdır. Buna baxmayaraq qardaşı tərəfindən qeyri-qanuni xətt vasitəsilə istifadə edilmiş qaza görə onların ünvanlarına da cərimə tətbiq edilmişdir. Həmçinin bildirmişdir ki, 2022-ci ilin noyabr ayının ortalarından etibarən məcbur olub qazdan qeyri qanuni-istifadə etmişlər. Daha sonra iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş və məhkəmə tərəfindən qəbul edilmiş qazın verilməsinin bərpa edilməsi haqqında qərardad icra olunanadək, təxminən mart ayının 31-dək qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etmişlər. Hazırda isə qazdan yalnız sayğac vasitəsilə istifadə edirlər. Evdə qazdan istifadə edilməsi üçün kombi aparatı və dördgöz sobası vardır. Kombinin radiatorlarından 1 ədədi mətbəxdə, 3 ədədi ikinci mərtəbədə olan zalda, bir ədədi isə digər otaqda yerləşir. Başqa avadanlıqları isə yoxdur. Tərtib edilmiş aktlar barəsində məlumatları olmamış, həmin aktlar onların iştirakı ilə təmin edilməmişdir. Həmçinin bildirmişdir ki, istifadə etdiyi 5 ay müddətində qazın dəyərinin ödənilməsinə etiraz etmir. Ona görə də iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini əsassız hesab edərək təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda qeyri-qanuni xətt vasitəsilə istifadə etmiş və həmin istifadə olunmuş təbii qazın həcmi sayğac vasitəsilə istifadə olunan qazın həcmindən çox olmuşdur.

11. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-909/202 3 nömrəli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 10/43359/4462 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zəfəran Şovxozu ərazisində yerləşən fərdi yaşayış evində istifadə edilən PQ4 tipli qaz plitəsinin qərardadda göstərilən xx.xx.2022-ci il tarixdən 2023-cü ilin mart ayının 31-dək qaz sərfiyyatının 709.2 m3 təşkil etdiyi, həmin ünvanda istifadə edilən “kombi” tipli qaz cihazının saatlıq qaz sərfinin 1.706 m3 təşkil etdiyi müəyyən edilir. Lakin vəsatətə cavab mətkubunda fərdi yaşayış evində kombi tipli qaz cihazından konkret olaraq hansı tarixdən istifadə edilməsi və gündəlik işləmə rejimi göstərilməmişdir. Bununla da, kombi cihazının hansı tarixdən işə qoşularaq istifadə edilməsi və gündəlik işləmə rejimi müəyyən edildikdən sonra, konkret olaraq qərardadda sadalanan aylarda fərdi yaşayış evində rəyin tədqiqat hissəsində göstərilən riyazi hesablamalarla kombi qaz cihazı üçün istifadə edilmiş təbii qazın sərfiyyatı müəyyən edilə bilər. PQ-4 tipli qaz plitəsinin gündəlik olaraq qaz sərfiyyatının 709.2 m3 təşkil etdiyi müəyyən edilmişdir. 709.2 m3 qaz sərfiyatının dəyərinin 85,1 manat təşkil etdiyi müəyyən edilmişdir.

12. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-909/2023 nömrəli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddia qismən təmin edilmiş, İddiaçı adına olan **********08460 nömrəli abonent hesabından 7.867,7 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya aid ünvanda 2022-ci ilin noyabr ayının ortalarından 2023-cü ilin mart ayının sonunadək təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə olunmuşdur. Ünvanda olan cihazlar isə PQ-4 sobadan və kombidən ibarətdir. Bu halları məhkəməyə təqdim olunmuş iddia tələbinin həcminin artırılmasına dair ərizədən, iş üzrə üçüncü şəxs X1 izahatından və məhkəmə tərəfindən ünvanın yerində müayinəsindən əldə edilmiş sübutlar təsdiq edir.

14. Məhkəmə hesab etmişdir ki, həmin xx.xx.2018-ci il tarixli, ******* saylı akt cavabdeh tərəfindən tərtib edilmiş akt olduğundan həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğunu sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən həmin aktın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, həmin akt tərtib edildiyi tarixdə qonşuluqda yaşayan şəxs barəsində də eyni hal ilə bağlı akt tərtib edilmiş, həmin aktlara əlavə edilmiş fotoşəkillərdən isə görünür ki, həmin şəkillərdə eyni qeyri-qanuni xətt əks olunmuşdur. İddiaçının ünvanının yerində müayinəsi zamanı isə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş həmin akta əlavə edilmiş fotoşəkildə əks olunmuş qeyri-qanuni xəttin qonşu ünvanda olduğu müəyyən olunmuşdur. Bu hallar isə xx.xx.2018-ci il tarixli, AKT ******* saylı akt əsassız olduğuna dəlalət edir. Odur ki, həmin akt əsasında iddiaçının abonent hesabına zərərin hesablanması əsassız olmuşdur.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, aktlar əsasında 2022-ci ilin noyabr ayında 4.406,40 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayınd a 734,40 manat, fevral ayında 749,64 manat və mart ayında 734,40 manat borcun iddiaçının abonent hesabına hesablanması əsassız olmuşdur. Belə ki, həmin aktlardan görünür ki, təbii qazdan qeyri-qanuni xəttdən istifadə edilməsi nəticəsində PQ-4 sobası, QSSQ, dəmir soba və iran sobası nəzərə alınmaqla dəymiş zərər hesablanmışdır. Eyni zamanda, xx.xx.2022-ci il tarixli, AKT ******* saylı aktdan görünür ki, həmin akt əsasında 180 gün müddəti üçün dəymiş zərər hesablanmışdır. Bu hallar isə cavabdeh tərəfindən sübut edilməməklə işin məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir.

16. Məhkəmə, xx.xx.2022-ci il tarixdən 2023-cü ilin mart ayının 31-dək iddiaçının yaşadığı ünvanda qeyri-qanuni xətt vasitəsilə təbii qazdan PQ-4 və kombi cihazları ilə istifadə edilməsini nəzərə alaraq hesab etm işdir ki, iddia tələbi qismən əsaslı hesab edilməklə iddiaçının abonent hesabından 7.867,7 manat məbləğində borc silinməlidir. Belə ki, məhkəmə iş üzrə ekspert rəyini, həmin rəy ilə müəyyən olunmuş cihazların qaz sərfiyyatını nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının yaşadığı ünvanda PQ-4 sobası üçün 489,6 m3 həcmində, 58,8 manat məbləğində təbii qazdan istifadə edilmişdir.

17. Məhkəmə kombi cihazının ekspert rəyi ilə saatlıq qaz sərfinin 1.706 m3 təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının yaşadığı ünvanda 2022-ci ilin noyabr ayının 15-dən 30-dək 614,16 m3 (15 gün x 24 saat x 1.706 m3= 614,16 m3 ), 2022-ci ilin dekabr ayının 1-dən 31-dək 1269,3 m3 (31 gün x 24 x 1.706 m3 =1269,3 m3 ), 2023-cü ilin yanvar ayının 1-dən m art ayının 31-dək isə 3684.96 m3 (90 gün x 24 saat x 1.706m3=3684.96 m3 ) həcmində qazdan istifadə edilmişdir. Azərbaycan Respublikasının Tarif Şurasının müvafiq qərarın əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminə görə 1200 m3 -dək bir kubmetrə görə 12 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 2500 m3 -dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilməsini nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, 2022-ci il üçün iddiaçı cəmi 1883,46 m3 (614,16 m3 + 1269,3 m3 ) həcmində təbii qazdan istifadə edilməklə həmin istehlak həcmin 1200 m3 hissəsi 12 qəpiklə hesablanmaqla 144 manat, 683,46 m3 hissəsi isə 20 qəpiklə hesablanmaqla 136,7 manat, cəmi 280,7 manat dəyərində qazdan istifadə etmiş, 2023-cü il üçün iddiaçı cəmi 3684.96 m3 həcm ində təbii qazdan istifadə edilməklə həmin istehlak həcmin 1200 m3 hissəsi 12 qəpiklə hesablanmaqla 144 manat, 1300 m3 hissəsi 20 qəpiklə hesablanmaqla 260 manat, 1184,96 m3 hissəsi 25 qəpiklə hesablanmaqla 296,24 manat, cəmi 980,94 manat dəyərində iddiaçının yaşadığı ünvanda təbii qazdan istifadə edilmişdir.

18. Məhkəmə bildirmişdir ki, iddiaçının nümayəndəsi kombi cihazından gün ərzində 12-14 saat ərzində istifadə edildiyini bildirsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

19. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 20, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, 6.5- 4, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77, 124.1, 217.4, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddəsin istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Həmin aktın bir nüsxəsi abonent evdə olmadığından təqdim edilməmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə bildirilir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlara – yəni, aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki, bu deyilən meyarlar araşdırılsa, abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Bir sözlə desək, iddiaçı sayğacdan kənar qazda n istifadə etdiyinə görə nə hər hansı ödəniş, nə də sərfiyyat qeydə alınmışdır. Məhkəmə isə bu hallara yox, sübutsuz mülki iş üzə baxaraq iddiaçının ifadəsi ilə mülahizələri ilə qətnamə qəbul etmişdir. Məhkəmə təqdim edilmiş saldoya diqqət etsə idi, təbii qazdan qeyri-qanuni istifadə halı üçün istehlak edilmiş qazın həcminə və ödənişlərə nəzər salaraq iddia tələbini təmin etməyə bilərdi. Məhkəməyə təqdim edilmiş akt, foto, saldodan da aydın olur ki, iddiaçı tərəfindən təbii qaz talanmışdır. Bu halları müəyyən etmək üçün isə məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının ünvanında yerli baxış təyin etmiş və təbii qazın aşkar surətdə talanmasını müəyyən etsə də, iddia tələbinin çox qismini təmin etmişdir Təqdim olunmuş fotolardan görünür ki, iddiaçı aşkar surətdə təbii qazdan q eyri-qanuni istifadə etməkdədir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-727/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Vahid Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-909/2023 nömrəli qətnaməsi dəyişdirilərək, İddiaçı adına olan **********08460 nömrəli abonent hesabından 7.603,84 manat məbləğində borcun Cavabdeh İB tərəfindən silinməsi qət edilmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktın əsassız olduğuna dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi sübutların ye rində müayinə edilməsini həyata keçirmiş, həmçinin, iddiaçıya məxsus evdə yerləşən qaz plitəsi və kombinin qaz sərfiyyatının xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müəyyən edilməsi ilə bağlı mühəndis-texniki ekspertizanın təyin edilməsi barədə qərardad qəbul etmiş, qərardad icra olunaraq ekspert rəyi təqdim edilmişdir. Həmçinin, iddiaçının barəsində xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akta əlavə edilmiş fotoşəkildə əks olunmuş qeyri-qanuni xətt qonşu ünvana, yəni hazırki iş üzrə üçüncü şəxs – iddiaçının qardaşına məxsusdur və onun da barəsində cavabdeh tərəfindən eyni tarixli akt tərtib edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək iddiaçının yaşadığı ünvanda qeyri-qanuni xətt vasitəsilə təbii qazdan PQ-4 və kombi cihazları istifadə edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin dövr üçün iddiaçı tərəfindən istehlak edilmiş qaz sərfiyyatını ekspert rəyinə və Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarına əsasən hesablanmalı olduğu barədə düzgün qənaətə gəlsə də, hesablama apararkən səhvə yol vermişdir. Belə ki, qeyd olunan qərara əsasən ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilmi şdir. Məhkəməsi hesablama apararkən nəzərə almamışdır ki, iddiaçının saldosuna əsasən 2023-cü ilin sentyabr ayına qazdan 1867 m3 istifadə etmiş, yəni 1200 m3 limiti keçmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2022-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək qaz plitəsinin sərfiyyatı – 165,6 m3, kombinin sərfiyyatı (1.706 x 24 saat x 47 gün) 1924,3 m3 təşkil edir. Deməli, 2022-nin sonuna kimi iki cihazın birlikdə sərfiyyatı 2089,9 m3 təşkil edir ki, bunun 633 m3 0,20 manatdan, 1456,9 m3 isə 0,25 manatdan hesablanmalıdır (158,2+364,2=522,4 manat). 2023-cü il üçün yanvar ayının 1-dən mart ayının 31-dək hesablama isə qaz plitəsi üçün sərfiyyat 324 m3, kombi üçün isə (1.706 x 24 saat x 90 gün) 3684,9 m3 nəzərə alınsa, cəmi 4.008,9 m3 təşkil edir ki, həmin sərfiyyatın 1200 m3 hiss əsi 0,12 manatdan hesablandığı təqdirdə 144 manat, 1300 m3 0,2 manatdan hesablandığı təqdirdə 260 manat, 1508,9 m3 isə 0,25 manatdan hesablandığı təqdirdə 377,2 manat, cəmi 781,2 manat təşkil edir. Qryd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının yuxarıda qeyd olunan dövr üzrə qazdan sərfiyyatı 1.039,74 manat məbləğində deyil, 1.303,6 manat məbləğində olduğu nəzərə alınmalı, nəticədə 7.867,7 manat deyil, 7.603,84 manat məbləğində borc iddiaçının hesabından silinməlidir (8907,44 - 1.303,6).

26. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 20, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təs diq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5, 6.5-4, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77, 124.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

21. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təs diqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeydlik göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edilməsini tədqiq edərkən dəymiş ziyanı öz mülahizəsi əsasında müəyyən etmişdir. İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edərək birliyə ziyan vursa da, məhkəmə ziyanı istehlak olunmuş qaz sərfiyyatı kimi nəzərə almışdır. İddiaçı ziyanı özü təsdiq etsə də bununla yanaşı məhkəmə yerli baxış zamanı bu halı müəyyən etsə də, qətnamə demək olar ki dəymiş ziyanla bağlı olaraq qəbul edilməmişdir.

23. İddiaçı Cavabdeh İB-nin mülkiyyət hüquqlarını pozaraq, təbii qa zı qeyri-qanuni əldə edərək cavabdehə ziyan törətməsinə baxmayaraq məhkəməyə vermiş olduğu iddiası birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən təmin olunmuş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə kiçik məbləğlə dəyişdirilmişdir. İddiaçı əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazı müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyriqanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Məhkəmələr bu halı araşdırmayaraq əsassız qətnamələr qəbul etmişlər. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

25. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş“hallar istisna olmaqla, qaz paylayıcısı“istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay“üzrə hesablamalı“və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).““Smart-kart”“ti pli qaz sayğacı“olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı“tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur.“İstehlakçının istehlak etdiyi qazın dəyəri tam“ödənildikdən sonra, qaz paylayıcısı“tərəfindən yol verilmiş“səhvə görə düzgün hesablanmamış“qazın dəyərinin istehlakçı“tərəfindən“ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi““Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”“Azərbaycan Respublikası“Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

27. Maddə

20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləs i

28. Maddə

21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”:

31. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən hə yata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

32. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

33. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

34. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehl akçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;

41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulm ası apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır;

42. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir;

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin;

44. Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair m əsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxım dan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddianın təmin olunmuş həcmində borc məbləği cavabdeh təşkilat tərəfindən əsassız hesablanmışdır.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Məhkəmə tərkibi onu da nəzərə alır ki, “Qaz təchizatı“haqqında” Azərbayca n Respublikasının Qanununun 2022-ci il mayın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı“qanunsuz xətti dərhal qazpaylayıcı“şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları“aşkar edildikdə qaz paylayıcısı“bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş“şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına“çatmış“ailə“üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş“üzrə icraata başlanılması“məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.“İstehlakçının qazın talan masında təqsirli olması“həmin orqanların və ya məhkəmənin qərarı“ilə müəyyən edildikdə qaz paylayıcısı“vurulmuş“zərərin“ödənilməsini istehlakçıdan tələb etməlidir.

52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyin dən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-727/2024 nömrəli mülki iş üzrə 19 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar