Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2114/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Üçüncü şəxs X1 vəkili Vəkil2, Üçüncü şəxs “X7 edilməsi Agentliyi” MMC-nin vəkili xxxoğlunun iştirakları ilə, iddiaçı X2 cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Maraqlı şəxsnə, “X7 edilməsi Agentliyi” MMC-yə və X3 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-9270/2019 nömrəli qətnaməsindən üçüncü şəxs X1 vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Maraqlı şəxsnə, “X7 edilməsi Agentliyi” MMC-yə və X3 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə müraciət edərək, “xxxx” MMC və “xxxx” MMC tərəfindən iddiaçıya məxsus **-SP-*** dövlət qeydiyyat nişanlı, “X10” markal avtomobilin qiymətləndirilməsinin nəticələri haqqında 23 nömrəli, xx xxxxxx 2015-ci il tarixli hesabatının və həmin avtomobilin satışı ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqqında 26/04 nömrəli, xx xxxx 2016-cı il tarixli yekun protokolunun ləğv edilməsi, qalib alıcı ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilərək, iddiaçının iştirakı ilə avtomobilin yenidən qiymətləndirilməsi, habelə hərrac yolu ilə satışının təşkil edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)548/2019 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin edilmiş, cavabdeh “xxxx” MMC tərəfindən **-SP-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı avt omobilin qiymətləndirilməsinin nəticələri haqqında 23 nömrəli, xx xxxxxx 2016-ci il tarixli hesabatın, **-SP-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı avtomobilin satışı ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqqında 26/04 nömrəli xx xxxx 2016-cı il tarixli yekun protokolun və qalib alıcı olan X4 ilə bağlanmış xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, **-SP-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı avtomobilin yenidən ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satışının təşkil edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, Ş.A.Məmmədovadan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9270/2019 nömrəli qətnaməsi ilə mübahisə pred meti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)-548/2019 nömrəli qətnaməsi üçüncü şəxs münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 və vəkili Vəkil2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(103)-9270/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiy ası məhkəməsi iddianın əsası kimi istinad olunan hallara dair sübutların təqdim olunmamasına baxmayaraq, iddianı təmin etmişdir. Avtomobil qəzalı və aşınmış vəziyyətdə olduğu üçün hərracda qiyməti düzgün müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi avtomobili qiymətləndirmək məqsədi ilə mütəxəssis rəyini alsa da, rəydə avtomobilin təmirinə və aşınmanın aradan qaldırılmasına sərf olunmuş vəsait nəzərə alınmamışdır. Həmçinin cavabdeh təşkilat tərəfindən iddiaçıya hərracın keçirilməsi barədə bildirişlər poçt vasitəsi ilə göndərilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X7 edilməsi Agentliyi” MMC-nin vəkili xxxoğlu kassasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflərin nümayəndələri, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı 52847 ABŞ dolları kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələbin girov qoyulmuş **-SP-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı avtomobilə yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı “xxxx” MMC-nin xx xxxxxx 2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə **-SP-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 5000 manat məbləğində müəyyən edilmişdir. “X10” markalı, **-SP*** dövlət qeydiyyat nişanlı avtomobil həmin qiymətə açıq hərraca çıxarılmış və hərrac təşkilatçısı “xxxx” MMC tərəf indən borcluya və tələbkara xx xxxxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixli bildiriş göndərilərək, hərracın xx xxxx 2016-cı il tarixə saat 11:00-a təyin edilməsi barədə məlumat verilmişdir. Həmçinin hərrac barədə “Market” qəzetinin xx xxxxxx 2016-cı il tarixli və “Birja” qəzetinin 04-xx xxxx 2016-cı il tarixli 02 nömrəli buraxılışlarında elanlar dərc olunmşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2016-cı il tarixli 26/04 nömrəli hərrac təşkilatının hərracın nəticələri haqqında protokolu ilə İddiaçı məxsus “X10” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin hərracda 5050 manat qiymətə X4 tərəfindən əldə edilmişdir. Üçüncü şəxsin apellyasiya şikayətini təmin etməyən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərracın keçirilməsi ilə bağlı mülkiyyətçi İ ddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən müvafiq qiymətləndirmə təyin olunmuş, xx xxxxxxx 2019-cu il tarixli rəylə **-SP-*** dövlət qeydiyyat nişanlı “X10” markalı avtomobilin bazar dəyərinin 33000 manat olması müəyyən olunmuşdur. Nəqliyyat vasitəsinin hərracda müəyyən olunmuş dəyərinin onun həqiqi dəyərindən dəfələrlə aşağı qiymətdə olması göstərilən qiymətləndirmə rəyi ilə təsdiq olunur. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellya siya instansiyası məhkəməsi iş üzrə keçirilmiş qiymətləndirmə rəyinə istinad edərək, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etsə də, həmin rəyi işin digər halları qanuna uyğun qaydada qiymətləndirməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ekspertə **-SP-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı avtom obilin baş vermiş yol-nəqliyyat hadisəsindən sonra bazar dəyərinin müəyyən edilməsi tapşırılmışdır. Lakin “X9” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli rəyinin məzmunundan müəyyən olunur ki, “X10” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxxx 2019-cu il tarixinə mövcud vəziyyətdə uyğun olaraq bazar dəyəri 33000 manat təşkil edir. Həmin ekspert rəyinin məzmunundan da görünür ki, qiymətləndirilən avtomobilə baxış keçirilən zaman məlum olmuşdur ki, avtomobil yol-nəqliyyat hadisəsi zamanı ağır qəzaya uğramış, əsaslı şəkildə yenidən təmir olunmuş və yeni ehtiyat hissələri ilə əvəzlənmişdir. Daxili interyer yaxşı olaraq nəzərə alınmışdır. Hal-hazırda avtomobil istifadəyə yararlıdır, işlək vəziyyətdədir. Göründüyü kimi, avtomobil xx xxxx 2016-cı il tarixdə hərracdan satılarkən yolnəqliyyat hadisəsinə uğramış vəziyyətdə olmuş, iddiaçı hərracı təxminən 2 il 6 aydan sonra (xx xxxxxx 2018-ci il tarixdə) mübahisələndirmiş, ekspert tədqiqatı isə xx xxxxxxx 2019-cu ildə tamamlanmış və həmin dövrdə avtomobil əsaslı olaraq təmir edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi apellyatorun bununla bağlı dəlillərini nəzərə almadan, keçirilmiş ekspertiza rəyini əsas kimi götürərək avtomobilin satış qiymətinin onun real dəyərinə uyğun olmaması qənaətinə gəlmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı mülkiyyətinin açıq hərracdan satılması ilə bağlı məlumatlandırılmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən (mübahisələndirilən hərrac keçirilən dövrdə qüvvədə olan redak siyada) məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən (qeyd olunan redaksiyada) hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildir iş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Məhkəmələrin müəyyən etdiyi kimi, mübahisələndirilən avtomobillə bağlı keçirilmiş hərracla bağlı hərrac təşkilatçısı olan “xxxx” MMC tərəfindən qəzetlərdə elanlar dərc olunmuş, habelə borcluya, tələbkara və icra məmuruna ünvanlanmış xx xxxxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixli bildirişlər tərtib olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh “xxxx” MMC-yə sorğu verərək, “X10” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə bağlı sənədlərin (hərrac protokolunun, hərracla bağlı bildirişlərin, həmin bildirişlərin tərəfə çatdırılması ilə bağlı sənədlərin) məhkəməyə təqdim edilməs ini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, məhkəməyə xx xxxxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixdə “xxxx” MMC tərəfindən göndərilən məktubların siyahısı təqdim olunmuşdur. Həmin siyahılarda İddiaçı da məktubun göndərilməsi qeyd olunmuşdur. Lakin məktubların faktiki olaraq iddiaçıya çatdırılması, çatdırılmadığı halda bunun səbəbi barədə müvafiq sənədlər (poçt xəbərnaməsi) məhkəməyə təqdim olunmamışdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyi ndən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş ü zrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə kollegiyasının qənaətinə görə hərracın qanunvericiliyə uyğun təşkil edilməsinin, o cümlədən hərracın keçirilməsi barədə borclunun lazımi qaydada xəbərdar edilməsinin sübutemə vəzifəsi hərracı təşkil edən təşkilatın üzərinə düşür. Bununla belə, bu sübutların həmin şəxs tərəfindən təqdim edilməməsi apellyatorun ziyanın təfsir olunmamalıdır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında q eyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən maddi və prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəmə si isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, iddiaçının təqdim etdiyi sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X1 vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-9270/2019 nömrəli qətnaməsi ləğv edils in və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(102)-2114/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2114/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver