Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2115/2024 12.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Abşeron rayonu 2 saylı notariat ofisinə (üçüncü şəxslər X11 və X18) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Abşeron rayonu 2 saylı notariat ofisinə (üçüncü şəxslər X11 və X18) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edil məsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-113/2024 nömrəli 6 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1, 17 saylı mənzil X2 xüsusi mülkiyyətində olmuşdur.
2. X2 bir oğlu - Elşən Cəfərov və 3 qızı - Cəfərova Leyla, Cəfərova Gülçöhrə, Məmmədova (Cəfərova) Vəfa adlı övladları olmuşdur.
3. X6 xx.xx.2011-ci il tarixində, İddiaçı1 və İddiaçı2 atası X12 xx.xx.2019-cu il tarixdə ölmüşdür.
4. Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən verilmiş 5 may 2021-ci il tarixli, 2V98 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2011-ci il tarixdə vəfat etmiş - X2 vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak - Abşeron Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən X3 verilmiş reyestr kitabının 4930-cu səhifəsində qeyd edilmiş, qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən 5 nömrəli evin ümumi sahəsi 71,8 kv metr olan yaşayış otaqlı 17 nömrəli mənzilindən ibarətdir. 5. xx.xx.2021-ci il tarixli 2V-98 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən mənzil Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Mənzil üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3.6.2021-ci il tarixində ********** qeydiyyat, **********71-05101- 093042 reyestr nömrəsi ilə qeydiyyata a lınmışdır. 6. 27.08.2021-ci il tarixli 4Ə-1808 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzil X7 adına özgəninkiləşdirilmişdir. Mənzil üzərində X7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 6.9.2021-ci il tarixində ********** qeydiyyat, **********71-05101-093042 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
7. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 248 nömrəli sərəncamına əsasən mənzil yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində X7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.4.2022-ci il tarixində ********** qeydiyyat, **********71-05101- 083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
8. Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 15.8.2022-ci il tarixli 4Ə-789 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi X13 adına özgəninkiləşdirilmişdir. Qeyri-yaşayış sahəsi üzərində X13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində ********** qeydiyyat, **********71-05101- 083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, mənzil 17-ə X8 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. İddiaçıların vəkili-nümayəndəsi Vəkil1 m əhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, ünvan 1, mənzil 17-ə Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, Məlahət Cəfərova vəfat edərkən qızları Leyla, Gülşən və Vəfa ailə həyatı qurmuş və köçüb başqa ünvanlarda yaşamışlar. Elşən Cəfərov miras əmlakı faktiki qəbul etmiş və orada ailəsi ilə birlikdə yaşamışdır. Elşən Cəfərov iddiaçılara hüquqşünaslarla məsləhətləşdiyini və evə faktiki sahiblik edib, orada yaşadığından istədiyi vaxt vərəsəlik şəhadətnaməsi ala biləcəyini bildirmişdir. Elşən Cəfərov 20.6.2019-cu ildə qəfil ürək çatışmamazlığından vəfat etdikdən sonra, hazırkı Cavabdeh1 iddiaçılara yaxınlaşıb “ata ocağıdır, buranı qoruyun, satmayın” demişdir. Sonra məlum olmuşdur ki, iddiaçıların atası nənələrindən miras qalmış mənzildən istifadə edib, qəbul etsə də, vərəsəlik şəhadətnaməsi alıb öz adına rəsmiləşdirməmişdir. Cavabdeh1 bu hallardan istifadə edib, Abşeron rayonu 2 saylı notariat ofisinin notariusunu aldadaraq, vərəsələrin dairəsini bəyan etmədən, Elşən Cəfərovun ölüm şəhadətnaməsini, Gülşən və Leyla Cəfərovanın payının verməsi ərizəsini alaraq, yaşamadığı və heç vaxt sahiblik etmədiyi miras əmlakı 11 ildən sonra vərəsəlik şəhadətnaməsi alaraq öz adına rəsmiləşdirmişdir. Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı notariat ofisi tərəfindən 5 may 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüquq i haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Vərəsəlik işinə aid olan sənədlərdən görünür ki, Cavabdeh1 notariusa 29.4.2021-ci il tarixdə müraciət etmişdir. Qanun üzrə vərəsələr vərəsəlik açıldığı gündən 3 ay müddətinə miras əmlak qəbul edə bilərlər. Cavabdeh 10 ildən sonra notariusa ərizə verərək vərəsəlik şəhadətnaməsi almış, Mülki Məcəllənin 1246-cı maddəsinin tələbi pozulmuşdur. Bundan başqa, cavabdeh Elşən Cəfərovun ölüm şəhadətnaməsini təqdim edərək, mərhumun vərəsələrinin olmasını gizlədərək, miras əmlaka tam sahib çıxmaq istəmişdir. Qanunun tələbindən göründüyü kimi Elşən Cəfərov miras əmlakı qəbul edib, həmin mənzildə yaşadığından vərəsəliyi qəbul etmiş sayılır və ölümümdən sonra həmin vərəsəlik hüququ mərhumun vərəsələrinə çatır. Vərəsələr həmin özünə çatan paydan imtina e tməyibsə, miras pay üzrə vərəsə kimi çağırılmalıdır.
12. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında və etirazında bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyildir və tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində qeyd edilir ki, Elşən Cəfərov miras əmlakı faktiki qəbul etmiş və orada ailəsi ilə birlikdə yaşamışdır. Bu yalandır. X23 burada yaşamamışdır. Əlavə olaraq, miras söhbəti gedərkən bacı və qardaşlar Elşən Cəfərov üçün öz adına bir otaqlı mənzil almışlar və Elşən Cəfərov heç vaxt miras iddiasında olmayacağını bəyan etmişdir. Onu da qeyd etmişdir ki, bu əmlak artıq satılmışdır, başqa şəxslərin mülkiyyətinə keçmişdir və orada vəkil ofisi fəaliyyət göstərir. Əlavə olaraq bildirmişdir ki, iddia qaldırmaq üçü n müəyyən olunmuş müddət də keçmişdir.
13. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəmə iclasında izahatında bildirmişdir ki, sözügedən ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil xx.xx.2022-ci il tarixdə onun adına rəsmiləşdirilmişdir. Hazırda o, evin faktiki sahibidir. O, hesab etmişdir ki, vərəsələr arasındakı mübahisənin ona aidiyyatı yoxdur. O, vicdanlı alıcıdır.
14. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26.4.2023-cü il tarixli e-2(012)-791/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki iş üzrə məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfin istinad etdiyi, yəni Elşən Cəfərovun miras əmlaka sahiblik etməsi, miras əmlakı idarə etməsi və ya miras əmlakın qəbul edildiyini şəksiz nümayiş etdirən hallarla bağlı izahatdan başqa hər hansı bir sübut müəyyən edilməmişdir.
16. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırkı halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir.
17. Bundan başqa işin faktiki hallarından görünür ki, mübahisə predmeti olan daşınmaz əmlakın hüquqi statusu yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilmiş və hal-hazırda qeyri-yaşayış sahəsi üzərində X13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1.9.2022-ci il tarixində ********** qeyd iyyat, **********71-05101-083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sözügedən mənzil vicdanlı alıcı olan X13 mülkiyyətindədir, məhkəmədə sonuncunun vicdanlığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmiş və bu xüsusat da iddianın rədd edilməsinə əsas verir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 347.1, 354.1, 354.2, 1243, 1246, 1255-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020ci il 12 mart tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1 248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 14 oktyabr 2022-ci il tarixli Qərarlarına, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin heç bir mövqeyin sübutlarını araşdırmadan bu cür asan mövqedə durması, Mülki Məcəllənin 375.1-ci maddəsinin tələbinə ziddir. İddiaçılar hazırkı iddia üzrə miras əmlak olan daşınmaz əml aka olan hüquqlarının notarius tərəfindən pozulmasını mübahisələndirdiyindən, məhkəmənin hansı iddia müddətinin ötürülməsinin göstərə bilməməsi qətnamənin ləğvi üçün əsasdır. Birinci instansiya məhkəməsi qətnamədə əqdlərin etibarsızlıq üzrə iddia müddətinin 1 il olmasını göstərərək yanlış nəticəyə gəlmişdir. İddiaçılar ataları Elşən Cəfərova anasından miras qalmış ünvan 1, mənzil 17-nin ofis kimi istifadə olunması üçün təmir edildiyini görəndən sonra həmin miras əmlakın atalarının bacısı Cavabdeh1 tərəfindən başqa adama satılmasını və həmin şəxs də başqasına satmasını öyrəndikdən sonra xx.xx.2022-ci il tarixdə Abşeron 2 saylı notariat ofisinə sorğu ilə müraciət etmiş və vərəsəlik şəhadətnaməsi və onun verilməsi üçün təqdim olunmuş sənədləri əldə etmiş və sonra məhkəməyə məlum iddia üzrə mü raciət edilmişdir. İşdə toplanmış sənədlərdən görünür ki, X11 mübahisəli əmlakı xx.xx.2022-ci ildə Cavabdeh1 almış, özü isə 15.8.2022-ci ildə X1. İddiaçılar atalarına məxsus miras əmlakını ofis kimi təmir etdirildikdə həmin əmlakın satılmasını, yəni bibisi Vəfa tərəfindən vərəsəlik şəhadətnaməsi alınaraq satıldığını bilmişlər. Müddətin axımı miras əmlakın ofis kimi təmir edilməsindən başlasa, bu 2-ci alqı-satqıdan sonrakı aylara düşür ki, həmin vaxtdan iddiaçılar məhkəməyə müraciət etmişlər. Deməli etibarsız əqdləri tətbiq edilən 1 il müddəti keçmədiyindən məhkəmənin qanunu bu dərəcədə pozması, qanunvericiliyə ziddir. Birinci instansiya məhkəməsi Elşən Cəfərovun anasından sonra miras əmlakda ailəsi ilə birlikdə yaşamasını və 2019-cu ildə vəfat etməsini, həmin evdən çıxarılaraq son məzara a parılmasını məhkəmə iclasında işin mübahisəsiz halı kimi qəbul edib, əlavə şahidlərin dindirilməsinə ehtiyac olmadığını göstərsə də, qətnamədə E.Cəfərovun mirası faktiki qəbul edib idarə etməsi barədə hər hansı bir sübutun olmamasını göstərmişdir. Eyni zamanda Mülki Məcəllənin 1246-cı maddəsini şərh edərək mirasın qəbulundan 3 ay müddətinə qəbul edilməsini və 6 aydan sonra qəbuluna yol verilməməsini göstərərək, Cavabdeh1 Aftadil qızının 11 ildən sonra vərəsəlik şəhadətnaməsi almasına haqq qazandırır. Məhkəmənin qətnaməsində belə ziddiyyətli mövqelərə gəlməsini, iddianın rədd edilmə səbəblərini izah edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 347.1, 354.1, 354.2-ci maddəsinə istinad edərək, Cavabdeh1 vərəsəlik şəhadətnaməsi almasını vacib yanılma təsir altında bağlanmış, əhə miyyətsiz əqd hesab edərək, əhəmiyyətsiz əqdlər üçün iddia müddətinin 1 il olmasını göstərməklə əsaslı iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərkən hansı müddəti hesabladığını, iddianın hansı müddətə ötürülməsini şərh etməmiş və bununla da iddia müddətinin axımını başlamasını və nə vaxt dayandırılmasını və nə vaxt bitməsini göstərmədən görünüş xatirinə Mülki Məcəllənin maddələrini şərh etmişdir. Bununla da məhkəmə qətnamədə göstərdiyi dəlillər, işin faktiki halları ilə uyğun olmaması ilə xarakterizə olunur.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-113/2024 nömrəli mülki iş üzrə 6 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi) L.E.Rəh imli və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilə dair Cavabdeh1 adına Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-98 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdi r ki, mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.
23. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bil mək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
24. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
25. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar.
26. Vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
27. Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq, miras qo yanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.
28. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.
29. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə b u müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
30. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə, borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.
31. Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imt ina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.
32. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur.
33. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmı ş, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
34. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tari xli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
35. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
36. Xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
37. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüqu qi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.
38. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
39. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasınd a miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
40. Apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan mövqeyinə uyğun olaraq, hesab etmişdir ki, X9 miras əmlakdan imtina etməsi müəyyən olunmadığından mirası qəbul etmiş vərəsə hesab edilməlidir.
41. İddiaçılar İddiaçı1 və İddiaçı2 isə X9 vərəsələri olaraq ona çatacaq miras əmlaka pay hüququna malik olmuşdur.
42. Apellyasiya məhkəməsi iddia tələbini əsaslı sayaraq qeyd etmişdir ki, notariat orqanı mərhumun digər vərəsələri - X5 və X10 miras əmlakdan imtina edilməsi barədə ərizələrinə və X9 ölüm haqqında şəhadətnaməsinə əsasən tərtib olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X4 vərəsəsinin Cavabdeh1 olduğunu müəyyən etmişdir, lakin notarius X9 vərə sələrinin dairəsini müəyyən etməmişdir.
43. Notariat işindən isə notariat orqanının X9 vərəsələrinin vərəsəliyə çağırılması və ya onların lazımi qaydada məlumatlandırılması üçün heç bir zəruri tədbirlərin görülmədiyi müəyyən olunur. Belə olan halda isə mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi əsaslı olar.
44. Bundan başqa, Mülki Məcəllənin 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.
45. Vərəsə olan cavabdeh isə qeyd olunan normanın əksinə digər vərəsə X9 vərəsələrinin olduğu yeri bildiyi halda onların vərəsəliyə çağərılması üçün hər hansı tədbir görməmişdir.
46. Ap ellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin müddətin keçməsi ilə əlaqədar iddiaçıların əqdin etibarlılığını mübahisələndirmək hüquqlarını itirdikləri barədə gəldiyi nəticə də əsassız olmuşdur. Belə ki, mövcud məsələ iddiaçıların vərəsəlik hüquqlarının bərpası barədədir və iddiaçı tərəf müddəti ötürmədiyini - mənzilin ofis kimi istifadə olunması üçün təmir edildiyini görəndən sonra həmin miras əmlakın atalarının bacısı Cavabdeh1 tərəfindən başqa adama satılmasını və həmin şəxsin də başqasına satmasını öyrəndikdən sonra xx.xx.2022-ci il tarixdə Abşeron 2 saylı notariat ofisinə sorğu ilə müraciət edilərək vərəsəlik şəhadətnaməsi və onun verilməsi üçün təqdim olunmuş sənədləri əldə etdiklərini və məhkəməyə müraciət etdiklərini göstərmişlər. Biri nci instansiya məhkəməsi müddətin ötürülməsi qənaətinə gələrkən müddətin axımının hansı tarixdən başlamasını və nə vaxt bitməsini göstərməmişdir. O cümlədən cavabdeh tərəfindən də, iddiaçıların müddəti ötürmələri barədə sübut növü məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdeh tərəfin müddətin ötməsi barədə gətirdiyi dəlilləri əsaslı hesab etmir.
47. Apellyasiya instansiyası məhkəməsi mübahisəli miras əmlakının X13 mülkiyyətində olması ilə bağlı isə qeyd etmişdir ki, mülki hüquq münasibətlərində vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Bu prezumpsiyanın əksini iddia edən onu sübuta yetirməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i
48. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianı rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə çıxarılmışdır. İşin faktiki hallarından görünür ki, daşınmaz əmlakın hüquqi statusu yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilmiş və hal-hazırda qeyri-yaşayış sahəsi üzərində X13 adınamülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1.9.2022-ci il tarixində ********** qeydiyyat, **********71-05101-083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi hazırda sözügedən mənzil vicdanlı alıcı olan X13 mülkiyyətindədir, məhkəmədə sonuncunun vicdanlığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmiş və bu xüsusat da iddianın rədd edilməsinə əsas verir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və təqdim olunmuş sübutlara, eləcə də məhkəmə qətnaməsinə münasibət bildirib hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. İddiaçıların vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər ik i əsasla keçir.
52. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
53. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
54. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
55. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
56. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
57. Maddə 1 243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
58. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
59. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
60. Maddə 1252. İrsi transmissiya Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müd dətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
61. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır
62. Maddə 1300. Vərəsənin olduğu yeri müəyyənləşdirmək vəzifəsi Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.
63. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras pay ına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı
64. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai mar aqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. M addə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
70. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
75. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
77. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və apellyasiya məhkəməsində işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azər baycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən iddiaçıların miras əmlakdan pay almaq hüququnun pozulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
78. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
79. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-113/2024 nömrəli iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min