Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-212/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 İddia tələbi: “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili Cabbarov Mirhəsən Miri oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-368/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tə rəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan kreditor “xxxx” KB ASC, borclu “xxxx” MMC, zaminlər İddiaçı və X3 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 05UM/10-2 saylı zaminlik müqaviləsinin kserosurətindən görünür ki, bank tərəfindən “xxxx” KB ASC ilə “xxxx” MMC arasında xx xxx 2010-cu il tarixdə 05UM/10 saylı kredit müqaviləsinə əsasən borc alana 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinə əsasən İddiaçı və X3 zamin kimi üzərlərinə öhdəliklər götürmüşlər. Sözügedən müqaviləyə İddiaçı əvəzinə verdiyi etibarnamə əsasında Cavabdeh2, digər zamin X1 isə əvəzinə etibarnamə ilə X2 i mza etmişlər. İş materiallarından görünür ki, iddiaçı zaminlik müqaviləsinin mövcuduluğunu Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-1278/2018 saylı məhkəmə bildirişi ona təqdim olunduqdan sonra bilməsini göstərərək, onun bankla elə bir zaminlik müqaviləsi bağlamamasını, buna istəyinin olmamasını, Cavabdeh2 tərəfindən zaminlik müqaviləsinə imza edilməməsini və sonuncunun etibarnaməni ona qaytarmasını bildirmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında onun iştirakı olmadan bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 05UMZ/10-2 saylı zami nlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)298/2019 saylı qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) İddiaçı cavabdehlər «xxxx» X4 Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-368/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 298/2019 saylı qətnaməsinin dəyişdirilmə dən saxlanılması və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 124 manatın İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası təyin edilmiş ekspertizanın rəyinə düzgün hüquqi qiymət verməmiş, ist inad edilmiş etibarnaməni araşdırmamış, həmin etibarnamə ilə Cavabdeh2 hansı səlahiyyətlərin verildiyini aydınlaşdırmamış, iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmuş, iddiaçının xəbəri olmadan bağlanmış etibarsız zaminlik müqaviləsinə istinad etmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili Cabbarov Mirhəsən Miri oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə la zımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqın da iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətşiz əqdlər ola bilər. -359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara x itam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. -354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. -354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci m addəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddia tələbinin əsası kimi istinad edilən «xxxx» KB ASC ilə «xxxx» MMC arasında xx xxxxxx 2012-c i il tarixli, 05UM/10-2 saylı zaminlik müqaviəsi bağlanması göstərilsə də, bu sənədin əsli və ya lazımi təsdiq edilmiş surəti məhkəməyə nə iddiaçı, nə də cavabdeh tərəfindən təqdim edilməmiş, sonuncu həmin müqavilənin əslinin bankın cavabdehlər “X6” MMC və qeyrilərinə qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsini göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3030 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, xx xxxxxx 2012-ci il tarixli 05UMZ/10-2 saylı “Zaminlik müqaviləsinin 2-ci vərəqəsində “Zamin İddiaçı” hissəsində “İddiaçı” yazılarının qarşısında olan imz a və həmin imzanın aşağı hissəsində “Cavabdeh2 o” yazıları- Cavabdeh2 tərəfindən icra olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının ekspert rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, həmçinin ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsini, təhsilini və ekspertiza sahəsində iş təcrübələrini də nəzərə alaraq, apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. İş mat erialları ilə iddiaçının zaminlik müqaviləsini onun etibarnamə verdiyi şəxsin imzalamadığı barədə dəlilləri öz təsdiqini tapmamış, əksinə epkspert rəyi ilə nümayəndənin zaminlik müqaviləsini imzaladığı müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi istinad etdiyi zaminlik müqaviləsinin etibarsızlığı ilə bağlı halları sübut edə bilməmiş, bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın rəyinə düzgün hüquqi qiymət verilmədiyini, istinad edilmiş etibarnamənin araşdırılmadığını, həmin etibarnamə ilə Cavabdeh2 hansı səlahiyyətlərin verildiyinin aydınlaşdırılmadığını, iddiaçının xəbəri olmadan bağlanmış etibarsız zaminlik müqaviləsinə istinad edildiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmama lı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-368/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-212/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-212/2021
23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver