Məhkəmə qərarları › İş №2(102)-212/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-212/2022

11.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-212/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-212/22 (Açar sözlər: mülkiyyətin müdafiəsinə dair mübahisə) Bakı şəhəri, 11 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Məhərrəmli Rəşid Ağamirzə oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “iddiaçılara məxsus olmuş tikilinin yerində cavabdeh tərəfindən inşa edilmiş binanın sökülməsi, emalatxananın v ə maşınlara texniki xidmət obyektinin cavabdehin hesabına bərpa edilərək onların qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə və mənəvi zərərin əvəzi kimi pul kompensasiyasının ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-104/2021 nömrəli, 05.05.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 206 saylı, 06 sentyabr 2002-ci il tarixli sərəncamı ilə Xırdalan qəsəbəsinin H.Aslanov küçəsində istixana binasının qabağında boş istifadəsiz ağac olmayan sahədə mövcud tikintisi yarımçıq qalmış bərbərxana binasının sol tərəfindən ona bitişik cizgiyə uyğun 10.0x6.0 metr ölçüdə torpaq sahəsi İddiaçı2 maşınlara texniki xidmət obyektinin tikintisinə ayrılmışdır, mövcud sol tərəfdəki mağaza və qeyd edilən obyket tikiləndən sonra qalan 35 metr torpaq sahəsi tikinti işləri aparılmamaq şərtilə abadlıq işləri aparılması üçün ərizəçiyə təhkim edilmişdir.

2. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 690 saylı, 08 noyabr 2013-cü il tarixli digər sərəncamı ilə isə Abşeron rayonunun X3 Fondunda saxlanılmış torpaqlardan tikinti məqsədilə 0,3265 hektar torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında "xxxx" MMC-yə ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.

3. Abşeron rayonu texniki inventarlaşdırma və MHQİ tərəfindən verilmiş 12 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqə sinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Aslanov küçəsindəki qeyri-yaşayış obynekti X1 xüsusi mülkiyyətinə verilmişdir.

4. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş icarəyə verilən torpaq sahəsinin 693 saylı, 08.11.2013-cü il tarixli ayrıc aktına əsasən, Abşeron Rayon İcra Hakimiyyətinin 08.11.2013-cü il tarixli 693 saylı sərəncamı ilə "xxxx" MMC-nin direktoru X2 Xırdalan şəhəri, 27-ci məhəllədə ayrılmış 0,32 ha torpaq sahəsində 2 girişli, 16 mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi məqsədilə ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir.

5. İddiaçı cavabdeh şirkətin ona məxsus olan obyekti sökərək yerində hündürmərtəbəli yaşayış evi inşa etməsini əsas tutaraq hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən 12 avqust 2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı1 məxsus olan tikilinin yerində cavabdeh tərəfindən inşa edilmiş binanın sökülməsi, İddiaçı1 məxsus olmuş emalatxananın cavabdehin hesabına bərpa edilərək onun qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə cavabdehdən 46200 manat alınaraq İddiaçı1 verilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pul kompensasiyasının cavabdehdən alınaraq İddiaçı1 ödənilməsi, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 06 sentyabr 2002-ci il tarixli 206 saylı sərəncamına əsasən İddiaçı2 tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən 10,0x6,0 metr ölçüdə maşınlara texniki xidmət obyektinin yerində cavabdeh tərəfindən tikilmiş binanın sökülməsi, İddiaçı2 məxsus maşınlara texniki xidmət obyektinin cavabdehin hesabına bərpa edilərək onun qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə cavabdehdən 46200 manat alınaraq İddiaçı2 verilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul kompensasiyasının cavabdehden alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində 62,4 kv.metr sahəsi olan qeyri-yaşayış binası (emalatxana) İddiaçı1 məxsusdur. Onun bina üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12 avqust 2004-cü il tarixdə 01 №-li reyestr kitabında 542 reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə ona 542 №-li qeydiyyat vəsiqəsi verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 06 sentyabr 2002-ci il tarixli 206 saylı sərəncamı ilə İddiaçı2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində istixana binasının qabağında 10,0x6,0 metr ölçüdə torpaq sahəsi maşınlara texniki xidmət obyektinin tikintisi üçün ayrılmışdır. Həmin sərəncama uyğun olaraq İddiaçı2 tərəfindən 60 kv.metr ölçüdə qeyriyaşayış binası inşa edilmiş və maşınlara texniki xidmət üçün istifadə olunmuşdur. İddiaçı1 və İddiaçı2 14 iyun 1984-cü il tarixdə nikaha daxil olmuşlar. Yuxarıda qeyd edilən əmlaklar onların nikah dövründə əldə etdikl əri ümumi əmlak olmaqla onların birgə mülkiyyətidir. Göstərilən qeyri-yaşayış sahələri avtomobil təmiri və texniki xidmət obyektləri kimi istifadə olunmuşdur. İddiaçı1 13.12.2003-cü il tarixdə azadlıqdan məhrum edilmiş, 12.12.2015-ci il tarixdə cəza müddəti qurtararaq azad olunmuşdur. İddiaçı1 cəzaçəkmə müəssisəsində olduğu dövrdə yəni, 2007-ci ilin dekabrında "xxxx" MMC-nin işçiləri həmin əraziyə gələrək tikililərin söküləcəyini bildirərək emalatxanada işləyən şəxsləri məcburi olaraq oradan çıxarmış və tikililəri sökmüşdür. 2008-ci ildən həmin qeyri-yaşayış binalarının yerində hündür mərtəbəli yaşayış binaları inşa edilmişdir. "xxxx" MMC qeyri-yaşayış binalarının qanuni əsaslarla İddiaçı1 və İddiaçı2 məxsus olduğunu bildiyi halda, heç bir məhkəmə qərarı olmadan tamamilə qanunsuz olaraq on ların mülkiyyətində olan binaları sökmüş, ərazini zəbt etmiş və ərazidə tikinti işləri aparmışdır. Bu qanunsuzluq nəticəsində iddiaçıların mülkiyyət hüququ kobud surətdə pozulmuş və onlar əmlak hüquqlarından məhrum olmuşdur.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin **********02 saylı, 03.11.2017-ci il tarixli məktubuna əsasən, İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 62,4 kv.metr olan qeyri- yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı müayinə (inventarlaşdırma, çöl-ölçmə) keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, İddiaçı1 məxsus qeyriyaşayış sahəsi naturada istinad nöqtələri olmadığına və eyni zamanda ər azidə söküntü işləri getdiyi üçün qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. 9. "xxxx" MMC tərəfindən verilmiş 03 saylı, 17 yanvar 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, 12.08.2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 62,4 kv.metr olan qeyri- yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada üst-üstə düşür. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 06.09.2002-ci il tarixli 206 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış üzərində tikili mövcud olmuş 10,0x6,0 torpaq sahəsinin koordinatları (döngə nöqtələri) naturada üst-üstə düşür.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizas ı Mərkəzinin 29 oktyabr 2018-ci il tarixli, 17763 saylı ekspert rəyindən görünür ki, 12.08.2004-cü il tarixli, 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 62.4 kv.metr olan qeyriyaşayış binası göstərilən torpaq sahəsində aşkar olunmamışdır, yerində çoxmərtəbəli çoxmənzilli yaşayış binası tikilmişdir və həmin binada hazırda yaşayış mövcuddur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən 12.08.2004-cü il tarixdə İddiaçı1 adına qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış binası aşkar olunmadığından, mövcud ünvanla naturada təyin etmək mümkün olmadığı üçün və qeyri-yaşayış binasının texniki pasportunda yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığı üçün sözüged ən qeydiyyat vəsiqəsinin həmin sahəyə aid olub-olmamasını təyin etmək mümkün olmamışdır. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 17 yanvar 2018-ci il tarixli 03 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, 12.08.2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 64.4 kv.metr olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fərid Bağırovun imzası ilə təsdiq edilmiş 09 oktya br 2018-ci il tarixli **********42 saylı məktubuna əsasən, Abşeron RİHB-in 06.09.2002-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış üzərində tikili mövcud olmuş 10.0 x 6.0 metr torpaq sahəsi Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçmədiyi üçün koordinatların naturada üst-üstə düşməsini təyin etmək mümkün olmamışdır."xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 17 yanvar 2018-ci il tarixli 03 saylı məktubla göndərilmiş, "xxxx"-MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 06.09.2002-ci il tarixli 206 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış üzərində tikili mövcud olmuş 10.0 x 6.0 metr torpaq sahəsinin koordinatları (döngə nöqtələri) naturada üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fərid Bağırovun imzası ilə təsdiq edilmiş 09 oktyabr 2018-ci il tarixli **********42 saylı məktubuna əsasən, iddiaçılar İddiaçı1 adına qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış binası aşkar olunmadığından, mövcud ünvanla naturada təyin etmək mümkün olmadığı üçün və qeyri-yaşayış binasının texniki pasportunda yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığı üçün və İddiaçı2 Abşeron RİHB-in 06.09.2002-ci il tarixli, 206 saylı sərəncamı ilə ayrılmış üzərində tikili mövcud olmuş 10.0 x 6.0 metr torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçmədiyi üçün müdaxilə olub-olmadığını təyin etmək mümkün olmamışdır.

11. Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1613/2018 qətnaməsi ilə (hakim S.Quliyeva) iddia rədd edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, cavabdeh ona ayrılmış torpaq sahəsində lazımi icazələr almaqla qanunvericiliyin tələblərinə müvafiq olaraq tikinti işləri aparmışdır. Yəni, cavabdeh tərəfindən aparılmış bina özbaşına tikili hesab edilə bilməz. Eyni zamanda Məhkəmə qeyd etmişdir ki, iddiaçıların onlara məxsus olan daşınmaz əmlakların cavabdeh tərəfindən qanunsuz sökülməsi etdikləri sübutlar əsasında, həmçinin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

13. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Su mqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2(105)-1784/2019 nömrəli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(012)-1613/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə istinadən cavabdeh tərəfindən inşa edilmiş binanın iddiaçılara məxsus olmuş daşınmaz əmlakların sökülərək, həmin obyektlərin yerində inşa edilməsinin sübuta yetirilməməsini müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də MPM-nin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. İddiaçılara məxsus torpaq sa hələri və üzərindəki tikililərin cavabdeh şirkət tərəfindən zəbt edilməsi və sökülməsi ekspert rəyi ilə təsdiq edilməmişdir. Başqa sözlə, iddiaçıların iddia tələbi sübuta yetirilməmişdir. Hazırki işdə isə iddiaçılar mülkiyyət və istifadələrində olan torpaq sahələri və tikililərin cavabdeh tərəfindən zəbt edilməsi və sökülməsini sübut edə bilmədiyi və əksinə, bu hal ekspert rəyilə təkzib edildiyi üçün iddiaçıların iddia tələbinin əsası kimi istinad etdiyi Mülki Məcəllənin 157.2, 158.1.2 və 158.4-cü maddələri hazırki mübahisəyə tətbiq edə bilməz.

16. Qətnamədən iddiaçılar kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(102)-6759/19 qərarı ilə (sədrlik edən – mə ruzəçi hakim Q.Əsgərov, hakimlər E.Vəliyeva və S.Hacıyev) İddiaçı1 kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların mülkiyyət və istifadələrində olan torpaq sahələri və tikililərin cavabdeh tərəfindən zəbt edilməsi və sökülməsini sübut edə bilmədiyi nəticəsinə gələrkən bu halın ekspert rəyi ilə təkzib edilməsinə istinad edərkən ilk əvvəl rəyə işin digər sübutları ilə yanaşı və rəydə əksini tapmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ə razi İdarəsinin rəisi Fərid Bağırovun imzası ilə təsdiq edilmiş 09 oktyabr 2018-ci il tarixli **********42 saylı, eləcə də iş materiallarında olan **********02 saylı, 03.11.2017-ci il tarixli məktublarının məzmununda göstərilənlərə hüquqi qiymət verməmişdir.

19. Belə ki, qanunvericiliyə əsasən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Həmçinin, Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların mülkiyyət sənədinin hazırda qüvvədə olub-olmaması, ləğv və ya etibarsız hesab edilib-edilməməsini aydınlaşdırmamış, mülkiyyət sənədi qüvvədə olduğu təqdirdə isə iddia tələblərinin əsaslandığı sübutlar, dəlillər düzgün qiymətləndirilməmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən 12.08.2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 64.4 kv.metr olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada üst-üstə düşdüyü halda, apellyasiya instansiya sı məhkəməsi həm bu, həm də ekspertiza rəylərinə düzgün hüquqi qiymət verməmiş, cavabdehin ona ayrılmış torpaq sahəsində hansı tikinti işlərinin aparılmasını aydınlaşdırmamış (ekspertiza təyin etmək yolu ilə), hazırki mübahisənin tam, hərtərəfli və obyetktiv araşdırılması ilə bağlı ərazi üzrə İcra Hakimiyyəti, bələdiyyəni cəlb etməmiş, iddiaçının mövcud olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsini məhkumluğundan əvvəl istifadə edib-etməməsini, vergi orqanlarında qeydiyyatda olub-olmamasını, məhkum həyatı yaşadığı dövrdə həmin sahədən təyinatı üzrə istifadə edilib-edilməməsini araşdırmamışdır.

22. Kassasiya kollegiyası onu da qeyd etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş h esab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2020-ci il tarixli, 2(105)-546/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli 10/3602 №li rəyə və istərsə də "xxxx" MMCnin 18.01.2021-ci il tarixli mütəxəs sis rəyində 12.08.2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 64,4 kv.m. olan qeyri-yaşayış sahəsində cavabdeh “Vites Ekspres” tərəfindən yeni inşa edilmiş çoxmərtəbəli, çox mənzilli yaşayış binasının tikinti işləri aparılması müəyyən edilmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(105)-104/2021 nömrəli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Z.Məmmədov və E.Əhmədov) İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(012)-1613/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsu s qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada üst-üstə düşdüyü və cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli çoxmənzilli yaşayış binası iddiaçıya ayrılmış qeyri-yaşayış sahəsində yerləşmiş olsa da, lakin həmin qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsi işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır.

27. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 690 saylı, 08 noyabr 2013-cü il tarixli sərəncamından, Memarlıq və Tikinti Şöbəsinin icarəyə verilən torpaq sahəsinin 693 saylı, 08.11.2013-cü il tarixli ayrıca aktından, FHN-nin DYNX-nin 09.07.2014-cü il tarixli razılaşdırılmış rəyindən və Xırdalan şəhər İƏD üzrə nümayəndəsinin 07.07.2014-cü il tarixli məktubdan müəyyən edilir ki, həmin ərazidə tikinti işlərinin aparılması üçün torpaq sahəsi ca vabdehə 2013-cü ilin noyabr ayının 08-də ayrılmışdır. Lakin iddiaçıya məxsus qeyri-yaşayış sahəsi isə 22.03.2008-ci il tarixli görüntülərdə artıq mövcud olmamış, yəni sökülmüşdür. Bu əvvəlki məhkəmə baxışı zamanı keçirilmiş Hüquq və Torpaq Məsələləri” MMC-nin 03 saylı, 17.01.2018-ci il tarixli mütəxəssis rəyindən də öz təsdiqini tapmışdır.

28. Apellyasiya məhkəməsi həmçinin nəzərə almışdır ki, "xxxx" MMC-nin nizamnaməsinə əsasən bu cəmiyyət 01.07.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir, başqa sözlə cəmiyyət yaradılarkən iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsi artıq sökülmüşdür.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir.

30. Qətnamə dən iddiaçılar kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

31. İddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışlar. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. İddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayar aq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

34. Cavabdeh "xxxx" MMC-nin vəkili Məhərrəmli Rəşid Ağamirzə oğlu kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əml akının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

38. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

45. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Aşağıda sadalanan hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün hə min məhkəməyə göndərilməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-cü maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

49. Kassasiya məhkəməsində birinci icraat zamanı məhkəmə kollegiyasının qərarındakı göstərişlərdən biri müvafiq İcra Hakimiyyətinin işə cəlb olunması olmuşdur. Apellyasiya Məhkəməsi İcra Hakimiyyətinə iki dəfə bildiriş ünvanlamış, lakin səlahiyyətli nümayəndənin iştirakı İcra Hakimiyyəti tərəfindən təmin olunmamış, nəticədə kassasiya instansiyası məhkəməsinin göstərişi real olaraq icra olunmamışdır.

50. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin əvvəlki mövqeyini təkrarlayaraq hesab edir ki, iş üzrə qanuni və ədalətli nəticəyə gəlmək üçün İcra Hakimi yyətinin iştirakı təmin edilməlidir. Bu ona görə zəruridir ki, üzərində iddiaçının xüsusi mülkiyyəti olan torpaq sahəsini hündürmərtəbəli yaşayış evi inşa etmək üçün ayıran orqan Abşeron rayon İH-dir. Cavabdeh şirkətin etirazları onunla bağlıdır ki. ona torpaq sahəsi ayrılarkən həmin sahədə heç bir tikili mövcud olmamışdır. Apellyasiya məhkəməsi də iddia tələbini məhz bu əsasla rədd etmişdir. Amma, iddianın bu əsasla rədd edilməsi gələcəkdə müvafiq icra hakimiyətinə qarşı iddiaçılar tərəfindən tələb irəli sürülməsini istisna etmir və hazırkı iş üzrə qəbul ediləcək qərar tikilinin şirkət tərəfindən sökülməməsi ilə bağlı hissədə preyudisal əhəmiyyət kəsb edəcək.

51. Ona görə işə baxan məhkəmə müvafiq İH-nin işə cəlb edilməsi ilə bağlı kassasiya instansiyası məhkəməsinin göstərişlərini real o laraq təmin edilməsi üçün tədbirlər görməlidir. Bu həm də müvafiq icra hakimiyyəti orqanını gələcəkdə ona qarşı yönələ bilən iddia tələbindən vaxtında qorunmağa şərait yaratmış olur.

52. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 06.09.2002-ci il tarixli, 206 nömrəli Sərəncamı ilə Xırdalan şəhəri, H.Aslanov küçəsində istixana binasının qabağında boş istifadəsiz ağac olmayan sahədə mövcud tikintisi yarımçıq qalmış bərbərxana binasının sol tərəfində ona bitişik cizgiyə uyğun 10,0x6,0 m ölçüdə torpaq sahəsi İddiaçı2 maşınlara texniki xidmət obyektinin tikintisinə ayrılmışdır.

53. Sərəncamın məzmunundan və iddiaçı tərəfindən əlavə olunmuş fotoşəkildən (mülki iş, İ cild, səhifə 12) göründüyü kimi, torpaq sahəsində digər qeyri-yaşayış sahələrinin (bərbərxana, dərzi, qadın salonu) mövcud olması iş in mübahisəsiz halıdır. Eyni zamanda sonuncu məhkəmə qərarı ilə müəyyən edilmiş hal ondan ibarətdir ki, cavabdeh şirkətin inşa etdiyi yaşayış binası iddiaçıya məxsus olan obyektin yerləşdiyi torpaq sahəsinin hüdullarında inşa edilmişdir. Hazırkı işin yeganə mübahisəli halı iddiaçılara məxsus olan əmlakların kimin tərəfindən sökülməsi ilə bağlıdır. Hündürmərtəbəli yaşayış evinin inşası üçün torpaq sahəsi ayıran müvafiq icra hakimiyyəti orqanı həmin əmlakların müqəddəratı ilə bağlı məsələləri öz qərarında həll etməli idi, bu onun vəzifəsindən irəli gəlirdi.

54. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona məxsus olan əmlakın cavabdeh şirkət tərəfindən sökülməsi halını sübutetmə yükünün iddiaçının üzərinə qoyulması MPM-nin qanunvericiliyin sübutetmənin bölüşdürülməsinə dair normaların tə ləblərinə ziddir. Həmin ərazidə iddiaçıdan başqa digər şəxslərə məxsus sahibkarlıq fəaliyyəti ilə məşğul olan daşınmaz əmlaklar mövcud olmuşdur. Qeyd olunan əmlakların mülkiyyətçilərin özləri tərəfindən sökülməsi qənaətinə gəlmək həm məntiqsiz və həm də ağlabatan deyil. Ona görə cavabdeh tərəf sübuta yetirməlidir ki, həmin əmlaklar evin inşası üçün torpaq sahəsi ayrılmamışdan əvvəl sökülmüşdür. Bundan başqa, İddiaçı1 13.12.2003-cü il tarixdən 12.12.2015-ci il tarixədək cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyindən onun mülkiyyətində olan obyektin cavabdeh tərəfindən sökülməsini təsdiq edən sübutları toplamaq fiziki cəhətdən imkanı xaricində olmuşdur.

55. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1. maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Eyni zamanda Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə müvafiq sənədlər əlavə olunur.

56. Cavabdeh tərəf tikinti aparılmasına icazə verilməsiylə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməmiş, müvafiq icra hakimiyyəti orqanı prosesə cəlb edilmədiyi üçün torpaq sahəsini ayıran orqanın ayrılmadan əvvəl həmin ərazinin müfəssəl planı barədə məlumatı yoxlamaq mümkün olmamışdır. Qeyd olunan sənədlərin təqdim edilməsi, onu özündə saxlayan orqanın, hazırkı halda cavabdehin və müvafiq icra hakimiyyəti orqanının üzərində düşür. Həmin sənədlər torpaq sahəsinin tikinti işləri başlayana qədərki vəziyyətini müəyyən etməyə şərait yaratmış olardı.

57. Apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən qeyd olunan hallar araşdırıl maqla, iş üzrə mötəbər, biri digərini təkzib etməyən sübutlara əsaslanan qətnamə qəbul edilməlidir.

58. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamışdır. Ona görə də, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilsin. S umqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-728/2021 nömrəli, 05.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar