Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2122/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh QSC-yə qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2122/21 (Açar sözlər:kredit müqavilənin etibarsız hesab edilməsi) Bakı şəhəri, 09 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5509/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 09 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək onun adından cavabdeh "xxxx" QSC ilə bağlanmış 30.01.2014-cü il tarixli, 27L000001602 saylı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, onun adından Cavabdeh QSC ilə 30.01.2014-cü il tarixdə kredit xətti müqaviləsi bağlanmışdır. Halbuki iddiaçının bundan məlumatı olmamış və belə bir müqaviləyə imza etməmiş, eyni zamanda bankdan hər hansı bir məbləğdə pul vəsaiti ona verilməmişdir.
3. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 329.1, 337.3, 337.4 və 339.2ci maddələrinə istinad edib.
4. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-229/2020 nömrəli, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Emin Mehdiyev)
5. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 26.09.2019-cu il tarixli, 2(010)-93/2019 saylı qətnaməsinə əsasən iddiaçı “Accessbank" QSC-nin cavabdehlər İddiaçı, X1, X2 və X5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçınınn xeyrinə cəmi 34866,79 ABŞ dolları (məhkəmə qətnaməsinin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğ ində borcun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin xxx yerləşən, İddiaçı mülkiyyətindəki 0.0448 ha torpaq sahəsinə yönəldilərək ilkin satış qiyməti 45.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, torpaq sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra İddiaçı və X3 həmin torpaq sahəsindən çıxarılaraq boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. Həmin iş üzrə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh QSC ilə bağladığı 30.01,2014cü il tarixli, 27L000001602 saylı kredit xətti muqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ doll arı məbləğində kredit xətti açıimışdır. Kredit xətti müqaviləsi üzrə İddiaçı Cavabdeh QSC ilə bağladığı 26.09.2014-cü il tarixli, 27R000004603 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 13.03.2015-ci il tarixli, 27R000004603S sayjı, 10.09.2015-ci il tarixli, 27R000004603SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişİklik edilmişdir.
6. Məhkəmə hesab edib ki, İddiaçı Cavabdeh QSC ilə bağlanmış 30.01.2014-cü il tarixli, 27L000001602 saylı kredit xətti müqaviləsinin etibarsızlığını əsaslandıra bilmədiyindən, həmçinin, cavabdeh tərəfindən əqdin etibarsız sayılması barədə iddia tələbinə iddia müddətinin tətbiq olunması bar ədə ərizə verildiyindən iddia ərizəsi həm əsassız olduğuna, həm də iddia müddəti ötürülməklə verildiyinə görə rədd olunmalıdır.
7. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 354.1, 372.1, 372.2, 377.1, 375.2, 389.1, 390.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı İddiaçı apelyasiya şikayəti verib qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
9. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, idd ia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi iddianın əsaslı olmasını göstərir və xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, ekspertiza keçirilməmişdir.
10. İddiaçı apellyasiya baxışında mübahisələndirilən müqaviləni onun adından arvadının imzalamasını göstərmişdir.
11. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5509/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-229/2020 saylı iş üzrə 17 mart 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən, məruzəçi), Qürbət Əsgərov və Azad İmanov)
12. Apellyasiya instansiyası iş materiallarında olan sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh QSC arasında bağlan mış 30.01.2014-cü il tarixli 27L000001602 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə İddiaçı Cavabdeh QSC ilə bağladığı 26.09.2014-cü il tarixli 27R000004603 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 13.03.2015-ci il tarixli, 27R000004603S saylı, 10.09.2015-ci il tarixli, 27R000004603SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmçinin, İddiaçı ilə Bank arasında 26.09.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq, xxx 0.0448 ha torpaq sahəsi "AccessBank” QSC-nin Lökbatan filialı qarşısında i poteka ilə yüklü edilmişdir.
13. Apellyasiya məhkəməsi Suraxanı Rayon Məhkəməsinin 26.09.2019-cu il tarixli 2(010)-93/2019 saylı qətnaməsinə əsasən onu da müəyyən edib ki, iddiaçı “Accessbank" QSC-nin cavabdehlər İddiaçı, X4, X6 və X5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçınınn xeyrinə cəmi 34866,79 ABŞ dolları (məhkəmə qətnaməsinin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində borcun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin xxx yerləşən, İddiaçı mülkiyyətindəki 0.0448 ha torpaq sahəsinə yön əldilərək ilkin satış qiyməti 45.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, torpaq sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra İddiaçı və X3 həmin torpaq sahəsindən çıxarılaraq boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir.
14. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-695/2020 saylı mülki işin materiallarından görünür ki, həmin iş üzrə iddiaçı olan Cavabdeh QSC həmin iddia ilə 01.12.2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
15. Apellyasiya məhkəməsinin mövqeyinə görə hazırki iş üzrə İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi müqavilə 2014-cü ilin yanvar ayında bağlanmış, bundan sonra sonuncu tərə findən 2014-cü ilin sentyabr ayında həmin müqavilə üzrə bağlanmış kredit razılaşmasına əsasən kredit götürülmüş, həmin tarixdə İddiaçı Bankla ipoteka müqaviləsi bağlamış, 2015-ci ildə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi barədə sazişlər imzalanmışdır. Bu proseslər ərzində İddiaçı 30.01.2014-cü il tarixli müqaviləni imzalamadığını qeyd etməmiş, bu müqavilənin etibarsızlığını mübahisələndirməmiş, əksinə, müqavilə üzrə razılaşma imzalayaraq pul götürmüş, torpaq sahəsini ipoteka ilə yüklü etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-695/2020 saylı mülki işin materiallarından həmçinin görünür ki, həmin iş üzrə iddia ərizəsi 01.12.2017-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə iclasları barədə müvafiq şəkildə tərəflərə məlumat verilmiş, məhkəmə prosesi dav am etdiyi müddətdə İddiaçı bir neçə ərizə (vəsatət) vermiş, proseslərdə iştirak etmiş, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, mülki iş ekspertizaya göndərilmiş və iddia ərizəsinin verildiyi 2017-ci il tarixdən İddiaçı həmin iş üzrə iddia tələbinin əsasını təşkil edən müqaviləni mübahisələndirməmiş və həmin müqaviləni imzalamadığını heç vaxt qeyd etməmiş, yalnız 18.09.2019-ci il tarixdə icraatın dayandırılması barədə ərizə vermiş və məhkəmənin 26.09.2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, İddiaçı yalnız həmin məhkəmə iclasında ərizəsini müdafiə edərək, bildirmişdir ki, qolu qırıldığından həmin vaxt onun yerinə yoldaşı imza etmişdir. Protokoldan həmçinin görünür ki, icraatın dayandırılması barədə ərizə təmin edilməmiş və İddiaçı izahatında iddianı qismən qəbul etdiyini, maddi imkanı ağır olduğundan banka olan borcunu vaxtında ödəyə bilmədiyini, ekspertiza rəyi ilə razı olduğunu, lakin iddia tələbində göstərilən faiz və cərimə məbləğləri ilə razı olmadığını bildirərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya məhkəməsi işin müəyyən edilən bu hallarına əsasən belə qənaətə gəlib ki, İddiaçı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə niyyəti hüquqlarını müdafiə etməyə deyil, prosessual hüquqlardan sui-istifadə edərək əlavə vaxt qazanmaqla işlərin yekunlaşmasını uzatmaq məqsədinə yönəlmişdir. Belə ki, yuxarıda sadalanan hallardan müəyyən edilir ki, İddiaçı hazırda mübahisələndirdiyi müqavilə imzalandıqdan sonra (11.09.2019-cu il tarixdə həmin müqa vilənin etibarsızlığı barədə iddia qaldırmışdır) həmin müqavilə üzrə bir çox hərəkətlər həyata keçirilmiş, İddiaçı həmin proseslər çərçivəsində əgər müqaviləni qeyd etdiyi kimi imzalamamışdırsa, mübahisələndirə və krediti götürməyə bilərdi, həmçinin həmin kredit müqaviləsi üzrə ondan borcun tutulması tələbinə dair iş üzrə məhkəmə prosesi başladığı vaxtdan müqaviləni mübahisələndirə biləcəyi halda yalnız sonuncu məhkəmə prosesində müqaviləni imzalamadığını bildirmiş, daha sonra isə iddia tələbini qismən qəbul edərək qismən təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya məhkəməsinin mövqeyinə görə hazırki iş üzrə iddiaçının müqavilənin etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. İddiaçı fərqli iddialar qaldırmaqla məhkəmə proseslərini uzatmaq və vaxt əldə etmək niyyətindədir.
19. Ap ellyasiya məhkəməsi qeyd edilənlərə əsasən xətşünaslıq ekspertizasının keçirilməsinə də zərurət görməmişdir.
20. Apellyasiya məhkəməsi həmçinin qeyd edib ki, əqdin etibarsızlığı ilə bağlı hazırki iddianın qaldırıldığı vaxta artıq iddiaçı üçün məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
21. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə ol ur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır.
22. Həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçının mübahisələndirdiyi Kredit xətti müqaviləsinin i crasına isə hələ 2014-cü ildə başlanmışdır və belə olan halda həmin müqavilənin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi üçün məhkəmə müdafiəsi müddəti keçmişdir.
23. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsasız sayaraq, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq, şikayət də müqavilənin iddiaçı tərəfindən imzalanmamasına, bu halı müəyyən etmək üçün ekspertiza təyin edilməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifad əsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmlş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 372.1. Başqa şəxsdən hər han sı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərar Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədə n maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
32. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
33. Belə ki, iddia tələbi müqavilənin etibarsızlığı barədədir. Apellyasiya məhkəməsi iş materiallarına əsasən müqavilənin iddiaçının göstərdiyi əsaslarla etibarsız olması halını müəyyən etməmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti üzrə dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və hazırki qərarın 12-22-ci bəndlərində qeyd edilənləri təkrar etməyə zərurət görmür.
35. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki M əcəllənin yuxarda qeyd edilən normalarını düzgün tətbiq etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
37. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
38. Apellyasiya instansiyasının xətşünaslıq ekspertizası təyin etməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ekspertiza təyin edilməsi barədə vəsatətinə işin halları ilə müqayisəli şəkildə qiymət verilib və apellyasiya instansiyası həmin dəlilin rədd edilməsini qətnamədə əsaslandırıb.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kass asiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5509/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.