Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2123/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və Suraxanı Rayon İcra Şöbəsinə qarşı (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi cəlb olunmaqla) iş üzrə QƏRARİ İş № 2(102)-2123/2023 Açar sözlər: (hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi) Bakı şəhəri, 27 iyul 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı (3-cü şəxs qism ində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Suraxanı Rayon İcra Şöbəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-649/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010- cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Etibar Bəkirli küçəs i, ev 240, 74 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. 2. "xxxx"nin hərracın nəticələri haqqında Y-005 saylı, 24 yanvar 2020-ci il tarixli protokolu ilə İddiaçı məxsus ilkin satış qiyməti 115.000 manat ünvan 1 ünvanında yerləşən mənzili 73313 manat qiymətə Cavabdeh3 ASC-yə satılmışdır. 3. xx.xx.2020-ci il tarixli müqavilə ilə Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti ünvan 1 ünvan üzrə keçirilmiş hərracda alıcı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Suraxanı Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin İddiaçı Əliba ba oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 240 saylı evin 74 saylı mənzilinə dair hərracın nəticələri haqqında 24 yanvar 2020-ci il tarixli, Y-005 saylı protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 24 yanvar 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 240 saylı evin 74 saylı mənzilinə dair "xxxx" ASC-nin adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaxaçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 240 saylı evin 74 nömrəli mənzili cavabdehin ailəsinə şəhid ailəsi kimi ulu öndən Heydər Əliyev tərəfindən verilmişdir. İddiaçı Cavabdeh3 Açı q Səhmdar Cəmiyyəti cavabdeh X5 və İddiaçı qarşı “borc tələbi və tələbinin ipoteka predmentinə yönəlməsi” tələbi barədə iddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 may 2011-ci il tarixli 239(F.S) saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X3 27 may 2011-ci il tarixli 239 (F.S) saylı kredit müqaviləsi üzrə 40 212,30 manat əsas borc və 4.425.58 manat faiz borc olmaqla, cəmi 44.637,88 manat məbləğində borcun Cavabdeh3 ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 240 saylı evin 74 nömrəli mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması, mənzil satıldıqdan sonra ən gec bir ay ərzində boşaldılması, əmlakın açıq hərracda satılması nəticəs ində əldə olunan vəsait hesabına iddiaçı Cavabdeh3 ASCyə 44.639,88 manat məbləğində borc və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məlıkəməsinin 2(010)-7/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh X3 40.212,30 manat məbləğində əsas borc, 4.425,58 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş olan dövlət rüsumu olmaqla, cəmi 44.667,88 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə tutulması, cavabdeh X3 tutulmalı olan cəmi 44.667,88 manat məbləğində pul vəsaitinin iddiaçı “MuğanBank» ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 240 saylı evin 74 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq iddiaçıya olan borcun ödənilməsi, tutma yönəldikdə və satıldıqdan sonra ən gec bir ay ərzində ipoteka predmenti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 240 saylı evin 74 nömrəli mənzilinin boşaldılmasının təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-188/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 7/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçu xur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 240 saylı evin 74 nömrəli mənzilinin bazar dəyəri 115.000 manat müəyyən edilmiş, 130 manat ekspertiza xərci cavabdehə aid edilmiş və "xxxx" MMC-nin hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7806/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-188/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-7806/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından konstitusiya şikayəti verilmişdir. Hüququnu pozan Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nin 2(102)-3400/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 4-cü bəndinə və “Konstitusiya Məhkəməsi haqqında»” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-188/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması ərəfəsində icra tədbirləri davam etdirilmişdir. Halbuki kassasıya şikayətinin icraata qəbul olunması məhkəmə bildirişi ərizəyə əlavə edərək icra tədbirlərinin dayandırılması xahiş edilmişdir. Lakin buna məhəl qoyulmamışdır. Bundan sonra, 17 dekabr 2019-cu il tarixdə "xxxx" ASC Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə ərizə ünvanlamış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 2(103)-188/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 240 saylı evin 74 nömrəli mənzili ilə əlaqədar hərracın davam etdirilməsinə dair müvafiq icra hərəkətlərinin görülməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi № 134835/19-18-11, xx.xx.2020-ci il tarixli məktubu ilə hərracın davam etdirilməsini "xxxx" MMC-dən xahiş etmişdir. "xxxx" MMC xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə borclu İddiaçı heç bir məlumat verilmədən hərrac keçirmiş və mənzilin dəyərindən qat-qat az olan məbləğə icra sənədi üzrə tələbkara satılmışdır. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi xx.xx.2021-ci il tarixdə, axşam 20:00 radələrində, borclunun ünvanına məktub təqdim etmişdi r (borclu evdə olmadığından digər ailə üzvləri qəbul etmişdir). Həmin məktubda xx.xx.2021-ci il tarixdə icra tədbiri keçirilərək evdən çıxarılmaları təmin olunacağı bildirilmişdir. Bundan sonra borclunun nümayəndəsi icra sənədində olan sənədləri əldə etdikdə sonra məlum olmuşdur ki, yuxarıda qeyd olunan qaydada tədbirlər görülmüşdür.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim: M.Bağırova) e-2(009)1763/2022 nömrəli, 3 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair bir neçə hərrac keçirilsə də, 24 yanvar 2020-ci il tarixdə baş tutmuş hərracların vaxtı və yeri barədə İddiaçı təsdiq etmə üsulu ilə bildiriş göndərilməmişdir. Bu hal isə ona dəlalə t edir ki, iddiaçıya hərracın keçirilməsinə dair bildiriş çatdırılmamış və onun hərracda iştirak etmək imkanı təmin olunmamışdır.
8. Mənzilin açıq hərracdan satılması ilə bağlı iddiaçıya hərracların keçirilməsi barədə qanunla müəyyən olunmuş qaydada bildiriş verilmədiyi və onun hərracda alıcı qismində iştirak etmək imkanının təmin olunmadığı üçün “İpoteka haqqında” Qanunun 42.1-ci, 42.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulduğundan, ünvan 4 ünvanda yerləşən mənzilə dair 24 yanvar 2020-ci il tarixli hərracın nəticələri haqqında Y-005 saylı protokol və müqavilə etibarsız hesab edilməlidir.
9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 415 və 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 34, 42, 44-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ic raat
10. Cavabdeh3 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsinin əsasları barədə qətnamədə istinad olunmuş sübutların hazırkı qətnamənin qəbul edilməsinə aidiyyətinin olmamasını, əksinə qətnamənin prosessual hüquq pozuntuları ilə yanaşı işə aidiyyəti olmayan sübutlara istinad edilərək qəbul edilməsi aydın şəkildə görsənir. Belə ki, məhkəmənin işin mahiyyətinə uyğun olan sübutların tələb edilməsi barədə qətnamədə heç bir qeyd yoxdur. İddiaçının iddia etdiyi ona hərracın keçirilməsi barədə bildirişin çatdırılmaması hissəsində yalnız iddiaçının iddiasına inanmış, sorğu vasitəsi ilə "xxxx" MMC-yə hərracın keçirilmə sinə dair iş materiallarını tələb etməmiş və bununlada qərəzli qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə qətnamədə iddianın təmin edilməsinə istinad etdiyi sübutlar siyahısında “X2 “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsini göstərmişdir. Məhkəmə heç bir mötəbər sübuta istinad etməmiş, əksinə X2 16 sentyabr 1994-cü il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsini əsas tutaraq bərabərlik hüququnu pozmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi) İ.Şirinov və E.Kazımov) 2(103)-649/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hərrac iddiaçıya (ipoteka qoyana) məlumat verilmədən keçirilib. Birinci instansiya məhkəməsinin qətnaməsi də eyni qaydada əsaslandırılıb. Apellyasiya icraatı zamanı hərrac barədə sənədlərin əldə edilməsi üçün sorğular verilsə də, bu sənədlərin əldə edilməsi mümkün olmamışdır. Belə vəziyyətdə hərrac barədə iddiaçının məlumatlandırıldığını sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin məhkəməyə bu barədə sübut təqdim edilməyib.
14. Məhkəmə mövqeyini Mülki Məcəllənin 415 və 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh3 ASC (Vəkil) kassasiya şikayəti verə rək qətnamənin tamamilə ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Suraxanı Rayon İcra Şöbəsinin sifariş məktubu üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-188/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 240 saylı evin 74 nömrəli mənzili, ilkin satış qiyməti 115.000 manat olmaqla, satılması üçün açıq hərraca çıxarılmışdır. X4 yekunları barədəY-005 saylı xx.xx.2020-ci il tarixli protokoluna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 240 saylıevin 74 nömrəli mənzili Cavabdeh3 ASC tərəfindən açıq hərracdan alınmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəs əbəsi, E.Bəkirli küçəsindəyerləşən 240 saylı evin 74 nömrəli mənzili Cavabdeh3 2. 3. 4. rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra ha qqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsinə əsasən, Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 ASC-nin mülkiyyətinə keçmişdir. Hərracın keçirilməsi ilə bağlı sifariş qanunvericiliyə əsasən icra məmuru tərəfindən verilir, hərrac təşkilatı isə qanunla üzərinə düşən öhdəlikləri etməklə, hərracı təşkil edir. Hərracın keçirilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərin ə uyğun olaraq tələbkar Cavabdeh3 ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Hərracın keçirilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflər məlumatlandırılmışdır. Bundan başqa hərracın keçirilmə vaxtı və yeri barədə qəzetdə elanlar verilmişdir. Eyni zamanda ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 240 saylı evin 74 nömrəli mənzilinə dair hərracın nəticələri haqqında yekun protokolu əsasında Cavabdeh3 ASC-yə mülkiyyət hüququ təsdiq edən çıxarış verilmişdir. Bundan əlavə, hərracın keçirilməsi və mülkiyyət hüququ təsdiq edən çıxarış ın alınması ilə əlaqədar müvafiq rüsumlar ödənilmişdir. Lakin məhkəmə tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 240 saylı evin 74 nömrəli mənzilinə dair "xxxx" MMC-nin keçirilmiş hərracın nəticələri etibarsız hesab edilərkən, bunlara münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdiril məsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
19. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
20. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun
21. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi ( məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
22. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
23. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.
31. Kassasiya instansiyası məhkəməsinin mövqe
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, hərracın keçirilməsi barədə iddiaçı tərəfə məlumat verilməsinin sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür. Lakin nə hərracın təşkilatçısı "xxxx" MMC, nə Cavabdeh3 ASC, nə də Suraxanı Rayon İcra Şöbəsi tərəfindən iddiaçıya hərrac barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və qeyd edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, hərracın keçirilməsi barədə iddiaçıya qan unvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməmişdir.
36. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 ASC-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-649/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.