Məhkəmə qərarları › İş №2(102)-2128/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2128/2024

23.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2128/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş tikilinin sökülərək mühafizə rejiminin təmin edilməsi tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-16/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı Azərsu ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 284 nömrəli, xx.xx.1999-cu il tarixli “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” sərəncamından çıxarışa əsasən X5 6-cı Əhmədli küçəsində, cizgidə göstərilən sahədə 0,02 ha torpaq sahəsi ayrılmışdır və yaşayış evinin tikintisinə icazə verilmişdir.

2. X7 ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2014-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 120000 manat qiymətinə Cavabdeh satılmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 275 nömrəli reyestr kitabının 25627 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinə dair texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh məxsusdur və **********73-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İlk iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmiş iddiaçı ASC, cavabdeh tərəfindən Bakı şəhəri, ünvan 2ndən keçən diametri 1.200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlk iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus kollektorun üzərində özbaşına tikili inşa edilmişdir. Özbaşına tikilinin inşası nəticəsində qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan texniki qurğuların ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sisteml ərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Həmin özbaşına tikili nəticəsində 8-ci kilometr kanalizasiya kollektorunun böyük hissəsinə vaxtlıvaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrin başverməsi, çirkab suyun əraziyə axması ilə gigiyenik təhlükənin yaranma ehtimalını artırır, baş vermiş qəzaların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradır.

7. Cavabdeh öz növbəsində iddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət edərək, ona məxsus və yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış evini n ərazisindən keçən kanalizasiya xəttinin ASC-nin öz hesabına həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Özündə ilk iddiaya qarşı etirazı ehtiva edən qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus ev özbaşına tikili deyildir. Həmin evin yerləşdiyi torpaq sahəsi o ərazidə inşa edilmiş çoxsaylı evlərdən biri kimi Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 284 nömrəli, xx.xx.1999-cu il tarixli “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” sərəncamına əsasən vətəndaş X5 ayrılmış və həmin yerdə mübahisələndirilən ev inşa edilmişdir. Evin tikintisi ilə bağlı layihə-smeta bürosu və rayon İcra Hakimiyyətinin məmuru tərəfindən çəkilmiş cizgidə həmin ərazidən hər hansı magistral su xəttinin keçmədiyi bildirilmişdir. xx.xx.201 3-cü il tarixdə Səkinə Rəşidova ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdeh, həmin evi almış və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və texniki pasport verilmişdir.

9. İş materiallarında olan, mühafizə zonasının pozulması barədə 15 iyul 2019-cu il tarixli akta əsasən həqiqətən ünvan 2 ünvanında yerləşən fiziki şəxs X3 məxsus tikili (yaşayış evi) İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan 8-ci km kollektorunun mühafizə zonasında inşa edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2020-ci il tarixli, 10/1429 nömrəli məhkəmə ekspertizasının rəyinə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, İddiaçı ASC-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş akta əsasə n kanalizasiya kollektorunun mühafizə zonasında tikili inşa edildiyi göstərilmiş, baxış zamanı ünvan 2 ünvanında yerləşən İddiaçı ASC-yə məxsus kanalizasiya kollektorunun cavabdeh X6 tərəfindən inşa edilmiş daş hasar və 2 mərtəbəli fərdi yaşayış evinin tam olaraq 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin a) bəndində göstərilən 5.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir; mülki işin materialında İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan kanalizasiya kollektorunun üzərində inşa edilmiş tikintiyə dair hüquq müəyyən edici və texniki sənəd olmadığına görə inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2517/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnamə ilə ilk və qarşılıqlı iddiaların rədd edilməsini qət edilmişdir. (Hakim X2)

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehə məxsus ev özbaşına tikili deyildir, həmin evlə bağlı cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış və texniki pasport mövcuddur. Belə olan halda, mübahisəli tikinti özbaşına tikili olmadığına görə qeyd edilmiş çıxarışı ləğv etmədən ilk iddianın təmin edilməsi mümkün deyildir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia əsaslı olmadığından və digər sakinlərin də maraqlarına toxunduğu halda, yalnız iddiaçı tərəfindən qaldırıldığından təmin edilməməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Az ərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3, 218.3-cü və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 17, 70-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Əsasları ilk iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdeh tərəfindən təqdim edilmiş çıxarışın qüvvədə olub-olmamasını, qüvvədə olacağı halda sənəd ilə əhatə olunan ərazinin həmin ərazi olub-o lmamasını, kollektorun üzərində yerləşən hissəyə tikintiyə razılığın olub-olmamasını, sonradan inşa edilmiş olmasını araşdırmamış və ilkin, natamam məlumatlarla qətnamə qəbul etmişdir. Mühafizə zonasında kollektor 1970-ci ildən bəri istismardadır və sonradan inşa edilmiş qanunsuz tikili nəticəsində kollektorlar tikilinin alt hissəsində qalmış və qanunla qorunan mühafizə zonası pozulmuşdur. Tikilinin inşası zamanı İddiaçı ASC ilə hər hansı razılaşma aparılmamışdır. Ekspert rəyi ilə təsdiq edilmişdir ki, kollektorun üzərində həqiqətən cavabdeh tərəfindən tikililər inşa edilmişdir. Lakin, birinci instansiya məhkəməsi işi araşdırarkən kollektorun xüsusi əhəmiyyətə malik olduğunu, ətraf ərazilərin böyük hissəsinin tullantı sularını nəql etdiyini və üzərində tikililətin inşası səbəbindən qəza baş verəcəyi halda bərpa işlərinin mümkünsüz olacağını, həmçinin ətrafda yaşayan və fəaliyyət göstərən şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yaradacağını və belə hallara görə kimin məsuliyyət daşıyacağını nəzərə almamışdır.

17. Cavabdeh də öz növbəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdehin apellyasiya şikayəti isə belə əsaslandırılmışdır ki, qarşılıqlı iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır.

19. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ASC-nin nümayəndəsi vəsatətlə Məhkəməyə müraciət edərək bildirmişdir ki, təmsil etdiyi ASC, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək balansında olan və Bakı şəhəri, ünvan 2ndən keçən kanalizasiya xəttinin üzərinə hazırki iş üzrə cavabdeh və hazırki iş üzrə tərəf olmayan X7 tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərə dair Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş sərəncamın, həmin sərəncam əsasında bağlanmış alğı-satqı müqavilələrin və tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışların” ləğv edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi Bakı İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və iddia ərizəsinə dair iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Belə ki, həmin iş üzrə iddianın təmin edilməsi barədə qərar qəbul edilərsə, həmin qərar hazırki işin nəticələrinə təsir göstərə bilər. Ona görə də, hazırki iş üzrə icraat dayandırılmalıdır.

20. Qeyd edilən həmin inzibati işlə hazırki mülki işin bir-biri ilə bağlı olduğunu, həmin iş üzrə iddianın qismən və ya tam təmin edilməsi barədə qərar qəbul edilərsə və qərar qüvvəyə minərsə, həmin qərarın hazırki mülki işin nəticələrinə təsir göstərə biləcəyini nəzərə almış Məhkəmə xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraatı dayandırmışdır.

21. Hazırki işin dayandırılmasına əsas olmuş 2-1(112)-185/2023 saylı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadda əsasən həmin qərardadla iddiaçı ASC-nin iddia ərizəsi “sərəncamın X5 torpaq sahəsi ayrılması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmə si, alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın (qeydiyyatın) ləğv edilməsi” hissəsində iddia müddəti buraxıldığı üçün mümkün sayılmamışdır.

22. Həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi eyni tarixli digər qərardadı ilə iddiaçı ASC-nin iddiasının qalan hissədə təmin edilmiş, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 284 nömrəli sərəncamının “X5 0,02 ha torpaq sahəsi ayrılması” hissəsində ləğv edilməsi qərara alınmışdır.

23. İşə apellyasiya qaydasında baxılan zaman Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilm əsi qərara alınmışdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-16/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmetində qalmış hissədə, yəni ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsini qət etmişdir. (hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X12)

25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli tikili “Daşınmaz əmlakın dövl ət reyestrində” qeydə alınmaqla cavabdehin xüsusi mülkiyyətindədir. Mübahisəli tikinti özbaşına tikili olmadığına görə reyestrdəki qeyd ləğv edilmədən ASC-nin hazırki iş üzrə cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin əsaslı hesab edilərək, təmin edilməsi qeyrimümkündür.

26. Beləliklə, işə baxmış birinci instansiya məhkəməsi iddiaçı ASC-nin iddiasının təmin etməməkdə haqlı olmuşdur. ASC-nin apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya baxışının predmetində qalmış hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanuna istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı ASC (nümayəndəsi və vəkil Bağı-zadə Nofəl İsax oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan kollektorun üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında özbaşına tikililərin inşası nəticəsində kollektora vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi və normal istismarı qeyri-mümkün olmuş və nəticədə kollektorda qəza təhlükəsi yaranmışdır. Bu da təhlükə mənbəyi olmaqla bədbəxt hadisələrin baş verməsi ehtimalını artırmış, oradan istifadə edən və ətrafda yaşayan şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün real təhlükə riskini yaratmışdır. Eyni zamandan kollektorun altında qalan hissəsdə baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işləri aparmaq qeyri-mümkün olmaqla qəzalı hissədən xaric olan tullantı suları ətrafa axaraq ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracaqdır. Həmçinin qeyd olunan tikilinin mövcudluğu kollektorun istsimarını, bu istiqamətdə İddiaçı ASC-nin nizamnaməsi üzrə müəyyən edilmiş funksiyalarının icrasında çətinliklər yaradır. Məhkəmə prosesinin gedişatında tikilinin kanalizasiya kollektorunun mühafizə zonasına düşüb-düşməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. AR Ədliyyə Nazirliyin in Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1429 nömrəli rəyinə əsasən tikilinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bütün bu hallar bir daha təsdiq etmişdir ki, məhkəmə tərəfindən iş araşdırılarkən işin faktiki halları tam və lazımi qaydada araşdırılmadan qətnamə qəbul edilmişdir

30. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 169.1, 180.4cü,Torpaq Məcəlləsinin 62-ci və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsi ilə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazəl ər almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

33. Maddə 17.1. Su təchizatı müəssisələri Azərbaycan Respublikasının Su Məcəlləsi ilə nəzərdə tutulmuş sanitar mühafizə zonalarının yaradılması və rejiminin həyata keçirilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin), həmçinin digər şəxslərin bu zonalarda fəaliyyətlərini qadağan etmək hüquqlarına malikdirlər.

34. Maddə 17.2. Su təchizatı müəssisəsi sanitar mühafizəsi zonası rejimini mövcud tikinti normalarına və qaydalarına uyğun həyata keçirir.

35. Maddə

70. Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüquqlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

36. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4-cü məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1 kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

47. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun mü xtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunveri ciliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-16/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar