Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2135/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququna müdaxilənin əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X5 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-107/2023 saylı mülki iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hüquqların Dövlət qeydiyyat ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh (bundan sonra – cavabdeh) adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində xx.xx.2015-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Zaqatala şəhəri Azərbaycan prospektindən keçən d-108 diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabde hin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları’nın tələblərini pozaraq ’’Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Zaqatala şəhəri Azərbaycan prospektindən keçən d-108 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin 25 (iyirmi beş) p/m. hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində "xxxx" MMC-yə məxsus tikili inşa edilmiş və qaz xətti tikilinin qarşısına döşənmiş s əkinin altına salınmşdır. ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz borukəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları" təsdiq edilmişdir. Belə ki, “Qaydalar”ın 2 və 5 nöm rəli əlavələrinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli yeraltı və yerüstü qaz kəmərinin mühafizə zonası 2 metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülkü Məcəllsinin 180-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Bundan əlavə gələcəkdə insan təlafatı ilə nəticələnə biləcək hə r-hansı qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması məqsədilə və kəmərə texniki xidmətin göstərilməsi üçün təhlükəsizlik zonasında inşa edilmiş tikililnin mühafizə zolağına düşən hissəsinin öz vəsaiti hesabına sökülməsi və ya kəmərin təhlükəsiz zonaya çıxarılması üçün texniki icra sənədlərinin hazırlanması məqsədilə Zaqatala RQİİ-nin Texniki istismar şöbəsinə müraciət edilməsi, əks təqdirdə tikililərin sökülməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. İddiaçı Zaqatala RQİİ tərəfindən cavabde hə qanunsuz inşa etdiyi tikintinin adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən adı çəkilən qanunsuz tikili ilə bağlı tələblərin yerinə yetirilməsindən imtina edildiyindən hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
4. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz verərək göstərmişdir ki, məhkəməyə təqdim etdiyi fotoşəkillərdən həmin küçədə və şəhərin müxtəlif ərazilərində qaz xətti yerin altından keçir. Həmin qaz xətti inşa etdiyi tikilinin və tikilinin qarşısına döşənmiş səkinin altına özü tərəfindən salınmamışdır. Uzun illər həmin qaz xətti yerin altında qalmaqdadır. Bir neçə dəfə müxtəlif illərdə yerin altında qalmış qaz xəttinin üzərinə asfalt örtüyü dövlət tərəfindən çəkilmişdir. Bunun üçün həmin qaz xətti idarənin hesabına yuxarıdan çəkilməlidir Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/517 №-li rəyinə əsasən, birinci sual üzrə 2016-cı il tarixli “X12”na əsasən (İnventar N 39) qaz boru kəmərinin yerləşmə dərinliyinin (-0,3), yəni yer səviyyəsindən 30 sm aşağı göstərildiyini nəzərə alaraq, həmin pasport üzrə Zaqatala şəhəri, Azərbaycan prospektindən keçən d-108 mm diametri olan orta təzyiqli qaz kəmərinin yeraltı çəkilməsi nəzərə tutulması müəyyən olunmuşdur. İkinci sual üzrə qaz kəmərlərinin zaman etibarı ilə nə vaxt çəkilməsini müəyyən edilməsinə dair metodika olmadığından bu sual üzrə tədqiqat a parılması mümkün olmamışdır. Bununla belə “X12”na əsasən qaz boru kəmərinin yerləşmə dərinliyinin (-0,3) göstərildiyi halda tədqiq olunan ərazidə həmin qaz boru kəmərinin bəzi yerlərdə yeraltı, bir çox yerlərdə isə yerüstü çəkildiyi müəyyən olunmuşdur. Üçüncü sual üzrə isə tədqiq olunan ünvanda İddiaçı Zaqatala RQİİ-nin balansında və istismarında 108 mm diametrli orta təzyiqli qaz kəməri ilə Cavabdeh məxsus qeyri-yaşayış binası arasında məsafə təqribən 0,5 metr təşkil etdiyi nəzərə alaraq, həmin qeyri-yaşayış binasının təqribən 3,5 metr hissəsinin Zaqatala şəhəri, Azərbaycan prospektindən keçən d-108 diametri olan orta təzyiqli qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur.
6. Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(033)-84/2022 saylı qətnaməsi ilə (hak im Vüqar Məmmədov), iddianın təmin edilərək, cavabdeh tərəfindən Zaqatala şəhəri Azərbaycan prospektində ona məxsus qeyri-yaşayış binasının 3,5 metr hissəsinin qarşısından keçən d-108 mm diametri olan orta təzyiqli qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçün həmin tikilinin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarıması, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdehdən alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, Cavabdeh məxsus qeyri-yaşayış binasının 3,5 m etr hissəsi Zaqatala şəhəri Azərbaycan prospektindən keçən d-108 mm diamteri olan orta təzyiqli qaz kəmərinin mühafizə zonasına düşdüyündən, tikinti qaz kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçün həmin tikili cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmalıdır.
8. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4.3, 22.2-ci maddələrinə, «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı qərarının 16-cı bəndinə, Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 180.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları»-nın 5-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7, 3.32-ci bəndlərinə, «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 217.2, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəlləsinin 9.3cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin q oyulduğu göstərilir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra etmişdir. MPM 218.1-ci maddəyə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyənedildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sözügedən maddənin tələbləridə məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır. Qeyd edir ki, məhkəmə qərarında sübut növü olaraq iş materiallarına əlavə olunmuş ekspert rəyinə, fotoşəkillərə düzgün hüquqi qiymət verməmişdir. Qeyd edir ki, mülki iş üzrə məhkəmə mühəndis tikinti-texniki ekspertizası tə yin edilmişdir. Ekspertiza qarşısında 3 sual qoyulmuşdur. İkinci sual üzrə kəmər yeraltı çəkilərkən texniki normalar pozulmuşdurmu ? sualına ekspert tərəfindən cavab verilməmişdir. Çünki həmin suala cavab verildikdə məlum olur ki, bəli iddiaçı orqan tərəfindən qaz xətti çəkilərkən texniki normalar pozulmuşdur. Lakin iddiaçı orqan özü tərəfindən pozulmuş texniki tələblərin aradan qaldırılması vəzifəsini məhkəmə tərəfindən cavabdehin üzərinə qoymuşdur. İddiaçı tərəfindən iş materiallarına 2016-cı il tarixli “X12” (İnventar N 39) və cavabdehin adına qeydə alınan daşınmaz əmlakın çıxarışı əlavə olunmuşdur. Həmin sənədlərdən görünür ki, qaz kəmərinə texniki pasport 2016-cı il tarixdə verilmişdir. Lakin cavabdehin daşınmaz əmlaka dair hüquqları xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Daş ınmaz əmlaka dair hüquqların qeydə alınmasına nəzər yetirildikdə qaz kəmərinin texniki pasportu hüquqların qeydiyyata alındığı tarixdən 1 il sonraya təsadüf edir. Eyni zamanda mülki işə əlavə olunan şəhərin müxtəlif istiqamətlərində çəkilmiş fotoşəkillər mülki iş materiallarına əlavə olunmuşdur. Həmin şəkillərdən aydın olur ki, şəhərin bir çox küçələrindən hətda diametri böyük olan qaz kəmərləri belə yer altıynan çəkilmişdir. Qeyri-yaşayış sahəsindən 100-150 metr aşağıda 2 mərtəbəli bina evləri yerləşir. Həmin bina evlərinin qarşısından keçən qaz xətti yer altı çəkilmişdir və yeraltı çəkilməsi nəzərdə tutulmamış olsa belə yerin altından keçir. İddiaçı orqan iddia ərizəsində qeyd edir ki, yerüstü qaz kəmərinin 25 metr hissəsində qaz xəttinin mühafizə zonasını pozaraq üzərində tikili “Azərst or” inşa edilmiş və qaz xətti tikilinin qarşısına döşənmiş səkinin altına salınmışdır. Keçirilmiş ekspertiza rəyindən və iddiaçının iddia ərizəsində qeyd etdiyi iddia tələbindən bir daha aydın olur ki, iddia tam əsassızdır, həmin qaz xəttinin yeraltı çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə məhkəmə iclasında araşdırılan məsələlərə düzgün hüquqi qiymət verməmiş əsassız qərar qəbul etmişdir. Hesab edir ki, həmin qətnamə məhkəmə tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış eyni zamanda maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-107/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə) apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.
13. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəf indən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır.
14. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə, «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 19.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavəyə, həmin Qaydaların 2.13-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 97.1, 372.1, 372.6, 372.7, 384-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasi ya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin baxılması üçün yenidən Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında sübut növü olaraq iş materiallarına əlavə olunmuş ekspert rəyinə, fotoşəkillərə düzgün hüquqi qiymət verməmişdir. Mülki iş üzrə elektron sistemə xx.xx.2023-cü il tarixə ərizə daxil edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, ekspertiza qarşısında qoyulmuş 2-ci sualda qazkəməri çəkilərkən texniki normaların pozulmuşdurmu sualına ekspertiza rəyində münasibət bildirilməmişdir. Bunun üçün qaz kəməri çəkilərkən texniki n omaların pozulub-pozulmamasının (2016-cı il tarixli qaz kəmərinin texniki pasportuna əsasən) aydınlaşdırılması üçün mülki iş üzrə ekspertiza keçirilməsi zərurəti yaranır. Cavabdeh qeyd etmişdir ki, tikiliyə dair iddiaçının mülkiyyət hüquqları DƏDRX-də 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bunun üçün qaz kəməri çəkilərkən texniki normaların pozulub-pozulmamasının müəyyən olunması üçün ekspertiza keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərar qəbul edərkən cavabdehin ərizəsində qeyd etdiklərini nəzərə almamış, qərarında münasibət bildirməmişdir. Buradan görünür ki, məhkəmə apellyasiya şikayətinin dəlillərinə səthi yanaşmış, apellyasiya şikayətində qeyd etdiklərini tam araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası:
18. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «İnsan hüquqları və əsas Konvensiyasının 1 saylı protokolu: azadlıqlarının müdafiəsi haqqında» Avropa
19. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxar ıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyası:
20. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
21. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə y ol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
22. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
24. Maddə 152.1. Mülkiyyət hüququ suby ektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
27. Maddə 203.1. Daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
28. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya və müsadirə tədbirlərindən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə gö rə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
38. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. İşə mahiyyəti üzr ə baxan məhkəmələr Mülki Məcəllənin 180-ci maddəsinə əsaslanaraq iddianı təmin etmişlər.
40. Həmin normaya görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (§ 25-26).
41. Bununla belə məhkəmələr nəzərə almamışlar ki, sökülməsi qət edilən ev daşınmaz əmlakın döv lət reyestrində cavabdehin adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bu hal ona dəlalət edir ki, mübahisə predmeti olan ev özbaşına tikili deyil. Belə olan halda iddiaya MM-in 180-ci maddəsinin tətbiqi düzgün olmamışdır.
42. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dövlət tərəfindən təminat verilməklə bu hüquq qorunur.
43. Odur ki, qanunvericilikdə həqiqiliyi və tamamlığı prezumpsiyası təsbit olunan reyestr qeydi (§ 23) ləğv edilməmiş daşınmaz əşyanın (evin) sökülməsi barədə tələb mahiyyət etibarilə mülkiyyətə müdaxilə olunmasıdır.
44. Ona görə də məhkəmə kollegiyası mülkiyyət hüququ və bu hüququn məhdudlaşdırılması əsaslarının nəzərdən keçirilməsini zəruri sayır.
45. İnsan hüquqlarının və X7 X4 1 saylı Protokolunun 1-ci maddəsinə əs asən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır (§ 19).
46. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər (§ 20-21). 47. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan h üquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.
48. Göründüyü kimi, mülkiyyət hüququ, Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutul muş hallarda onun məhdudlaşdırılması imkanı da vardır.
49. Yuxarıda göstərilən normativ hüquqi aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə amilləri nəzərə alınmaqla, başqa şəxslərin və cəmiyyətin maraqlarının qorunması məqsədi ilə qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. Məhdudlaşdırmanın yolverilən sayılması üçün bu hüquqa müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Bu şərtlərə cavab verməyən bir məhdudlaşdırma mülkiyyət hüququna qanunsuz müdaxilə hesab edilir. Mülki yyət hüququna xitam verilməsinin əsasları qanunda dəqiq şəkildə göstərilmişdir.
50. Azərbaycan Respublikasında mülkiyyət hüququnun ititilməsinin qanuni əsasları Mülki Məcəllənin 203-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya və müsadirə tədbirlərindən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol ver ilmir (§ 27-28).
51. Odur ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə iddianın təmin edilməsinə (mülkiyyət hüququ ilə cavabdehə məxsus daşınmaz əşyanın sökülməsinə) əsasların olubolmamasını yuxarıda göstərilən meyarlar əsasında yoxlamalı, bu çərçivədə əvvəlcə iddianın qauni əsasını göstərməli, işin müəyyən olunmuş faktiki halları ilə həmin normanın dispozisiya şərtləri arasındakı uyğunluğa (uyğunsuzluğa), o cümlədən cavabdehin mülkiyyət hüququna müdaxilənin qanuni və əsaslılığına dair hüquqi dəyərləndirmə aparmalı və nəticəsindən asılı olaraq iddianın həllinə dair əsaslandırılmış qətnamə çıxarmalıdır.
52. Baxılan iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi bu tələblərə cavab verməməklə mübahisəyə dair aidiyyəti qanununvericilik normaları ilə əsaslandırılmamışdır.
53. Nəzərə alınmalıdır ki, məh kəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
54. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisənin mahiyyətinə aidiyyəti qanunvericilik normaları əsasında qiymət vermədən çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
55. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X7 X4 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıql arın məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 18, 22).
56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
57. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstər məklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
58. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla işə yenidən baxılması, qanuni və əsaslı qərarın qəbul edilməsi üçün iş a pellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-107/2023 nömrəli mülki iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.