Məhkəmə qərarları › İş №2(102)-2139/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2139/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2139/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X4 və X5 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)960/2020 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev, iş № 2(006)-6228/2018) İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilərək N saylı fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə xitam verilmiş və evin bankın xeyrinə yüklü edilməsinə dair xx xxx 2013-cü il tarixli qeydiyyat ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və V.T.Həsənov) bankın ləğvedicisinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi i lə İddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 121.896,76 manat tutulması, tutmanın borcluya məxsus fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 290.000 manat məbləğində, likvid dəyərinin 245.000 manat məbləğində müəyyən olunması, evin açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Binəqədi Rayon İcra şöbəsinə göndərilmiş və ev “X3 Mərkəzi” MMC tərəfindən hərraca çıxarılmışdır. Təkrar hərracda əmlak satılmamış, son hərracda əmlak 184.875 manata ləğv prosesində olan banka təklif edilmişdir. 2018-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təkrar hərracın baş tutmamış elan edilməsindən sonra indiyə kimi bankla hərracın təşkilatçısı arasında əmlak ın alqı-satqısı müqaviləsinin bağlanmamasını və bunun “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi üçün əsas verməsini, ipoteka saxlayanın ipoteka predmetini əldə etmək üçün müəyyən olunmuş 30 təqvim gününün xx xxxxxx 2015-ci ildə bitməsini və s. əsas göstərməklə xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsinə və əmlakın ipoteka yüklülüyünə dair xx xxx 2013-cü il tarixli qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Bankın ləğvedicisi kasasiya şikayəti verərək əmlakın ona təklif olunması barədə icra şöbəsi tərəfindən banka məktubun daxil olmamasını, iddiaçı ilə bank arasında razılıq əldə olunduğu üçün iddiaçıya borcun qalıq məbləği nin ödənilməsi barədə möhlət verilməsini və iddiaçının qətnamədən sonra xx xxxxxx 2016-cı il tarixdə 4000 manat ödənilməsi, bankın humanistliyindən istifadə edərək iddiaçının aldatma yolu ilə əsassız varlanmağa cəhd göstərməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, məhkəmənin xx xxxx 2014-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar ipoteka predmetinin satılması məqsədi ilə iki dəfə hərrac keçirilmiş və həmin hərracların heç birində əmlak satılmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə ipoteka saxlayan tə krar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşdən görünür ki, xx xxxxxx 2014-cü il tarixdə keçirilmiş açıq hərracda ipoteka predmeti olan əmlak satılmamış, lakin ipoteka saxlayan həmin vaxtdan dörd ildən artıq müddət keçməsinə baxmayaraq ipoteka predmetini əldə etməmişdir. Göstərilən vəziyyətdə iddiaçının ipotekaya xitam verilməsini tələb etmək hüququ yarandıqdan apelyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə və həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qərarına əsaslanaraq iddianın əsaslı olması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə baxıldığından və qətnamənin ləğv edilməsinə əsas verən hallar müəyyən olunmadığından kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kasasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar