Məhkəmə qərarları › İş №2(102)-2140/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2140/2021

06.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2140/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5702/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçının özü və övladı (cavabdeh) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin evə dair iddiaçının adına 04.09.2003-cü il tarixli, 30/1737 saylı “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportu” verilmişdir. Həmin mənzil cavabdehin əməkdaşları tərəfindən 16 may 2017-ci il tarixində iddiaçının məlumatı və razılığı olmadan sökülmüşdür. İş üzrə cavabdeh MTK ilə cavabdeh arasında bağlanmış 17.05.2017-ci il tarixli müqavilədən görünür ki, müqavilə tərəfləri mübahisəli ev in boşaldılaraq sökülməsinin əvəzi olaraq MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişməsindəki məhəllədə yeni tikilən yaşayış binasında 2 ədəd mənzil verilməsi barədə razılığa gəlmişlər. İddiaçının sifarişi əsasında “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirici tərəfindən verilmiş 06.06.2017-ci il tarixli, ƏEM/İ 01-757/17 nömrəli rəyə görə, mübahisəli evin 06.06.2017-ci il tarixə bazar dəyəri 253.300 manat, evdə olan əşyaların bazar dəyəri isə 25.710 manat təşkil edir. Məhkəmənin 26.10.2017-ci il tarixli qərardadı əsasında “X4” MMC tərəfindən verilmiş 17.11.2017-ci il tarixli, ABC/N 028-228 nömrəli rəyindən görünür ki, evin 17.11.2017-ci il tarixə bazar dəyəri 251.000 manat təşkil edir. İş üzr ə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və qarşı əvvəlcə iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə arasında bağlanmış 17 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 427610 manat, məcburi işburaxmaya görə itirdiyi 54000 ABŞ dolları, gediş-gəliş və mehmanxana xərcləri üçün sərf etdiyi 14000 manat, evin sökülməsi nəticəsində itmiş 50000 ABŞ dolları, mənəvi zərərin əvəzi kimi 500000 manat və vurulmuş zərərin əvəzinin ödənilməsinin yubanmasına görə ümumi məbləğin təqribən 15 faizi məbləğində pulun Cavabdeh MTK-dan tutulara q ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, 04 sentyabr 2003-cü il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına evin texniki pasportu tərtib edilmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 1998-ci il tarixli qətnaməsi ilə iddiaçının və ailə üzvlərinin həmin evdə yaşaması faktı müəyyən edilmişdir. İddiaçı Səudiyyə Ərəbistanında həkimcərrah işlədiyinə görə öz evini müvəqqəti yaşamaq üçün Elşən adlı tanışına vermişdir. 04 aprel 2017-ci il tarixdə özünü Cavabdeh MTK-nın nümayəndəsi kimi təqdim edən şəxs onunla telefonla əlaqə saxlayıb evin yerləşdiyi ərazinin onlar tərəfindən layihələndirildiyini və bina tikməyə hazırlaşdıqlarını bildirmişdir. O, 23 may 2017-ci il tarixdə Bakı şəhərinə gələcəyini bildirərək o zaman görüşüb məsələni müzakirə etməyə razılaşmışdır. 10 may 2017-ci il tarixdə həmin şəxs yenidən ona zəng edərək onun Bakıya gəlişini gözlədiklərini bildirmiş, lakin 16 may 2017-ci il tarixdə Tərlan adlı qonşusu ona evin sökülmüş vəziyyətdə şəkillərini göndərmişdir. Bu xəbəri eşidib iş yerindən ödənişsiz məzuniyyət götürərək Səudiyyə Ərəbistanından Bakıya qayıtmış və evin sökülməsinin şahidi olmuşdur. Bundan sonra “xxxx” MMC-yə müraciət edərək evin və evdə olmuş əşyaların qiymətləndirilməsi barədə rəy almış, qiymətləndirmə nəticəsində evin qiymətin in 253000 manat, evdəki əşyaların isə qiymətinin 25710 manat olması müəyyən edilmişdir. Bundan əlavə, evin sökülməsi nəticəsində mənzildə gizli saxlanc yerində saxladığı 50000 ABŞ dolları məbləğində pul, 120000 manat dəyərində qızıl zinət əşyaları yoxa çıxmış, elmi fəaliyyəti ilə əlaqədar aparılmış elmi araşdırmaların nəticəsi və müxtəlif hüquqi sənədlərin məhv olması nəticəsində ona 28900 manat məbləğində zərər dəymişdir. Evin sökülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanındakı işini buraxaraq 6 ay ərzində məcburi iş buraxdığına görə hər ay 9000 ABŞ dolları məbləğində əmək haqqı olmaqla 54000 ABŞ dolları məbləğində qazancdan məhrum olmuşdur. Mənzilindən qanunsuz məhrum olunduğuna görə uzun müddət mehmanxanalarda yaşamağa məcbur olmuş, ölkədən gediş-gəliş üçün aviabiletlərə xeyli pul xərcləmiş dir. Mehmanxana və aviabiletlərə xərclədiyi vəsaitin miqdarı təqribən 14000 manat təşkil edir. Evinin qanunsuz sökülməsi onun ağır psixi sarsıntılar keçirməsinə səbəb olmuş, ona vurulmuş mənəvi zərərin həcmini 500000 manat miqdarında dəyərləndirir. Bundan əlavə hesab edir ki, vurulmuş zərərin əvəzinin ödənilməsinin yubanmasına görə ümumi məbləğin təqribən 15 faizi məbləğində pul da cavabdeh MTK-dan onun xeyrinə tutulmalıdır. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, qızı onun razılığı olmadan həmin mənzilin Cavabdeh MTK tərəfindən sökülməsinə razılıq verməsi barədə 17 may 2017-ci il tarixdə həmin MTK ilə müqavilə bağlamışdır. Qeyd olunan müqavilə əhəmiyyətsiz olduğundan, hesab edir ki, həmin müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məh kəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-272/2018) iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 113,39 kvadrat metrdən ibarət fərdi yaşayış evinə dair Cavabdeh MTK ilə arasında bağlanmış 17 may 2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, vurulmuş maddi ziyana görə 251000 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən) hakimlər X.Mərdanova və X.Sarıyev iş № 2(103) -10127/18) apelyasiya şikayətləri təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2018-ci il tarixli qətnamə dəyişd irilmədən saxlanmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublkası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2445/2019 saylı 18 aprel 2019-cu il tarixli qərarı ilə (Ə.Rüstəmov (sədrlik edən-məruzəçi), M.Əhmədova və Ə.Nurməmmədov) kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 05 noyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmuş maddi ziyana görə 251000 manat məbləğdə pulun Cavabdeh MTK-dan alınaraq bütünlüklə İddiaçı verilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya məhkəmə sinin mövqeyinə görə « … iddiaçı Bakı şəhərində yaşayış yeri və qeydiyyatda olduğu evin onun icazəsi olmadan yuxarıda göstərilən vəziyyətdə sökülməsindən xəbər tutduqda xarici ölkədə olmuşdur,.… apellyasiya instansiyası məhkəməsi işin bu halına Konstitusiya Məhkəməsinin qərarındakı şərhinə müvafiq qaydada düzgün hüquqi qiymət verməmiş, nəticədə əsassız olaraq iddiaçının mənəvi zərər ilə bağlı iddiası təmin edilməmişdir.», «… iş materillarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.10.1998-ci il tarixli qətnaməsi ilə iddiaçının və onun ailə üzvlərinin mübahisəli evdə yaşaması faktının təsdiq edilməsi, onların həmin evə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin Nəsimi Rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin üzərinə qoyulması ilə mübahisəli evə münasibətdə cavabdeh X2 (iddiaçı ) iddiaçı ilə bərabər hüquq və vəzifələr əldə etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi mənzil qanunvericiliyinin yuxarıda göstərilən normasının tələblərini pozaraq cavabdeh qeyd olunan evə münasibətdə iddiaçı ilə eyni hüquqlara malik olması faktını nəzərə almadan evin sökülməsi nəticəsində vurulmuş maddi ziyana görə 251.000 manat məbləğində pulun bütövlükdə iddiaçı verilməsi hissəsində birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamış, nəticədə, iddiaçının ailə üzvü olan qızı cavabdeh F.İsgəndərovanın hüquqları pozulmuşdur.» Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə (F.Talışinski, sədrlik edən məruzəçi, Z.Əliyev və R.Eyvazov, iş № 2(103)8688/2019 ) apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi baxılan (iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmuş maddi ziyana görə 251000 manat məbləğində pulun «xxxx» MTK-dan alınaraq bütünlüklə İddiaçı verilməsi) hissəsində ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin qismən təmin edilərək maddi ziyana görə 125500 manat, mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin cavabdeh «xxxx» MTK-dan alınaraq İddiaçı verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublkası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-875/2020 saylı 17 fevral 2020-ci il tarixli qərarı ilə (E.Vəliyeva (sədrlik edən-məruzəçi), Q.Əskərov və İ.Xələfov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması, cavabdeh kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kassasiya məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsinin də müəyyən etdiyi kimi, mübahisəli ev özbaşına tikili olmaqla, iddiaçının adına dövlət reyestrində qeydə alınmasa da, həmin evə dair dövlət orqanının verdiyi yeganə sənəd – evin texniki pasportudur ki, bu sənəd də iddiaçının adına tərtib edilmişdir. Belə olan halda, iddiaçının sadə prosedur qaydalarına riayət etməklə, tərəfindən inşa edilmiş evi öz adına özəlləşdirmək imkanı, yəni gözlənilən mülkiyyət hüququ olmuş və məhz buna görə də, onun iddiası əsasında ünvan 3 ünvanında yerləşən 113,39 kv.m.-dən ibarət fərdi yaşayış evinə dair 17 may 2017-ci il tarixdə cavabdehlər arasında bağlanmış müqavilənin əmlaka sərəncam verən şəxsin buna səlahiyyəti olmaması əsası ilə etibarsız hesab edilmişdir. Evə dair cavabdeh adına isə hər hansı sənəd olmamaqla onun mübahisəli evdən yalnız istifadə etmək hüququ qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin 24.10.1998-ci il tarixli qətnaməsi (İş № 2- 1189/1998) ilə təsdiq edilsə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın iddiaçı ilə cavabdeh arasında bərabər bölünməli olması ilə bağlı göstərilən nəticəyə gələrkən istifadə hüququ olan şəxslə, həmi n evə münasibətdə gözlənilən mülkiyyət hüququ olan şəxsin hüquqlarının eyniləşdirməsi düzgün sayıla bilməz. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, hazırkı iş üzrə sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin ev üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir və buna görə də kollegiyanın qənaətinə görə faktiki olaraq evin texniki pasportu onun sahibi kimi iddiaçının adına olduğu üçün də evin sökülməsi nəticəsində vurulmuş ziyanı tələb etmək hüququ iddiaçıya məxsusdur. Kassasiya instansiyası məhkəməsinin dəyişdirilməd ən saxladığı qanuni qüvvəsini almış qətnamə ilə ünvan 3 ünvanında yerləşən 113,39 kv.m.- dən ibarət fərdi yaşayış evinə dair 17 may 2017-ci il tarixdə cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, beləliklə də cavabdeh həmin evlə bağlı sərəncam vermək hüququnun olmamasını təsdiq etdiyi halda, hazırda onun evin sahibi ilə hüquqlarını eyniləşdirərək onun evdən istifadə hüququnun olmasına görə evin sökülməsinə görə vurulmuş maddi ziyan məbləğinin yarısını "Cavabdeh" MTK-dan tələb etmək hüququnu tanımış və iddiaçıya həmin məbləğin digər yarısının ödənilməsi nəticəsinə gəlmişdir. Həmin evdə qeydiyyatda olan və ev sahibinin ailə üzvü hesab edilən cavabdeh bu evin sökülməsi nəticəsində evdən istifadə hüququnun pozulması və bunun müqabilində müvafiq kompensasiya tələb etmək hüququ hazırki iddia çərçivəsində deyil, onun bu hüququnun pozulması güman edildiyi halda iddiaçıya qarşı ayrıca iddia tələbi irəli sürməklə araşdırıla bilər. Kollegiya həmçinin apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin ağlabatanlıq baxımından 5000 manat müəyyən edilməsi ilə bağlı nəticəsi ilə də razılaşmamış qeyd etmişdir ki, məhkəmə tərəfindən mənəvi zərərin hansı əsaslara görə 5000 manat müəyyən edilməsinin ağlabatan olması əsaslandırılmamışdır. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (İ.Kərimli, sədrlik edən məruzəçi, A.İsgəndərov və E.Kazımov iş № 2(103)5702/2020) İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli 2(006)-272/2018 saylı qətnaməsinin qismən, yəni mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, iddianın qismən təmin edilməsi, vurulmuş maddi ziyanın əvəzi kimi 251000 (iki yüz əlli bir min) manat və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat, cəmi 254000 (iki yüz əlli dörd min) manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia etdiyi və apellyasiya şikayətində qeyd etdiyi kimi, əgər fərdi yaşayış evinin torpaq sahəsi olmuşsa və evin ölçüsü 143 kv.m təşkil etmişsə, bu halda fərdi yaşayış evinin orta bazar dəyəri 205000 manat təşkil e tsə də, Cavabdeh MTK sökülmüş evin dəyərinin 251000 manat təşkil etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığına və qətnamədən apellyasiya şikayəti vermədiyinə görə evin sökülməsi nəticəsində iddiaçıya 251000 manat məbləğində maddi ziyan dəyməsi qəbul olunmalıdır. Evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 251000 manat məbləğində pulun bütünlüklə İddiaçı ödənilməli olub-olmaması ilə bağlı apellyasiya məhkəməsinin kollegiyası aşağıdakı qənaətə gəlmişdir: İşin faktiki hallarından göründüyü kimi, mübahisəli ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evə dair dövlət orqanının verdiyi yeganə sənəd evin texniki pasportudur ki, bu sənəd də iddiaçının adına tərtib edilmişdir. Belə olan halda, iddiaçının sadə prosedur qaydalarına riayət etməklə həmin evi öz adına özəlləşdirmək imkanı, yəni gözlənilən mülkiyyət hüququ olmuşdur. Məhz buna görə də onun iddiası əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 may 2017-ci il tarixdə Fəridə İskəndərova ilə Cavabdeh MTK arasında bağlanmış müqavilə əmlaka sərəncam verən şəxsin buna səlahiyyəti olmaması əsası ilə etibarsız hesab edilmişdir. Evə dair cavabdeh adına hər hansı sənəd olmamaqla onun mübahisəli evdən yalnız istifadə hüququ Nəsimi Rayon Məhkəməsinin 24.10.1998-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Sökülmüş ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, İddiaçı həmin ev üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “m ülkiyyət” anlamını təşkil etməklə evin sökülməsi nəticəsində vurulmuş ziyanı tələb etmək hüququ İddiaçı məxsusdur. Həmin evə istifadə hüququ olan ilə evə münasibətdə gözlənilən mülkiyyət hüququ olan İddiaçı hüquqları eyniləşdirilə bilməz. Evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 251000 manat pulun Cavabdeh MTK-dan alınıb bütünlüklə İddiaçı ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Tutulması qət olunan 251000 manat pul evin sökülməsi nəticəsində vurulmuş ziyanı ehtiva etdiyindən, həmin evdə qeydiyyatda olan və ev sahibinin ailə üzvü hesab edilən cavabdeh bu evin sökülməsi nəticəsində evdən istifadə hüququnun pozulması və bunun müqabilində müvafiq kompensasiya tələb etmək hüququ onun bu hüququnun pozulması güman edildiyi halda İddiaçı qarşı ayrıca iddia tələbi irəli sürülməklə araşdırıla bilər. İddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, şəxsin məlumatı və razılığı olmadan qeydiyyatda olduğu və ona məxsus olan evin sökülməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya, yəni mənəvi sarsıntı keçirməsinə səbəb olması normal insan psixologiyası çərçivəsində əyani sübuta ehtiyacı olmayan həqiqətdir. Mənəvi zərərin əvəzi kimi 500000 manat pulun Cavabdeh MTK-dan iddiaçının xeyrinə tutulması barədə tələb kifayət qədər əsaslandırılmamışdır və mənəvi zərərin əvəzinin ödənilməsindən çox İddiaçı cavabdeh MTK-nın hesabına varlanmasına xidmət edir. Mülki hüquq pozuntusunun xarakterini, habelə iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakteri və dərəcəsini, eləcə də pozuntunun baş verməsində cavabdehin təqsirini və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə kollegiyası hesab etmişdir ki, mənəvi zərərin əvəzi kimi 3000 manat pulun Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması vurulmuş mənəvi zərərin ədalətli və ağlabatan əvəzi kimi qiymətləndirilə bilər Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2(103)-5702/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2( 103)-5702/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və vurulmuş maddi ziyanın yarısının yəni 125500 manat məbləğində pulun cavabdeh «xxxx» MTK-dan alınaraq ödənilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil cavabdehin kassasiya şikayətinə etiraz edərək iddiaçının kassasiya şikayətinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh vəkili X3 iddiaçının kassasiya şikayətinə etiraz edərək, cavabdehin kassasiya şikayətinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına g əlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsini n 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2 -ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vur ulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda iddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Qeyd edilməlidir kassasiya şikayətlərinin dəlilləri qətnamənin iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi və vurulmuş maddi ziyana görə 251000 ma nat məbləğində pulun «xxxx» MTK-dan alınaraq bütünlüklə İddiaçı verilməsi hissələrinə yönəlmişdir. Bu baxımdan apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi yalnız kassasiya şikayətlərində göstərilən hissələrdə yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil məsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində olan dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi kassasiya şikayətlərində istinad olunan hər bir dəlillərə ayrı ayrılıqda qiymət verərək qeyd etmişdir ki, «… evə dair cavabdeh F.İskəndərovanın adına hər hansı sənəd olmamaqla onun mübahisəli evdən yalnız istifadə hüququ Nəsimi Rayon Məhkəməsinin 24.10.1998-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Sökülmüş ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, İddiaçı həmin ev üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa İnsan Hüquqları Məhkəməsinin presede ntləri baxımından “mülkiyyət” anlamını təşkil etməklə evin sökülməsi nəticəsində vurulmuş ziyanı tələb etmək hüququ İddiaçı məxsusdur. Mənəvi zərərin ödənilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, «Mülki hüquq pozuntusunun xarakterini, habelə iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakteri və dərəcəsini, eləcə də pozuntunun baş verməsində cavabdehin təqsirini və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi 3000 manat pulun Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması vurulmuş mənəvi zərərin ədalətli və ağlabatan əvəzi kimi qiymətləndirilə bilər» Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5702/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar