Məhkəmə qərarları › İş №2(102)-2145/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2145/2020

24.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2145/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı1, vəkili X3, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-2560/2019, hakim R.N.Quliyev) iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Məmmədbağı r oğlunun və İddiaçı3 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11577/2019, hakimlər E.Y.Şamayev, M.A.Məmmədov. Ş.Ə.Məhərrəmova) iddiaçılar İddiaçı1 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Şəki rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 59 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 13,76 ha torpaq sahəsi İddiaçı2 Məmmədbağır oğlu, X1, İddiaçı1, İddiaçı4 və İddiaçı3 birgə mülkiyyə tinə verilmişdir. xx xxxx 2006-cı il tarixli notariatda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, İddiaçı2, X1, İddiaçı1, İddiaçı4 və İddiaçı3 tərəfindən torpaq sahəsi Cavabdeh satılmışdır. xx xxxxx 2019-cu il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı X14 kontorunda qeydə alınmış xx xxxx 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apelly asiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəs edən hallara, o cümlədən etibarlılığı mübahisələndirilən müqavilədəki imzaların eyni şəxs tərəfindən icra edilməsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, onlar mülkiyyətlərində olan torpaq sahəsini Asif Xəlilov adlı şəxsə və onun ailə üzvlərinə müvəqqəti istifadəyə vermişlər. Bir müddət əvvəl həmin şəxsdən torpaq sahəsini boşaldaraq təhvil verməsini tələb etmişlər, bu zaman onlara məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair xx xxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi mövcuddur. Halbuki, həmin müqavilənin bağlanılmasında onlar iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin anlayışı təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflər arasında bundan əvvəlki məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı4 X5 qarşı Şəki rayonu, Turan qəsəbəsi ərazisində ona məxsus olan torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyinə cavabdeh X10 tərəfindən hər hansı maneəçiliyin törədilməsinin qadağan edilməsi, mülkiyyətlərində olan həmin torpaq sahəsindən cavabdeh X4 çıxarılması və 13 il müddətində ona vurduğu 130.000 manat ziyanın Asif Xəlilovdan alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şəki rayon 2 saylı Notariat Kontoru, ƏMDK-nın yanında DƏDRXnin 12 saylı Ərazi İdarəsinə qarşı iddiası qismən təmin edilmiş, Şəki rayonu, Turan qəsəbəsi ərazisində yerləşən kənd təsərüfatı təyinatlı 13,76 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə aparılmış reyestrdən cavabdehlər İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 adlarının çıxarılması və ƏMDK-nın yanında DƏDRX-nin 12 saylı Ərazi İdar əsi tərəfindən xx.xx.2018ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı2 Məmmədbağır oğlu, X1, İddiaçı1, X6, İddiaçı4 ilə Cavabdeh arasında daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar hesab edilən notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmışdır. xx xxxx 2006-cı il tarixli həmin alqı-satqı müqaviləsinə görə satıcılar İddiaçı2 Məmmədbağır oğlu, X1, İddiaçı1, X6 və İddiaçı4 13.76 ha torpaq sahəsini alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə torpaq sahəsini qəbul edib əvəzində müəyyənləşdirilmiş pul 2600 manat məbləğində (qiyməti) pulu ödəməyi öhdəsinə götürmüş və həmin torpaq sahəsinə 13 il s ahiblik etmiş və ondan istifadə etmişdir. Mülki Məcəllənin 570.1.2-ci madəsinə əsasən torpaq sahəsi alıcı Cavabdeh ixtiyarına məhz müqavilə bağlandığı xx xxxx 2006-cı il tarixdə verilmiş və həmin məqamda icra edilmiş sayılmışdır. Bundan başqa İddiaçı2 Məmmədbağır oğlu, İddiaçı1, X6 və İddiaçı4 müqavilə bağlandığı məqamdan keçən 13 il müddət ərzində qeyd edilən torpaq sahəsi ilə maraqlanmamaları, həmin torpaq sahəsini əkibbecərməmələri və həmin torpağa dair hər hansı mübahisə etməmələri sübut edir ki, tərəflər alqı-satqı prosesində iştirak etmiş, alqı-satqı müqaviləsinin realizə olunmasında öz iradələrini nümayiş etdirmişlər. Mülkiyyətçilər sonradan aralarında bağlanmış alqı-satqı müqaviləsinin müddəalarını kobud şəkildə pozaraq xx xxxxxxxx 2018-ci il tarixdə çıxarış alaraq Şəki rayonu Tu ran qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 13.76 ha torpaq sahəsini öz adlarına rəsmiləşdirmişlər. Həmçinin həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı Kamran və cavabdeh İddiaçı1lər Cavabdeh ilə aralarında xx xxxx 2006-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmasından xəbərsiz olduqlarını, bundan yalnız 2013-cü il tarixdə xəbər tutmalarını bildirsələr də, qeyd edilən müqaviləni mübahisələndirməmişlər. Göründüyü kimi, qeyd edilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar, yəni müqavilənin torpaq sahəsinin mülkiyyətçilərin iradə ifadəsinə uyğun bağlanması və müqavilə üzrə hər iki tərəfin öhdəliklərini yerinə yetirməsi, yəni satıcıların torpaq sahəsinin dəyərini alıcıdan qəbul etməklə həmin əmlakı satıcıya təhvil vermələri və 15 ildən artıq müddətə sonuncunun fasiləsiz sahi bliyində olması, iddiaçıların hazırda həmin müqavilənin etibarsız edilməsi ilə bağlı irəli sürdükləri dəlilləri təkzib edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğ u andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmad ığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi etibarlılığı mübahisələndirilən alqı-satqı müqaviləsi xx xxxx 2006-cı il tarixdə bağlanılmış, iddiaçılar həmin müqavilədən 2013-cü ildə xəbər tutduqlarını bildirmiş və həmin müqavilənin etibarsız hesab edilməsi barədə xx xxxxx 2019cu il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar