Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2145/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı4 İddiaçı: İddiaçı3 İddiaçı: İddiaçı2 İddiaçı: İddiaçı1 Cavabdeh: Cavabdeh1 Cavabdeh: Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru Üçüncü şəxs və birləşdirilmiş iş üzrə iddiaçı: Maraqlı şəxs iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı iddia tələbi: “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi” Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin və miras əmlakda payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hak imlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1, üçüncü şəxs və birləşdirilmiş iddia üzrə iddiaçı Maraqlı şəxs vəkili Əliyeva Könül Nəriman qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6579/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan: - Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 12 saylı, 30 yanvar 1991-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, X. ünvanında yerləşən torp aq sahəsinin 0,07 hektar hissəsində sovxozun əməkdaşı Vəkilova Əminə Yaqub qızına fərdi yaşayış evinin tikintisi üçün icazə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı 10 aprel 2018-ci il tarixli çıxarışın surətindən görünür ki, X. ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin mülkiyyətçisi Vəkilova Əminə Yaqub qızıdır. -AZ-İ № ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vəkilova Əminə Yaqub qızı 09 oktyabr 2015-ci tarixdə Bakıda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 oktyabr 2015-ci il tarixdə 281 nömrəli qeyd aparılmışdır. -AZ-İ № ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vəkilov İsa Amo oğlu 16 fevral 2012-ci tarixd ə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 mart 2012-ci il tarixdə 87 nömrəli qeyd aparılmışdır. -12 aprel 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 09 oktyabr 2015-ci tarixdə vəfat etmiş Vəkilova Əminə Yaqub qızının vərəsəsi Cavabdeh1dur və sonuncu miras qalmış (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 10 aprel 2018-ci il tarixdə verilmiş çıxarışa əsasən) 0,07 ha torpaq sahəsindən irs almalıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı, 20 aprel 2018-ci il tarixli çıxarışın surətindən görünür ki, X. ünvanı və o nun yerləşdiyi 0,07 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dur. -Bakı şəhəri 5 saylı Notariat Kontoru tərəfindən təqdim olunmuş 4Ə-118 reyestr nömrəli notariat işində olan; -15.12.2017-ci il tarixli, ƏN-İ seriyalı, ******saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə etmək və s. haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, i şləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Vəkilov Həmid Soltan oğluna etibar etmişdir. Etibarnamə 15.12.2022-ci il tarixədək verilmişdir. -25.04.2018-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 adından Vəkilov Həmid Soltan oğlu Bakı şəhəri 5 saylı notariat kontorunun notariusuna müraciət edərək Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin 75.000 manata satılmasına dair Maraqlı şəxs ilə razılığa gəldiklərini göstərmişdir. -26.04.2018-ci il tarixli, AN-1 ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsini 75.000 manata alıcı Maraqlı şəxs satmışdır. -Alqı-satqı müqaviləsinə əlavə edilmiş ərizənin surətindən göründüyü kimi, Vəkilova İradə Dəmir qızı əri Cavabdeh1 məxsus olan, birgə nikah dövründə əldə edilmiş evin satılmasına yazılı razılıq vermiş və bu razılıq ərizəsi notarial qaydada təsdiqlənərək notariat işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində ***saylı reyestr kitabının 40124 nömrəli vərəqində 30.04.2018-ci il tarixdə ********** qeydiy yat nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 və qeyriləri Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçı Maraqlı şəxs Cavabdeh1 və Vəkilov Həmid Soltan oğluna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və digər şəxslərin X. ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, dəymiş 2400 manat manat məbləğində maddi və 5.000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» barədə qarşılıqlı iddia verərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin alqı-satqısına dair 26.04.2018-ci il tarixli, AN-1 ******* saylı müqavilənin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30.04.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qət namə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(008)8209/2018 saylı qətnaməsi ilə (hakim M.C.Qarayeva) iddia təmin edilərək, 09 oktyabr 2015-ci il tarixdə ölmüş Vəkilova Əminə Yaqub qızından miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı, 10 aprel 2018-ci il tarixli çıxarışla qeydiyyatdan keçən Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ərazisində yerləşən 0,07 torpaq sahəsinə dair övladı Cavabdeh1 Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən 12 aprel 2018-ci ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, həmin 0,07 torpaq sahəsinə dair mərhum Vəkilova Əminə Yaqub qızının uşaqları İddiaçı1, İd diaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 1/5 hissədə vərəsəlik paylarının müəyyən edilməsi qət olunmuşdur. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2(004)582/2019 saylı qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) ilkin iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Vəkilov Həmid Soltan oğlunun və digər şəxslərin iddiaçı Maraqlı şəxs tam mülkiyyətində olan X. ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı m üqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin rədd olunması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya aid ediliməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh1 və Vəkilov Həmid Soltan oğlu apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(103)-5534/2019 saylı qərardadı ilə (hakim İ.S.Şirinov) iddiaçı Maraqlı şəxs Cavabdeh1 və Vəkilov Həmid Soltan oğluna qarşı “mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işin əlaqəli olan İddiaçı1 və qeyrilərinin Cavabdeh1 oğlu və qeyrisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair” tələbinə dair 2(103)3367/2019 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(103)-3367/2019 saylı qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışinski) İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələ rinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, həmin iddianın təmin olunmaması, iddiaçı Maraqlı şəxs Cavabdeh1 və Vəkilov Həmid Soltan oğluna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair ilkin, həmçinin Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və Vəkilov Həmid Soltan oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin olunmaması, qətnamənin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanı lması qət edilmişdir. Qətnamədən İddiaçı4 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(102)1771/2020 saylı qərarı ilə (hakimlər – E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasov) İddiaçı4 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi İddiaçı4 və qeyrilərinin iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş, işə qeyd edilən hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6579/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədo v və Ş.Ə.Məhərrəmova) İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və həmin iddianın təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı4 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Maraqlı şəxs daşınmaz əmlakı əldə edən zaman vicdanlı əldə edən olub-olmamasını müəyyən etmək üçün Cavabdeh1 və İddiaçı2 evin satılmasından və ya hansı qiymətə satılmasından məlumatının olub-olmamasını, alqı-satqı müqaviləsi əsasında evinin alıcıya təhvil verilib-verilmədiyini, Cavabdeh1 böyük qardaşı İddiaçı2 həmin ünvanda yaşayıb-yaşamadığını, Maraqlı şəxs oğlu ilə nümayəndə Vəkilov Həmid İsa oğlu arasında olan həqiqi münasibətləri, Maraqlı şəxsla Həmid Vəkilov arasında olan 26 fevral 2018-ci il tarixdə kredit müqaviləsi əsasında 80.000 (səksən min) manat pul məbləğində yaranmış borc münasibətlərini, iddiaçı Maraqlı şəxs cavabdehlər Cavabdeh1 və Vəkilov Həmid Soltan oğluna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiasını hansı səbəbdən alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan 6 aydan artıq müddət keçdikdən sonra qaldırdığını aydınlaşdırmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında üçüncü şəxs və birləşdirilmiş iddia üzrə iddiaçı Maraqlı şəxs vəkili Əliyeva Könül Nəriman qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirak ı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; -1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; -1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsə sayılırlar; -1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmla kı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; -1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermi r. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair iddia tələbinin təmin olunmamasına dair hissədə gəldiyi nəticəni qanuni və əsaslı saymır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2(004)-582/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Vəkilov Həmid Soltan oğlunun və digər şəxslərin iddiaçı Maraqlı şəxs tam mülkiyyətində olan X. ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaş ayış evinin boşaldılması, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin rədd olunması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya aid ediliməsi qət olunmuşdur. Həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.11.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 09 oktyabr 2015-ci il tarixdə ölmüş Vəkilova Əminə Yaqub qızından miras qalmış Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı, 10 aprel 2018-ci il tarixli çıxarışla qeydiyyatdan keçən Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ərazisində yerləşən 0,07 torpaq sahəsinə dair övladı Cavabdeh1 Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən 12 aprel 2018-ci ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, həmin 0,07 torpaq sahəsinə dair mərhum Vəkilova Əminə Yaqub qızının uşaqları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 1/5 hissədə vərəsəlik paylarının müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamədən yalnız hüquqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Qeyd olunan qətnamə isə X. ünvanında yerləşən 0,07 ha torpaq sah əsinə dair İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 1/5 hissədə vərəsəlik paylarının müəyyən edilməsi hissəsində maraqlarına toxunur. İddia tələbinə dair digər hissədə isə birinci instansiya məhkəməsinin qətnaməsi Maraqlı şəxs maraqlarına toxunmur. İş materiallarına və iddia tələbinin Cavabdeh1 tərəfindən qəbul edilməsi ilə əlaqədar (i.v. 58) müəyyən olunmuşdur ki, Cavabdeh1 digər vərəsələrin hüquqlarını pozmaqla qanunsuz olaraq yalnız özünə münasibətdə Bakı şəhəri 13 saylı Notariat Kontorundan Vərəsəlik haqqında Şəhafətnamə almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabata n tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 417.1.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı4 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-657 9/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilsin.İddia həmin hissədə təmin olunsun. 09 oktyabr 2015ci il tarixdə ölmüş Vəkilova Əminə Yaqub qızından miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı, 10 aprel 2018-ci il tarixli çıxarışla qeydiyyatdan keçən X. ünvanında yerləşən 0,07 torpaq sahəsinə dair övladı Cavabdeh1 Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən 12 aprel 2018-ci ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunsun. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2145/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2145/2021
04.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver