Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2145/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edillməsi) Kateqoriya: müqavilə münasibətlərindən irəli gələ mübahisələr, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edillməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1787/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 29 iyu l 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023cü il tarixli 3-13-16/2-90927/2023 saylı məktuba əsasən, “Mercedes Benz GLE 53 AMG 4 matic coupe minik" markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı (bundan sonra “iddiaçı”) adına qeydiyyatına alınmışdır.
2. Nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh (bundan sonra “cavabdeh”) “Mercedes Benz GLE 53 AMG 4 matic coupe minik" markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili 100.000 manata iddiaçıdan almışdır. Avtomobil xx.xx.2022-ci il tarixdən cavabdehin adına qeydiyyata alınmışdır. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Mercedes Benz GLE 53” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehə satılmasına dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 2021-ci ildən sevgi münasibətləri yaranmış və daha sonra bu sevgi mü nasibətləri daha da ciddiləşərək qeyri-rəsmi ər-arvad münasibətlərinə çevrilmişdir. İddiaçı 2022-ci ilin mart ayında cavabdehə “Mercedes Benz GLE 53” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili hədiyə etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə aralarında olan münasibətlər pozulduğundan cavabdeh iddiaçı tərəfindən ona hədiyə edilmiş həmin avtomobili iddiaçıya geri qaytarmış və avtomobil iddiaçının adına rəsmiləşdirilmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayında iddiaçı cavabdeh arasında münasibətlər bərpa edilmiş və bu səbəbdən iddiaçı mülkiyyətçisi olduğu avtomobili cavabdehin istifadəsinə qaytarmışdır. 6. 2023-cü ilin may aylarında aralarında baş vermiş mübahisə nəticəsində iddiaçıya məlum olmuşdur ki, sözügedən avtomobil xx.xx.2022-ci il tarixdən cavabdehin mülkiyyətinə alqı- satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən sorğu vasitəsilə istənilmiş, lakin həmin qurum tərəfindən iddiaçının sorğusuna müsbət cavab verilməmişdir. Qeyd edilən müqavilə iddiaçı tərəfindən imzalanmamış və ümumiyyətlə, iddiaçı həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsində iştirak etməmişdir. Bağlanmış alqı-satqı nəticəsində alqısatqı müqaviləsinin predmeti olan avtomobilin dəyərini iddiaçı qəbul etməmişdir. İddiaçı avtomobili sadəcə idarə edilməsi üçün cavabdehə vermiş və cavabdehlə hər hansı alqısatqı müqaviləsi bağlamaq niyyəti olmamışdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 331.1, 337 və 567-ci ma ddələrinə istinad etmişdir.
8. İddiaçının nümayəndəsi (vəkili) mübahisələndirilən müqavilədəki imzanın iddiaçıya məxsus olub-olmaması ilə bağlı xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi 13 sentyabr 2023-cü tarixli qərardadla məhkəməxətşünaslıq ekspertizası təyin etmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1633 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 57-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində "Hədiyyə alan" qrafasındakı imza, 58-59-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində "Hədiyyə verən" qrafasındakı imza və 5-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli etibarnamədə “İmza" qrafasındak ı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 57-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə alan" qrafasındakı imza, mülki işin 58-59-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə verən” qrafasındakı imza, 5-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli etibarnamədə "İmza" qrafasındakı imza ilə 53-cü vərəqəsində olan 9 sentyabr 2022ci il tarixli “nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına dair ərizədə “Şəxsin imzası" qrafasındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
11. Birinci instansiya məhkəməsində qeyd edilən rəyi vermiş ekspert X1 bildirmişdir ki, ekspertizaya təqdim edilmiş sənədlər mötəbərliyi sübut olunmuş sənədlər dir. İş materiallarının 52-ci səhifəsindəki nəqliyyat alqı-satqısı ilə bağlı müqavilədə imza mövcud deyil. Qeyd edilən müqavilədə alıcı və satıcıya məxsus iki qrafa mövcuddur. Alıcı başqa şəxs olduğundan onun imzasını tədqiq etməmişdir. Qeyd edilən müqavilədəki iddiaçıya məxsus olan ad və soyad yazısı imza sayılmır, çünki digər sənədlərdə iddiaçıya məxsus olan formalaşmış imzaları mövcuddur.
12. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3341/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, müqavilə etibarsız hesab edilmiş, müqavilə əsasında verilmiş avtomobilin qeydiyyat şəhadətnaməsi ləğv edilmişdir. (hakim Anar İbadzadə)
14. Birinci instans iya məhkəməsi ilk öncə qeyd etmişdir ki, mübahisənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir və buna görə də əqdin etibarlı olması üçün şərtlərin mövcud olmaması əsas meyardır. Hazırkı tələb üzrə qeyd olunan şərtlərdən biri - əqddə iradə sərbəstliyi iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərt mübahisələndirilir və mübahisənin də əsasını o, təşkil edir ki, sözügedən müqavilə iddiaçı tərəfindən imzalanmamışdır, yəni əqdin bağlanmasında onun iradə ifadəsi mövcud olmamışdır.
15. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinadən göstərmişdir ki, müqavilənin bağlanmasına iddiaçının iradə ifadəsi mövcud olmamış və qeyd olunan xüsusat əqdin etibarsızlığı üçün əsasdır.
16. Birinci i nstansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, sözügedən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən imzalanmadığından həmin əqdin bağlanmasında onun iradə ifadəsi mövcud olmadığına görə müqavilə etibarsız hesab olunmalıdır.
17. Eyni zamanda birinci instansiya məhkəməsinin mövqeyinə görə müqavilə etibarsız əqd olduğundan onun hüquqi nəticəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi də ləğv edilməlidir.
18. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 324, 337.1, 337.4, 389.1-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apell yasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: - iddiaçının qeyd olunan avtomobili cavabdehə hədiyyə etməsi barədə ərizədə göstərdikləri tam yalandır. Cavabdeh həmin avtomobili 2022-ci ildə mülkiyyətində olan avtomobili sataraq anası ilə köməkləşib almışdır. Birgə yaşadıqları müddətdə iddiaçı cavabdehə mütəmadi olaraq işgəncə verərək öldürəcəyi ilə hədələmiş, onu öldürməməsi üçün cavabdeh mülkiyyətində olan həmin avtomobili xx.xx.2022-ci il tarixdə əvəzsiz olaraq iddiaçının adına keçirməyə məcbur olmuşdur. Lakin iddiaçının bundan sonra israrla üzr istəməsindən sonra iddiaçının öz təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdə birlikdə BDYPİ Qİİnə getmiş və iddiaçı alqı-satqı müqavi ləsinə şəxsən imza etməklə avtomobili yenidən cavabdehin mülkiyyətinə qaytarmışdır. Avtomobilin texniki pasportu nə iddiaçının, nə də cavabdehin adına dəyişdirilərkən heç biri pul ödənilməmişdir; - iddiaçının mülkiyyətində olan avtomobili alqı-satqı müqaviləsi bağlamaq yolu ilə cavabdehin mülkiyyətinə keçirməməsi, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin onun tərəfindən imzalanmaması və ümumiyyətlə həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Dİİ-də iştirak etməməsi barədə bildirdikləri yalan olmaqla işin faktiki halları ilə təkzib olunur; - ekspert rəyi natamam olmaqla mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının sözügedən müqavilədə imza qrafasının qarşısında əli ilə yazdığı soyadı və adı, onun işin materiallarında olan digər rəsmi sənədlər də əli ilə yazdığı soyadı və adı ilə qarşılıqlı surətdə ekspert tərəfindən yoxlanılmamış, həm avtomobilin alqı-satqı müqaviləsində satıcı qrafasında, həm də 28 oktyabr 2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində atası Hüseynov Hikmətin nümayəndəsi kimi imzasının qarşısında şəxsən öz xətti ilə yazdığı “İddiaçı” sözlərinin onun tərəfindən icra olunub-olunmaması ekspert tərəfindən tədqiq edilməmişdir. Buna görə də əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi başqa ekspertə həvalə edilməlidir; - bundan başqa, iddiaçının avtomobili cavabdehin mülkiyyətinə deyil, istifadəsinə verməsi barədə bildirdiklərinin yalan olması o faktla da öz təsdiqini tapmışdır ki, avtomobilin cavabdehin faktiki idarəetməsində olduğu xx.xx.2022-xx.xx.2023-cü il tar ixlərdə yol hərəkəti qaydalarını pozmağıyla əlaqədar 050 *** ** ** saylı mobil telefona SMS Radar məlumatları ilə gələn cərimələr iddiaçı tərəfindən istifadəsində olan telefondan istifadə etməklə ödənilmişdir.
21. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq göstərmişdir ki, avtomobilin ilkin olaraq iddiaçı tərəfindən alınması barədə iş materiallarında hər hansı sübut yoxdur. Mübahisələndirilən avtomobil cavabdeh və onun anasının vəsaiti hesabına əldə olunub. Nəzərə alınmalıdır ki, cavabdehin daha əvvəl də bahalı avtomobilləri olmuşdur, avtomobilinin satılmasından əldə olunan vəsait və anasının maddi köməkliyi ilə hazırkı iddia predmeti olan avtomobil əldə olunmuşdur. Avtomobilin üzərində olan nömrə tərəflərin münasibəti olmazdan öncə cavabdehə məxsus olmuşdur. Buna baxmayaraq, iddiaçı avtomobilin qeyd olunan nömrə ilə cavabdehə onun tərəfindən hədiyyə olunduğunu iddia edir. Həmçinin, iddiaçının etibarnamə əsasında avtomobili cavabdehin yalnız istifadəsinə verməsi də düzgün deyil. İş materiallarında belə bir etibarnamə mövcud deyil. Cavabdeh tərəfin birinci instansiya məhkəməsində iştirakı təmin olunmayıb, bu isə qiyabi qətnamənin çıxarılması üçün əsasdır. Həmçinin, mübahisələndirilən avtomobilin alğı-satqısına dair müqavilədə tərəflərin imzalarına dair keçirilmiş ekspertiza ilə bağlı ekspert Ülviyyə Ağayeva bildirmişdir ki, müqavilədə iddiaçının imzası olmadığı üçün ad və soyad qrafasına yazılmış ad və soyad yazılarının kim tərəfindən icra olunması onun tərəfindən araşdırılmamışdır. Lakin, adi gözlə müqayisə edildikdə bu yazıların iddiaçıya aid olduğ u məlum olur, müqavilənin bağlandığı tarixdə iddiaçının DİN BDYPİ-nin yaxınlığında olması tərəflərlə bağlı olan cinayət işinin materialları ilə (telefon anten siqnalı ilə) təsdiq olunur. İddiaçının müqaviləni imzalamaması onun müqavilənin bağlanmasında iştirak etməməsi demək deyil. Mümkündür ki, müqavilənin rəsmiləşdirilməsində iştirak edən polis əməkdaşı ad və soyadın yazılmasına baxaraq imzanın olmamasına diqqət yetirməyib. Nəqliyyat vasitəsinin iddiaçının və bir həftə sonra yenidən cavabdehin mülkiyyətinə verilərkən tərəflər arasında hər hansı pul vəsaiti ödənişi olmayıb. Müqavilədə göstərilən 100000 manat məbləğ formal olaraq göstərilib, tərəflərin heç biri digərinə ödəniş etməyib
22. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək bildirmişd ir ki, iddiaçı xx.xx.2022-ci il tarixli müqavilədə olan ad və soyadını həqiqətən özü yazmış, müqavilənin bağlanması üçün inzibati binada olmuşdur. Odur ki, cavabdeh tərəfin qeyd edilən xüsusatla bağlı ekspertiza vəsatətinin təmin olunmasına zərurət yoxdur. İddiaçı tərəfindən müqavilə imzalanmayıb, belə ki, razılaşdırılmış pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya verilməyib, bu səbəblə iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından imtina edib, idarəni tərk etmişdir. Lakin DİN BDYPİ və cavabdeh tərəf alqı-satqı müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinə davam etmiş, nəqliyyat vasitəsinin şəxsin adından qeydiyyatdan çıxarmağa dair vacib əhəmiyyətli ərizədə iddiaçının imzası saxtalaşdırılmış, saxta imza səhv yerə icra olunmuşdur. Ərizədə olan imzanın saxtalaşdırılması ekspert tərəfin dən təsdiq olunmuşdur. Göründüyü kimi, müqavilədə yalnız tərəfin ad və soyadı qeyd olunmuş, ərizədə isə yalnız imza mövcuddur. BDYPİ əməkdaşı saxta imzadan istifadə edərək prosesi davam etdirmiş, alqı-satqını icra etmişlər. Cavabdehin nümayəndəsi də hər hansı pul vəsaitinin verilmədiyini bildirmişdir. Həmçinin, 100000 manat məbləğin müqavilədə əks olunmasının formal olması işin mübahisələndirilməyən halıdır. Avtomobilin dəyəri 100000 manat deyil, 185.000 manat təşkil edir. Cinayət işi ilə bağlı keçirilən qiymətləndirmədə bu hal öz əksini tapmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1787/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski)
24. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında avtomobilin alqı-satqısı zamanı cavabdeh tərəfindən iddiaçıya hər hansı vəsait ödənilmədiyi işin mübahisələndirilməyən halıdır. Belə ki, hər iki tərəfin nümayəndəsi (vəkili) bu halı öz izahatlarında təsdiq etmişlər.
25. Apellyasiya instansiya məhkəməsi ekspert rəyinə əsasən göstərmişdir ki, müqavilənin bağlanmasına iddiaçının iradə ifadəsi mövcud deyildir və qeyd olunan xüsusat əqdin etibarsızlığı üçün əsasdır.
26. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zama nda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
27. Hazırki işin hallarına görə xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi formal olaraq bağlanılmış, yəni cavabdeh tərəfindən iddiaçıya hər hansı pul vəsaiti ödənilməmiş və əqd bağlanan zaman arzu edilən hüquqi nəticə baş verməmişdir. Bu halda isə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığından söhbət gedə bilməz.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 337.1, 337.4, 389.1, 567-ci maddələrinə istinad edərək əsasla ndırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh arasında olan münasibətləri düzgün qiymətləndirməmiş, mübahisəyə bağışlama müqaviləsinin deyil, alqı-satqı müqaviləsinin formal olan, görünüş kimi tətbiq edilən normasını tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, tərəflər arasında əslində bağışlama müqaviləsi bağlanmalı olduğu halda, həmin əqdi gizlətmək üçün formal olaraq alqı-satqı müqaviləsi bağlandığına görə məhkəmə mübahisə yə bağışlama müqaviləsindən irəli gələn normaları tətbiq etməli olduğu halda, səhvən alqı-satqı müqaviləsinin normalarını tətbiq etmişdir ki, bu da maddi hüquq normasının düzgün tətbiq olunmaması olmaqla həmin qətnamənin ləğv olunması üçün əsasdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış hər iki alqı-satqı müqaviləsi onların arasında olan şəxsi münasibətlərin təsiri altında bağlandığı üçün, nəqliyyat vasitəsini özgəninkiləşdirməkdə niyyət pul əldə etmək olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin məhkəməsi də bu hala qiymət verməmişdir. edilməmiş və apellyasiya instansiyası b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Madd ə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan e tibarsızdır. Maddə 389.1. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır və ya iradə ifadəsidir. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
37. İddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı barədədir.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə müqavilənin bağlanmasına iddiaçının iradə ifadəsi mövcud deyildir. Mübahisədə adı keçən müqavilədə iddiaçının imzası yox dur, həmçinin 09 sentyabr 2022-ci il tarixli “nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına dair” ərizədə “Şəxsin imzası" qrafasındakı imza iddiaçıya məxsus deyil.
39. Nəzərə alınsa ki, Mülki Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır, belə olan halda, işin müəyyən edilmiş hallarına uyğun olaraq gəlinən nəticə də Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən qanuni və əsaslı olmuşdur.
40. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin izahatına qiymət verilmiş, onların təqdim etdikləri sübutlar ətra flı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası cavabdehin tərəflər arasında əslində bağışlama müqaviləsi bağlanmalı olduğu halda, həmin əqdi gizlətmək üçün formal olaraq alqı-satqı müqaviləsi bağlandığına görə məhkəmənin mübahisəyə bağışlama müqaviləsindən irəli gələn normaları tətbiq etməli olduğu halda, səhvən alqı-satqı müqaviləsinin normalarını tətbiq etməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin faktiki hallarının mü əyyən edilməsinə yönəlmiş yeni dəlillərdir, nə apellyasiya şikayətində, nə də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində irəli sürülməmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələrdə araşdırma predmeti olmayan, üstəlik, işin faktiki hallarının araşdırılması ilə bağlı dəlillərə isə kassasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmir.
42. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1787/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.