Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2146/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2853/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN-427 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X17, X11, X9 və X7 mülkiyyətinə Qazax rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 8 sentyabr tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.52 ha torpaq sahəsi verilmişdir.
2. X17 xx.xx.2004-cü il tarixdə ölmüşdür.
3. Ərizəçi xx.xx.1984-cü il tarixdə doğulmuşdur. Atası – X19, anası – X3r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reye stri” X18 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı ərizə və daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-427, KOD 50113018 nömrəli Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizəçi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Qazax rayon X8 xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarı ilə Qazax rayonu Şıxlı kəndində 1.52 ha torpaq sahəsi X17, X11, X9 və onun mülkiyyətinə verilmişdir. Həmin qərarın əsasında xx.xx.2 006-cı ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-429, KOD 50113018 nömrəli şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işləri aparmalıdır, yəni mülkiyyət hüququları dövlət reyestrindən qeydiyyatdan keçirib torpaq sahəsinə vahid çıxarış almalı, əqd bağlamalıdır. Sənədləşmə işlərini hazırda həyata keçirərkən ona məlum olmuşdur ki, Şəhadətnamədə onun soyadı və atasının adı düzgün yazılmamışdır. Belə ki, Şəhadətnamədə onun soyadı “Qasımova” kimi deyil, “Əhmədova” kimi, atasının adı isə “Akif” kimi deyil “Şair” kimi yazılmışdır. Bu səhv də ona və adı Dövlət Aktında keçən şəxslərə həmin torpaqla bağlı sənədləşdirmə işlərinin aparılmasına, əqd bağlamağa maneçilik törədmişdir. Bu məqsədlə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir ki, bu yanlışlıq aradan qalxsın. O, Ərizəçidır, xx.xx.1984-cü il təvəllüdlü, anası X4r. X1r, X17 xalası Rimanın həyat yoldaşıdır, o, uşaqlıqdan xalasıgildə Rima və Şairin himayəsində böyümüşdür, onlarla birgə yaşamışdır. Qazax rayonunun İ Şıxlı kənd sakini olmuşdur, onu hər kəs Şair Əhmədovun qızı kimi tanımışdır. 1997-ci ildə pay torpaqları paylanarkən onun adı da payçı kimi qeyd olunmuş, o da payçı olmuşdur, ancaq, Dövlət Aktında soyadı və ata adı yanlış yazılmışdır. Odur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş torpağın mülkiyyətə verilməsinə d air JN-429, KOD 50113018 nömrəli şəhadətnamənin ona məxsus olması faktı müəyyən olunmalıdır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-1530/2025 nömrəli iş üzrə 6 mart 2025-ci il tarixli qərardadı ilə ərizə üzrə işin icraatına xitam verilmişdir (hakim Zaur Tağıyev).
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçinin məhkəməyə müraciəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-427, KOD 50113018 nömrəli Dövlə t Aktının Ərizəçi aid olduğunu müəyyən etmək məqsədini daşıyır. Lakin işə baxış zamanı aydın olmuşdur ki, təqdim edilən sənəd ərizəçiyə deyil, vəfat etmiş X12 aid olmuşdur. Bu hal isə işin xüsusi icraat qaydasında həllini mümkünsüz edir və məsələnin vərəsəlik qaydasında həll olunmasını tələb edir.
8. Belə ki, hazırkı vəziyyət mülki hüquqi mübahisə yaradır, çünki: torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir, mərhumun mülkiyyətində olan əmlakın miras yolu ilə keçməsi üçün vərəsəlik proseduru həyata keçirilməlidir, ərizəçinin həmin torpağa hüququnun yaranması üçün əvvəlcə onun vərəsə olması təsdiq olunmalıdır.
9. Beləliklə, işin mahiyyəti mübahisəsiz hüquqi faktın təsdiqindən çıxaraq, mülki mübahisə predmeti olan vərəsəlik hüququna çevrilir. Bu səbəbdən məhkəmədə işə xüsusi icraat qaydasında b axıla bilməz. Bu halda, ərizəçi xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305, 307, 310-cü maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini, ərizəyə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq prosessual hərəkətlərin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin X10 və rəsəsi olması üçün müvafiq prosedur keçməsinin zəruriliyi ilə bağlı məhkəmənin mövqeyi başa düşülən deyil. Məhkəmə nəzərindən qaçırmışdır ki, ərizəçi mərhum Şair Əhmədovun vərəsəsi deyil, vərsəsi olması da mümkün deyil, vərəsə olmaq hüququ Şair Əhmədovun birinci dərəcəli qohumlarına məxsusdur. Ərizəçi Dövlət Aktında göstərilən torpaq sahəsi üzərində Şair Əhmədov və digər şəxslərlə birgə payçıdır, onlarla kimi bərabər hüquqa malikdir. Sadəcə onun soyadı və ata adı düzgün yazılmamış, bu səbəbdən də o, Dövlət Akının ona da aid olması faktı ilə bağlı müraciət etmiş, belə müraciət etməkdə də haqlı olmuşdur. Məhkəmənin iş üzrə icraata xitam verməsi ərizəçinin konstitusion hüququnu məhdudlaşdırmışdır, onun məhkəmə müdafiəsi hüququ pozulmuşdur, ərizəçini Dövlət tərəfindən konstitusion qaydada yara dılmış hüquqi imkanlardan məhrum etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi hazırda fəaliyyət göstərmir, onun səlahiyyətlərini həyata keçirən orqanın, yaxud hər hansı bir başqa orqanın Dövlət Aktında ərizəçinin səhv yazılmış soyad və ata adını düzəltməyə səlahiyyəti yoxdur. Məhkəmə vərəsəlik proseduru keçilməsi, işə iddia icraatı qaydasında baxılmalı olması kimi yanlış nəticəyə gələrək, iş üzrə icraata xitam verməklə Mülki Prosessual Məcəllənin 307.2.5 və 307.2.11-ci maddələrinin tələblərini pozmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2853/2025 nömrəli mülki iş üzrə 30 aprel 2025-ci il tarixli qərardadı ilə ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyi şdirilmədən saxlanılmışdır (hakimlər Azad İmanov məruzəçi, Məmməd Məmmədov və Fuad Talışınski).
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim edilən sənəd ərizəçiyə deyil, vəfat etmiş X12 aid olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, göstərilən hal işin xüsusi icraat qaydasında həllini mümkünsüz edir və məsələnin vərəsəlik qaydasında həll olunmasını tələb edir. Belə ki, hazırkı vəziyyət mülki hüquqi mübahisə yaradır, çünki torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Mərhumun mülkiyyətində olan əmlakın miras yolu ilə keçməsi üçün vərəsəlik proseduru həyata keçirilməlidir. Ərizəçinin həmin torpağa hüququnun yaranması üçün əvvəlcə onun vərəsə olması təsdiq olunmalıdır.
15. Beləliklə, işin mahiyyəti mübahisəsiz hüquqi faktın təs diqindən çıxaraq, mülki mübahisə predmeti olan vərəsəlik hüququna çevrilir. Bu səbəbdən məhkəmədə işə xüsusi icraat qaydasında baxıla bilməz. Bu halda, ərizəçi xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir.
16. Qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, xüsusi icraat qaydasında baxılan işlər mübahisəsiz hüquq münasibətlərini əhatə etdiyindən hazırkı tələb üzrə bu hal müəyyən edilmədiyindən, həmin məsələyə iddia icraatı qaydasında baxılmalı olduğundan, tələb üzrə icraata xitam verilməlidir.
17. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 305, 306, 307, 310-cü maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Ərizəçi (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəyə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti ərizə və şikayətin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haq qında işlərə xüsusi icraat qaydasında baxır.
22. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
23. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. apellyasiya Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Ərizəçi JN-427, KOD 50113018 nömrəli Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Ərizəçi bildirir ki, sənəddə onun soyadı “Qasımova” kimi deyil, “Əh mədova” kimi, atasının adı isə “Akif” kimi deyil, “Şair” kimi yazılmışdır. Bu səhv də ona həmin torpaqla bağlı sənədləşdirmə işlərinin aparılmasına, əqd bağlamağa maneçilik törədir.
28. Beləliklə, Ərizəçi qeyd edilən Aktda göstərilən Sevinc adlı şəxslə özünün eyni şəxs olması, dolayısı ilə həmin sənəddə göstərilən mülkiyyətçilərdən birinin də özü olması faktının tanınmasına nail olmaq istəyir.
29. Qanuna əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır (§ 21-22).
30. Göründüyü kimi, qanunvericilik ərizəçinin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında xahişinə xüsusi icr aat qaydasında baxılmasına yol verir.
31. Məhkəmələr isə iş üzrə icraata xitam verərkən mövqelərini belə əsaslandırmışlar ki, “təqdim edilən sənəd ərizəçiyə deyil, vəfat etmiş X12 aid olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, göstərilən hal işin xüsusi icraat qaydasında həllini mümkünsüz edir və məsələnin vərəsəlik qaydasında həll olunmasını tələb edir. Belə ki, hazırkı vəziyyət mülki hüquqi mübahisə yaradır, çünki torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Mərhumun mülkiyyətində olan əmlakın miras yolu ilə keçməsi üçün vərəsəlik proseduru həyata keçirilməlidir. Ərizəçinin həmin torpağa hüququnun yaranması üçün əvvəlcə onun vərəsə olması təsdiq olunmalıdır”.
32. Kassasiya məhkəməsi bu mövqeyi əsassız sayır, ona görə ki, əvvəla, hazırkı iş üzrə ərizəçinin xahiş i vərəsəlik hüququ və ya vərəsəlik mübahisəsi ilə bağlı deyil. O bildirir ki, JN-427, KOD 50113018 nömrəli Dövlət Aktı üzrə əslində özü də X6 ümumi mülkiyyətçidir. Lakin sənəddə onun adı doğru yazılsa da, soyadı və ata adı düzgün qeyd edilməmişdir. Bu səbəbdən özünün mülkiyyət hüquqlarını həyata keçirmək üçün Aktda göstərilən Sevinc adlı şəxslə özünün eyni şəxs olması faktının müəyyən olunmasına ehtiyac var.
33. Beləliklə, ərizəçinin xahişi və dəlillərinin vərəsəlik mübahisəsi ilə əlaqədar olmadığı aydın olsa da, məhkəmələrin ərizəyə bu mənanı verib işə baxmamaları anlaşılan deyil.
34. Üstəlik, məhkəmələr onu da nəzərə almamışlar ki, hətta xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim icraata xitam verilməsi haqqında yox, ə rizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır (Mülki Prosessual Məcəllə, maddə 306.4).
35. Göründüyü kimi, məhkəmələrin gəldikləri nəticə ərizənin mahiyyətinə, qəbul etdikləri qərardad isə qanunvericiliyə uyğun olmamışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
36. Kassasiya məhkəməsi onu da vurğulayır ki, qanunverici hüquqi əhəmiyyəti olan faktların məhkəmə tərəfindən müəyyən edilməsi imkanını təsbit etsə də, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
37. Odur ki, Ər izəçi ərizəsinə baxılarkən bu xüsusat da diqqətdə saxlanılmalı, ərizəçinin tanınmasını istədiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək imkanında olub-olmaması yoxlanılmalıdır.
38. Belə bir imkanın olmaması müvafiq sübutlarla təsdiqləndikdə məhkəmə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəyə qanunvericiliyə uyğun qaydada mahiyyəti üzrə baxmaqla onun həllinə dair əsaslandırılmış qərar qəbul etməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(103)2853/2025 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edild