Məhkəmə qərarları › İş №2(102)-2147/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2147/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2147/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında tələb etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)247/2023 nömrəli mülki iş üz rə 7 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci ilədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. 2. xx.xx.2021-ci il tarixində, saat 23:00-da Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh1 məxsus və etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunan “TOYOTA PRİUS MİNİK” markalı, ** VA *** d.q.n.-lı avtomobillə X3 məxsus və onun tərəfindən ida rə olunan “MERCEDES BENZ C230 MİNİK” markalı, ** FL *** d.q.n.-lı avtomobil toqquşmuş, nəticədə avtomobillə maddi ziyan dəymiş, sürücüsü isə yüngül dərəcəli bədən xəsarəti almışdır.

3. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Rauf Cəfərov tərəfindən qəbul olunmuş xx.xx.2021ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən, hadisədə avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddəsi (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək barəsində i nzibati tənbeh tədbirinin görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-602/2021 nömrəli Qərarına əsasən, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 09 ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmişdir.

5. Sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına əsasən, “MERCEDES BENZ C230 MİNİK” markalı, 90FL384 d.q.n.-lı avtomobilə 5260 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 77,90 (yetmiş yeddi manat, 90 qəpik) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 5827,90 (beş min səkkiz yüz iyirmi yeddi manat, 90 qəpik) manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilmiş faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 252 nömrəli rəyə əsasən, 1991-ci il təvəllüdlü X2 aldığı xəsarətlər xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, habelə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan s ağlamlığa yüngül zərər vurmaya aiddir. Bununla əlaqədar olaraq, iş üzrə 1118 və 2995 nömrəli sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən zərərçəkən X3 ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərə görə 5000 manat, sağlamlığına dəyən zərərə görə 750 manat olmaqla cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etiraz ünvanlayaraq onunla əsaslandırmışlar ki, iddia ərizəsində göstərilənin əksinə xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı Cavabdeh2 doğma oğlu Yaşar Qəniyevə məxsus “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili idarə etmək hüququ olmuşdur. Əvvəla Cavabdeh2 sürücülük vəsiqə si olmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs olmuşdur, ikincisi, onun həmin hüquqdan məhrum olunması və ya bu hüququnun müvəqqəti məhdudlaşdırılması da iş materialları ilə müəyyən olunmur. Digər tərəfdən, Cavabdeh2 “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili Yaşar Qəniyevin iradəsinə zidd olaraq idarə etmiş olması da müəyyən olunmur. Belə ki, Cavabdeh2 həmin avtomobili Yaşar Qəniyevdən xəbərsiz və onun iradəsinə zidd olaraq götürməsi, qaçırması, oğurlaması və s. qanunsuz olaraq götürməsindən söhbət belə gedə bilməz. Əksinə, cavabdehlər ata və oğuldur, bir yerdə yaşamaqla birgə təsərrüfat aparırlar. Onlar “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili də birlikdə istifadə etmişlər; hətta Yaşar Qəniyev atası Cavabdeh2 həmin a vtomobilə dair etibarnamə də vermiş, lakin xx.xx.2021-ci il tarixdə baş vermiş hadisədən bir neçə gün əvvəl bitmiş, Qəniyevlər isə onun müddətinin bitməsindən xəbərsiz olmuşlar. Bununla belə, etibarnamənin müddətinin bitməsi də fərqli (iddianın əsaslı olduğu) qənaətə gəlmək üçün əsas deyildir. Nəzərə almaq lazımdır ki, Yaşar Qəniyev ilə Cavabdeh2 arasında onsuz da həmin avtomobildən istifadəyə dair “əvəzsiz istifadə” müqaviləsi olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, əvəzsiz istifadə müqaviləsi xüsusi forma şərtinə tabe də deyildir. Nəticə olaraq Cavabdeh2 həmin maşından istifadə etməsi həmin maşının əsl sahibi olan Cavabdeh1 iradəsi daxilində aralarında bağlanmış əvəzsiz istifadə müqaviləsi əsasında olmuşdur. İddia ərizəsində göstərilənin əksinə xx.xx.2021-ci il tarixdə baş vermiş hadis ə zamanı Cavabdeh2 doğma oğlu Yaşar Qəniyevə məxsus “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili qanunsuz olaraq - cinayət xarakterli əməllər törətməklə, habelə talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirdikdən sonra idarə etməsi və məhz bu zaman yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozması müəyyən olunmur.

9. Məhkəməyə təqdim edilmiş sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 1118 saylı akta əsasən, zərərlə bağlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 5000 manat təşkil edir.

10. Məhkəməyə təqdim edilmiş sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 2995 saylı akta əsasən zərərlə bağlı X1 dəymiş maddi ziyanın ümumi məbləği 750 manat təşkil edir

11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 nömrəli qətnaməsi ilə (E.Hüseynov) iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən X3 ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərə görə 5000 manat, sağlamlığına dəyən zərərə görə 750 manat olmaqla cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

13. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, avtomobili etibarnamə olmadan idarə etmək inzibati xəta tərkibi yaradır və qanuna ziddir, avtomobilin əvəzsiz istifadəyə verilməsinə gəlincə isə, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat va sitəsi əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verildikdə müvafiq orqanlarda dövlət qeydiyyatından keçirilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsini nəzərdə tutur. Hazırki halda da, Cavabdeh2 sığortalanmış avtomobili istismar etmək hüququ olmamışdır.

14. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olm alıdır. (Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 5750 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 77,90 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci maddələrinə, İnzibati Xətalar Məcəlləsinin 332.1, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2, 14.2.5, 25.1 və 25.1.3-cü maddələrinə, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Xİİİ, Xİİİ-İ, 27-ci maddəsinin Vİ-İ bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindək i icraat

16. Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

17. Cavabdehlərin qətnamədən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin məzmunu bir-birinə uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinə istinad etməklə hesab etmişdir ki, avtomobili etibarnamə olmadan idarə etmək qanuna zidd olmaqla inzibati xəta tərkibi yaradır. Məhkəmə burada qanunun müddəasını düzgün təhlil etməmiş və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, hüquqi təyinatı və məqsədi baxımından “Etibarnamə” etibar edənin yazılı şəkildə bildirmiş olduğu “əqd”-in ifadə ünsürü, formasıdır. Mübahisə olunan iş üzrə cavabdehlər ata və oğuldur, həmçinin bir yerdə yaşamaqla birgə təsərrüfat aparırlar. Onlar mübahisəyə səbəb olan “Mercedes Benz” markalı, 90FL 384 dövlət qeydiyyat markalı avtomobili də birlikdə istifadə etmişlər; hətta Yaşar Qəniyev atası Cavabdeh2 həmin avtomobilə dair etibarnamə də vermiş, lakin etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə, baş vermiş hadisədən 1 gün əvvəl bitmiş, Qəniyevlər isə onun müddətinin bitməsindən xəbərsiz olmuşlar. Bununla belə, etibarnamənin müddətinin bitməsi də fərqli (iddianın əsaslı olduğu) qənaətə gəlmək üçün əsas deyildir. Çünki cavabdehlər arasında həmin avtomobildən istifadəyə dair “əvəzsiz istifadə” müqaviləsi olmuşdur. Yekun olaraq Cavabdeh2 həmin maşından istifadə etməsi maşının əsl sahibi olan Cavabdeh1 iradəsi daxilində olmuşdur.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-247/2023 nömrəli iş üzrə 7 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və Z.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

19. Gəldiyi nəticəni əsaslandırarkən apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Qəniyev X4 Yaşar Arif oğluna məxsus “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi nəticəsində X1, o na məxsus və onun tərəfindən idarə olunan “MERCEDES BENZ C230 MİNİK” markalı, 90FL384 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5750 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti subroqasiya qaydasında cavabdehlərdən həmin məbləğdə pul tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, narazı qalan cavabdehlər isə iddiaçının subraqasiya hüququnun yaranmadığını bildirərək apellyasiya şikayəti vermişdir.

20. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərəri n əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa z idd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

25. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

26. Mülk Məcəllənin 1108.1-ci maddəsinə gör ə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik ed ən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

27. Yenə Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

28. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığo rta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmçinin, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ hə min şəxsə qarşı yaranır.

30. Həmin Qanunun 14.2 və 14.2.5-ci maddələrinə uyğun olaraq, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi onun yüngül xəsarət alması halında sığorta məbləğinin 15 faizi nisbətində ödənilir. 31. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Xİİİ-cu bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə,bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir.

32. Həmin Qanunun Xİİİ-İ-ci bəndinə əsasən- Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir.

33. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə cavabdehlər məsuliyyət daşıyır və işin hallarına uyğun olaraq zərərin əvəzi onlardan tutulmalıdır.

34. Qeyd edildiyi kimi cavabdeh Qəniyev X4 Yaşar Arif oğluna məxsus “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunda törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “MERCEDES BENZ C230 MİNİK” markalı, 90FL384 dövlət qeydiyyat niş anlı avtomobilə 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 manat avtomobilə dəymiş ziyan, 750 manat zərərlə bağlı X1 dəymiş maddi ziyan olmaqla, ümumilikdə 5750 manat məbləğində sığorta ödənişi edilmişdir.

35. Cavabdeh2 tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən cavabdehdən ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə keçmişdir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta ol unana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

37. AR MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

38. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

39. Yenə həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

40. Yenə də həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

41. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar cavabdehlər zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır.

42. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əs asən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

43. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir.

44. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iş üzrə göstərilən ha lları tam araşdırmış, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş və ödənilmiş zəzərin əvəzinin cavabdehərdən tutulması ilə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir.

45. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

46. Belə ki, apellyasiya şikayətinin yeganə dəlili Cavabdeh2 Cavabdeh1 tərəfindən sonuncuya məxsus “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün verilmiş etibarnamənin müddətinin bitməsi və həmin avtomobilə dair onlar arasında bağlanmış əvəzsiz istifadə müqaviləsinin (həmin müqavilənin müvafiq dövlət orqanında qeydiyyatdan keçməsinə dair iş materiallarında məlumat yoxdur) olmas ından ibarətdir ki, bu hallar qeyd olunan sığorta hadisəsinə dair sığorta ödənişi ilə əlaqədar yaranmış subroqasiya hüququnu aradan qaldırmır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. Cavabdehlər ayrı-ayrılıqda (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.

48. Cavabdehlər eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən “Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləği ndə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.” Həmin Məcəllənin 332.1-ci maddəsinə görə isə “Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir.” Məhkəmə isə hesab edir ki, avtomobili etibarnamə olmadan idarə etmək qanuna zidd olmaqla inzibati xəta tərkibi yaradır.

49. Məhkəmə burada qanunun müddəasını düzgün təhlil etməmiş və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, nəzərə almaq lazımdır ki, hüquqi təyinatı və məqsədi baxımından “Etibarnamə” etibar edənin yazılı şəkildə bildirmiş olduğu “əqd”-in ifadə ünsürü, formasıdır. Mübahisə olunan iş üzrə cavabdehlər ata və oğuldur, həmçinin bir yerdə yaşamaqla birgə təsərrüfat aparırlar. Onlar mübahisəyə səbəb olan “Mercedes Benz” markalı, ** FL *** dövlət qeydiyyat markalı avtomobili də birlikdə istifadə etmişlər; hətta Yaşar Qəniyev atası Cavabdeh2 həmin avtomobilə dair etibarnamə də vermiş, lakin xx.xx.2021-ci il tarixdə baş vermiş hadisədən 1 gün əvvəl bitmiş, Qəniyevlər isə onun müddətinin bitməsindən xəbərsiz olmuşlar.Bununla belə, etibarnamənin müddətinin bitməsi də fərqli (iddianın əsaslı olduğu) qənaətə gəlmək üçün əsas deyildir.

50. Bundan əlavə Yaşar Qəniyev ilə Cavabdeh2 arasında onsuz da həmin avtomobildən istifadəyə dair “əvəzsiz istifadə” müqaviləsi olmuşdur. Mülki Məcəllənin 732ci maddəsində göstərilir ki, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin ist ifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Xüsusilə nəzərə alınmalıdır ki, əvəzsiz istifadə müqaviləsi xüsusi forma şərtinə tabe də deyildir. Nəticə olaraq Cavabdeh2 həmin maşından istifadə etməsi həmin maşının əsl sahibi olan Cavabdeh1 iradəsi daxilində olmuşdur.

51. Kassasiya şikayətləri əsaslandırılarkən Azərbaycan Respublikasının MPM-in 88 və 418.1-ci maddələrinə də istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

54. Maddə

732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.

55. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

56. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərə r üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

57. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:

58. Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istism ar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessu al hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 66. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətlərində cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş edir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqey

69. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavab dehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

70. Hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələr qəbul etdikləri aktlarda tətbiq etdikləri normalarının dispozisiya şərtlərinin işin hallarına uyğunluğunu, habelə cavabdehlərin dəlilləri üzrə gəldikləri qənaəti kifayət qədər əsaslandırmamışlar. Başqa sözlə məhkəmələrin bu iş üzrə iddianın əsaslı olması nəticəsinə gəlmələri kifayət qədər əsaslandırılmamışdır.

71. Bu hal qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına da ir prosessual normanın pozulmasına dəlalət edir.

72. İddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir.

73. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır

74. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həm in normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

75. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.

76. Kollegiya vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən ma şını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

77. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.

78. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.

79. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

80. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələ b olunmur.

81. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.

82. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır.

83. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normala rının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı.

84. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı mübahisənin düzgün həlli üçün apellyasiya məhkəməsi işin faktiki hallarını araşdırmaqla, “Toyota Prius Mİnik” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh2 əşyaya sahibliyinin və ondan istifadəsinin hüquqa zidd olub-olmamasını müəyyənləşdi rməli, əgər o, əşyaya hüquqa zidd şəkildə yiyələnmişsə, bunda Cavabdeh1 təqsirinin olubolmamasını yoxlamalı və nəticəsindən asılı olaraq iddia tələblərinə yekun hüquqi qiymət verməlidir.

85. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehlərin kassasiya şikayətləri qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri q ismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2023-cü il tarixli 2(105)-247/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar