Məhkəmə qərarları › İş №2(102)-2149/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2149/2020

23.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2149/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı 3-cü şəxslər Bakı şəhəri 43 saylı Notariat Kontoru, ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi olmaqla əqdin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, torpaq sahəsinin naturada təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddia çı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.Səmədov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh1 adına verilmiş Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarı və ona əsasən X2 və İstismarı Birliyinin 8 nömrəli orderi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015 tarixli 4Ə-83 reystr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış və **********741 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü, Cavabdeh2 ad ına verilmiş, Daşınmaz əmlakın dövlət reyestrində 552 nömrəli reyestr nömrəli kitabında qedə alınmış Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, bağ sahəsinin boşaldılaraq İddiaçı naturada təhvil verilməsi və Cavabdeh1 5000 manat tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxs ƏMDK yanında DƏDRX-nə və Bakı şəhər 43 saylı notariat kontoruna qarşı “Cavabdeh1 adına verilmiş Bakı Şəhər İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarı və ona əsasən X2 və İstismarı Birliyinin 8 nömrəli orderi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015 tarixli 4Ə-83 reystr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reystr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, bağ sahəsinin boşaldılaraq naturada ona təhvil verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraci ət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxs ƏMDK yanında DƏDRXnə və Bakı şəhər 43 saylı notariat kontoruna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 adına verilmiş Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarı və ona əsasən X2 və İstismarı Birliyinin 8 nömrəli orderinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015 tarixli 4Ə-83 reystr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reystr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, bağ sahəsinin boşaldılaraq naturada ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarına uyğun olaraq X2 və İstismarı Birliyinin möhüru ilə təsdiq edilmiş 216 saylı BTK-nın sə dri Cavabdeh1 tərəfindən verilmiş 03 saylı orderə əsasən X6 Ləhiş Bağlar sahəsində 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 874 saylı bağ sahəsi ayrılmışdır. Daha sonra, qeyd edilən order X2 və İstismarı Birliyinin rəhbərliyinin imzası və möhürü ilə Bakı şəhər İcra Hakimiyyətinin xx xxxx 2005-ci il tarixli Pz 195B saylı qərarına əsasən İddiaçı adına verilmişdir. Cavabdeh1 da X2 və İstismarı Birliyinin möhürü ilə özünün imzası ilə Ləhiş Bağlar sahəsində 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 874a saylı bağ sahəsinin ayrılması ilə bağlı 08 saylı Orderə verilmişdir. Bakı şəhəri, XDS İK-nin (indiki Bakı şəhəri İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarına 1 saylı əlavəyə əsasən 216 Ləhiş BTK üzvlərinin siyahısında X8 və İddiaçı anası X5 adları qe yd edilmişdir. Həm İddiaçı anası X9, həm də Cavabdeh1 oğlu 216 saylı BTK-nin üzvü olmuş, sonuncu 1991-ci ilə kimi həmin BTK-nın sədri vəzifəsində işləmişdir. Cavabdeh1 Bakı şəhər, Sabunçu rayon, Ləhiş bağ sahəsi 874a saylı bağ sahəsini öz adına özəlləşdirmiş və ona ƏMDK yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhər, Sabunçu rayon, Ləhiş bağ sahəsi 874a saylı, 012 ha torpaq - bağ sahəsini 5000 manata Cavabdeh2 satmışdır. İddiaçı bildirir ki, X2 və İstismarı Birliyi tərəfindən verilmiş 03 saylı Orderə əsasən, ona Ləhiş Bağlar sahəsində 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 874 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi və özəlləşdirilməsi məqsədilə D ƏDRX-nin BŞƏİ-nə müraciət edilmiş və həmin bağ sahəsinin ona məxsus olması inkar edilməmiş və zəruri sənədlər tələb edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin bağ sahəsi Bakı şəhər, Sabunçu rayon, Ləhiş bağ sahəsi, 874a saylı bağ sahəsi kimi **********41 reystr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına özəlləşdirilmiş və çıxarış verilmişdir. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin bağ sahəsini Cavabdeh2 satmışdır. Bağ sahəsi ona məxsus olduğu halda hansı hüquqverici sənədlər əsasında Cavabdeh1 adına özəlləşdirilməsi ona məlum deyildir. Cavabdeh2 bildirir ki, mübahisə predmeti olan torpaq sahəsi uzun illərdir ki, onun istifadəsində və mülkiyyətindədir. Həmin torpağı o, alqı-satqı yolu ilə almışdır. Həmin ərazidə iddiaçını heç vaxt görm əmişdir. O, torpağın ərazisində hasar çəkdirmiş, abadlaşdırma işləri aparmışdır. Bakı şəhər, Sabunçu rayon, Ləhiş bağ sahəsi, 874a saylı bağ sahəsi kimi **********41 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına özəlləşdirilmiş və çıxarış verilmişdir. Sonradan həmin bağ sahəsi ona xx.xx.2015-ci il tarixli alqı satqı müqaviləsinə əsasən satılmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs DƏDRX-nin BŞƏİ-nin nümayəndəsi bildirir ki, iddia tələbi əsassızdır. İddia predmeti olan torpaq sahəsi özəlləşdirilmiş və başqa şəxsə satılmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 və 3-cü şəxs Bakı şəhər 43 saylı notariat kontoruna lazımi qaydada m əlumat verilməsinə baxmayaraq, onlar hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi order, torpaq sahəsinin planı və ölçüsü sənədi, çıxarışlar və alqı-satqı müqaviləsi 874 saylı bağlı sahəsinə deyil, 874a saylı bağ sahəsinə aid olmuş, iddiaçının isə 874a saylı bağ sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyas iya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Qətnamə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, verdiyi tələblərin təmin edilməsi üçün iddiaçının irəli sürdüyü dəlillər ondan ibarətdir ki, Cavabdeh1 adına X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderdə bağ sahəsinin nömrəsindən, yəni “874” rəqəmlərindən sonra “a” hərfi əlavə edilməklə qanunsuz olaraq onun istifadəsinə verilmiş 874 saylı bağ sahəsi özəlləşdirilmişdir. İş materi allarında olan Cavabdeh1 adına verilmiş orderdən vizual qaydada görünür ki, həmin orderdə “874” rəqəmindən sonra “a” hərfi əlavə edilməklə yanaşı “874” rəqəmlərindən sonuncu rəqəmin üzərində düzəliş edilmiş və nəticədə həmin rəqəm 4 rəqəminə çevrilmişdir. İddiaçı Cavabdeh1 sənədləri saxtalaşdırmaqla onun bağını özəlləşdirərək başqa şəxsə satmaqla hüquqlarını pozduğunu göstərdiyinə görə iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq Cavabdeh1 orderində olan düzəlişlər üzrə hər hansı bir araşdırma aparılmamış, onun adına olan orderdə bağın nömrəsini göstərən rəqəmlərdə sonuncu rəqəmin üzərində düzəliş edilib-edilməməsini və həmin rəqəmin düzəliş edilməmişdən əvvəl hansı rəqəm olduğunu müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilməmişdir. Həmçinin iddiaçının digər bir dəlili ondan ibarətdir k i, 874a saylı bağ naturada mövcud deyildir və yalnız Cavabdeh1 adına verilmiş 08 saylı orderdə qanunsuz olaraq edilmiş düzəlişin nəticəsində Cavabdeh1 onun bağına mülkiyyət hüququ əldə etmişdir. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi 216 saylı BTKnın üzvlərinə bağ sahəsi ayrılarkən “874a” saylı bağ sahəsinin də ayrılıb-ayrılmamasını araşdırmamış və 874a saylı bağın naturada mövcud olub-olmamasını aydınlaşdırmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, verilmiş tələblərin tam və hər tərəfli araşdırılması üçün mühüm əhəmiyyətə malik olan digər bir məsələ cavabdeh Cavabdeh2 vicdanlı alıcı statusuna malik olub-olmamasının aydınlaşdırılmasıdır ki, apelyasiya instansiyası məhkəməsi bu məsələni də araşdırmamışdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründü yü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar