Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2151/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ 2(102)-2151/2023 (Açar sözlər: əqdin etibarsızlığı, müqavilənin ləğvi qaydaları) Bakı şəhəri, 03 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1400/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasındakı hazırkı mübahisə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının “S” girişinin 1-ci mərtəbəsindəki 164,21 kv.metrlik 4 otaqlı, 2 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) barəsindədir.
2. Cavabdeh1 MMC (bundan sonra – MMC) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, mübahisəli mənzil MMC tərəfindən iddiaçıya satılmışdır. Mənzilin dəyəri 98.526 manat razılaşdırılmışdır.
3. Müqavilənin 6-cı bəndinə görə, alıcı ilk ödənişdən sonra qalan məbləği 30 gündən artıq gecikdirsə, MMC- nin hüququ vardır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı MMC tərəfindən yalnız həmin mənzil başqa şəxsə verildikdən sonra alıcıya qaytarılır.
4. İddiaçı mənzilin dəyərindən xx.xx.2014-cü il tarixdə ilkin ödəniş kimi 20.000 manat, xx.xx.2015-ci il tarixdə 10.000 manat, xx.xx.2015-ci il tarixdə isə 3120 manat ödəmişdir.
5. MMC ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, MMC mübahisəli mənzili 99000 manata Cavabdeh2 satmışdır. Sonuncu mənzilin dəyərini tam ödəmiş və MMC tərəfindən bu barədə xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasınd a bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və mübahisəli mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək, tələbini onunla əsaslandırılmışdır ki, müqaviləni bağladığı vaxtdan bir ildən çox müddət keçsə də, sözügedən binada demək olar ki, inşaat işləri aparılmamış, bu səbəbdən də, MMC-nin rəhbəri Xanlar Cəfərova işlərin ləng getməsi ilə bağlı iradını bildirmişdir. Xanlar Cəfərov isə narahat olmamağı, işlərin ləng getməsinin yaranmış bəzi problemlərlə bağlı olduğunu qeyd etmiş, həmçinin bildirmişdir ki, onlar qohumdurlar, mənzilin qalan ödənişini mənzil təhvil verildikdən sonra ödəyə bilər. O, Xanların işlərində problem yarandığını bildiyi üçün, həm də qohumluq əla qəsi olduğu üçün inşaat işlərinin yekunlaşmasını uzun müddət gözləmişdir. Sözügedən binaya vaxt olduqca baş çəkmişdir. Axırıncı dəfə 2021-ci ilin oktyabr ayında həmin ünvana baş çəkərkən görmüşdür ki, bina tam təhvil verilməsə də, ona ayrılan mənzildə tanımadığı şəxs tərəfindən təmir işlərinin aparılmasına hazırlıq görülür. Ona məxsus mənzilin zəbt olunması ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciətin nəticəsi olaraq aparılan araşdırmadan sonra iddiaçıya bildirmişlər ki, həmin mənzil 2018-ci ildə MMC tərəfindən digər cavabde Cavabdeh2 satılmışdır. Halbuki, onunla bağlanmış müqavilə qüvvədə olmuşdur. Belə ki, müqavilənin 6-cı bəndində də qeyd olunduğu kimi, müqavilə ödəniş gecikdirildiyi halda birtərəfli qaydada ləğv oluna bilər, bu halda da ödənilmiş pulun miqda rı MMC tərəfindən yalnız həmin mənzil bir şəxsə verildikdən sonra alıcıya qaytarılır. Lakin iddiaçıya nə müqavilənin ləğvi ilə bağlı, nə də ödədiyi pulun qaytarılması ilə bağlı hər hansı bir xəbərdarlıq olunmamışdır.
8. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndələri iddiaya etiraz edərək, bildirmişlər ki, Lamiyə mübahisəli mənzili dəyərini tam ödəməklə 10 aprel 2018-ci il tarixli müqaviləyə əsasən almışdır. Bu müqavilənin etibarsızlığına isə heç bir əsas yoxdur.
9. Cavabdeh MMC-nin direktoru Nümayəndə məhkəməyə 05 mart 2022-ci il tarixli məktub ünvanlayaraq göstərmişdir ki, mübahisəli mənzilə görə xx.xx.2014-cü il tarixdə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin iddiaçı alqı-satqı müqaviləsinin 6-cı bəndində göstərilən öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanan müqavilə xx.xx.2016-cı il tarixindən MMC-nin təsisçisi Xanlar Cəfərov tərəfindən ləğv olunmuş və ödənilmiş məbləğin (33000 manat) qaytarılmasını o, üzərinə götürmüşdür. Həmin mənzil 2016-cı ildən 2018-ci ilin aprel ayınadək heç kəsə satılmamışdır. Bu müddətdə iddiaçı dəfələrlə çağırılsa da, şirkətə gəlməmiş və ödəniş etməmişdir. Ona görə də xx.xx.2018-ci il tarixdə həmin mənzil Xanlar Cəfərov tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 dəyəri (99000 manat) tam ödənildikdən sonra satılmış, bununla bağlı ona maliyyə arayışı təqdim olunmuşdur. Həmin mənzilin bütün təmir və tikinti işləri Cavabdeh2 tərəfindən həyata keçirilmişdir və mənzil hazırda onun istifadəsindədir.
10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-703/2022 nömrəli, 14 mar t 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Abbasova) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 ilə MMC arasında mübahisələndirilən müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Alqı-satqı predmeti daşınmaz əmlak olduğu üçün müqavilə qanunvericiliyin tələb etdiyi tərzdə bağlanılmış və mənzilin dəyəri alıcı tərəfindən MMC-yə tam ödənilmişdir. Əmlak 2018-ci ildən Cavabdeh2 istifadəsindədir. İddiaçı tərəf əqdin etibarsızlığı barədə dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
12. İddiaçının istinad etdiyi yeganə hüquqmüəyyənedici sənəd olan MMC ilə arasında bağlanmış və hazırda ləğv edilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə münasibətdə isə mhkəmə qeyd etmişdir ki, həmin müqaviləyə görə tərəflər mənzilin ümumi dəyərini 98526 manat məbləğində müəyyən etmişlər. Lakin iddiaçı mənzilin bütün dəyərini tam ödəməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 6-cı bəndindən görünür ki, alıcı ilk ödənişdən sonra qalan məbləği 30 gündən artıq gecikdirsə, MMC-nin hüququ vardır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı MMC tərəfindən yalnız həmin mənzil başqa şəxsə verildikdən sonra alıcıya qaytarılır.
13. Göründüyü kimi, tərəflər nisyə alqı-satqı münasibətlərində olmuş, mənzilin qalan məbləği MMC-yə ödənilmədiyindən tərəflər arasındakı müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Belə ki, iddiaçı müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, məhz bu səbəbdən MMC m üqavilənin 6-cı bəndində göstərilən və iddiaçı tərəfindən qəbul edilən hüququndan istifadə edərək, müqaviləni 2016-cı ildə birtərəfli qaydada ləğv etmiş, 2 il müddət keçdikdən sonra isə mənzili Cavabdeh2 satmışdır. Müqavilə ləğv edilərkən ona məlumat verilməməsinin, onun ödənişlərinin qaytarılmamasının bu müqavilənin hələ də qüvvədə olmasına əsas hesab edilməsi barədə iddiaçının dəlilləri isə əsassızdır, çünki bu dəlillər tərəflər arasında imzalanmış müqavilənin 6-cı bəndi ilə təkzib olunur. Mənzilin dəyərinin tam ödənilməməsi halında müqavilənin MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi müddəası ilə əqdin tərəfi kimi iddiaçı razılaşmışdır. Mübahisəli mənzilə görə ödədiyi vəsaitə gəlincə isə, onun bu məbləği MMC-dən tələb etmək hüququ saxlanılır.
14. Məhkəmə öz mövqeyini hüquqi cəhət dən əsaslandırarkən Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 339.1, 339.3, 385.1, 390.1, 390.2, 390.3, 390.5, 404.1, 404.2, 405.1, 421.2, 427.2, 567, 600.1, 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının işin araşdırılmasına köməklik edəcək məsələlərlə bağlı verdiyi vəsatətləri təmin edi lməmişdir. İddiaçı ilə bağlanmış müqavilə əgər həqiqətən də ləğv olunubsa, həmin ləğvetmə qərarı və digər sənədlər təqdim olunmamışdır. Halbuki, tərəfindən bununla bağlı da vəsatət verilmişdir. Təbii ki, müqavilə ləğv olunmadığından belə bir sənədin təqdim olunması qeyri-mümkin idi. Məhkəmə cavabdehin möhürsüz olsa da, şəxsən yazılı formada iddiaçıya təqdim etdiyi cavabın araşdırılmasında da maraqlı olmamışdır. Cavabdeh MMC-nin iştirakı məhkəmədə təmin ediləcəyi təqdirdə onun özü tərəfindən möhürsüz verdiyi cavabın təsdiqlənəcəyi məlum olacaqdır. Lakin məhkəmə cavabdehin iştirakının təmin edilməsində maraqlı olmamışdır. İmzaların MMC-nin direktoruna aid olub olmaması ilə bağlı məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətləri təmin edilməmişdir.
17. Cavabdeh MMC-nin n ümayəndəsi X3 və MMC-nin direktoru Nümayəndə məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişlər.
18. Digər Cavabdeh2 nümayəndəsi və vəkili də məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişlər.
19. Məhkəmə kollegiyası tərəfindən şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, əvvəllər MMC-nin nəzarətçi, satış meneceri vəzifəsində işləmişdir. İddiaçı MMC-nin rəhbəri Xanlar Cəfərovun qohumudur. O, Xanlar Cəfərova 10.000 manat pul ödəmiş, qalan pulu ödəməmiş, bundan sonra iddiaçı pul ödəmədiyi üçün Xanlar Cəfərov ona xəbərdarlıq yazmışdır. Bir neçə dəfə xəbərdarlıqdan sonra onunla bağlanmış müqavilə ləğv edilmiş və həmin mənzil Cavabdeh2 dəyəri ödənilməklə satılmışdır.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1400/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli, qətnaməsi ilə (hakimlər - S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, mənzilə dair iddiaçı ilə MMC arasında müqavilə Cavabdeh2 ilə MMC arasında bağlanmış müqavilədən daha əvvəl bağlansa da, iddiaçı ilkin müqavilə üzrə öhdəliyini icra edərək mənzilin dəyərini tam ödəmədiyindən, eləcə də fərdi-müəyyən əşya olan mənzil sonrad an MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilə əsasında sonuncuya təhvil verildiyindən, iddiaçı mənzilin cavabdehdən alınmasını və ona verilməsini tələb etmək hüququna malik deyildir. Ona görə ki, onun bu hüququ mənzilin Cavabdeh2 təhvil verildiyi andan aradan qalxmışdır.
22. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Cavabdeh2 mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyindən və həmin mənzil artıq sonuncu tərəfindən təmir olunaraq istifadəsində olduğundan, birinci instansiya məhkəməsi mənzilin iddiaçıya təhvil verilməsi barədə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, Cavabdeh2 ilə MMC arasında müqavilənin bağlanması zamanı mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin pozulması hallarına yol verilmədiyindən, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsızlığı üçün hüquqi əsaslar mövcud deyil və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini bu hissədə də təmin etməmişdir.
24. Eyni zamanda, iddiaçı əqdi mübahisələndirməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. İddiaçının həmin mənzilin satılmasından 1 ay əvvəl xəbər tutması barədə iddia ərizəsində göstərdiyi dəlil isə müddətdən yayınmaq məqsədi daşıyır. Halbuki, iddiaçı mənzillə hüquq və mənafelərinin müdafiəsi üçün gələcəkdə yaranan biləcək pozuntuların qarşısının alınmasına ağlabatan sayıqlıq, diqqət və s. göstərməli olduğu halda bunu etməmiş və məhkəmə kollegiyasına mənzilin cavabdehə satılmasının həqiqətən də ona həmin vaxtdan bəlli olmasını təsdiq edən tutarlı sübut təqdim etməmişdir.
25. Kollegiya, apellyasiya şikayətinin məhkəmənin cavabdehin möhürsüz olsa da şəxsən yazılı formada iddiaçıya təqdim etdiyi cavabın araşdırılmasında maraqlı olmaması, cavabdehin iştirakının məhkəmədə təmin ediləcəyi təqdirdə həmin cavabın təsdiqlənəcəyi, imzaların MMC-nin direktoruna aid olub-olmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi barədə dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı dindirilən MMC-nin direktoru Nümayəndə həmin məktublardakı imzanın ona məxsus olduğunu bir daha təsdiq etmişdir. Bu səbəbdən həmin imzanın ona məxsusluğunun yoxlanılması zərurəti olmamışdır.
26. Eyni zamanda, apellyasiya baxışında iştirak etmiş cavabdeh MMC-nin nümayəndəsi Mübariz İsmayılov bağlanmış müqavilələrin qeydiyyat kitabının əvvəlki direktor Xanlar Cəfərovun cinayət işi ilə bağlı istintaq orqanı tərəfindən götürüldüyünü və bu günə kimi MMC-yə qaytarılmadığını, bu səbəbdən həmin qeydiyyat kitabını məhkəmə kollegiyasına təqdim edə bilmədiyini ifadə etmişdir.
27. Apellyasiya instansiyası mə hkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 337.1, 354.2, 385.1, 389.1, 405.1, 425, 452.1, 567-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəlləninn 423-cü maddəsinin tələbləri pozulmuşdur. İddiaçı ilə MMC arasında müqavilə yazılı qaydada bağlanıldığından onun ləğvi də yazılı qaydada həyata keçirilməli idi.
30. Apelyasiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarına istinad etməklə yanlışlığa yol vermişdir. Belə ki, binanın MMC tərəfindən inşa edilməsinə və mübahisələndirilən mənzilin məhz həmin MMC tərəfindən satılmasına baxmayaraq, apellyasiya məhkəməsi həmin binadan satılan mənzilə bağlı Mülki Məcəllənin MMC ilə bağlı deyil, Mənzil Məcəlləsinin 109, 110-cu maddələrində nəzərdə tutulan mənzil-tikinti kooperativi ilə bağlı normalarını tətbiq etməkdə yanlışlığa yol vermişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə satılması göstərilən mənzil də hər hansı mənzil-tikinti kooperativi tərəfindən deyil, MMC tərəfindən satılmışdır.
31. Apellyasiya məhkəm əsi törətdiyi dələduzluq cinayətlərinə görə məhkum olunmuş MMC-nin direktoru X2 faktiki olaraq iddiaçıya 2014-cü ildə satdığı mənzili 2018-ci ildə həqqətən də Cavabdeh2 satıb-satmadığını dəqiqləşdirmək üçün birinci instansiya məhkəməsi tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmiş sorğunun cavabı alınmadan qəbul edilmiş əsassız qətnaməni qüvvədə saxlamaqla MPM-in 14.1 və 88-ci maddələrinin tələblərini pozmuşdur.
32. Həmçinin, MMC ilə aralarında bağlanmış müqavilədə ödəmənin müddəti, hansı məbləğdə ödənilməli olması göstərilmədiyindən və bina tikintisində gecikmə olduğu üçün iddiaçı, MMC-nin direktoru X4 ilə şifahi olaraq razılaşmışdır ki, bina tikilib qurtardıqdan sona qalan məbləği iddiaçıya ödəyəcəkdir. Qeyd olunan bu vacib hallar dəqiqləşdirilmədən birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qanunsuz və əsassız qətnamələr qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh2 nümayəndəsi-vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, Cavabdeh2 ilə MMC arasında mənzil alqı-satqısı haqqında müqavilə bağlandıqdan sonra mübahisəli mənzilin dəyəri olan 99000 manat MMC-yə ödənilmiş, ona borcun tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Elə həmin tarixdən bir neçə gün sonra mənzildə təmir işlərinə başlanmışdır. Üç ildən çoxdur ki, mənzildə hissə-hissə təmir işləri aparılır. Lakin bu vaxt ərzində heç kəs Cavabdeh2 yaxınlaşaraq mənzilin ona məxsus olduğunu iddia etməmişdir. İddiaçı mənzilin ona məxsus olmasına dair müqavilədən və müəyyən qədər ödəniş ödədiyini əks etdirən qəbzlərdən başqa heç bir sənəd təqdim edə bilmir. Hazırda Cavabdeh2 tərəfindən mənzilin təmirinə 30000 manatdan çox xərc çəkilmişdir. Mənzilə quraşdırılmış sayğacların pulu tam şəkildə ödənilmiş, yanğından erkən siqnalizasiya və havalandırma sistemləri quraşdırılmışdır. Mənzil məhz onun sahiblik və istifadəsindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti e tməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
38. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
39. Ma ddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
40. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
41. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
42. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhd əliklərinə xitam verilir.
43. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia ir əli sürənindir.
45. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür
46. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı 47....Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplər inə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur.
48. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
49. Vurğulanmalıdır ki, göstərilən maddədə müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münas ibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür.
50. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. 51....müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.
52. Burada “tərəflərin raz ılaşması ilə yol verildikdə müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. 53....Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Qətnamədən kassasiya şikayəti verən kassator qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, müqavilənin ləğvi dedikdə əqdə əsaslanan münasibətlərin tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Bu, müqavilə tərəflərinin qanundan irəli gələn hüquqları olmaqla bərabər, ləğvetməyə əsas olan hallar tərəflər arasında bağlanmış müqavilə ilə də müəyyənləşdirilə bilər.
64. Baxılan işdə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 6-cı bəndinə görə, alıcı ilk ödənişdən sonra qalan məbləği 30 gündən artıq gecikdirsə, MMC-nin hüququ vardır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı MMC tərəfindən yalnız həmin mənzil ba şqa şəxsə verildikdən sonra alıcıya qaytarılır.
65. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qeyd olunan öhdəliyini müqavilədə nəzərədə tutulmuş qaydada və müddətdə icra etməməsi mübahisəsizdir. Bu halda MMC-nin müqaviləni ləğv etmək (birtərəfli qaydada xitam vermək) hüququ yaranmış və bu hüququndan istifadə etmişdir.
66. İddiaçı Mülki Məcəllənin 423.1-ci maddəsinə istinad edərək, MMC ilə arasındakı müqavilə yazılı qaydada bağlandığından, həmin müqavilənin ləğvinin də eyni formada həyata keçirilməli olduğunu bildirsə də, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan qərarında ifadə edilmiş hüquqi mövqelərdən də göründüyü kimi, həmin maddə müqavilənin ləğvi ilə bağlı omayıb deyil, müqavilə münasibətlərinə tərəflərin razılığı ilə xitam veri lməsi qaydalarını tənzimləyir.
67. Belə ki, Məcəllənin 423.1-ci maddəsi tərəflərin qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsi məqsədilə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
68. Hazırkı halda isə müqavilə münasibətlərinə birtərəfli qaydada xitam verildiyindən bu maddənin tətbiqi mümkün deyil.
69. Kassasiya şikayətinin dəlillərində qeyd olunan digər hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
70. Ko llegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1400/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.