Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2152/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müqavilə münasibətlərindən irəli gələn mübahisələr, Öhdəliklərin icrası, sübutetmə yükü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə) qarşı "pul" tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1158/2024 nömrəli iş üzrə 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən cav abdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızı tərəfindən kassasiya şikayətinə dair mülki işə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızından 7500 manat pul vəsaitini tələb edir və həmin borcunun nisyə alış-veriş zamanı və lotereya borcundan yarandığını əsaslandırır. 2. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərara əsasən, daxil olmuş ərizə ilə bağlı izahatının alınmasından ötrü Əminə adlı qadının mobil nömrəsinə zəng edib barəsində daxil olmuş şikayətin mahiyyəti ona izah edilməklə Lənkəran ŞRPŞ-yə gəlməsi bildirilsə də, hazırda işləri ilə bağlı Sumqayıt şəhərində olduğunu, Müqabil Kazımovun lotereya pulunun on da olduğunu, onu aldatmaq fikrinin olmadığını, rayona gələndən sonra pulunu verəcəyini, hazırda işi ilə bağlı gələ bilməyəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əminə Əliyeva ərinin dostunun arvadıdır, tanış olandan sonra Əminə "Favorlic" kosmetikdə işlədiyini bilmişdir. Əminə və əri Azər onu da həmin işə cəlb etmək istəmişlər, lakin o, xalçanın, məişət əşyalarının onlayn satışı ilə məşğul olduğuna görə bundan imtina i mtina etmişdir. Əminə ona dəfələrlə xalça, məişət əşyaları sifariş vermiş, nisyə alaraq sonradan pulunu qaytarmışdır. Əminə 2021-ci ilin noyabr ayında 28 ədəd xalça sifariş vermiş və həmin xalçaları nisyə götürmüş, özünün dediyinə görə Cəlilabad rayon sakini Şəmistan adlı şəxsə həmin xalçaları satmaq üçün vermişdir. 28 ədəd xalçanın ümumi qiyməti 9710 manat təşkil etmişdir. Əminə ona həmin xalçaların pulunu verə bilməmişdir. Həmin vaxt Əminə ona demişdir ki, sənə birdəfəlik olaraq pul ödəyə bilmirəm. Sən məni lotereya oyununa qoş həmin oyunda sən və qohumların da olsun. Ancaq mən sənin yerinə hər ay pul qoyacağam. Sən pul qoymazsan. Sonda isə sənin pulu almaq vaxtın çatanda özün götürərsən. İddiaçı da onunla razılaşmış və öz qohumlarını da lotereyaya salmışdır. Qohumları Lakin həmin məsələ də də Əminə onu aldatmış, burdan da Əminənin əvəzinə qoyduğu pula görə 4000 (dörd min) manat borcu yaranmışdır. Əminənin ona olan toplam borcu 13711 manat təşkil etmişdir. O, qohumlarımın lotereyadan olan borcunu qaytarandan sonra Əminə ilə əlaqə saxlamağa çox cəhd etsə də mümkün olmamışdır. Bundan sonra o, əri Rakim ilə birlikdə Əminənin əri Azərin evinə gedərək müxtəlif xalçalar, qazan, ətçəkən maşın, pərdələr götürmüşdür. Cavabdehin evindən götürdüyü əşyalarının qiyməti 6211 manat təşkil edir. Bundan sonra Əminənin ona olan toplam borcu 7500 manat qalmışdır. Cavabdeh onun 7500 manat pulunu qaytarmadığı üçün həmin pulu ondan tələb etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. İddiaçı iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verib ə lavə olaraq göstərmişdir ki, cavabdehlə aralarında olan alış-veriş və lotereya oyunu zamanı hesablaşmalar yalnız şifahi qaydada olmuşdur. Bu hesablaşmalara dair heç bir yazılı qaydada qeyd aparmamışlar, heç bir qəbz, müqavilə və sair tərtib etməmişlər. Aralarında olan həmin hesablaşmaya görə cavabdehin ona 7500 manat borcu qalmışdır və o, borcunu qaytarmaqdan yayınır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasında iştirak edərək ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının həyat yoldaşı Rakim onun evində qapı düzəltmişdir. Bundan sonra Rakimin vasitəsilə iddiaçını tanımışdır. Sonr adan iddiaçının onun arasında müəyyən alış-veriş olmuşdur. Belə ki, o, Sevincdən nisyə qabqacaq və xalça almışdır və mütəmadi olaraq onların pulunu tamamilə ödəyib qurtarmışdır. Sonuncu dəfə Sevinc onun evinə gələrək, ona qalan borcuna dair müəyyən məişət əşyalarını yığıb aparmışdır. Sevincin onun evindən apardığı məişət əşyalarının dəyəri ona olan borcundan da artıq məbləğ təşkil etmişdir. Aralarında olan lotereya oyunu nəticəsində də Sevincə və onun qohumlarına heç bir borcu qalmamışdır. Halhazırda iddiaçıya heç bir borcu qalmamışdır və ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən ona qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
8. X4 ifadəsində göstərmişdir ki, iş üzrə iddiaçı onun həyat yo ldaşıdır. Əminənin evində plastik qapı quraşdırmışdır. Sonradan cavabdeh onun vasitəsilə həyat yoldaşı iddiaçı ilə tanış olmuşdur. Bundan sonra Əminə ilə Sevincin arasında qab-qacaq və xalça alveri olmuşdur. Qab-qacaq və xalça alverindən Əminənin Sevincə 7500 manat borcu yaranmışdır. X10 təklif etmişdir ki, lotereya oynasınlar və lotereya da oynamışlar. Əminənin Sevincə olan borcuna dair onlar Əminənin evinə gedərək həmin borcun əvəzində onun evindən müəyyən əşyalar da götürmüşlər. Həmin əşyaları götürdükdən sonra Əminənin Sevincə qalan borcu 7500 manat təşkil etmişdir. Lakin həmin borcun hansı hesablamanın nəticəsində yarandığını bilmir. Yalnız onu bilir ki, hazırda Əminənin Sevincə ümumi olaraq 7500 manat borcu vardır.
9. X1 göstərmişdir ki, İddiaçı onun gəlinidir. Ona məlumdur ki, Sevin c “Sədərək” ticarət mərkəzindən qab-qacaq, xalça gətirib satırdı. Cavabdeh onun gəlini Sevincdən nisyə olaraq qab-qacaq və xalça alıb aparırdı. X6 borcunu ödəmək üçün iddiaçı ilə lotereya oynamağı təklif etmişdi. Lotereyanın pulunu cavabdeh yığırdı və həmin lotereyaya yalnız onun qohumları qoşulmuşdu. Ona lotereya pulu ödənilməli olduğu vaxtda Əminə pulu başqasına vermişdi. Sonradan bilmişdir ki, cavabdeh qaçıb gedib. İddiaçı cavabdehin əvəzinə ona 500 manat lotereya pulu ödəyib. Əminənin Sevincə borcu olduğunu bilir. Amma həmin borcun nə qədər olduğunu və hansı hesablamanın nəticəsində yarandığını dəqiq bilmir.
10. X2 göstərmişdir ki, iddiaçı onun qohumudur. Sevincin Əminə ilə münasibəti olduğunu, onların arasında xalça alış-verişi olduğunu bilmişdir. Əminə Sevincə lotereya oynamağı təkli f etmişdir. Cavabdehin ona da 600 manat lotereya borcu qalmışdır. Əminənin Sevincə borcu olduğunu eşitmişdir, amma həmin borcun hansı məbləğdə olduğunu və hansı hesablama nəticəsində, hansı əsasla yarandığını bilmir.
11. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(049)-532/2024 saylı qətnaməsi ilə (hakim A.E.Pənahov) iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi, 95 manat dövlət rüsumunun iddiaçı özünə aid olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, işin məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən ona yaranmış borcuna dair 7500 manat pul vəsaitini tələb edir, həmin borcunun nisyə alış-veriş zamanı və lotereya borcund an yarandığını əsaslandırır. Cavabdeh isə iddiaçıya heç bir borcunun olmadığını və iddia tələbinin əsassız olduğunu bildirir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə məhkəməyə həmin halları sübut etmək üçün heç bir mötəbər sübut, məsələn, qəbz, müqavilə, iltizam və s. məhkəməyə təqdim etməmişdir. Hazırda iddia tələbində qeyd edilən borc 7500 manat, yəni 3000 manatdan artıq məbləğdə olmasına baxmayaraq bu borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır.
13. Həmçinin tərəflər arasında əşyaların nisyə alqı-satqısına dair də müqavilə bağlanmamışdır.
14. İddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər ifadələrində cavabdehin iddiaçıya borcunun old uğunu bildirməklə, həmin borcun dəqiq hansı əsasla və hansı hesablamanın nəticəsində yarandığını bilmədiklərini qeyd etdilər.
15. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında elan edilməklə tədqiq olunan “Whatsapp” ani mesajlaşma sistemindən olan danışıqların çıxarışlarından da iddia tələbində qeyd edilən borc məbləğinin yaranma əsası və iddia tələbinin əsaslandırılması müəyyən edilmir.
16. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib-ödənilmədiyinə dair sübutlar təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2., 386.1., 7 39.1., 739.2., və 740.1 və 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 107, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-532/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdeh iddiaçı ilə aralarında olan borc məbləğinin yarandığını, həmin məbləğin ümumilikdə 13711 manat təşkil etdiyini, həmin borcu qaytara bilmədiyindən onun, yəni iddiaçı tərəfindən onda olan qab-qacaq, pərdə, xalça və digər əşyaları geri götürməklə ümumi likdə 6211 manat dəyərində əmlakı götürməyini və yerdə qalan borcun 7500 olduğunu etiraf etməklə guya xalçaların Cəlilabad rayon sakini Şəmistan adlı şəxsə satmaq üçün verdiyini və həmin şəxsin də xalçaların pulu birbaşa ona verdiyini bildirsə də, cavabdehin əri Azərin Şəmistana qarşı Cəlilabad polis şöbəsinə verdiyi şikayət üzrə Lənkəran ŞRPŞ-də aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda olan Şəmistanın izahatında xalçaların pulunu ona deyil, Əminəyə verdiyini bildirməsini nəzərə almamış, prosessual şəxs olmadığı üçün həmin qərarın surəti ona verilmədiyindən məhkəmə tərəfindən Lənkəran ŞRPŞ-dən alınması barədə vəsatət verilsə də, hakim heç bir əsas gətirmədən həmin vəsatəti rədd etmişdir. Qərarı alıb iş materiallarına ə lavə etməmiş və cavabdehin yalan danışmasını pərdələmişdir. Bundan başqa, cavabdehin məhkəmə baxışı iclasında guya o 7500 deyil, 2500 borcu olduğunu, həmin borcu da onun əri Rakimin "xxxx" ASC-yə məxsus olan plastik kart hesabına köçürdüyünü və qəbzi özündə saxlamadığını bildirdikdən sonra vəkili və onun tərəfindən həmin kart hesabından çıxarışın məhkəməyə təqdim edilməsi üçün fasilə verilməsi və ya sorğu verməklə həmin kart hesabından çıxarışın alınması üçün verilən vəsatətlər də hakim tərəfindən təmin edilməmiş, vəsatətin hansı səbəbdən təmin edilməməsi barədə də heç bir əsaslandırma aparılmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri məhkəmə tərəfindən olduğu kimi qeyd edilməmiş, onların ifadələri təhrif edilərək iddianın əsaslılığının sübutu hissəsində dəyişilmiş cavabdehin x eyrinə olan ifadələrlə əvəz edilmişdir. Bundan başqa, iddia ərizəsinə sübut növü kimi əlavə edilmiş “Whatsapp” ani yazışma sosial şəbəkəsində cavabdehlə aralarında olan yazışmalar və səs yazıları da məhkəmə iclasında araşdırılmamış, həmin araşdırmanın aparılmasına ehtiyacın olmamasını da qətnamədə qeyd edilməməklə əsaslandırılmamışdır. Habelə məhkəmə qəbul edilmiş qətnamədə aralarında olan borc məbləğinin 3000 manatdan çox olduğu və bununla bağlı olaraq aralarında yazılı borc müqaviləsinin olmadığını qeyd etsə də, həmin borcun aralarında olan nisyə-alqı satqı müqaviləsindən yarandığını unutmuş, iddianın predmetini borca verilən pul kimi qiymətləndirməyə çalışmışdır. Bundan əlavə, onun, vəkili və şahidlərinin verdiyi ifadələr və vəsatətlər “AZFEMİDA” proqramı vasitəsi ilə aparılmış videoçək ilişdə qeyd edilmişdir. Yəni verilən ifadələrin məhkəmə tərəfindən dəyişdirilməsi və vəsatətlərin qəbul edilməməsi “AZFEMİDA” proqramı vasitəsi ilə aparılmış videoçəkilişdə öz əksini tapır. Belə ki, məhkəmə iclasında ifadələr məhkəmənin qeyd edilən qətnaməsində dəyişdirilərək hakim tərəfindən məhkəmədə deyilən fikirlər yox, hakimin öz fikirləri əsasında yazılmışdır. Eyni zamanda, məhkəmə həmin məbləğin birdəfəlik satış üçün verilən əmlakların dəyəri olmadığını, hissə-hissə cavabdehə tərəfindən nisyə satış üçün mal verdiyini və cavabdeh isə həmin malların pulunu da hissə-hissə alıb ona ödəməməklə borcun yığılıb 7500 manat yaranması hallarını araşdırmamışdır.
20. İddiaçı bildirmişdir ki, 9000 manat puldan 7500 manatı xalçanın puludur, lakin xalça və lotereyanın pulu qarışıq hesablanmışdır. Xalça 28 ədəd olmaqla öz qiymətində olmuş, 350 manatdan 4 xalça ona qaytarılmışdır. Cavabdehlə həmişə mal alqı-satqısı etmiş, belə ki, malları cavabdehə satmış, o da alıb həmin malları başqasına sataraq iddiaçıya pulunu qaytarmışdır. Ona hazırda xalçaların pulu maraqlıdır. Xalçaları cavabdehlə 8600 manat razılaşmış, daha sonra cavabdeh bazarda xalçaların daha ucuz olmasını öyrənmiş və razılaşdırılan qiymətə xalçaları sata bilməyəcəyini qeyd edərək Şəmistan adlı şəxslə razılığa gəlmişdir. Qeyd edir ki, xalçaları Şəmistan ondan yox, cavabdehdən götürmüşdür. Cavabdeh xalçaları Şəmistana satıb-satmamağı ilə bağlı fikir mübadiləsi apararkən iddiaçı telefonda ona Şəmistana aşağı qiymətə satmamasını bilmişdir. Lakin cavabdeh vəziyyətinin pis olduğunu, çıxılmaz vəziyyətdə qaldığını, başqa şəxsə s ata bilməyəcəyini bildirdikdən sonra bu məsələni onun ixtiyarına buraxdığını bildirmişdir. Xalçaları öz pulu ilə “Sədərək Ticarət Mərkəzi”ndən götürürdü. Cavabdeh xalçanı götürəndə ona aylıq 50 manat verəcəyini bildirmişdir. Lakin borclarını ödəyə bilmədiyi üçün onu lotereyaya qoşmuşdur. Lotereyanı cavabdeh təşkil etmiş və iddiaçı ora pul qoymamışdır. Cavabdehin başqa borcları da var idi ki, həmin borcun qarşılığı olaraq iddiaçı onun evindən əşyalar götürmüşdür. Həmin əşyalar məişət əşyaları olub. Onun xalçaya heç bir aidiyyəti yoxdur. Həmin əşyaları cavabdehə nisyə vermiş, lakin o, borcunu qaytara bilməmişdir. Əşyaları cavabdehin yoldaşının yanında götümüşdür. Lotereya ilə bağlı bildirir ki, ordan baldızı 500, qaynanası 1000 manat götürüb. Pulu qaytarılmayan şəxslər dayısı, nənəsi və qonş usunun 200 manatı olub. Şəmistanla xalçanın qiyməti və satılması barədə heç vaxt danışmamışdır. Lakin borcu soruşduqda, Şəmistan xalçaların pulunu cavabdehə verdiyini bilirmişdir.
21. Cavabdeh göstərmişdir ki, ona iddiaçı tərəfindən 8600 manat dəyərində 26 ədəd xalça verilmişdir. Bazar qiyməti ilə müqayisədə həmin xalçalar daha bahadır və buna görə də, həmin xalçaları sata bilməmiş, mallar “əlində qalmışdır”. Bundan sonra xalçaları iddiaçıya qaytarmaq istəmiş, lakin iddiaçı xalçaları götürməmişdir. O da məcbur olub, Şəmistan adlı şəxsə dəyərindən aşağı qiymətə satmışdır. Şəmistan xalçaları 3500 manata dəyərləndirmiş və bu qiymətə razılaşıb ona satmışdır. Xalçaların hamısını Şəmistan aparmışdır. O, xalçaları Şəmistana qeyd edilən qiymətə verib-verməməklə bağlı iddiaçıdan soruşmuş, iddiaçı i sə xalçaların ucuz qiymətə istənildiyini bildirmişdir. Onun iddiaçıya xalça pulu borcundan qalan 6000 manat borcunu hissə-hissə ödəyirdi. Xalçadan başqa alverləri də olmuş, satdıqca onun pulunu qaytarmışdır. Lakin onun borcunu ödəyə bilmədiyinə görə iddiaçı borcun qarşılığı olaraq gəlib evdən onun əşyalarını götürmüşdür. Əşyalar götürüləndə özü orda olmamışdır. Həmin əşyaların dəyəri 6000 manat məbləğ təşkil edir. Onun hazırda iddiaçıya heç bir borcu yoxdur.
22. Şirvan Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(106)-1158/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, (hakimlər P.T.Əhmədov – (sədrlik edən və məruzəçi), T.S.Kərimov, C.H.İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəm əsinin 11 mart 2024-cü il tarixli 2(049)-532/2024 saylı qətnaməsi ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdehdən 7500 manat məbləğini, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 95 manat və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 49 manat 60 qəpik məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
23. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşmayaraq mövqeyini belə əsaslandırmışdır ki, işin mübahisəsiz hallarına əsasən iddiaçı öz iddia tələbində cavabdehdən ona verdiyi xalçanın dəyəri qismində 7500 manat pulunu istəyir.
24. Belə ki, iddiaçı cavabdehə 8600 manat dəyərində 26 ədəd xalçanı nisyə qaydada satmış və cavabdeh isə həmin xalç aların dəyərini onları satıb pul əldə etdikcə hissə-hissə olmaqla, qaytarmalı olmuşdur. Bu fakt birinci instansiya məhkəməsində cavabdehin izahatı ilə də müəyyən edilmişdir. İşdən açıq-aşkar görünür ki, tərəflər xalçaları konkret qiymət üzrə razılaşmış və onlar cavabdehə 8600 manat məbləğə nisyə satılmışdır. Cavabdeh həmin xalçaları Cəlilabad rayon sakini X3 ilə 3500 manata razılaşaraq sonuncuya satmışdır. Cavabdeh adıçəkilən xalçaları satarkən iddiaçı ilə məsləhətləşdiyini desə də, iddiaçı həmin qiymətin ucuz olduğunu bildirmişdir. Bu baxımdan da, onların satılması zamanı gəlir və ya zərər üçün də məsuliyyəti məhz cavabdeh daşıyır. İddiaçı ilə hər hansı qiymətlə əlaqədar məsləhət etmək cavabdehin iddiaçı qarşısında məsuliyyətini qarşılamır.
25. Qeyd edilməlidir ki, tərəflər arasında 8600 manat dəyərində qiymətləndirilən xalçaların baha qiymətə satılması zamanı da əldə edilmiş gəlir də cavabdehə qalacaqdı. Bununla yanaşı, diqqətdən qaçırılmamalıdır ki, cavabdeh öz izahatında xalçadan başqa alverinin də olduğunu və satdıqca iddiaçıya olan borcundan ödənişlər etdiyini göstərmişdir.
26. Cavabdeh iddiaçıdan 8600 manat dəyərində nisyə aldığı 26 ədəd xalçanın pulunun iddiaçıya ödənildiyini, eləcə də qalan dəyərinin iddiaçı tərəfindən aparılmış digər əşyalar – məişət avadanlıqları hesabına ödənildiyini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir.
27. Habelə işin mübahisəsiz hallarından iddiaçı tərəfindən cavabdehə xalçadan əlavə müxtəlif məişət əşyalarının da verildiyi məlumdur. İddiaçı da özlüyündə həmin əşyaların deyil, məhz xalçanın dəyərini tələb etdiyini bildirmi şdir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin:385.1., 386.1., 427.3, 442, 567, 599.1., 599.3. və 600.1-ci və Mülki Prosessual Məcəlləsinin 76, 77, 107, 119, 218.3, 384.0.2, 385.1.1. və 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
29. Cavabdeh (vəkil-Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(106)1158/2024 saylı qətnaməsinin ləğv edilərək müəyyən edilmiş hallar və iş materiallarında olan sübutlar əsasında iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, qətnamədə göstərilir ki, tərəflər arasında məişət əşyalarının nisyə alqı-satqısı barədə heç bir müqavilə yoxdur. Göstərilən Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lakin məhkəmə qanunun göstərilən normalarını nəzərə almamışdır. Bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin iddiaçının cavabdehə hansı məbləğdə mal verməsi, onların dəyərləri və iddiaçının cavabdehin evindən hansı məbləğdə mallar götürməsi barədə məlumatların olmadığı halda cavabdehin iddiaçıya borclu olması barədə nəticəsi qanunsuz və yanlışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır.
31. Kassasiya şikayətin in əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzə rdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
32. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (q iyməti) ödəməyi öhdəsinə götürür.
34. Maddə 599.1 Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427 uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
35. Maddə 599.3 Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
36. Maddə 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddə tdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. K assasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Cavabdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahi yyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq iddiaçı ilə olan əmək müqaviləsi ləğv olunan zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş məcburi qaydaların pozulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlar ında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1158/2024 nömr əli iş üzrə 16 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.