Məhkəmə qərarları › İş №2(102)-2156/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2156/2022

05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2156/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşağın mənşəyi müəyyən edilmədiyi halda aliment tələbinin həlli) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10597/2021 nömrəli, 15.12.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikahda olmuşdur. İddiaçının 01 yanvar 2008-ci il təvəllüdlü YYY, 13 aprel 2009-cu il təvəllüdlü Bəsti və 27 avqust 2013-cü il təvəllüdlü FFFoğlu adlı uşaqları doğulmuşdur. Uşaqların atalığının müəyyən olunması haqqında birgə ərizə verilməmiş, uşaqların atası haqqında qeyd iddiaçının ərizəsi əsasında yazılmışdır. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi yardım etmədiyinə görə tərəflərin arasında hazırki mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2008-ci il tarixində doğulmuş X3, 13 aprel 2009-cu il tarixində doğulmuş X4 və 27 avqust 2013-cü il tari xində doğulmuş X5 atası olduğunun (atalığın) müəyyən edilməsi və Cavabdeh 01 yanvar 2008-ci il tarixində doğulmuş X3, 13 aprel 2009-cu il tarixində doğulmuş X4 və 27 avqust 2013-cü il tarixində doğulmuş X1 üçün hər birinə 170 manat miqdarında uşaqlar yetkinlik yaşına çatana qədər aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 01 yanvar 2008-ci il tarixində doğulmuş X3, 13 aprel 2009-cu il tarixində doğulmuş X4 və 27 avqust 2013-cü il tarixində doğulmuş X1 üçün hər birinə 170 manat miqdarında uşaqlar yetkinlik yaşına çatana qədər aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikah bağlamasalar da, lakin 20 07-ci ildən 2018-ci ilədək faktiki nikah münasibətlərində olmuşlar. Cavabdeh tərəfindən mütəmadi olaraq fiziki təzyiqlərə məruz qaldığından iddiaçı məcburiyyət qarşısında uşaqlarını götürüb ata evinə getmiş və hal-hazırda da valideynləri və qardaşı ilə birgə kirayədə yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün vəsait verməkdən boyun qaçırır.

4. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmiş, iddia tələbinə yazılı münasibət bildirməmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6906/2020 nömrəli, 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia qismən təmin edilmiş, Cavabdeh 01 yanvar 2008-ci il təvəllüdlü X3, 13 aprel 2009- cu il təvəllüdlü X4 və 27 avqust 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 m anat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın alimentə dair hissəsinin dərhal icra edilməsi və alimentin tutulması müddətinin 11.11.2020-ci il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-75.4, 78.1, 78.2, 100.2-ci maddələrinə və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir.

7. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında onun iştirakı təmin olunmamış, çəkişmə prinsipinin tələbi pozulmuşdur. Həmçinin uşaqların doğum şəhadətnaməsində ata adı yal nız ananın ərizəsi əsasında yazılmışdır. Halbuki, uşaqların atası barədə məlumat valideynlərin birgə ərizəsi əsasında yazılmalıdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 17.05.2000-ci il tarixli qərarı ilə həqiqi hərbi xidmətdən tərxis olunmuş, xəstəliyinə görə də İİ qrup ümumi xəstəliyinə görə 295.78 manat məbləğində ömürlük pensiya təyin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (15.12.2021-ci il tarixli, 2(103)10597/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışınski və R.Eyvazov) Cavabdeh apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iddianın rədd olunması qət edilmişdir.

9. Apellyasiya məhkəməsi instansiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə, habelə Ədliyyə Nazirliyinin Daşkəsən rayon Qeydiyyat şöbəsinə və Ədliyyə Nazirliyi Gəncə “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə sorğular ünvanlamışdır. Ədliyyə Nazirliyinin Daşkəsən rayon Qeydiyyat şöbəsinin 03.12.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Daşkəsən rayon İHB-nın Qabaqtəpə İƏDÜN-liyi tərəfindən X6 barəsində tərtib edilmiş 08 saylı, 04.02.2008-ci il tarixli doğum haqqında akt qeydində və Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən X8 barəsində tərtib edilmiş 180 saylı, 22.06.2011-ci il tarixli doğum haqqında qeydində qeyd edilmiş məlumatlara əsas ən hər iki doğum haqqında akt qeydi nikahda olmayan ananın ərizəsi və doğum haqqında tibbi şəhadətnamə əsasında tərtib edilmişdir

10. Ədliyyə Nazirliyi Gəncə “ASAN XİDMƏT” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 03.12.2021-ci il tarixli məktubuna və məktuba əlavə olunmuş sənədlərə əsasən, Gəncə Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə ilə bağlı 27.08.2013-cü il tarixdə anadan olmuş X5 akt qeydləri tək ananın ərizəsi əsasında aparılmışdır.

11. Apellyasiya kollegiyası sorğu əsasında təqdim olunan sənədlərə əsasən belə hesab etmişdir ki, İddiaçı hər üç uşağın doğum haqqında şəhadətnamələrin surətini təqdim etsə də, atalığın müəyyən edilməsi barədə məhkəməyə sənəd təqdim etməmişdir. Buna görə də, iş materialları ilə cavabdehin uşaqların at ası olması təsdiq olunmadığından, ona qarşı aliment tələbinə dair iddia ərizəsi təmin oluna bilməz.

12. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 44.3, 45.1, 46.2, 46.3cü maddələrinə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmış dır ki, apellyasiya instasiyası məhkəməsi işə baxarkən iş materiallarında olan 23.11.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabunçu RPİ-nin PŞ-nin icraatında olmuş HK-1 4170 saylı materialla əlaqədar qərarı nəzərə almamış, qərarda cavabdehin etiraflarına hüquqi qiymət verməmiş və məhkəməyə təqdim olunan öz toylarının, uşaqların ad günləri mərasimi və 2013-cü il təvəllüdlü X2 toy mərasiminin video görüntülərinə baxış keçirməmişdir. Baxmayaraq ki, video görüntülərə baxış keçirilməsi barədə vəsatət verilmişdir. c)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı verdiyi yazılı etirazında kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər

15. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

16. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə

43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə

44. Uşağın mənşəyinin müəyyən edil məsi 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hü ququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Maddə

45. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə

46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşa ğın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Maddə 75.1. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludur.

18. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən s axlaya bilər. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416.1)

20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3)

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən maddi-hüquq norması Ailə Məcəlləsinin 75.1-ci maddəsidir. Həmin normaya görə valideynlər uşaqlarını saxlamağa borcludur.

25. Alimentin tutulması barədə işə baxılarkən hər bir halda məhkəmə araşdırmasının ilk addımı uşağın mənşəyinin müəyyən olunmasından ibarətdir. Çünki Ailə Məcəlləsinin 43-cü maddəsi valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsası kimi qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasını tələb edir.

26. Nəzərə alınmalıdır ki, hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı hüquqi faktlarla əlaqədardır. Hüquqi fakt dedikdə - qanunda nəzərdə tutulan, konkret hüquq mün asibətlərinin əmələ gəlməsi (həmçinin, dəyişməsi və xitam edilməsi) üçün əsas olan həyati hallar (hadisə və hərəkətlər) başa düşülür. Bu tərifdə bəhs olunan “qanunda nəzərdə tutulan” anlayışı, hüquqi faktın bilavasitə hüquq normasında nəzərdə tutulmasını ehtiva edir. Yəni tərəflərin münasibətlərini xarakterizə edən istənilən faktlar deyil, yalnız müəyyən hüquqi nəticələrə səbəb olan, hüquqi əhəmiyyət kəsb edən faktlar, hüquq və vəzifələrin yaranmasına səbəb ola bilər.

27. Cavabdehdən ata olaraq uşağı saxlamaq vəzifəsinin icrasını tələb etmək üçün, hüquq yaradan hüquqi fakt kimi uşağın mənşəyinin təsdiq olunması çıxış edir. Baxılan işdə tərəflər arasında nikah bağlanmadığına görə, bu cür təsdiq, uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında və ya məhkəmənin qərarı əsasında aparılan qeyd sayılır.

28. Lakin iddiaçının uşaqlarının atası barədə qeyd iddiaçının özünün deməsinə görə yazılmış, cavabdehin ərizəsi olmamışdır. Bu o deməkdir ki, Ailə Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan, cavabdehin uşaqlara münasibətdə hüquq və vəzifələrinin yaranması üçün əsas ola biləcək, qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyi təsdiq olunmamışdır. İşin bu halı iddia tələbinin təmin olunmaması üçün əsasdır və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və asalıdır.

29. Kassatorun dəlillərində sadlanan hallar - apellyasiya instansiyası məhkəməsinin iş materiallarında olan cinayət işi başlanmasının rədd olunması barədə qərarında cavabdehin üç uşaqları olmasını etiraf etməsi, həmçinin apellyasiya şikayətində cavabdehin uşaqların onun olm aması barədə dəlil irəli sürməməsi, yalnız apellyasiya məhkəməsinin iclasında uşaqların onun olmaması barədə fikir səsləndirməsi barədə dəlillər qətnamənin ləğvi üçün əsas deyildir.

30. Çünki yuxarıda qeyd olunduğu kimi Ailə Məcəlləsinin 43-cü maddəsi valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsası kimi qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasını tələb edir. Bu norma onu ehtiva edir ki, cavabdehin atalığı etiraf etməsi iddianın təmin olunması üçün hüquqi fakt əhəmiyyətinə malik olmur. Onun ərizəsi əsasında buna səlahiyyəti olan orqanlar (Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında qeyd olunduqdan sonra hüquqi fakt kimi qüvvəyə malik olur.

31. Kassator un işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlilləri kassasiya instansiyası məhkəməsində araşdırılmır və onlara qiymət vermir.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10597/2021 nömrəli, 15.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar