Məhkəmə qərarları › İş №2(102)-2158/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2158/2023

31.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2158/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2, Sumqayıt “Asan xidmət” mərkəzi notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin mübahisələndirilməsi, mirasın qəbulu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X8 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras almış əmlaka payların müəyyən edilməsi” tələbinə dai r mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-76/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2, mənzil 35 (bundan sonra - mübahisəli mənzil) xx.xx.2004-cü il tarixdən X5 mülkiyyətində olmuşdur.

2. X5 birinci nikahından X9 və Cavabdeh2 adlı övladları olmuşdur.

3. X10 07 noyabr 2006-cı il tarixində İddiaçı (bundan sonra – iddiaçı) ilə rəsmi nikaha daxil olmuşdur, həmin nikahdan övladları olmamışdır.

4. X9 xx.xx.2016-cı il tarixdə X7 (bundan sonra – üçüncü şəxs) ilə rəsmi nikaha daxil olmuşdur.

5. X10 09 yanvar 201 7-ci il tarixdə ölmüşdür.

6. X9 mübahisəli mənzili miras əmlak kimi qəbul etmək üçün xx.xx.2017-ci il tarixli ərizə ilə Sumqayıt Asan xidmət Mərkəzində Notariat kontoruna (bundan sonra – ikinci cavabdeh) müraciət etmiş, vərəsə kimi yalnız özünü və bacısı Cavabdeh2 (bundan sonra – cavabdeh) göstərmişdir, sonuncu da eyni tarixdə notariat qaydada təsdiq olunmuş ərizə verərək atasından miras qalmış əmlakdakı ona çatası paydan qardaşı X6 xeyrinə imtina etmişdir. 12 sentyabr 2017-ci il tarixində X6 mənzilə dair tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, xx.xx.2017-ci il tarixdə mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır.

7. X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində X6 adına xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş ******* reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, X2 miras qalmış mübahisəli mənzilə dair iddiaçının miras payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X10 vəfat etdikdən sonra mərhumun birinci nikahdan olan övladları X9 və cavabdeh mərhumun həyat yoldaşına qarşı aqressiv davranaraq, uzun müddət yaşa dıqları evdən qanunsuz məcburi çıxarmışlar. Ardınca gizlində ona və notariusa xəbər vermədən mərhumun miras əmlakına qanun üzrə vərəsəlik şəhadətnaməsi alaraq mənzili mülkiyyətlərinə keçirtmişlər. Mərhumun övladlarının qanunsuz real təzyiq və hədə-qorxu davranışlarından uzun müddət iddiaçı notariusa müraciət edib qanun üzrə ona düşəcək payı istəyə bilməmişdir. Həm də iddiaçı övladların mütəmadi dedikləri məlumata etibar edib hesab etmişdir ki, ümumiyyətlə vərəsəlik açılmamış və miras qəbul edilməmişdir. 15 fevral 2021-ci il tarixində X9 vəfat etdikdən sonra iddiaçı birgə nikahdan olan mənzilə qanun üzrə vərəsəlik payını almaq üçün notariusa müraciət etmişdir. Lakin, ona məlum olmuşdur ki, mərhumun övladları ona xəbər vermədən və notariusa yalan məlumat verərək mənzilə dair qanun üzrə vərəs əlik hüququna dair şəhadətnamə almışlar, sonra mənzili X6 mülkiyyətinə keçmişdir. Cavabdeh Notarius öz növbəsində qanun üzrə vərəsələrin siyahısını müəyyən etməmiş, araşdırma aparmadan yalnız mərhumun övladlarının verdikləri məlumatla kifayətlənərək, qısa zamanda övladlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bununla da iddiaçının konstitusiya və bir sıra mülki hüquqları kobud və qanunsuz şəkildə pozularaq, onun həm qanunla vərəsəlik hüquqlarını realizə etmə imkanı, həm də qanunla ona düşən əmlak payı əldə etmək imkanı faktiki və hüquqi olaraq qanunsuz şəkildə itirilmişdir. Həmin vəziyyətdən sui-istifadə edən X6 həyat yoldaşı Fərəcova Səadət notariat kontoruna müraciət edib, eynilə notariusa yalan məlumat verərək mənzilə tam hüquqla vərəsəlik payı tələb edərək əriz ə vermişdir. Rəsmi sənədlərdən və vərəsəlik dosyesindən aşkar görünür ki, notariat kontoru tərəfindən 1 gün ərzində heç bir araşdırma aparmadan, həqiqi vərəsələri, onların paylarını müəyyən etmədən vərəsə Xəyyam Fərəcova qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Vərəsələr iddiaçı barədə məlumatı gizlətməklə yanaşı, həm də rəsmi sənədlərə saxta məlumatları yazdırıb, notariat kontoruna təqdim etməklə miras əmlakı qanunsuz şəkildə ələ keçirmişlər.

10. Birinci instansiya məhkəməsindəki icraatda birinci cavabdehin nümayəndəsi və Vəkil2 iddia tələbini qəbul edərək bildirmişdir ki, mərhum X9 birinci cavabdehin qardaşıdır. O, düzgün həyat tərzi keçirməmişdir. Belə ki, o, narkotik vasitələrin aludəçisi olmuş, bacısını (cavabdehi) notariusda onun xeyrinə ərizə yazmağa məcbur etmişdir. Bu səbəbdən cavabdeh iddianın təmin edilməsini xahiş edir. Vəkil iddianın etiraf edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir.

11. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, 2009-cu ildən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 24-cü məhəllə, ev 2, 33 saylı mənzildə yaşayır. Xəyyamla dost olmuşdur. İddiaçı isə cəmi bir dəfə həmin ünvanda görmüşdür. Mətanət deyəsən Çingizin arvadı idi. Rəsmi və ya qeyri-rəsmi olduğunu bilmir. Mübahisəli mənzildə Xəyyam yaşayıb.

12. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5358/2021 nömrəli işi üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın təmin edilməsi, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində X6 adına xx.xx.2017-ci il tarixində 2V-790 re yestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş ******* reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, X2 miras qalmış mübahisəli mənzilə iddiaçının 1/3 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, iddiaçının mərhum X10 ilə 11 il rəsmi nikahda olması, məhkəmə iclasında şahid qismində ifadə verən miras əmlakın yerləşdiyi binada yaşayan qonşunun da onu tanıması, həmin ünvanda görməsi iddiaçının həmin ünvanda yaşamasını təsdiq edir.

14. İddiaçı hazırkı tələbində ərindən mira s qalmış əmlaka dair verilmiş vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız sayılmasını tələb edir. İddiaçının bu tələb üzrə subyektiv hüququnun olması üçün təkcə ərinin qanun üzrə vərəsə sayılması kifayət etmir. Çünki mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır.

15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək mirasın qəbulu üçün notariusa müraciət etməməsini X3 qorxması, Xəyyamın onu mənzildən qovması, onun tərəfindən təzyiqlərə məruz qalması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının bu dəlillərini inandırıcı hesab edərək qeyd etmişdir ki, cavabdehin nümayəndəsi də X1 digər vərəsələrə təzyiq göstərdiyini, o cümlədən Xəyyamın Atlazı onun xeyrinə mirasdan imtina etməyə məcbur etdiyini bildirmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, müba hisəli şəhadətnaməni verən notarius qanunvericiliyin sözügedən tələblərinə əməl etməmiş, mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində X6 adına xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən onun etibarsız hesab edilməsi hissəsində və daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ******* reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın verilməsi üçün əsas olmuş sənəd etibarsız hesab edildiyindən iddia tələbi həmin çıxarışın ləğv edilməsi hissəsində əsaslıdır.

18. Məhkəmə iddia tələbinin X2 miras qalmış mübahisəli mənzilə dair iddiaçının miras payının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, X10 öldüyü vaxt – 2017ci ilin yanvar ayında onun birinci növbədən sağ üç vərəsəsi olmuşdur: İddiaçı, X9 və Cavabdeh2. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, X2 miras qalmış mübahisəli mənzilə iddiaçının1/3 hissədə miras payı müəyyən edilməlidir

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.3, 337.4, 337.5, 1133.1, 1159.1.1, 1243.1,1243.2, 1246, 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Üçüncü şəxs (X7) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum miras qoyan X5 xx.xx.2017-ci il tarixdə vəfat etməsindən məlumatı olmuşdur. Lakin, həmin vaxtlar vərəsə olması ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Göründüyü kimi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdiyi gündən 4 il 6 ay vaxt keçmişdir. Lakin, məhkəmə qətnaməsində müddət məsələsinə toxunulmamışdır. Bununla bağlı vəsatət vermişdir. İddiaçı vərəsəlik işi açılan zamanı notariat kontoruna müraciət etməmişdir bu mübahisəsiz haldır. İddiaçı 09 yanvar 2017-ci il tarixdə vəfat etmiş əri X2 miras qalan mübahisəli mənzildə yaşamadığına görə faktiki də mirası qəbul etməmişdir. Bunu məhkəmədə dindirilmiş şahid də təsdiq etmişdir. X4 ifadə verərkən bildirmişdir ki, iddiaçını həmin ü nvanda yalnız 2009-cu ildə bir dəfə görmüşdür, Çingizin yas mərasimində iddiaçı olmamışdır. İddiaçı miras əmlakı faktiki qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir, əksinə məhkəməyə təqdim etdiyi MİS-nin arayışından görünür ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmayıb və orada yaşamayıb. Həmin mənzildə üçüncü şəxs 2016-cı ildə gəlin gəlmiş və orada bu günədək yaşayır. Mülki iş materiallarından göründüyü kimi iddiaçı miras əmlakı nə faktiki sahiblik etməmiş, nə də miras əmlakı faktiki idarə etməmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarına istinad etsə də, iddiaçının miras əmlakın faktiki qəbul etməsinin hansı halla müəyyən etdiyini, hansı sübuta söykəndiyini göstərməmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-76/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova və Almaz Süleymanova) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum əri Çingiz Fərəcovdan miras qalmış əmlakı qəbul etməsi görünmür. Əksinə iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı mirasın açıldığı 2017-ci ildən mərhumun oğlu Xəyyam Fərəcovun ölümünə qədər (xx.xx.2021-ci il tarixə) keçən müddət ərzində qəbul etməsinə yönələn heç bir hərəkət etməmişdir. İddiaçı bunu Xəyyamın onu təzyiqlərə məruz qoyma sı ilə əsaslandırmağa çalışsa da, bunu təsdiq edən hər hansı tutarlı sübutlar məhkəməyə təqdim etməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini sözügedən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində təmin edərkən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımı qiymət verməmişdir. Belə ki, iddiaçı mərhum əri Çingiz Fərəcovdan miras qalmış (2017-ci ildən xəbərdar olsa da) əmlakı qəbul etməyə yönələn hərəkətləri etməmiş və bununla da istər subyektiv vərəsəlik hüququnu, istərsə də mirasın qəbul faktını rəsmiləşdirən şəhadətnamənin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş imkanı itirmişdir. Bu baxımdan apellyasiya instansiya sı məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müraciət edərkən Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddəti də ötürmüşdür.

25. İddiaçının həmin şəhadətnamənin mövcudluğundan gec xəbər tutması barədə iddia ərizəsində göstərdiyi dəlillə əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ərizəsində qeyd etdiyi bu halı müddətdən yayınmaq məqsədi daşıyır. Belə ki, iddiaçı mənzillə hüquq və mənafelərinin müdafiəsi üçün gələcəkdə yaranan biləcək pozuntuların qarşısının alınmasına ağlabatan sayıqlıq, diqqət və sair göstərməli olduğu halda bunu etməmiş və həmin şəhadətnamənin qeydiyyata alınmasının hansı vaxtdan bəlli olmasını təsdiq edən, mərhumun övladlarının ona qarşı qanunsuz real təzyiq və hədə qorxu davranışları ilə bağlı müvafiq orqana müraciət etməsinə mane olan halları təsdiq edən sübutlar təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə iddiaçının ərizəsində göstərdiyi dəlilləri əsaslı hesab etməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində X6 adına xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddia tələbi təmin edilə bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şəhadətnamə əsasında verilmiş ******* reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, həmin çıxarışın verilməsinə səbəb olan şəhadətnamə etibarsız hesab edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilməməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin X2 miras qalmış Abşeron rayonu, Xırdalan qəsəbəsi, 24-cü məhəllə, ev 2, 35 saylı mənzilə dair İddiaçı miras payının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzillə bağlı mərhum Xəyyam Fərəcovun adına verilmiş vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş çıxarış qüvvədə olduğundan və sonuncunun ölümü ilə ona münasibətdə miras əmlaka vərəsəlik açıldığından, mübahisəli mənzilə dair iddiaçının miras payı müəyyən edilə bilməz.

29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1243.1, 1243.2, 1272-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022ci il tarixli və 2020-ci il 12 ma rt tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamə ilə həqiqət təhrif edilmiş, həqiqi hallar tam göstərilməmiş, iddiaçının xeyrinə olan faktlar gizlədilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Qətnamədə yalnız Mülki Məcəllənin 140, 375, 1242, 1243.2, 1272-ci maddələrinə istinad edilsə də, bu normalar mübahisəyə səhv tətbiq edilmişdir. Plenum qərarları yalnız İİİ şəxsin xeyrinə təhrif edilmiş şəkildə tətbiq ed ilmiş, həm də, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından və təcrübəsindən istifadə edilməmişdir. Qeyd edilən qaydalar məhkəmə tərəfindən kobud pozulub. Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində X6 adına xx.xx.2017-ci il tarixində 2V790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən iddia əsaslıdır və təmin olunmalıdır. Mülki Məcəllənin 140-cı maddəsinin bu hadisəyə tətbiqi kobud pozuntudur. Həmin maddənin tətbiqi iddiaçının konstitusiya ilə təmin edilmiş miras əmlaka mülkiyyət hüququnu əsassız məhdudlaşdırır. Ziddiyyətli halları ifşa edən mötəbər dəlilləri, etirafları, şahidin yalan ifadə verməsini, saxta sənədləri müəyyən etsə də, məhkəmə həmin həqiqi məsələləri qərəzli şəkildə gizlə tmiş, üçüncü şəxsin xeyrinə təhrif və tövsif etmişdir. Nəticə odur ki, apellyasiya şikayətini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olmasını və cavabdehin və üçüncü şəxsin iddia üzrə cavab verməli şəxs olduğunu müəyyən edir. İddiaçı iddia qaldırarkən onun konkret olaraq maddi hüquq münasibəti üzrə tələb etmək hüququ olan şəxs olması məhkəmə tərəfindən aşkar olunsa, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi qanunsuzdur. İşin materiallarından görünür ki, məhkəmə iddiaçıya münasibətdə qərəzli münasibət göstərərək onun təqdim etdiyi halları qanunvericiliyə zidd olaraq gizlətmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

35. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

36. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonr a, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

37. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarı

38. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etm əkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarı

39. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər.

40. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır.

41. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi ha llarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayə tin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellya siya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

55. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-76/2023 nömrəli iş üz rə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar