Məhkəmə qərarları › İş №2(102)-2159/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2159/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2159/2024 13.05.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Şikayətin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, Balakən Rayon Məhkəməsinin e-2(019)-502/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı QSC-nin şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə CMM000089 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 62 AZ N borcun, 9.3 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-502/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmış, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə hazırki iddia ilə məhkəmə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə qərardaddan şikay ət vermişdir. Şikayət baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 403-1.3-cü maddəsinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, şikayəti iddiaçının nümayəndəsi imzalamış, şikayət vəkil tərəf indən tərtib edilməmiş, vəkil orderi işə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 403-1.4-cü maddəsinə görə şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinc i instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 4031.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əməl etməmiş, şikayətə baxmadan onu kassasiya instansiyası məhkəmə sinə göndərmişdir. Halbuki birinci instansiya məhkəməsi öz qərardadının nəticə hissəsində ondan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilməsi barədə izah da vermişdir. Bu səbəbdən şikayət Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən tələblərinə uyğun olmadığı üçün şikayətin icraata qəbulundan imtina edilməli, şikayət ilkin olaraq Mülki Prosessual Məcəllənin 403-1.3, 403-1.4-cü və daha sonra 269-cu maddələrinə əməl edilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 403-1.3 və 403-1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı QSC-nin Balakən Rayon Məhkəməsinin e-2(019)-502/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməsin və şikayət Mülki Prosessual Məcəllənin 403-1.3, 403-1.4-cü və 269-cu maddələrinə əməl edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar