Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2160/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2tariat Ofisi, Cavabdeh3 (X5, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: şəhadətnamənin etibarsız hesab olunması, müqavilənin və çıxarışın ləğvi, əmlakın əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən edilməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakiml əri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X9 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2tariat Ofisi, Cavabdeh3 (X5, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı 05 yanvar 2021-ci il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021-ci il tarixli 3M1 reyestr nömrəli müqavilənin ləğv olunması, 27 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müə yyən olunması barədə iddia tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2951/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X22 (xx.xx.2021-ci il tarixində vəfat etmişdir) ilə X8 arasında 21 dekabr 1962-ci ildə rəsmi nikah bağlanmışdır.
2. Birgə nikahdan X10 (iş üzrə üçüncü şəxs), X11 (iş üzrə cavabdeh) və İddiaçı (iş üzrə iddiaçı) adlı övladları anadan olmuşdur.
3. Cavabdeh3 və mərhum X22 miras qoyan X2 (03 iyun 2003-cü il tarixində vəfat etmişdir) övladlarıdır.
4. Miras əmlak X2 adına mülk kimi qeydə alınmış ünvan 1 ünvanda yerləşən 0,0608 ha həyətyanı torpaq sah əsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən (bundan sonra – miras əmlak) ibarətdir.
5. Miras əmlaka dair X2 adına tam mülkiyyət hüququ ilə 04 noyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
6. Şəmkir rayon 1 saylı notariat ofisinin 2V-1 nömrəli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında miras əmlak X22 və Cavabdeh3 adına özgəninkiləşdirilmişdir.
7. Şəmkir rayon 1 saylı notariat ofisinin 05 yanvar 2021-ci il tarixli 3М-1 nömrəli müqaviləsi əsasında X22 və Cavabdeh3 miras paylarını Cavabdeh1 adına özgəninkiləşdirilmiş və оnа 27 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras əmlaka görə Şəmkir rayon 1 saylı notariat ofisində qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021-ci il tarixli 3M-1 reyestr nömrəli müqavilənin ləğv olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, mərhum nənəsi X3 onlarla bir ailədə yaşamış və 11 mart 1992-ci il tarixli 2K-28 reyestr nömrəli vəsiyyətnamə ilə bütün əmlakını ona vəsi yyət etmişdir. Nənəsinin vəfatından sonra ondan qalan miras əmlak həm onun, həm də onun atası Azər Rzayev tərəfindən faktiki olaraq qəbul edilmişdir. О, mərhumun vəsiyyət üzrə vərəsəsi olmuş, atasının isə mirasdan məcburi pay hüququ olmuşdur. X4 İddiaçı vəsiyyətnamə verməsindən bütün ailə üzvlərinin məlumatı olmuşdur. Lakin buna baxmayaraq mərhum atası X24 rayon 1 saylı notariat ofisinə müraciət edərək özünü və digər Cavabdeh3 qanun üzrə vərəsə kimi təqdim etmiş və 05 yanvar 2021-ci il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Мərhum atası qeyd olunan vərəsəlik şəhadətnaməsini qeydə alınarkən Şəmkir şəhəri, Üzeyir Hacıbəyov küçəsi 7 ünvanında 0,0608 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair 04 noyabr 2020-ci il tarixdə mər hum nənəsinin adına ********** qeydiyyat nömrəli reyestdən çıxarış almışdır. Daha sonra mərhum atası və bibisi Natella həmin miras əmlakı 05 yanvar 2021-ci il tarixli 3M-1 reyestr nömrəli müqavilə əsasında Cavabdeh1 adına özgəninkiləşdirmişlər. Hesab edir ki, notariat ofisi onun mərhum nənəsi Şahnabatdan qalan mirasa qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib edən zaman ciddi qanun pozuntusuna yol vermişdir. Belə ki, mərhum nənəsi Şahnabat öz əmlakını ona vəsiyyət etdiyindən, ondan qalan miras əmlaka dair qanun üzrə vərəsəlik müəyyən oluna bilməzdi. Şəmkir rayon notariat kontoru cavabdehlər tərəfindən təqdim olunmuş sənədlərin mötəbərliyini yoxlamamış, vərəsəliyin dairəsini tam müəyyən etməmiş, təqdim olunmuş sənədlərlə kifayətlənmişdir. Buna görə də hesab edir ki, mübahisə predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı və heç bir hüquqi nəticə doğurmamalıdır. Hesab edir ki, mərhum nənəsinin vəsiyyət üzrə vərəsəsi olaraq ondan qalan mirası hüquqlarını o qəbul etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkalətli nümayəndəsi, vəkil X17 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş, sonda məhkəmədən Şəmkir şəhəri, Üzeyir Hacıbəyov küçəsi 7 ünvanında 0,0608 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə görə və həyətyanı torpaq sahəsinə görə Şəmkir rayon 1 saylı notariat ofisində qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021-ci il tarixli 3M-1 reyestr nömrəli müqavilənin ləğv olunması, 27 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı onun qardaşıdır. İddiaçı öz adına olan iki əmlakı qumarda uduzması səbəbindən atası X21 bu evi də satacağını demişdir. Bu səbəbdən də atası evi öz adına sənədləşdirməyə başlamış və işin bu cür gedişatından bibisi Cavabdeh3 da xəbəri olmuşdur. Mənsurun ikinci ailəsi var. Atasının qolu qırılıb, xəstə olub, o qulluq etmişdir. Pul lazım olub Mansurdan istəyəndə bibisi Natella ondan pul istədikləri üçün gedib qumar oynadığ ını demişdir. Atası evin sənədlərini hazırlayandan sonra evi ona əmanət verdiyini demişdir. Notariat kontoruna müraciət edərkən sistemdən bibisi Natellanın da adı çıxmışdır. Bibisi Natellaya onun da razılığının lazım olduğunu demişlər, o da könüllü gələrək razılıq vermişdir. Cavabdeh3 əvvəlcədən də evlə bağlı hansı sənədləşmənin aparıldığından məlumatı olmuşdur. Natella evlənmədiyi, ailəsi olmadığına görə atası öz ana yurdunu Natellaya vermişdir. O isə həmin evi satmışdır. Hesab etmişdir ki, miras əmlakla bağlı bütün sənədləşmələr qanuni əsaslarla aparılmışdır. Ona görə də iddianı əsassız hesab etmiş, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, mərhum Azər Rzayevin bacısıdı r. Özü ali təhsillidir. O, anasının vəsiyyətinin icra edilməsini və onun ruhunun şad olmasını istəyir. Hələ Mansur anadan olmamış, nənəsi Şahnabat qardaşı Azərə demişdir ki, əgər oğlu olsa ona atasının adını qoysun, o da evi ona versin. Mansur doğulandan sonra nənəsi də sözünə əməl edərək evi Mansura vəsiyyət etmişdir. 2020-ci ilin təxminən yanvar ayında mərhum qardaşı Azər ona notariusda bir sənədə imza etməli olduğunu demiş, o isə mərhum anasının vəsiyyətnaməsinin icrası ilə əlaqəli olduğunu düşündüyündən onunla razılaşmışdır. Onlar birlikdə notariat kontoruna getmişlər, lakin o, nəyə imza etdiyini dəqiq bilməmişdir. Onun əmlakı bağışlamaq fikri olmamışdır. Onun heç mülkdə payının olmasından xəbəri olmamışdır. Mərhum anasının vəsiyyətnaməsinin mövcudluğundan evdə hər kəsin məlumatı olmuş dur. Notariusun da təqsiri var, belə ki, ona hansı sənədə imza etməsi izah edilməli idi, lakin ona heç nə izah edilməmişdir. O, Azərin evi Şahniyara verməsindən məlumatı olmamışdır. Mənsur Rusiyaya çoxdan getmişdir. Anası, yəni Mansurun nənəsi Şahnabat Kiyazbekova vəfat edəndə Mansur Rusiyada olmuşdur. Mansur Rusiyaya gedəndə uşaqları körpə olmuşdur. Uşaqları orada oxumuşlar. 2017-ci ildə bacısının qızının toyu olmuş, İddiaçı həmin vaxt gəlmişdir. Ona notariusa getmək təklif ediləndə o, səbəbini soruşmamışdır. Qardaşı ondan böyük olduğuna görə onun sözündən çıxa bilməmiş və notariat kontoruna getmişdir. İddianı qanuni və əsası hesab etmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Üçüncü şəxs X5 məhkəmədə iştirak etmiş və izahatında göstərmişdi r ki, İddiaçı onun qardaşı, Cavabdeh1 bacısı, Cavabdeh3 isə bibisidir. Mərhum atası Azər Rzayev əgər evin bu cür qalacağı təqdirdə Mənsur tərəfindən satılacağını demişdir. Çünki İddiaçı özünə məxsus olan iki əmlakı da satmışdır. Mərhum nənəsi Şahnabat Kiyazbekova ölənə kimi mübahisəli evdə atası və anası ilə birlikdə yaşamış və onun bütün qayğılarını atası çəkmişdir. Vəsiyyətnamənin verilməsindən onun məlumatı olmuşdur. Ancaq bacısının bu barədə məlumatlı olmasından xəbəri yoxdur. Hesab etmişdir ki, miras əmlakla bağlı bütün sənədləşmələr qanuni əsaslarla aparılmışdır. İddianı əsassız hesab edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmədə şahid kimi ifadə vermiş X16 ifadəsindən göstərmişdir ki, İddiaçılə 1992-ci ildə ailə qurmuşlar. Təxmin ən 2000-ci ildə Rusiyanın Moskva şəhərinə getmişlər və 10 il orada yaşamışlar. İddiaçı nənəsi Şahnabad öləndə Mansur yas mərasiminə gələ bilməmiş, bundan təxminən bir il sonra gəlmişdir.
15. İş materiallarında olan 11 mart 1992-ci il tarixli vəsiyyətnamənin lazımi qaydada təsdiq olunmayan kserоsurətindən görünür ki, X3 vəfat etdiyi gün ona məxsus olan Şəmkir şəhəri, Ü.Hacıbəyov küçəsi 7 nömrəli evini nəvəsi İddiaçı vəsiyyət etmişdir.
16. İş materiallarında olan Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/01-561/14 nömrəli rəsmi məlumatdan görünür ki, Şəmkir rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən arxivə təhvil verilmiş 1992-ci ildə vəsiyyətnamələrin qeydə alındığı reystr kitabında xx.xx.1992-ci il tarixdə 28 reyestr nömrəsi ilə X3 tərəfindən nəvəsi X12 adına qoyulmuş vəsiyyətnamənin qeydiyyatının aparıldığı müəyyən edilmiş, lakin həmin vəsiyyətnamələr arxivə təhvil verilməmişdir. Eyni zamanda həmin vəsiyətnamənin qeydiyyat kitabında xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq qeyd aparılmamışdır. Sözügedən vəsiyyətnaməyə dair notariat işi arxivə təhvil verilmədiyindən, həmin iş üzrə vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması və surətinin verilməsi mümkün olmamışdır.
17. İş materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisinin 2V-1 nömrəli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakdan X22 1/2, Cavabdeh3 1/2 hissədə pay almalıdır.
18. İş m ateriallarında olan Şəmkir rayon 1 saylı notariat ofisinin 05 yanvar 2021-ci il tarixli 3М-1 nömrəli müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayon notariat kontoru tərəfindən verilmiş 2V-1 nömrəli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 qalmış payının onlara düşən hissəsini X22 və Cavabdeh3 Cavabdeh1 bağışlamışlаr.
19. Şəmkir Rayon Мəhkəməsinin 2(076)-1902/2022 saylı mülki iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia tələbi təmin edilməmişdir.
20. Məhkəmə mövqeyini iş materiallarına istinadən əsaslandırmış və hesab etmişdir ki, hazırkı mülki iş üzrə mübahisə predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunda nəzərdə tutulmuş imperativ normaların tələblərinə əməl edilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından və iş materiallarına əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən də görünür ki, miras qoyan X2 ölümündən sonra Azər Rzayev və Cavabdeh3 onun qanun üzrə birinci növbəli vərəsələri olmuş, onlar da miras əmlakı qanunverciliyə uyğun şəkildə qəbul edərək öz razılıqları ilə Cavabdeh1 adına özgəninkiləşdirmişlər. Məhkəmə iddiaçının mirası faktiki olaraq qəbul etməsi barədə iddiasına hüquqi qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə də əsaslı sayıla bilməz. Belə ki, məhkəmə işin müəyyən olunmuş həmin hallarına uyğun olaraq hesab etmişdir ki, iddiaçı nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə v axtında qəbul etmədiyinə və susduğuna, həmçinin subyektiv vərəsəlik hüququnu həyata keçirmədiyinə görə həmin hüququ itirmişdir. Odur ki‚ məhkəmə, Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən X1 qalmış miras əmlaka görə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, iddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddiaçının dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə hesab etmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir.
21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 133.1, 1133.2, 1134.1, 1159.1.1, 1159.1.3, 1193, 1194 və 1245-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan notariat işindən də bəlli olur ki, notarius tərəfindən lazımi addımlar atılmamışdır. Eyni zamanda cavabdehlər də üzərlərinə düşən vəzifəni yerinə yetirməyərək notariat orqanına dürüst məlumat verməmişlər. Qeyd etmişlər ki, notarius vərəsəlik üzrə miras əmlakın keçməsi halını müəyyən edən zaman bununla bağlı mirasqoyanın hər h ansı bir vəsiyyətnaməsinin olubolmaması faktını araşdırmamışdır. Belə ki, xx.xx.1992-ci il tarixli vəsiyyətnamə ilə mərhum X3 özünə məxsus olan əmlakı nəvəsi X14 vəsiyyət etsə də, notariat orqanı bu halı aydınlaşdırmadan Şahnabad Kiyazbekovanın xx.xx.2003-cü ildə ölməsindən sonra nəyə görə 17 il sonra vərəsəlik şəhadətnaməsi alınmasında cavabdehlərə yardımçı olmuşdur? Bu hal onu göstərir ki, cavabeh Cavabdeh1 məqsədli şəkildə bu halları həyata keçirərək bu halın, yəni ilk olaraq vərəsəlik münasibətlərinin yaranmasını formalaşdırmağa çalışmışdır. Qeyd etmişdir ki, Azər Rzayev mirasın qəbulu faktının onun tərəfindən həyata keçirilməsini istər faktiki, istərsə də hüquqi cəhətdən həyata keçirən zaman hüquqdan sui istifadəyə yol vermişdir. Məhkəmə də qanun normasını düzgün tətbiq etməyərək mira sın qəbulu vaxtını itirmiş şəxsin bu hüququnu Notariat haqqında qanunun 58-ci maddəsinə istinad etməklə mirası qəbul etməsini qanunsuz olmasına baxmayaraq əsaslı hesab etmişdir. İş materiallarından göründüyü kimi cavabdehlər bilərəkdən vəsiyyətnamənin olması halını gizlədərək bu halın aydınlaşdırılmasında maraqlı olmamış, faktiki qəbul etmiş iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir.
24. İddiaçının nümayəndəsi və Vəkil məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, miras əmlakla bağlı Cavabdeh3 Şəmkir Rayon Məhkəməsində iddia qaldırdığını, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edildiyini bildirmiş və hazırki işin icraatının dayandırılmasını xahi ş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, miras əmlakla bağlı Cavabdeh3 Şəmkir Rayon Məhkəməsində qaldırdığı iddia hazırki işə baxılmasına maneə deyildir, ona görə də işin icraatının dayandırılmasına lüzum yoxdur.
25. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2(104)-2951/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qa nun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və onun payı bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İddiaçı tərəfindən vəsiyyətnamə üzrə miras əmlakın qəbul edilmədiyi müəyyən edildiyindən, iddia tələbinin digər hissələrinə hüquqi qiymət verilə bilməz. Çünki, iddiaçının həmin tələblərlə bağlı subyektiv hüququ yaranmır. Digər tərəfdən mirası qəbul etmiş vərəsələr isə ölənin qanun üzrə birinci növbəli vərəsələridir və miras əmlak barəsində vərəsəlik şəhadətnaməsinin verildiyi vaxt onların arasında hər hansı bir mübahisənin olması barədə iş materiallarında heç bir sübut yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 11341, 1134.2, 1145, 1146, 1159.1.1, 1159.1.3, 1160, 1166, 1167, 1168, 1243.1, 1243.2, 1243.3, 1245, 1246, 1255, 1256, 1321.1, 1321.3 və 1322-ci maddələrinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, notariat orqanı üzərinə düşən vəzifəni lazımınca icra etməmiş, işin hallarını tam araşdırmamışdır. Həmçinin məhkəmə Azər Rzayev tərəfindən müddəti ötürməklə Notariat orqanına müraciət edər ək vərəsəlik şəhadətnaməsi alması faktını nəzərə almamışdır. Həmçinin məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, sübutları düzgün qiymətləndirmədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 31.Maddə 1133.1 - ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 32.Maddə 1133.2 - Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olu r ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 33.Maddə 1134.1 - Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 34.Maddə 1134.2 - Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 35.Maddə 1145 - Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 36.Maddə 1146 -Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gü n mirasın açıldığı vaxt sayılır. 37.Maddə 1159.1.1-qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 38.Maddə1159.1.3 - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 39.Maddə 1160 - Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 40.Maddə 1166 - Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm d ə kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 41.Maddə 1167 - Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 42.Maddə 1168-Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 43.Maddə 243.1 - Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 44.Maddə 1243.2 - Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 45.Maddə 1243.3 - Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 46.Maddə 1245 – vərəsə mirası şəxsən və ya nümayəndə vasitəilə qəbul edə bilər. 47.Maddə 1246 - Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 48.Maddə 1255 - Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 49.Maddə 1256 - Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina not ariat orqanında rəsmiləşdirilməlidir. 50.Maddə 1321.1 - Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 51.Maddə 1321.2 - Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 52.Maddə 1321.3 - Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. 53.Maddə 1322 - Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 54.Maddə 58 - Vərəsəlik hüququ haqqınd a şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qər ara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2951/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.