Məhkəmə qərarları › İş №2(102)-2161/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2161/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2161/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxslər 22 saylı Mənzil İstismar Sahəsinə, X9 və X10 qarşı “öhdədə olma faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdədə olma faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)10024/2021 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Azərb aycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Ərizəçi xx xxxx 1956-cı il təvəllüdlü olmaqla təqaüdçüdür və ya yaşa görə 259,78 manat pensiya alır.

2. Ərizəçi qardaşı X6 07 yanvar 2021-ci ildə vəfat etmişdir.

3. X13 və X14 mərhum X4 övladlarıdırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi maraqlı şəxs 22 saylı Mənzil İstismar Sahəsinə qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin qardaşı X4 öhdəsində olma faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi qardaşı X4 öhdəsində olmağı barədə dəfələrlə yazılı və şifahi qaydada 22 saylı MKİS-ə müraciət etsə də, ona yazılı qaydada cavab verməkdən imtina olunmuşdur. X1 vəfat etdiyi günə qədər ərizəçiyə hər cür köməklik göstərmiş, dolanışıq xərcləri, müalicə xərcləri onun tərəfindən həyata keçirilmişdir. Qardaşı xeyli müddət Rusiya Federasiyasında yaşamış, orada olduğu müddətdə ərizəçiyə pul göndərmişdir. Belə ki, qardaşı ərizəçiyə 19 iyun 2015-ci il tarixli qəbzlə 2600 ABŞ dolları, 14 mart 2019 tarixli qəbzlə isə 5000 ABŞ dolları məbləğində pul göndərmişdir. Qardaşının köməyi olmadan ərizəçinin dolanışığı çətin olardı. Qardaşından yaşayış evi, avtomobil və digər daşınar və daşınmaz əmlaklar miras qalmışdır. O, qardaşının öhdəsində yaşayan şəxs kimi həmin əmlaklardan pay almaq istəyir. Bunun üçün onun öhdəsində olması faktı təsdiq olunmalıdır.

6. X13 və X14 birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maraqlı şəxslər qismində tanınmışlar.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(004)4257/2021 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) Ərizəçi ərizəsi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin sübut qismində istinad etdiyi pulun göndərilməsinə dair qəbzlər yəni, mərhum Vaqif Qubadovun ərizəçiyə müxtəlif vaxtlarda və məbləğlərdə pul vəsaitinin göndərilməsi, hələ onun Vaqif Qubadovun himayəsində olması faktına dəlalət etmir. Belə ki, iş materialları ilə X7 tərəfindən Ərizəçi adına 05 aprel 2010-cu il tarixdə 1050 ABŞ dolları, 19 iyun 2015-ci il tarixdə 2600 ABŞ dolları, 14 mart 2019-cu il tarixdə 5000 ABŞ dolları göndərilməsi müəyyən edilsə də, həmin göndərişlərin təyinatı müəyyən edilməməklə, həmin pul vəsaitlə rinin uzun illər aralıqlarla ərizəçiyə göndərilməsi müəyyən edilmişdir.

9. Məhkəmə iş üzrə dindirilmiş şahidlər X3 və X2 ifadələrinə qiymət verərək qeyd etmişdir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Məhkəmə hesab etmişdir ki, şahid ifadələrinin məzmunu iddia tələblərinin mahiyyəti baxımından iş üçün əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirilə bilməz.

10. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hə r hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, onun hüquqlarının pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(004)-4257/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-10024/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.Ə,Mehdiyevdən ibarət tərkibdə) Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(004)-4257/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 305.1.1, 207.1, 307.2.2, 308-ci maddələrinə istinad edərək izah etmişdir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.

14. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 3.1-ci bəndinə, Mülki Məcəllənin 1161-ci maddəsinə istinadən izah etmişdir ki, vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi məqsədilə şəxsin öhdədə olması faktının müəyyən edilməsi üçün yalnız müəyyən şərtlər olduğu hallarda şəxs qanun üzrə vərəsələr kimi mirasdan dolanacaq təminatı (aliment) almaq hüququna malikdir: 1. qanun üzrə vərəsələr sırasına daxil olmayan və vəsiyyətnamədə adı çəkilməyən şəxs miras qoyanın himayəsində olmalıdır. Miras qoyanın himayəsində olma dedikdə, şəxsin tam olaraq miras qoyanın hesabına yaşaması (maddi təminatı tam olaraq ondan alması), yaxud miras qoyandan aldığı elə bir vəsait hesabına yaşaması başa düşülür ki, həmin vəsait yardım alan şəxsin yaşaması üçün əsas (həll edici) və daimi vəsait mənbəyi olsun. Miras qoyanın ara-sıra verdiyi, daimi (sabit) olmayan maddi vəsait şəxsin miras qoyanın himayəsində olması kimi qiymətləndirilməməlidir. Özünü miras qoyanın himayəsində olan hesab edən şəxsin miras qoyanın göstərdiyi maddi yardımdan başqa əlavə maddi vəsait mənbəyinə, yaxud əmlaka malik olması onun öhdədə olması faktının tanınması üçün maneə ola bilməz. Özünü miras qoyanın himayəsində olan hesab edən şəxsin miras qoyanla qohum olub-olmamasının, habelə onunla birgə yaşayıbyaşamamasının öhdədə olma faktının tanınması üçün heç bir əhəmiyyəti yoxdur. 2. miras qoyanın öhdəsində (himayəsində) olan şəxsin əmək qabiliyyəti olmamalıdır. 3. himayədə olan şəxsin adı vəsiyyətnamədə çəkilməməlidir. Vəsiyyətnamədə adı çəkilməmə dedikdə, şəxsin vəsiyyətnamədə vərəsə qismində adının göstərilməməsi başa düşülməlidir.

15. Birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, ərizəçi qardaşı X4 himayəsində olması faktını yaşamaq üçün ondan daimi ödənişlər alması ilə əsaslandırsa da, bu ödənişlərin davamlı olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi isə ərizəyə etiraz edərək sözü gedən pul vəsaitlərinin Vaqif Qubadov tərəfindən uşaqların saxlanılması üçün, keçmiş həyat yoldaşı ilə münasibəti olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin onun keçmiş həyat yoldaşına çatdırılması məqsədi ilə, həmçinin qızının hazırlıq və universitet təhsil haqqı üzrə ödənişlərinin həyata keçirilməsi üçün ərizəçiyə göndə rildiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçi öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyatorun ərizəsinə əlavə etdiyi "xxxx" ASC-nin ödəniş kartının surəti onun tələbinin təmin edilməsinin sübutu kimi qəbul edilə bilməz. Apellyatorun apellyasiya şikayətinə əlavəyə əlavə etdiyi 15 sentyabr 2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəyə münasibətdə isə qeyd etmişdir ki, həmin ərizə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunduqdan sonra tərtib olunmuş, bununla da, ərizəçi özünə görə sübut toplamağa cəhd etmişdir. Apellyatorun apellyasiya şikayətinə əlavə etdiyi, pul baratları üçün qəbzlərə münasibətdə apelly asiya məhkəməsi qeyd edir ki, həmin qəbzlər X8 və X7 tərəfindən X11 ödənişlərin edilməsi ilə bağlı olmaqla, ərizəçinin öhdədə olması faktının müəyyən edilməsi üçün sübutu əhəmiyyət kəsb etmir. 15 oktyabr 2019-cu ildə Moskva şəhərində olarkən mərhum X1nun evinə müvəqqəti qeydiyyata düşməsi ilə bağlı “Xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin yaşayış yerinə gəlməsi ilə bağlı” Blanka münasibətdə məhkəmə qeyd edir ki, həmin Blank hər bir dövlətin Miqrasiya ilə bağlı Qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmişdir. Qeyd olunan Blank ərizəçinin öhdədə olması faktının müəyyən edilməsi üçün sübutu əhəmiyyət kəsb etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. Ərizəçi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tar ixli, 2(103)-10024/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1161-ci və Mülki Prosessual Məcəlləsinin 307.2.2, 307.1, 308-ci maddələrinin tələbləri pozulmuş, iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmiş, apellyasiya şikayətinə yeni sübutların təqdim edilməsi əsaslandırılsa da, həmin sübutlar əsassız olaraq nəzərə alınmamış, işə ərizəçinin iştirakı olmadan baxılmışdır.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasi ya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəçi tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1161-ci maddəsinə əsasən əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.2-ci maddəsinə əsasən məhkəmə, şəxsin öhdədə olması faktının müəyyən edilməsi b arədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxı r və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 26. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. 3.1-ci bəndinə əsasən şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhk əmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir.

27. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bi lər”.

28. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçinin ap ellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə mübahisəsinin həlli sübutetmə ilə əlaqədardır.

32. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

33. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əs aslı hesab edilə bilməz.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində ərizəçi tərəfindən təqdim olunmuş sübutlara, o cümlədən birinci instansiya məhkəməsinə dəvət olunmuş şahidlərin ifadələrinə hüquqi qiymət vermiş və onları ərizənin təmini üçün kifayətedici hesab etməmişdir. Həmçinin apellyasiya məhkəməsi əsaslı olaraq apellyasiya icraatında təqdim olunmuş sübutları MPM-in 372.2-ci maddəsinin tələblərinə əsasən qəbul etməmişdir.

35. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. İşə apellyasiya məhkəməsində ərizəçinin iştirakı olmadan baxılmasına dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasə n ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış və məhkəmə əsaslı olaraq MPM-in 376.2-ci maddəsinə istinad edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmənin onu xəbəri olmadan başqa zalda keçirilməsini qeyd etsə də, həmin hal iş materialları ilə müəyyən edilmir.

37. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-10024/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar