Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2162/2025 13.06.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-226/2025 nömrəli iş üzrə 13 fevral 2025-ci il il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)226/2025 nömrəli iş üzrə 13 fevral 2025-ci il il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hes ab edir ki, kassasiya şikayəti qeyrimümkün sayılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı işdə kassasiya şikayəti verilməsi üçün iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməli olan 294,53 manat dövlət rüsumunun 50 faizi məbləğində olan 147,27 manat ödənilməli olduğu halda Cavabdeh1 tərəfindən 133,67 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəs inə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və geri qaytarılması məsələsinin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-226/2025 nömrəli iş üzrə 13 fevral 2025-ci il il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edils in və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2162/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-2162/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver