Məhkəmə qərarları › İş №2(102)-2165/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2165/2024

21.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2165/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Xəlilova Aliyə Allahyar qızına qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və informasiya sistemindən silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(107)83/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 22 iyul 1961-ci il tarixli Torpaq qeydinə əsasən Şəki şəhəri, Miçurin küçəsi, ev 45 (hazırda Ziya Bünyadov küçəsi, döngə 2, ev 1; yeni qaydalarla ev 67) ünvanda yerləşən ev X3 mülkiyyətində olmuşdur.

2. X9 21 may 1991-ci il tarixdə ölmüşdür.

3. Miras qoyanın 5 vərəsəsi: arvadı X12 və övladları X13, X27, X20, X23 olmuşlar.

4. X37 11 fevral 1992-ci il tarixdə notariat orqanına ərizə ilə müraciət edərək, atası X3 vəfa tından sonra miras qalmış payı qəbul etmədiyini və buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə şikayət etməyəcəyini bəyan etmişdir. 5. 01 noyabr 1992-ci ildə X20 notariat orqanına ərizə ilə müraciət edərək, Şəki şəhəri, Miçurin küçəsi, 45 nömrəli mənzilin anası X7 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir.

6. X12 29 avqust 2008-ci ildə, X13 01 fevral 2019-cu ildə, X23 31 may 2022-ci ildə, X27 18 sentyabr 2022-ci ildə vəfat etmişlər.

7. İddiaçı X18 arvadı olmuşdur. 8. 17 dekabr 2022-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X28 və X19 21 may 1991-ci il tarixdə ölmüş X2 miras qalmış bütün əmlaklardan onlara düşən miras paylarını Xəlilova Aliyə Allahyar qızına bağışlamışlar.

9. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 17 dekabr 2022 -ci ildə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən X3 vərəsəsi – qızı Xəlilova Aliyə Allahyar qızına miras əmlakdan ¾ hissədə, oğlu X21 (vəfat etməsi ilə əlaqədar miras onun arvadı X24) – miras əmlakdan ¼ hissədə irs verilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Vərəsəlik işi V-19 Reyestrində 2-v1010 və 2-v1011 nömrə ilə qeyd edilən informasiya sisteminə 17 dekabr 2022-ci il tarixdə daxil edilmiş 17 dekabr 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və informasiya sistemindən silinməsi barədə qətna mə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, evin sahibi X3 vəfatından sonra iddiaçının əri X14 və qayınanası X5 başqa heç kim mirası qəbul etməmişdir. Sonuncuların ölümündən sonra isə miras əmlaka iddiaçı yiyələnmiş, sahiblik etməklə idarə etmişdir. Atasından qalmış mirasdan rəsmi ərizə ilə imtina edən vərəsə X20 atasının ölümündən 22 il sonra qanunsuz mərhum atası X15 adına DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixdə Reyestr nömrəsi **********28-10301 nömrəli qeydiyyat nömrəsi ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən çıxarış alaraq, miras qoyanın nəvələri X4 və X8 payın bağışlanılması barədə qanunsuz müqaviləni “Asan Xidmət” Mərkəzinin Notarius ofisində təsdiq etdirərək, qeyd etdiyi qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamələri təsdiq etdirmişdir. Miras qoyanın qanun üzrə vərəsələri öz paylarından analarının xeyrinə imtina etmişlər. Anaları mirası faktiki qəbul edən olsa da, miras qoyan deyil.

12. Şəki Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)-635/2023 nömrəli qətnaməsi ilə (hakim E.Y.Vəliyev) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras qoyan Allahyar Məmmədhəsənov 21 may 1991-ci ildə ölmüşdür. Mirasın açıldığı iddiaçının vərəsəlik hüququ yarandığı andan ona bəlli olmuşdur. İddiaçı tərəflər arasında mübahisə olduğundan notariusun mirası qəbul etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürdüyündən imtina etməli və mirasın qəbul edilməsi ilə bağlı şəhadətnamə verməməli olduğunu bildirsə də, bu hal notariusun m irası qəbul etməkdən imtinası üçün əsas ola bilməz. Belə ki, iddiaçı mirası faktiki olaraq qəbul etdiyini şəksiz nümayiş etdirib bu barədə digər vərəsələrlə birlikdə notariat ofisinə müraciət edərək miras paydan ona düşən paya vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etmiş və həmin vaxt qanunvericiliyin bütün normaları ona izah edildiyini ərizəsində öz imzası ilə təsdiq etmişdir. Belə ki, iddiaçı notariat ofisində miras əmlakla bağlı şəhadətnamə verilərkən vərəsələr arasında mübahisə olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

14. İş materiallarında olan Aliyə Xəlilovanın 01 sentyabr 1992-ci il tarixli ərizəsindən görünür ki, o, atası Allahyar Məmmədhəsənovdan miras qalmış əmlakın anası Barat Məmmədhəsənovanın adına keçməsinə etiraz etməmişdir. Göründüyü kimi, Aliy ə Xəlilovanın ərizəsində mirasdan imtina etməsi yox, əmlakın anasının adına keçməsinə etirazının olmadığı bildirilmişdir. Həmin hal gələcəkdə anası vəfat etdikdən sonra da onun anasına münasibətdə də, vərəsə olması səbəbindən vərəsəlikdən imtinası kimi qəbul edilə bilməz. İddiaçı qeyd edilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün başqa heç bir əsas gətirməmiş, şəhadətnamənin ləğv edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1, 1252, 1253.1, 1256, 1257, 1261, 1267, 1321, 1322-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhk əməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, Şəki Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)-635/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(107)-83/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və Ə.T.Məcidovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)-635/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qanun üz rə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvini xahiş etsə də, məhkəmə kollegiyasının iclasında iddiaçının və onun vəkilinin fikirləri öyrənilərkən onlar əslində həmin şəhadətnamələrin ləğvini deyil, etibarsız hesab edilməsini xahiş etdiklərini göstərmiş və bu barədə məhkəmə kollegiyasına ərizə təqdim etmişlər. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının şəhadətnamələrin etibarsız hesab edilməsinə dair mövqeyi iddianın əsasının və ya predmetinin dəyişdirilməsi kimi deyil, iddiaçının fikrinin, həqiqi niyyətinin dəqiqləşdirilməsi kimi qəbul edilməlidir.

19. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi hər iki ərizənin mirasdan imtina üçün nəzərdə tutulmuş müddətdən sonra verilməsi nə zərə alınaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə zərurətin olmaması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.

20. Bundan əlavə, apellyasiya kollegiyası qeyd etmişdir ki, işdə olan Şəki rayon 2 nömrəli Dövlət Notariat Kontoru tərəfindən 11 fevral 1992-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 Allahyar Yəhya oğlunun Şəki şəhər əmək əmanət bankındakı hesabında olan 3302 manat 08 qəpik artım faizi ilə birlikdə əmanətindən irs almışdır. Hansı ki, əri X2 qalmış mirası qəbul etdikdən sonra X7 özü də 29 avqust 2008-ci il tarixdə vəfat etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxslər X6, X10 və X11 mirasdan imtinaya dair ərizələri ilə bağlı qeyd etmişdir ki, onların mirasdan imti naya dair ərizələrinin nəzərə alınıb-alınmaması iddiaçının miras payının həcminin artmasına təsir göstərməyəcəkdir.

22. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı 02 dekabr 2022-ci il tarixdə Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə verdiyi ərizəsində göstərmişdir ki, “Yazıb bildirirəm ki, mərhum qayınatam X9 21 may 1991-ci il tarixdə vəfat etmişdir. Odur ki, mərhumdan qalmış miras əmlakdan xx.xx.2022-ci il tarixdə ölmüş ərim X21 çatası miras paydan mənə düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyinizi xahiş edirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243, 1246, 1257, 1267-ci maddələrinin tələbləri mənə izah edildi.” İddiaçının ərizəsindən göründüyü kimi notariat orqanı tərəfindən ona mirasın qəbul edilməsi, mirası qismən q əbul etmənin yolverilməzliyi, notariat orqanına ərizə verdikdən sonra imtinanın yolverilməzliyi barədə normaların mahiyyəti izah edilməklə, o, işin hallarından ərizə verərkən tam məlumatlı olmuş və bu səbəbdən də mirasın məhz mərhum ərinə çatası hissəsindən ona düşən paya dair sənədləşmə aparılmasını xahiş etmişdir. Yəni, mirasqoyanın vərəsəsi tək mərhum ərindən ibarət olmadığından, vərəsələrin kimlərdən ibarət olmasından məlumatlı olmaqla mirasın yalnız ərinə aid hissəsindən özünün payının müəyyən edilməsini xahiş etməklə, iddiaçı digər vərəsələrə aid hissədə isə müvafiq miras paylarının müəyyən edilməsinə etiraz etmədiyini nümayiş etdirmişdir. Belə ki, mirasın qəbulu ilə bağlı hüquq və vəzifələri izah edilmiş iddiaçının ərizə verərkən buna dair hər hansı bir etiraz bildirmək imkanı da ol muşdur ki, iş materialından belə bir halın baş verməsi müəyyən edilməmişdir.

23. Apellyasiya kollegiyası apellyasiya şikayətinin məhkəmənin onun maddi və ailə vəziyyətini araşdırmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd etmişdir ki, qanunvericilikdə miras payının müəyyən edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı maddi və ailə vəziyyətinin nəzərə alınmalı olmasına dair bir müddəa nəzərdə tutulmamışdır.

24. Apellyasiya şikayətinin vərəsəlik şəhadətnamələrinin verilməsi əsaslarının və sübutların məhkəməyə təqdim edilməli olmasına dair dəlilinə münasibət bildirən apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin sənədlər birinci instansiya məhkəməsi tərəfindən sorğu edilərək alınıb iş materialına əlavə edilmişdir. Həmçinin, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Mülki Pros essual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulan hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinin pozulması halı müəyyən edilməmişdir.

25. Nəhayət, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin 1961-ci il Mülki Məcəllənin normalarının tətbiq etməli olduğu halda 2000-ci il Məcəllənin normalarını tətbiq etməsinə dair dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, X12 29 avqust 2008-ci ildə vəfat etdiyindən və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr 17 dekabr 2022-ci il tarixdə verildiyindən, məhkəmə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəlləsinə istinad etməkdə yanlış mövqedən çıxış etməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, 11 sentyabr 1964-cü ildə qəbul edilmiş Azərbayca n Respublikası Mülki Məcəlləsinin 528, 532, 552, 556, 561-ci, qüvvədə olan Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1151.1, 1159.1.1, 1243.1, 1256, 1321.3, 1322-ci, “Notariat haqqında” Qanunun 59-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

27. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(107)-83/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə q aytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 552, 553, 556, 562-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 217.1, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi iddiaçının tələblərinə səthi hüquqi qiymət vermiş, əsassız olaraq bütün vərəsələrin mirası qəbul etmələri nəticəsinə gəlmiş, atasından miras qalan əmlakdan imtina edən şəxslərin sonradan mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsini nəzərə almamışdır.

29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında b axılmışdır.

30. Üçüncü şəxs Xəlilova Aliyə Allahyar qızı kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Etiraz apellyasiya məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırılmışdır. Kassasiya baxışının hədləri

32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi f aktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

34. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vard ır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

35. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoy an şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə əriz ə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabə r pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, hazırki iş üzrə iddiaçının mərhum əri və üçüncü şəxs mirasqoyanın birinci növbəli vərəsələridirlər.

40. İddiaçı üçüncü şəxsin atasının ölümündən sonra mirasdan imtina etməsini əsas gətirərək, onun adına verilmiş 17 dekabr 2022-ci ildə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmişdir.

41. Lakin, nəzərə alınmalıdır ki, X3 ölümündən sonra mirası qəbul etmiş yeganə vərəsə X12 olmuşdur. O, daşınmaz əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almasa da, ona mirası qəbul etməsi barədə vərəsəlik şəhadətnaməsi verilmişdir.

42. Bu hal nəzərə alınmaqla, mübahisəli miras əmlaka vərəsələrin hüquqları artıq X7 29 avqust 2008-ci ildə ölümü ilə yara nmışdır. Bu səbəbdən, üçüncü şəxsin atasından qalmış miras əmlakın anasının adına keçməsinə etiraz etməməsinə dair ərizə, onun anasından qalan miras əmlakdan da imtina kimi qiymətləndirilməli olmasına dair iddianın və iddiaçının şikayətlərinin dəlili əsaslı hesab oluna bilməz. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiya nın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

44. Odur ki, məhkəmə kol legiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2024-cü il tar ixli, 2(107)-83/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar