Məhkəmə qərarları › İş №2(102)-2168/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2168/2021

17.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2168/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa olunma, əmək haqqının verilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işəgötürənin əmrinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fe vral 2020-ci il i tarixli, 2(103)2903/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 01 fevral 2019-cu il tarixdə “xxxx” MMC-yə memar vəzifəsinə işə qəbul edilmişdir. 10 may 2019-cu il tarixdə “xxxx” MMC-nin İdarə toplantısı keçirilmiş, toplantıda müəssisənin memar vəzifəsində işləyən İddiaçı 03 may 2019-cu il tarixindən heç bir üzrlü səbəb olmadan iş yerini tərk edib və işə gəlməməsi, müəssisəyə məxsus elektron baza məlumatlarını xəbərsiz olaraq götürməsi və ya silməsinə görə xəbərdarlıq verilmişdir. Götürdüyü elektron baza məlumatlarına görə müəssisəyə maddi ziyan vurmuş, işçinin götürdüyü bu elektron baza məlumatlarına görə müəssisənin bütün işi və fəaliyyəti dayanmışdır. Bu barədə İddiaçı xəbərdarlıq yazılaraq elektron baza məlumatlarının bərpa edilməsi və ya qaytarılması tələb olunmuşdur. İddiaçı “xxxx” MMC-yə ünvanladığı 11 may 2019-cu il tarixli xəbərdarlıq məktubuna cavabında göstərmişdir ki, onun 03 may 2019-cu il tarixində işə gəlməməyi haqqında məlumat doğru deyil, həmin tarixdə günün sonuna kimi iş yerində olmuş, iş yerini tərk etməmiş və əmək funksiyasını günün axırına kimi yerinə yetirmişdir. Elektron baza məlumatlarının xəbərsiz olaraq götürməyi və ya silməyi barədə məlumatda doğru deyil, çünki 02 may 2019-cu il tarixində o, işdə olmamış və üzrlü səbəbdən işə gəlmədiyindən rəhbərliyə mobil telefon nömrəsi ilə məlumat vermişdir. 03 may 2019-cu il tarixdə işdən sonra işdən azad olmağı barəsind ə rəhbərliyə telefon zəngi ilə məlumat vermiş və bildirmişdir ki 04 may 2019-cu il tarixdən işə gəlməyəcəkdir. Səbəb kimi 01 may 2010-cu il tarixində müəssisənin toplantısında mükafatın alınması ilə bağlı verdiyi təklifin rədd olunması olmuşdur. Elektron baza məlumatları ona məxsusdur, müəllifi özüdür, bu onun əqli əməyinin məhsuludur və öz adı, soyadı və imzası ilə təsdiq etmişdir. Layihələrinin üzərində müəssisənin adı və rəhbərliyinin adı soyadı qeyd olunmamış, və layihələri satmadığından layihələrə münasibətdə onların hüququ yoxdur. İstədikləri və mülkiyyətində olan elektron məlumatlarını, yalnız əmək kitabçasının öz xahişi ilə işdən çıxma qeydi ilə geri qaytarılması, son haqq-hesabının real aldığı əmək haqqı ilə hesablanması, “İPhone 6” mobil telefonunu ilk verdiyim vəziyyətdə qaytarı lması kimi şərtlər əsasında verəcəyini göstərmişdir. “xxxx” MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 31 may 2019-cu il və 01 iyul 2019-cu il tarixli aktlarına əsasən MMC-də memar vəzifəsində işləyən İddiaçı may ayın 3dən iyun ayın 30-dək icazəsiz və səbəbsiz yerə işə gəlməmiş və ona tapşırılan əmək funksiyalarını yerinə yetirməmişdir. İşəgötürənin 01 iyul 2019-cu il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (vəzifədən azad olunmuşdur). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması, iddiaçının həmin m üəssisəyə memar vəzifəsinə bərpa olunması, məcburi iş buraxmağına görə əmək haqqının ödənilməsi və mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ilin aprel ayında cavabdeh təşkilata memar vəzifəsinə qəbul olunmuş, razılığa əsasən əmək haqqısı 700 manat müəyyən olunmuşdur. Lakin cavabdeh təşkilat onunla əmək müqaviləsi bağlamamış, əmək haqqı kartını təqdim etməmişdir. Cavabdeh təşkilata məxsus olan bir sıra layihələri həmin dövrdə işləmişdir. 11 fevral 2019-cu il tarixdə aralarında rəsmi əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsində əmək haqqını 180 manat göstərilsə də, 2019-cu ilin mart ayından o, 800 manat əmək haqqı almışdır. Tərəflər arasında mükafat ilə bağlı mübahisə yaran mış və cavabdeh tərəf ona xəbərdarlıq məktubu göndərmişdir. Xəbərdarlıq məktubuna rəsmi cavab verib cavabdeh təşkilata təqdim etmişdir. Yaranmış mübahisənin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 2 saylı region üzrə X2 müraciət etmiş, həmin təşkilatın 09 oktyabr 2019-cu il tarixli cavab məktubundan məlum olmuşdur ki, iddiaçının 01 iyul 2019cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişlər. Lakin bu barədə ona əmrin surəti, əmək kitabçası və son haqq hesabı verilməmişdir. Cavabdeh təşkilat X3 Xidməti 2 saylı region üzrə X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yalnız bundan sonra cavabdeh təşkilat ona əmək kitabçasını, mobil telefonunu qaytarsa da, əmrin surətini və son haqq hesabı verməmişdir. Yarım ilə yaxındır ki, heç bir yerdə işləmədiyindən maddi ehtiyacı yaranmışdır. Valideynlərindən anası vəfat etmiş, atası ilə münasibətləri korlanmışdır. Həyat yoldaşı işləmir, 11 iyun 2019-cu il tarixdə X1 anadan olmuşdur. Övladını elementar ləvazimatlarla təmin edə bilmədiyindən bir neçə dəfə dərin sarsıntılar keçirmişdir. Bu baxımdan tərəf ona mənəvi ziyan vurmuşdur. Mənəvi ziyan onun şəxsiyyəti ilə bağlı olduğundan o, həmin ziyanı 5000 manat məbləğində qiymətləndirir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(011)8984/2019 nömrəli qətnaməsi ilə (hakim İ.N.K.Abbasova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əmək münasibətləri nə faktiki xitam versə də, bir təqvim ayı qabaqcadan işə götürəni yazılı ərizəsi ilə xəbərdar etmədiyindən, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslı olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(011)-8984/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2020-ci il i tarixli, 2(103)-2903/2020 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və E.C.Kazımovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 de kabr 2019-cu il tarixli, 2(011)-8984/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əsas tələbinin, yəni “əmrin ləğv olunması, işə bərpa olunma, əmək haqqının verilməsi” hissəsi təmin olunmadığından iddiaçının törəmə tələbi olan “mənəvi zərər” tələbi də haqlı olaraq rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2020-ci il i tarixli, 2(103)-2903/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin 17 may 2021-ci il tarixli iclasında İddiaçı və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddianın “işə bərpa, əmək haqqı və mənəvi ziyanın ödənilməsi” hissələrindən imtina etməsini, qətnamənin yalnız “əmrin ləğvi” hissəsində yoxlanılması və kassasiya şikayətinin həmin hissədə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 may 2021-ci il tarixli qərarı ilə İddiaçı iddiadan qismən imtinası qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2020-ci il i tarixli, 2(103)-2903/2020 nömrəli qətnaməsi qismən, yəni iddianın “işə bərpa, əmək haqqının verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” hissələrində rədd olunması hissəsində ləğv edilmiş, iddianın həmin hissələri üzrə mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini kassasiya baxışının predmeti olan hissədə müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh məhkəmə iclasına nümayəndəsinin və vəkilinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirilmişdir. Lakin sonradan iddiaçı iddianın “işə bərpa, əmək haqqı və mənəvi ziyanın ödənilməsi” hissələrindən imtina etdiyindən və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini yalnız “əmrin ləğvi” hissəsində yoxlanılmasını xahiş etdiyindən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən həmin hissədə yoxlanılması təşki l edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müq aviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, azı 04 may 2021-ci il tarixdən mübahisələndirilən əmr qəbul edildiyi 01 iyul 2021-ci il tarixədək uzun müddət ərzində iddiaçının işə gəlməməsi və bunun üzrsüz səbəblərdən baş verməsi işin mübahisəsiz hallarıdır. İddiaçı işə gəlməyəcəyi barədə işəgötürəni xəbərdar etməsini göstərsə də, həmin xəbərdarlıq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada olmamış, iddiaçı bununla bağlı 1 ay qabaqcadan yazılı ərizə verməmişdir. Bu səbəbdən işəgötürən olan cavabdeh MMC əsaslı olaraq iddiaçının uzun müddət ərzində işə gəlməməsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Əmrin qəbul olunması zamanı əmək qanunvericiliyinin tələblərinin pozulması işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmamış, iddiaçı tərəfindən isə bununla bağlı nə dəlil, nə də ki sübut verilməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2020-ci il i tarixli, 2(103)-2903/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın tələbinin “xxxx” MMC-nin 01 iyul 2019-cu il tarixli əmrinin ləğv edilməsi” hissəsinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar