Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2168/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8972/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Əsgərov Azər Talıb oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında tərtib olunmuş və notariat qaydada təsdiq olunmuş 10 noyabr 2012-ci il tarixli borc müqaviləsində iddiaçının cavabdehdən 10 dekabr 2012-ci il tarixdə qaytarmaq şərti ilə 65.000 manat borc pul aldığı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 10 noyabr 2012-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehdən borc almamışdır. Müqavilə onun atası ilə cavabdehin işçisi olduğu Vüqar adl ı şəxs arasında yem məhsullarının nisyə alqı-satqısı üzrə ticarət münasibətlərinin təminatı kimi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra Vüqardan yem məhsulları almış və yeni partiya ev quşlarını yetişdirib, Vüqara olan borclarını tam ödəmişlər.
4. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı 2017-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 noyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, cavabdehə borclu olduğu məbləği tam həcmdə geri qaytarmış, ona heç bir borcu yoxdur. Beləliklə, iddiaçı cavabdehlə borc münasibətlərində olduğunu etiraf etmiş, lakin iddiaçı borclu olduğu 65.000 manatı cavabdehə qaytar masını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı 10 noyabr 2012-ci il tarixli müqaviləni etibarsız hesab etdiyi halda, nə üçün hazırkı iddia ilə 5 il sonra məhkəməyə müraciət etdiyini də əsaslandırmamışdır. Bütün bu faktlar onu göstərir ki, iddiaçının məhkəməyə müraciət etməkdə məqsədi 10 noyabr 2012-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliyi icra etməkdən və götürdüyü borcu qaytarmaqdan yayınmaqdır. Həmçinin, iddiaçı qanunvericilikdə müəyyən edilmiş əqdin etibarsızlığı ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, əqdin etibarsızlığı ilə bağlı iddia müddəti 1 il təşkil etdiyi halda iddiaçı əqdin bağlanmasından 5 il sonra onun mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı müqavilənin etibarsızlığı ilə bağlı iddianı 5 i l sonra irəli sürdüyündən, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilməli, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-149/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 10 noyabr 2012-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı 10 noyabr 2012-ci il tarixdə cavabdehdən 65.000 manat borc pul götürmüşdür.
7. Məhkəmə hesab etmişdir ki, hazırda mübahisələndirilən müqavilədən təqribən 5 ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi verildiyindən, beləliklə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş m üddət ötürüldüyündən (kəsici müddət) iddia rədd olunmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.5, 354.2, 375.2, 377.1, 389.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8972/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
12. Məhkəmə iddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin yalan əqd olması, tərəflərin bir-birini ümumiyyətlə tanımaması, müqaviləni ayrı-ayrılıqda imzalaması, onların bir dəfə də olsun bir yerdə olmamaları, başqa bir əqdi pərdələyərək, onun şərtlərinin həyata keçirilməsinə xidmət etməsi, məhkəmənin tələbə kəsici müddəti tətbiq etməkdə səhvə yol verməsi barədə dəlilləri nə münasibətdə qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyil. Cavabdehin əməllərində ciddi qanun pozuntularının olduğu nəzərə alınaraq, iş üzrə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməlidir. İş in faktiki hallarından və qətnamədə göstərilmiş hüquqi əsaslardan görünür ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
15. Məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Tərəflər arasında borc münasibətləri olmamış, cavabdeh borcunu tələb etmədiyindən borc müqaviləsinin mübahisələndirilməsinə də zərurət yaranmamışdır. Başqa əqdi pərdələmək üçün bağlanmış 10 noyabr 2012-ci il tarixli borc müqaviləsindən istifadə olunması iddiaçıya 2017-ci ilin avqust ayında məlum olmuş və həmin vaxtdan da məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı 2017-ci ilin avqust ayının ortalarında Suraxanı Rayon İcra Şöbəsi tərəfindən axtarışda olduğuna dair məlumat almış və dərhal Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, iddia müddətinin axı mı 2017-ci ilin avqust ayından başlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır.
19. Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354.2. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
20. MPM Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
23. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
24. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia yalnız müqavilələrin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş kəsici müddətin keçməsi əsası ilə deyil, həm də iddiaçının öz tələblərini əsaslandıran hallara dair sübutlar təqdim etməməsi əsası ilə, yəni mahiyyəti üzrə əsassız olduğu üçün rədd edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əsgərov Azər Talıb oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8972/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.