Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2169/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X8 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-5792/2019, hakim İ.Ə.Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1 XXXoğluna və Bakı şəhəri 11 saylı notariat kontoruna qarşı kredit müqaviləsinin et ibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13661/2019, hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov, İ.Ə.Kərimli) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiqlənməklə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 XXXoğlu X2 15.000 manat məbləğində pul borc verməyi, borc alan isə həmin məbləği xx.xx.2013-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx x 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 XXXoğlunun X2 qarşı iddiası qismən təmin edilmiş, X1 15.000 manat məbləğində əsas borc və 50 manat məbləğində dəbbə pulunun Cavabdeh1 XXXoğlunun xeyrinə tutulması qət edilmişdir. X3 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarına əsasən İddiaçı icra sənədini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat miqdarında cərimə edilmişdir. xx xxxx 2019-cu il tarixdə Orucova X4 Heydər XXXoğlu və Bakı şəhəri 11 saylı notariat kontoruna qarşı x xxx xx 2013-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, işin həqiqi halları ümumiyyətlə araşdırılmamış, müqavilədə göstərilən borc məbləğinin iddiaçıya verilməsi müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi təşil edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun həmin müqavilədən ümumiyyətlə məlumatı olmamış, yalnız bu yaxınlarda icra məmurunun təqdimatı əsasında həmin müqavilənin mövcudluğundan xəbər tutmuşdur. O, cavabdehə məxsus olan “lombard”da işçi kimi işləmiş və hər ay cəmi 140-150 manat əmək haqqı almışdır, bu halda müqavilədə qeyd edilən məbləğ həddən artıq yüksək olduğundan cavabdehin ona həmin məbləğdə borc verməsi real və inandırıcı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiqlənməklə bağlanmış xx xxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıya 15.000 manat məbləğində pul borc ver məyi, sonuncu isə həmin məbləği xx.xx.2013-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə kreditor, yəni hazırki iş üzrə cavabdehiddiaçının kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə istinad edərək kredit müqaviləsi üzrə əsas borcun və dəbbə pulunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia üzrə işə baxan məhkəmə xx xxxx 2014-cü il tarixli qətnamə əsasında kredit müqaviləsi üzrə 15.000 manat əsas borcun və 50 manat dəbbə pulunun kredit müqaviləsi üzrə borclu olan İddiaçı Cavabdeh1 xeyrinə tutulmasını qət etmişdir. İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirərək, şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 cəmi 3.000 manat məbləğində borc almış, həmin məbləği faizi ilə qaytarmış, lak in bir hissə borcu qalmışdır. O, xx xxxxx 2013-cü il tarixdə notarial qaydada kredit müqaviləsi bağlayarkən həmin məbləğə dair müqavilə bağlandığını zənn etmişdir. Həmin müqavilə üzrə ona əlavə heç bir məbləğ verilməmişdir. Apellyasiya məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, İddiaçı həmin məhkəmə qərarını icra etmədiyinə görə xx xxx 2019cu il tarixli məhkəmə qərarı əsasında inzibati qaydada cərimələnmişdir. xx xxxx 2019-cu il tarixdə isə İddiaçı xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair hazırki iddianı qaldırmışdır. Göründüyü kimi, iddiaçının hazırki tələbinin əsasını təşkil edən dəlilləri bundan əvvəlki məhkəmə mübahisəsi üzrə iddiaya et irazının dəlilləri ilə eynilik təşkil etmiş, yəni iddiaçı həmin məhkəmə mübahisəsi üzrə də kredit müqaviləsi üzrə hər hansı borc məbləği almadığını göstərmiş və həmin dəlillərə əvvəlki məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsin ə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göründüyü kimi, etibarlılığı mübahisələndirilən kredit müqaviləsi xx xxxxx 2013-cü il tarixdə bağlanılmış, iddiaçı xx xxxx 2019-cu il tarixdə həmin müqavilənin etibarsız hesab edilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2169/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2169/2020
24.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver