Məhkəmə qərarları › İş №2(102)-217/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-217/2024

29.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-217/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdulnasir qızına qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-217/2024 (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdulnasir qızına qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi ” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1203/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı Abdulnasir Səmədov (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Abdulnasir Səmədov xx xxxxxx 1959-cu il tarixdə Astara rayonunda anadan olmuşdur və hazırda Rusiya Federasiyasının vətəndaşıdır.

2. Abdulnasir Səmədov ilə Cavabdeh1 13 oktyabr 1981-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından 27 iyul 1985-ci il tarixdə Günel Səmədova anadan olmuşdur.

3. Abdulnasir Səmədov ilə Cavabdeh1 arasındakı nikah Astara Rayon Məhkəm əsinin 2(018)-469/2013 nömrəli, 20 iyun 2013-cü il tarixli qətnaməsinə əsasən, Abdulnasir Səmədovun iddiasına əsasən pozulmuşdur. 4. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-714 A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh1 və X1 mülkiyyətinə Astara rayonu Şahağacı kəndi ərazisində 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

5. Daşınmaz əmlakın alğı-satqısına dair 20 noyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli müqaviləyə əsasən, Cavabdeh1 və X5 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 noyabr 2013-cü il tarixli RX № ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,08 hektar torpaq sahəsini Maraqlı şəxs2 2.500 (iki min beş yüz) manata satmışlar.

6. Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 noyabr 2019-cu il tarixli çıxarışa əsasən, Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən, 0,08 hektar yaşayış məntəqələri torpaqlar kateqoriyasından olan torpaq sahəsi Maraqlı şəxs2 adına **********74 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

7. Daşınmaz əmlakın bağışlanmasına dair 30 noyabr 2019-cu il tarixli, 4Ə-767 nömrəli müqaviləsinə əsasən, Maraqlı şəxs2 mülkiyyətində olan Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,08 hektar yaşayış məntəqələri torpaqlar kateqoriyasından torpaq sahəsini anası Maraqlı şəxs3 bağışlamışdır.

8. Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 dekabr 201 9-cu il tarixli çıxarışa əsasən, Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən, 0,08 hektar yaşayış məntəqələri torpaqlar kateqoriyasından olan torpaq sahəsi Maraqlı şəxs3 adına **********74 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

9. Astara rayon İHB-nın Astara rayon Şahağacı kənd İƏD üzrə nümayəndəliyinin 15 may 2020-ci il tarixli arayışından məlum olur ki, Quliyeva ona məxsus olan 0,08 hektar torpaq sahəsində 2017-ci il tarixdə yaşayış evi inşa etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı X3 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 Abdulnasir qızına (bundan sonra ikinci cavabdeh) (üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Astara rayon Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1 qeydə alınmış 20 noyabr 2013-cü il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, cavabdehlərin adına qeydə alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, birgə nikah dövründə Cavabdeh1 Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsi almış və onlar həmin torpaq sahəsinin üzərində 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikmişlər. Nikahla rı 20 iyun 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdeh1 Maraqlı şəxs2 həmin 0,08 hektar torpaq sahəsini satmış, Mikayıl isə 30 noyabr 2013-cü il tarixli bağışlanma müqaviləsinə əsasən torpağı anası Quliyevaya bağışlamışdır. Cavabdeh1 Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsini qanunsuz olaraq, onun razılığı olmadan 20 noyabr 2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs2 satmışdır. Çünki, həmin torpaq sahəsi onların birgə nikah dövründə əldə etdikləri əmlakdır, onların birgə mülkiyyətindir.

12. Birinci instansiya məhkəməsində birinci Cavabdeh1 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə arasında olan nikah 20 iyun 2013-cü il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş və məhkəmənin həmin qətnamə si 20 iyul 2013-cü il tarixdə qanuni qüvvəsini almış, icra edilməsi üçün göndərilmişdir. Bundan sonra o, 07 noyabr 2013-cü il tarixdə Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsi əldə etmiş və bu barədə ona RX seriyalı ******* nömrəli çıxarış da verilmişdir. Bundan sonra o, həmin torpaq sahəsini 20 noyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən 2.500 (iki min beş yüz) manat pula Maraqlı şəxs2 satmışdır. O, Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsini 07 noyabr 2013-cü il tarixdə əldə edərkən, iddiaçı ilə birgə nikahda olmamış və onların nikahlarına xitam verilmişdir. İddiaçı isə ona qarşı əsassız iddia qaldırmışdır. Bütün bunlara əsasən iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş dir.

13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs3 iddia tələbi ilə razı olmamış və verdiyi izahatında bildirmişdir ki, Maraqlı şəxs2 onun oğludur. O, Astara rayonu Şahağacı kəndində yerləşən, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən 0,08 hektar torpaq sahəsini 20 noyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən 2.500 (iki min beş yüz) manata birinci cavabdehdən almışdır. Sonra isə 30 noyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən ona bağışlamışdır. Oğlu həmin torpaq sahəsini alarkən torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmuşdur. Bütün bunlara əsasən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. Astara Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməs i) 2(018)-69/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia tələbi təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, çıxarışın qeyd edilən şəhadətnamə əsasında verilməsinə dair Azərbaycan Respublikası İqtisati İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran ərazi idarəsinə 22 dekabr 2023-cü il tarixdə etdiyi sorğu cavablandırılmadığından, iddiaçının isə bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında mülki işə baxmağı mümkün hesab etmişdir. İşin faktiki hallarından isə məlum olur ki, birinci cavabdeh Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi əldə edərkən, 07 noyabr 201 3-cü il tarixdə, onunla iddiaçı arasında olan nikaha xitam verilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi nikahlarına xitam verildikdən sonra birinci cavabdehin mülkiyyətinə keçdiyindən iddiaçının həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınması üçün heç bir əsas yoxdur.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13. 29. 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1, 32.1, 32.2.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci in stansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş JN-714 A kod 80112018 nömrəli mülkiyyətə verilməsinə dair şəhadətnamə saxtadır. Onun da cavabdeh kimi mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ vardır. Lakin cavabdeh ondan xəbərsiz həmin daşınmaz əmlakı qanunsuz olaraq satmışdır. Onun bundan məlumatı olan kimi məhkəməyə müraciət etmişdir.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1203/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbini alğı-satqı müqaviləsinin ləğv edilməsi tərzində ifadə etsə də mahiyyətcə müqavilənin etibarsızlığını iddia etmişdir. Belə ki, iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı alğı-satqının predmeti olan torpaq sahəsini birgə nikah dövründə əldə edilmiş əmlak və ümumi birgə mülkiyyət hesab etdiyini bildirməklə alğı-satqı müqaviləsinin etibarsızlığı müddəalarına əsaslanmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia edilən torpaq sahəsi iddiaçı ilə cavabdehin b irgə gəliləri hesabına əldə edilən əmlak deyil. Toprpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə Cavabdeh1 və Günel Cavadzadənin mülkiyyətinə əvəzsiz verilmiş əmlakdır. Ona görə həmin əmlak birgə nikah dövründə əldə edilmiş, birgə mülkiyyət hesab edilən əmlak deyildir. İddia edilən torpaq sahəsi Cavabdeh1 və Günel Cavadzadənin mülkiyyətində olmuşdur. Bundan başqa iddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Onun mülkiyyətinə torpaq sahəsi verilməmişdir. Beləliklə, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdır, yaxud torpaq sahəsi birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilməmişdir. Ona görə, onun torpağın alğı-satqısına dair müqaviləni etibarsız saymaq barədə tələbi əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyətcə doğru qənaətə gəlmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 225.6, 337.1-ci maddələrinə və Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.2, 32.2.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

25. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Birinci cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, əsassız olduğuna görə kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

30. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilə r.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

50. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əq dlər ola bilər.

51. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

52. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 20-21-ci paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, iddiaçı tələbini alğı-satqı müqaviləsinin ləğv edilməsi tərzində ifadə etsə də mahiyyətcə müqavilənin etibarsızlığını iddia etmişdir. İddia edilən torpaq sahəsi iddiaçı ilə cavabdehin birgə gəliləri hesabına əldə edilən əmlak deyil. Toprpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə Cavabdeh1 və Günel Cavadzadənin mülkiyyətinə əvəzsiz verilmiş əmlakdır. Ona görə həmin əmlak birgə nikah dövründə əldə edilmiş, birgə mülkiyyət hesab edilən əmlak deyildir. İddia edilən torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmuşdur. Bundan başqa iddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Onun mülkiyyətinə torpaq sahəsi verilməmişdir. Beləliklə, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdır, yaxud torpaq sahəsi birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilməmişdir. Alğı-satqı müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.

53. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

54. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsin ə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

55. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

56. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qə tnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1203/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar