Məhkəmə qərarları › İş №2(102)-2170/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2170/2020

24.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2170/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, borcun silinməsi və cavabdehin hesabına qaz sayğacının quraşdırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2(103)-13738/2019 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfin dən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, borcun silinməsi və cavabdehin hesabına qaz sayğacının quraşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xxx-ci il tarixli, ******* nömrəli aktının etibarsız hesab edilməsi, 11520 manat borcun silinməsi və öz hesabına qaz sayğacının quraşdırılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 2(011)-6774/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Aida Hüseyn-sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Raqib Qurbanov) 27 noyabr 2019-cu il tarixli 2(103)-13738/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6774/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı (istehlakçı) işlətdiyi qeyri-yaşayış sahəsinin qaz xətinin üzərində quraşdırılmış G-4 markalı qaz sayğacına xxx-ci il tarixind ə Cavabdehn əməkdaşları tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə kamera vasitəsilə vizual baxış keçirilərkən müəyyən olunmuşdur ki, sayğacın çıxış mebranı (çıxış plastmas boru) müdaxilə nəticəsində deşilmişdir. Bu barədə müvafiq qaydada akt tərtib edilmişdir. Bu səbəbdən də sayğac dövlət yoxlanılmasına göndərilmişdir. Laboratoriyada sayğac yoxlanılan zaman sayğacın sərfiyyatına uyğun olmadığı, çıxış plastmas borusunun deşildiyi və sayğacın yararsız olduğu öz təsdiqini tapmışdır. İstehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz sayğacına müdaxilə olunması nəticəsində sayğacın hesablama mexanizminin xəta ilə işləməsinə səbəb olmuşdur. Bu səbəbdən də itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 11.520 manat itirilmiş təbi i qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Mövcud qanunvericiliklə qaz sayğacına görə məsuliyyət istehlakçının təqsiri üzündən baş verdikdə qaz qurğusundan istifadə edən istehlakçının üzərinə qoyulmuşdur, lakin buna baxmayaraq məhkəmə hüquq normalarına zidd şəkildə qətnamə qəbul etmişdir. Müqavilə münasibətləri daxilində ayda bir dəfədən az olmayaraq istehlakçıların qaz sayğacına texniki baxışın keçirilməsi (göstəricilərin qeydə alınması) və ya qanunsuz istehlak hallarının müəyyən edilməsi məqsədilə qaz paylayıcının balans mənsubiyyətinə aid olan qaz xəttinə baxış keçirilməsi Birliyin funksional vəzifələrinə aiddir. Qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış “Təbii qazın alqı-satqısı” Müqaviləsinin (Müqavilə) 2.16-cı yarımbəndinə uyğun olaraq, abonentin istismarında olan qaz qurğularının tam və dəqiq uçotunun aparılması Birliyin vəzifəsi kimi müəyyən olunmuşdur. Müqavilə üzrə vəzifənin icrası zamanı vətəndaş obyektdə layihə smeta sənədlərində nəzərdə tutulmuş təbii qazdan sayğaca müdaxilə etməklə istifadə etməsi halı aşkar olunmuş və müvafiq qaydada-aktlaşdırılmışdır. Bunun nəticəsində də Birliyə dəyən ziyan hesablanmışdır. İddiaçı əhali abonenti olduğu halda o, qazdan əhali abonenti kimi yox, kommersiya məqsədi ilə sənaye qaz qurğusundan istifadə edən abonent statusunda istifadə etmişdir. Belə ki, əhali abonentlərinə quraşdırılmış G-4 itron tipli qaz sayğacının gücü İddiaçı istifadə etdiyi qaz cihazlarının gücünə adekvat deyildir. Birlik əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan yerə baxış keçirilərkən orada abonentlə Birlik aras ında bağlanmış müqavilə şərtlərindən kənar 2 ədəd təndir və 1 ədəd şirniyyat bişirmə sobası aşkarlanmış və bu hal aktlaşdırılaraq dəymiş ziyan hesablanmışdır. Nə apellyasiya instansiya məhkəməsi, nə də birinci instansiya məhkəməsi tərəfindən təqdim edilən foto şəkillərə və şahid qismində ifadə vermiş x in ifadəsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iş üzrə düzgün araşdırma aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhk əməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xxx-ci il tarixli, ******* nömrəli akta əsasən İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən 1702AZ**********06 saylı qaz sayğacının çıxış plast mas borusunun deşik olduğu müəyyən edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borc 11.520 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 4.2, 4.8, 5.2, 5.6 və 6.1-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib istehlakçının təqsirini sü buta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etdiyindən iddia əsaslıdır və təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi 11.520 manatın silinməsini qanuni hesab edərkən yalnız cavabdeh tərəfindən sayğacda olan qüsurların iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edilməməsinə əsaslanmış, iddiaçının mə işət abonenti olduğu halda, qazdan əhali abonenti kimi yox, kommersiya məqsədi ilə istifadə etməsinə, 2 ədəd təndir və 1 ədəd şirniyyat bişirmə sobasından istifadə edilməsinə, əhali abonentlərinə quraşdırılmış G-4 İtron tipli qaz sayğacının gücünün abonentin istifadə etdiyi qaz cihazlarının gücünə adekvat olmadığına, itirilmiş qaza görə vurulmuş ziyanın ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilərini araşdırmamış, onlara müvafiq qiymət verməmiş, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata ke çirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. “Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərə findən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasının Qaydalarda təsdiq edilməsi heç də, həmin sayğaclara qəsdən, bilərəkdən, qazdan qanunsuz istifadə məqsədilə müdaxilə edilməsi zamanı istehlakçını məsuliyyətdən azad edən norma kimi başa düşülməməlidir. Həmçinin Qazdan istifadə Qaydalarında konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə müddəa nəzərdə tutulmasa da, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən həmin ziyan məbləği zərərvuranda tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, aktda göstərilən və foto şəkillərdə əks olunan sayğaca müdaxilənin kimin təqsirindən baş verməsi, sayğacın yoxlanılması üçün l aboratoriyaya göndərilibgöndərilməməsi, bu barədə rəyin mövcud olub-olmaması araşdırılmadan istehlakçının təqsirsiz olması barədə gəlinən qənaət əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərar ında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2(103)13738/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar