Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2173/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: “qanunsuz arakəsmə tikilinin sökülməsi və giriş-çıxış yolunun açılması” Açar sözlər: tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili X6, nümayəndəsi X1, Cavabdeh və vəkili İsmayılov Xavər Bəxtiyar qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)-4593/2020 sa ylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində istifadədə olan 0,02077 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 77,2 kv.m. yaşayış, 95,1 kv.m. köməkçi sahədən ibarət 104 a nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə hər birinin payı ½ hissə olmaqla Cavabdeh və İddiaçı adına qeydiyyata alınmışdır. -Daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 1 ünvanının hüquq subyekti Cav abdeh və İddiaçıdur. -Bakı şəhəri 26 Bakı Komissarı Rayon Xalq Məhkəməsinin 26 avqust 1965-ci il tarixli, 2-50 saylı qətnaməsinə əsasən iddiaçı X2 (hazırkı iş üzrə iddiaçının atası) cavabdehlər İddiaçı və 26 Bakı Komissarı Rayon Kommunal Təsərrüfatı İdarəsinə qarşı evə hüququn tanınması və evin bölünməsi barədə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, 6-cı Bayıl küçəsi 104a saylı evin ½ hissəsinin mülkiyyətçisi X5, ½ hissəsinin mülkiyyətçisi İddiaçı müəyyən olunmuşdur. Həmin evdən YYY Məmmədova 24,75 kv.metr və 12 kv.metrdən ibarət iki otaq, ikinci mərtəbədə mətbəx, o cümlədən 20 kv.metr və 10 kv.metrdən ibarət sahə ayrılmış, mətbəxin yüngül tipli arakəsmə ilə ayrılması, iki pəncərə yerinə qapı yeri açılması və tərəflərin hesabına qapı qoyulması, eləcə də eyvanın arakəsmə ilə bölgüsünün aparılması, birinci mərtəbədə 8,66 kv.metr və 15,12 kv.metrdən ibarət iki otağın cavabdehə ayrılması, iddiaçıya ayrılmış otağın altında yerləşən, sahəsi 8,66 kv.metr olan bir otaq, vanna otağı, sanitar qovşaq ətrafındakı sahə ilə iddiaçıya ayrılması, birinci mərtəbənin həyətinin tərəflər arasında bölünməsi, cavabdehə ayrılmış otaqların altındakı həyət hissəsi ilə İddiaçı ayrılması, iddiaçı ilə İddiaçı ayrılmış otaqların hüdudlarının arakəsmə ilə ayrılması, yeni qurulmuş hasarla qonşunun hasarı arasında iki metr olmaqla gediş-gəliş yolu saxlanılması, iddiaçıya öz hesabına küçəyə çıxmağın təmin olunması hüququ müəyyən olunmuşdur. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 2/282/06 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh YYYyeviçin İddiaçı qarşı həyatyanı sahənin bər abər bölünərək hasar çəkilməsinə dair ilkin iddiası, İddiaçı Cavabdeh YYY oğluna qarşı evin arxasında olan giriş yolunun açılmasına dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə ilkin iddia təmin olunmuş, Bakı şəhəri, 6-cı Bayıl küçəsi 104 a saylı evin arxa hissəsində torpaq sahəsinin İddiaçı ilə Cavabdeh YYY oğlu arasında bərabər bölünərək hasar çəkilməsi, həmin hasarın çəkilməsi üçün xərclərin Cavabdeh YYY oğlunun üzərində saxlanılması, həmin ünvanda evin İddiaçı aid hissədə küçəyə çıxış hissəsi 2 metr enində bərpa edilməsi, onun Cavabdeh YYY oğluna qarşı evin arxasında olan giriş yolunun açılmasına dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 16 iyun 2006-cı il tarixli, 1MK-4036/06 saylı qətnaməsinə əsasə n Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2006-cı il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçı Cavabdeh YYYyeviçin cavabdeh İddiaçı qarşı həyatyanı sahənin bərabər bölünərək hasar çəkilməsi, evin cavabdehə məxsus hissəsində küçəyə çıxış 2 metr olan enində hissəsinin bərpa olunması barədə iddiasının təmin olunmaması, qarşılıqlı İddiaçı Cavabdeh YYY oğluna qarşı Bakı şəhəri, 6cı Bayıl küçəsi 104 a saylı evin arxa hissəsinə giriş yolunun açılmasına dair iddiasının təmin edilməsi, həmin evin arxa hissəsinə giriş yolunun açılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 20 sentyabr 2006-cı il tarixli 6K-2246 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 16 iyun 2006-cı il tarixli qətnaməsi dəyi şdirilmədən qüvvəsində saxlanılmışdır. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(009)438/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(103)-2067/2018 saylı qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(009)-438/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4552/2018 saylı, 27 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(103)2067/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli, 2(009)-776/2019 nömrəli qərardadı ilə mülki iş üzr ə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 oktyabr 2019-cu il tarixli, 8173 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanda yerləşən tikililərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 12.03.2009-cu il tarixdə tərtib olunmuş texniki pasportun göstəricilərindən əlavə (5,70x4,9) +(3,2x3,3)=38,5 kv.m. tam başa çatmamış tikilinin, 1,5x2=3,0 kv.m. sanitar qovşağının, 3,50x3,50=12,2 kv.m. sahədə sanitar qovşağının və 2,30x3,0=6,9 kv.m. yardımçı sahənin inşa olunduğunu nəzərə alaraq texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi 104a saylı evin arxa hissəsində giriş-çıxışı bağlayan və Cavabdeh tərəfindən inşa edilən arakəsmənin iddiaçıya maneə yaradıb-yaratmaması məsələsi tikinti-texniki ekspertin səlahiyyətinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 evin arxa hissəsində giriş-çıxış yolunu bağlayan və Cavabdeh tərəfindən inşa edilən arakəsmə tikilinin qanunsuz hesab edilməsi və cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(009)776/2019 saylı qətnaməsi ilə (hakim Ü.S.Şükürova) iddia tələbi rədd edilərək, iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun İddiaçı tutularaq dövlət nəfinə (Az.MEM, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)-4593/2020 saylı qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(009)-776/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iş üzrə sübutlara deyil, özünün qanunsuz və əsassız mülahizələrinə istinad etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, vəkili X7 və nüm ayəndəsi X4 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh və vəkili İsmayılov Xavər Bəxtiyar qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifad ə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası mə hkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi tərəfindən yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, 000 saylı evin arxa hissəsində giriş-çıxış yolu həqiqətən bağlanmış, yəni həmin yoldan praktiki cəhətdən istifadə etmək mümkün deyildir. Həmin giriş-çıxış yolu ensiz olduğuna görə giriş-çıxış üçün əlverişli deyildir. Bundan əlavə, müəyyən edilmişdir ki, həmin giriş-çıxış yolunun qarşısında Cavabdeh tərəfindən tikililər inşa edilmiş, həmin tikililərin sökülməsi barədə İddiaçı iddiası Səbail Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(009)-438/2017 saylı qətnaməsi ilə təmin olunmamış, birinci in stansiya məhkəməsinin həmin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə, apelyasiya məhkəməsinin qeyd olunan qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddianı rədd edən məhkəmələr bu qənaətə gəlmişlər ki, Cavabdeh tərəfindən inşa edilmiş və İddiaçı tərəfindən sökülməsi tələb olunan həmin tikililərin (hamam, sanitar qovşağı və yarımçıq beton tikinti) İddiaçı və digər sakinlərə evdən istifadə imkanlarına hər hansı maneə yaratması müəyyən edilməmişdir. Yerli baxış zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı evinə digər tərəfdən giriş-çıxış yolu mövcuddur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Apellyasiya Məhkəməsinin 16 iyun 2006-cı il tarixli, 1MK-4036/0 6 saylı qətnaməsi qəbul olunduqdan sonra ötən 14 il ərzində mübahisəli ərazidə yeni tikililər inşa olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iddianın qaldırılması tərəflər arasında uzun müddətdir ki, davam edən qərəzli münasibətlərin nəticəsi olub iddiaçının evinin arxa hissəsinə giriş-çıxış yolunun bərpa olunması məqsədlərinə xidmət etmir. Həmin yol ensiz olmaqla və yolun qarşısında yeni tikililər inşa olunmaqla giriş-çıxış üçün əlverişli deyil. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi t ərəfindən iş üzrə sübutlara deyil, özünün qanunsuz və əsassız mülahizələrinə istinad olunduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)-4593/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2173/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2173/2021
27.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver