Məhkəmə qərarları › İş №2(102)-2173/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2173/2024

23.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2173/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi 23.10.2024 xx Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(107)72/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları: 1. 04 may 1975-ci il tarixdə X31 rəsmi nikah əsasında X15 ilə ailə qurmuş və onların birgə nikahından X25 adlı uşaqları doğulmuşdur. 2. 11 noyabr 2001-ci il tarixdə X15 ölmüşdür. 3. 11 avqust 2006-cı il tarixdə İddiaçı rəsmi nikah əsasında X25 ilə qurmuş və onların birgə nikahından 08 iyul 2007-ci il tarixdə Əsmər, 13 iyun 2009-cu il tarixdə Rəfiqə və 11 noyabr 2011-ci il tarixdə Ağa adlı, üç uşaqları doğulmuşdur. 4. 03 noyabr 2017-ci il tarixdə X18 ölmüşdür. 5. 15 fevral 2018-ci il tarixli Çıxarışa əsasən, Balakən rayonu, Mahamalar kəndində yerləşən, 1991-ci ildə tikilmiş, ümumi sahəsi 82.40 kv.metr olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X11 adına qeydiyyata alınmışdır. 6. 20 yanvar 20 18-ci il tarixdə Cavabdeh1 ərizə ilə notariat orqanına müraciət edərək, 11 noyabr 2001-ci il tarixdə ölmüş bacısı X10 miras qalmış Balakən rayonu, Mahamalar kəndində yerləşən evi və torpaq sahəsini qəbul etdiyini və ondan başqa digər vərəsələrinin olmadığını bildirmişdir. 7. 16 mart 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, Cavabdeh1 11 noyabr 2001-ci il tarixdə ölmüş bacısı X10 miras qalmış Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.0883 ha torpaq sahəsindən bütöv irs almalıdır. 8. 28 mart 2018-ci il tarixli Çıxarışa əsasən, Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,0883 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. 9. 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, Xəlilov X20 rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evini və evin yerləşdiyi 0,0883 ha torpaq sahəsini arvadı Cavabdeh2 bağışlamışdır. 10. 02 noyabr 2022-ci il tarixli Çıxarışa əsasən, Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,0883 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan- sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra- cavabdeh), Cavabd eh2 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notirat orqanı tərəfindən cavabdehin adına verilmiş 16 mart 2018-ci il tarixli, 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin Şəhadətnamə əsasında cavabdehin adına verilmiş 28 mart 2018-ci il tarixli Çıxarışın ləğv olunması, habelə cavabdehlə arvadı Cavabdeh2 arasında notarial qaydada bağlanmış 06 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinin ləğv olunması, həmin bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 02 noyabr 2022-ci il tarixli Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 avqust 2006-cı il tarixdə rəsmi nikah əsasında X18 ilə ailı qurmuş və birgə nik ahlarından 08 iyul 2007-ci il tarixdə Əsmər, 13 iyun 2009-cu il tarixdə Rəfiqə və 11 noyabr 2011-ci il tarixdə Ağa adlı, üç övladları anadan olmuşdur. 11 noyabr 2001-ci il tarixdə X3 ölmüş və ondan Balakən rayonu, Mahamalar kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. X3 öldükdən sonra mərhumdan miras qalmış fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini X8 idarə etmiş və faktiki sahibliyi həyata keçirmişdir. X2 başqa övladı olmamış, yeganə vərəsəsi X18 olmuşdur. X8 03 noyabr 2017-ci il tarixdə ölmüş və onun ölümündən sonra birgə nikahlarından doğulmuş övladları azyaşlı olduqları və həmin vaxt o, həbsdə olduğu üçün İsmayıllı rayonu, Lahıc kəndində valideynlərinin himayəsində yaşamışlar. Hazırda övladları ilə birlikdə Bakı şəhərində yaşayır və hər il bay ram ərəfələrində Balakən şəhərinə gedərək mərhumların məzarını ziyarət edirlər. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında Balakən rayonunda olarkən ona məlum olmuşdur ki, X7ndan miras qalmış evə və torpaq sahəsinə dayısı olan cavabdehin adına vərəsəlik işi açdırmış və sonuncu miras əmlakları tamamilə öz adına rəsmiləşdirmişdir. Məsələni aydınlaşdırmaq üçün cavabdehlə danışıqlar aparmış, lakin sonuncu əmlakları artıq öz adına rəsmiləşdirdiyini bildirmiş və əmlakı verməkdən imtina etmişdir. Torpaq sahəsinin necə və hansı əsasla rəsmiləşdirilməsini aydınlaşdırmaq üçün sorğusu ilə notariat orqanına müraciət etmiş və notariat ofisi tərəfindən X1 miras qalmış əmlaklara açılmış vərəsəlik işində olan bütün sənədlər əldə olunmuşdur. Notariatdan əldə olunmuş sənədlərdən görünür ki, 11 noyabr 2001-ci il tarixdə ölmüş X1 miras qalmış əmlaklara dair 16 mart 2018-ci il tarixdə cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. 2018-ci ilin yanvar ayında Balakən rayonu, Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışa görə, 11 noyabr 2001-ci il tarixdə ölmüş X11 vərəsələri yalnız mərhumun qardaşları qeyd olunmuşdur. Arayışda qeyd olunan qardaşlardan isə yalnız cavabdehin təsərrüfatda qeydiyyatda olmağı yazılmışdır. Həmçinin Balakən rayonu, Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli arayışa görə, 11 noyabr 2001-ci ildə ölmüş X11 vərəsəsi X18 olmuş və sonuncu 03 noyabr 2017-ci il tarixədək azyaşlı övladları ilə birlikdə Balakən rayonu, Mahamalar kəndində yaşamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, X1 miras qalmış fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 03 noyabr 2017-ci il tarixədək onun X8 idarə etmişdir. Göründüyü kimi, icra nümayəndəliyinin müxtəlif məzmunlu arayışlar verməsi onu və üç azyaşlı övladlarını vərəsəlik hüququndan məhrum etmişdir. 03 noyabr 2017-ci il tarixdə X13 ölməsi ilə ondan üç övladı və o, vərəsə qalmışdır. Miras evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və mülkiyyət hüququna dair Çıxarışın verilməsi qanunsuz olmuşdur.

13. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, X15 onun bacısı olmuşdur. 1977-ci ildə doğulmuş X16 qızı olmuşdur. 1995-ci ildə Balakən rayonu, Mahamalar kəndində ev almaq qərarına gəlmişdir. Həmin v axt Qazaxıstan Respublikasında yaşadığına görə evi X11 adına almışdır. 2001-ci ilədək həmin evdə bacısı X15 yaşamış və 11 noyabr 2001-ci il tarixdə ölmüşdür. Onun dəfnini özü ata evindən yola salmaqla həyata keçirmişdir. Mərhumənin ölümündən sonra Balakən rayonu, Mahamalar kəndində yerləşən, 0.08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 82.40 kv.metr olan fərdi yaşayış evi, habelə 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. X1 qalmış mirası o, faktiki qəbul edərək idarə etmiş, mərhuməyə məxsus torpaq sahəsində abadlıq işləri görmüş, əkib becərmiş, məhsulunu toplamış, mərhumənin dəfn xərclərini çəkmiş, ev köhnə olduğundan onu təmir etdirməklə abadlaşdırmış və bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. 2003-cü ildə Cavabdeh2 ilə qeyri-rəsmi nikaha girmiş və həmin evə köçüb orada yaşamışlar. 2005-ci ildə onunla nikahlarını rəsmiləşdirmişlər. X11 ölümündən sonra onun təsərrüfatında o, qalmışdır. Bu hal Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş yanvar 2018-ci il tarixli arayışla da təsdiq olunur. X21 2006-cı ilədək atasına məxsus evdə yaşamış, 11 avqust 2006-cı il tarixdə rəsmi nikah əsasında İddiaçı ilə ailə qurmuş və onun özünün adına olan torpaq sahəsində yerləşən evə gəlin köçmüş və onların rəsmi nikahından üç övladları doğulmuşdur. Sonradan İddiaçı korrupsiya xarakterli cinayət törətdiyinə görə həbs olmuş, uzun müddət həbsdə qalmış, X21 isə Balakən rayonuna qayıtmış və öldüyü vaxtadək kirayədə yaşamışdır. X21 03 noyabr 2017-ci ildə ölmüş və onun dəfnini o, yola salmışdır. 2018-ci ilin yanvar ayın da onun müraciəti əsasında notariat orqanı tərəfindən bacısı X11 adına qeydə alınmış 0.0883 ha torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kv.metrdən ibarət fərdi yaşayış evinə dair mərhumdan ona çatacaq paya dair vərəsəlik işi açılmışdır. Balakən rayonu, Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kv.metr olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə dair X11 adına 15 fevral 2018-ci il tarixli Çıxarış verilmişdir. 16 mart 2018-ci il tarixli, 2V-127 saylı reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə dair onun adına 28 mart 2018-ci il tarixli Çıxarış verilmişdir. O, isə 06 aprel 2018-ci il tarixl i, 4Ə-204 saylı bağışlama müqaviləsinə sözügedən evi və torpaq sahəsini arvadı Cavabdeh2 bağışlamış və 02 noyabr 2022-ci il tarixli Çıxarışa əsasən həmin ev və torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır.

14. Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(019)-187/2023 saylı qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırda mübahisələndirdiyi Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82.40 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan həyətyanı torpaq sahəsində X21 heç vaxt yaşamamışdır. Balakən rayon AİK-nin 30 iyun 1998-ci il tarixli, 08 saylı Qərarına əsasən JN-1157 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şə hadətnaməyə əsasən X14 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi cavabdehin atasından qalmış, X18 isə həmin torpaq sahəsində yerləşən evdə yaşamışdır. Balakən rayonu, Mahamalar kəndində yerləşən, 0.25 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evini 10 avqust 2016cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 Məcidzadəyə satmışdır.

16. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, notariat orqanı tərəfindən 11 noyabr 2001-ci il tarixdə ölmüş X10 miras qalmış əmlaklarla bağlı vərəsəlik açılarkən, cavabdeh onun təsərrüfatında qeydiyyatda olmuş və onun mirası faktiki qəbul etməsi müəyyən olunmuşdur.

17. Lakin, X18 mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmiş, habelə mirasın qəbulu üçün notariat orqa nına ərizə verməmişdir.

18. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, X18 11 nobyabr 2001-ci il tarixdə ölmüş X11 birinci növbəli vərəsəsi olsa da, anası X10 miras qalmış əmlakı qəbul etmədiyindən, Mülki Məcəllənin 1263-cü maddəsinə əsasən, miras onu qəbul etmiş sonrakı növbənin vərəsəsi olan X11 qardaşı cavabdehin adına keçmişdir.

19. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 1243.1, 1243.2, 1243.3, 1133.1, 1133.2, 1145, 1151.1, 1157-1.1, 1157-1.2, 1159.1, 1159.1.1, 1255, 1256, 1261, 1268.1, 1269, 1272, 1274, 1276, 1291, 1321.1, 1321.2, 1322-ci maddələrinə, “Notariat haqqında” Qanunun 55, 59-cu maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsin də icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 mərhum anasına məxsus əmlakı idarə etmişdir. Bunu mülki iş materialına əlavə edilmiş arxiv arayışı və icra nümayəndəliyi tərəfindən verilmiş arayışla da təsdiq olunur. Hər iki arayış məhkəmə tərəfindən nəzərə alınmamışdır. “Notariat haqqında” Qanunun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qeyd olunan maddənin tələbi cavabdehə qanun üzrə vərəsəlik şəhadətnaməsi verən notarius tərəfindən pozulmuş, məhkəmə tərəfindən pozuntu halı nəzərə alınmamışdır. Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Belə ki, mərhumun yeganə vərəsəsi X18 03 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Hazırda X4 üç övladı və əri miras əmlaka birinci növbəli vərəsələrdir. Qanunvericiliyin yuxarıda qeyd olunan mövqeyindən aydın olur ki, əvvəllki növbənin vərəsələri, yəni X13 mövcudluğu ikinci növbəli vərəsə olan cavabdehin vərəsəliyini istisna edir. X4 vərəsələri sağ olduqları üçün cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilə bilməzdi. X7 mirasın qəbul undan imtina etməmiş və onun mirasdan imtinası notarial qaydada rəsmiləşdirilməmişdir. Mirası qoyan X5 rayonu, Mahamalar kəndində yaşamış, 11 noyabr 2001-ci il tarixdə ölmüşdür. X6 öldükdən sonra ona məxsus təsərrüfatda qızı X18 qeydiyyatda olmuş və o, 03 noyabr 2017-ci il tarixdə ölmüşdür. Eyni zamanda, cavabdeh 2022-ci ildə icra nümayəndəliyindən miras barədə arayış tələb etmiş və icra nümayəndəliyi tərəfindən 2001-ci ilə aid məlumatların icra nümayəndəliyində olmadığını, Balakən rayon Dövlət Arxiv İdarəsinə təqdim edildiyi üçün mümkün olmadığı bildirilmişdir. İcra nümayəndəliyi tərəfindən 2001-ci ilə dair məlumatların icra nümayəndəliyində saxlanılmadığı təqdirdə cavabdehi X2 təsərrüfatında göstərməsi bir daha icra nümayəndəliyi tərəfindən cavabdehin adına verilmiş arayışların əsassız v ə qanunsuz olmasını təsdiq edir. Mülki iş materiallarına həmçinin cavabdehlə arvadı Cavabdeh2 arasında olan “bağışlama müqaviləsi” əlavə olunmuşdur. Həmin bağışlama müqaviləsinə əlavə olunmuş 2018-ci ilin aprel ayına aid arayışdan görünür ki, fərdi yaşayış evində X23, X22 və İsmayılzadə Ağa Həsən oğlu qeydiyyatda olmuşlar. Göründüyü kimi, icra nümayəndəliyi tərəfindən müxtəlif məzmunlu arayışların verilməsi nəticəsində iddiaçı və üç övladı vərəsəlik hüququndan məhrum olmuşlar.

22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(107)72/2024 saylı qətnaməsi ilə (hakimlər- M.A.Əsədli sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və E.M.Mehdiyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(019) -187/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək,iddia təmin edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən, maddi hüquq normalarının tələblərini pozub, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, X15 cavabdehin bacısı olub və 11 noyabr 2001-ci il tarixdə ölüb. X15 öldükdən sonra ondan Balakən rayonu, Mahamalar kəndində yerləşən, 0.08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 82.40 kv.metr olan fərdi yaşayış evi, habelə 0.14 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi miras qalıb. 2018 -ci ilin yanvar ayında cavabdeh ərizə ilə notariusa müraciət edərək, bacısı X10 miras qalmış paya dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş edib. 15 fevral 2018-ci il tarixli Çıxarışa əsasən, Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82.40 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0883 ha torpaq sahəsi ölümündən sonra mülkiyyət hüququ üzrə X11 adına qeydə alınıb. Bundan sonra notariat orqanı tərəfindən miras əmlaka dair cavabdehin adına 16 mart 2018-ci il tarixli, 2V-127 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. 28 mart 2018-ci il tarixli Çıxarışa əsasən miras əmlak daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb və sonuncu 06 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinə əsasən həmin evi və həyətyanı torpaq sahəsini arvadı Cavabdeh2 bağışlayıb. 02 noyabr 2022-ci il tarixli Çıxarışa əsasən sözügedən ev və həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb.

25. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq qeyd etmişdir ki, iddia və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Normada müəyyən edilmiş 2 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar ist isna olmaqla, dayandırılmır və kəsilmir.

26. İşə əlavə edilmiş notariat orqanının 31 yanvar 2024-cü il tarixli arayışına görə, X1 miras qalmış əmlakın qardaşı Cavabdeh1 adına keçməsinə əsas olmuş 17 mart 2018-ci il tarixli, 2V-127 reyestr nömrəli Şəhadətnamənin və ona əlavə edilmiş sənədlərin surəti vəkilin sorğusu əsasında 08 sentyabr 2022-ci il tarixdə iddiaçının vəkili Nümayəndə1 təqdim edilib. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, 17 mart 2018-ci il tarixli, 2V-127 reyestr nömrəli Şəhadətnamənin və ona əlavə edilmiş sənədlərin surətini 08 sentyabr 2022-ci il tarixdə alıb. Bu da onu göstərir ki, həmin vaxt iddiaçı və onun vəkili sözügedən Şəhadətnamənin mövcudluğundan artıq xəbərdar idilər.

27. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, 17 mart 2018-ci il tarixli, 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin mövcudluğundan 08 sentyabr 2022-ci il tarixdə xəbərdar olduğundan, 21 noyabr 2022-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etməsi halları öz əhəmiyyətini itirir. Çünki, iddiaçı hazırkı məzmunda iddia ilə məhkəməyə 21 noyabr 2022ci il tarixdə müraciət etsə belə, həmin vaxtdan artıq qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürüb.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı kəsici müddətin ötürülməsi nəticəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ da aradan qalxdığına görə, iddia tələbi notariat orqanı tərəfindən cavabdehin adına verilmiş 16 mart 2018- ci il tarixli, 2V-127 reyestr nömrəli “Qanu n üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab olunması barədə tələbi təmin edilə bilməz.

29. İddiaçının digər tələbləri ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin adına qeydiyyata alınmış 28 mart 2018- ci il tarixli Çıxarış cavabdehin adına verilmiş 16 mart 2018-ci il tarixli, 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında verilib, yəni, nə qədər ki, həmin Şəhadətnamə qüvvədədir, onun əsasında verilmiş Çıxarış da ləğv edilə bilməz.

30. Cavabdehlə arvadı Cavabdeh2 arasında notarial qaydada bağlanmış 06 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinin ləğv olunması və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 02 noyabr 2022-ci il tarixli Çıxarışın ləğv olunması barədə iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Normanın mənasına görə, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə, dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Ona görə də sözügedən əmlaka dair Cavabdeh2 adına 02 noyabr 2022-ci il tarixli Çıxarış 06 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinə əsasən verildiyindən və həmin bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmadığından, iddia bu hissədə də təmin oluna bilməz.

31. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 49, 60-cı maddələrinə, Mülki Məcəllənin 140, 666.1, 1133,1146, 1159, 1160, 1193, 1194, 1202.2, 1246-ci maddələrinə, habelə Mülki Prossesual Məcəllənin 372, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun və oxşar məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mirası qoyanın yeganə vərəsəsi olan X27 03 noyabr 2017-ci il tarixdə ölüb və onun ölümündən sonra üç övladı və əri vərəsə qalıb. Göründüyü kimi, X13 birinci növbəli vərəsələri sağ olduğu üçün cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadatnamə verilə bilməzdi. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina ed ə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mərhum X8 mirasın qəbulundan imtina etməyib və belə bir imtina notariat orqanında rəsmiləşdirilməyib. Bunun üçün də miras sonrakı növbənin vərəsələrinə keçə bilməzdi. Ona görə də apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə kəsici müddətlə bağlı normaları tətəbiq etməsi Mülki Məcəllənin 1272-ci maddəsinin tələblərinə ziddir. Belə ki, sözügedən norma mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisənin maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilməsini nəzərdə tutur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 kassasiya şikayətinə qarşı etiraz ərizəsində, kassasiya şikayətinin təmin e dilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

36. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edilməsi ilə açılır.

38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

39. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zaman ı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

40. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

41. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

42. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.

43. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.

44. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzin də mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

45. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. İsə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

55. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

56. Belə ki, işin mübahisə olunmayan hallarına görə, mirası qoyan X15 cavabdehin bacısı olub və 11 noyabr 2001-ci il tarixdə ölüb. X15 öldükdən sonra ondan Balakən rayonu, Maha malar kəndində 0.08 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 82.40 kv.metr olan fərdi yaşayış evi miras qalıb. 2018-ci ilin yanvar ayında cavabdeh ərizə ilə notariusa müraciət edərək, bacısı X10 miras qalmış əmlaka dair onun adına Şəhadətnamə verilməsini xahiş edib. 15 fevral 2018-ci il tarixli Çıxarışa əsasən, sözügedən ev və torpaq sahəsi mülkiyyət hüququ üzrə X11 adına qeydə alınıb. Bundan sonra, notariat orqanı tərəfindən həmin əmlaka dair cavabdehin adına 16 mart 2018-ci il tarixli, 2V-127 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib və 28 mart 2018-ci il tarixli Çıxarışa əsasən miras əmlak daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb və sonuncu 06 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinə əsasən həmin ev i və torpaq sahəsini arvadı Cavabdeh2 bağışlayıb. 02 noyabr 2022-ci il tarixli Çıxarışa əsasən sözügedən ev və həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb.

57. Hazırda iddiaçı, sözügedən əmlakın 11 noyabr 2001-ci il tarixdə ölmüş X3ndan miras qaldığını, sonuncunun ölümündən sonra onun yeganə birinci növbəli vərəsəsi olan X13 miras əmlaka sahiblik və onu idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini, sonuncunun ölümündən sonra onun birinci növbəli vərəsəsi kimi yetkinlik yaşına çatmayan üç övladığının və onun qaldığını, lakin notariat orqanı tərəfindən qanunsuz olaraq miras əmlakın ikinci növbəli vərəsə olan cavabdehin adına rəsmiləşdirildiyini, sonuncunun isə miras əmlakı müqaviləyə əsasən arvadı X19 bağışladığını göstərib, sözügedən hüquqmüəyyənedici sənədlərin etibarsızılığını tələb edir.

58. Cavabdeh isə iddiaçının X8nın öz sağlığında nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə, nə də ki, mirasa sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etmədiyini və miras əmlakın qanuni əsaslarla yalnız onun tərəfindən qəbul edildiyini və miras əmlakın bağışlama müqaviləsinə əsasən bütövlükdə aravadı Cavabdeh2 mülkiyyətində olduğunu gösətərib, iddiaya etiraz edir.

59. Apellyasiya instansiyası məkəməsi isə iddiaçının sözügedən Şəhadətnamənin və ona əlavə edilmiş sənədlərin surətlərini 08 sentyabr 2022-ci il tarixdə aldığı halda, hazırkı iddia ilə məhkəməyə 21 noyabr 2022-ci il tarixdə müraciət etdiyini, yəni mirası qəbul etməsi barədə iki ay ərzində mübahisə açmamaqla, Mülki Məcə llənin 1272-ci maddəsində nəzərdə tutulan iki aylıq kəsici müddəti ötürməsi qətnatinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılamır.

60. Belə ki, əvvəla işin mübahisələndirilməyən hallarına görə, hazırkı iddia ərizəsi məhkəmənin icraatına 21 noyabr 2022-ci il tarixdə daxil olub və mülki iş məhkəmənin icraatında olduğu dövrdə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul edilib və həmin Qərarla Konstitusiya Məhkəməsinin Plenumu, Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini, mütənasiblik baxımından konstitusiyanın prinsiplərinə və Konst itusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığı üçün qüvvədən salıb.

61. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, iddia qeyd olunan əsasla rədd oluna bilməz.

62. Mülki Məcəllənin 1256-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mir asın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

63. Nəzərə alınmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.

64. Belə ki, həmin Qərarda göstərilir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnaməni n olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.

65. Göründüyü kimi, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

66. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

67. Hazırkı halda i sə mirası qoyan X11 11 noyabr 2001-ci il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən əmlaka vərəsəlik açılıb və onun birinci növbəli yeganə vərəsəsi olan qızı X18 isə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etməyib. Belə olan halda qəbul edilmiş sözügedən miras əmlak onun açıldığı gündən məhz birinci növbəli vərəsə kimi X13 mülkiyyətində olub və notariat orqanı tərəfindən həmin əmlaka dair ikinci növbəli vərəsə kimi cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən yuxarıda sadalanan normaların tələbləri pozulub.

68. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları, habelə əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğunun, sonrakı növbənin vərəsəliyini istisna etməsini nəzərə almayıb.

69. Digər tərəfdən, yuxarıda sadalanan normaların mənasına görə, miras sonrakı növbənin vərəsəsinə o, halda keçir ki, əvvəlki növbənin yalnız bir vərəsə olsun və o, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etsin.

70. Hazırkı işdə, X13 anası X10 miras qalmış əmlaka dair vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etməsini özündə ehtiva edən heç bir sübut yoxdur.

71. Əksinə, iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, X18 mirası qoyan X11 yeganə vərəsəsi olub və 03 noyabr 2017-ci il tarixədək, yəni ölən günədək mirasın qəbulundan imtina etməsi barədə ərizə ilə notariat orqanına müraciət etməyib. X13 ölümündən sonra isə onun vər əsəsi kimi üç övladı və əri qalıb.

72. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Məcəllənin 1272-ci maddəsi əslində mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddətini tənzimlədiyindən, yəni X18 mirası qoyanın birinci növbəli yeganə vərəsəsi olmaqla, ümumiyyətlə mirasın qəbulundan imtina etmədiyindən, sözügedən norma ona münasibətdə hazırkı mülki mübahisəyə tətbiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi həmin normanın tələblərini hazırkı mülki mübahisəyə səhv tətbiq edib və X13 ilk gündən mirasın qəbulundan imtina etməməsini nəzərə almayıb. Yəni, sözügedən norma əslində mirasın qəbulundan imtina etdikdən sonra vərəsənin müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində bu barədə mübahisə aça bilməsini nəzərədə tutur.

73. Hazırkı halda iddiaçının X8 anası X11 birinci növbəli yeganə vərəsəsidir, cavabdeh isə onun ikinci növbəli vərəsəsidir. Belə olan halda hazırkı iddianın Mülki Məcəllənin 1272ci maddəsinə əsasən rədd edilməsi yolverilməzdir. Çünki mirasın qəbulundan imtina edilməsi barəsində iddiaçı ilə digər birinci növbəli vərəsələr arasında hər hansı mübahisə yoxdur. Ona görə də iddiaçının sözügedən Şəhadətnamənin və ona əlavə edilmiş sənədlərin surətlərini 08 sentyabr 2022-ci il tarixdə alması və hazırkı iddia ilə məhkəməyə 21 noyabr 2022-ci il tarixdə müraciət etməklə, bu barədə iki ay ərzində mübahisə açmaması iddianın rədd olunması üçün əsas sayıla bilməz.

74. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

75. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.

76. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(107)-72/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar