Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2175/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)12328/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.M.Hacıyev, iş № 2(004)-4045/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ko mpensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilərək iddiaçılar tərəfindən Cavabdeh 10.000 manat məbləğində kompensasiya verilməklə Cavabdeh iddiaçılara məxsus N saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması və qətnamənin hər iki hissədə eyni vaxtda icra olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmişdir. İşin halları: Bakı şəhəri, Şərifzadə küçəsi, 12 saylı evin 10 saylı üç otaqlı mənzili xx xxxxxx 1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh məxsus olmuş və xx xxxxxxxx 2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən onun tərəfindən qızları və hazırkı iş üzrə iddiaçılar Oksana və İddiaçı2lara bağışlanmışdır. Oksana və İddiaçı2ların həmin mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 2018-ci ildə N və İddiaçı2lar ataları Cavabdeh mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia qaldırmış, həmin iddia tələbi üzrə Cavabdeh mənzilə köçürülməsi barədə qarşılıqlı tələb irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iş üzrə qəbul edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək N və İddiaçı2ların iddia tələbinin rədd, Cavabdeh qarşılıqlı iddia tələbinin isə təmin olunmasına dair qətnamə qəbul edi lmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra 2019-cu ilin may ayında N və İddiaçı2lar ataları Cavabdeh qarşı 10.000 manat məbləğində kompensasiya verilməklə onun mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmış, mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar kasasiya şikayəti verərək cavabdehin 2003-cü ilin sentyabr ayından mübahisəli mənzildə yaşamamasını və orada heç bir əmlakının olmamasını, onların tərəfindən kompensasiyanın məbləğinin 15.000 manata qədər artırılmasına baxmayaraq bunun qətna mədə öz əksini tapmamasını, həmin məbləğin cavabdehə 5 il ərzində ona başqa yerdə yaşamaq imkanı verməsini, iddianın rədd olunmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 228-ci maddələrinin tələblərinə uyğun olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya kollegiyasının iclasında cavabdeh və vəkili kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş mat eriallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən cavabdehə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinin müqabilində 10.000 manat məbləğində kompensasiya təklif edilmişdir. Kasasiya şikayətində kompensasiyanın məbləğinin 15.000 manata yaxud 10.000 manat və qaraj olmaqla artırılması iddia olunsa da, işdə bunu təsdiq edə biləcək heç bir sübut yoxdur. Əksinə, işdən görünür ki, işə apelyasiya qaydasında baxılarkən iddiaçıların nümayəndəsi və vəkili sədrlik edənin sualına verdiyi cavabında cavabdehə 10.000 manatdan artıq məbləğdə kompensasiya vermək imkanına malik olmamalarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “N şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublika sının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarına əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehə təklif olunan kompensasiyanın məbləği yetərli olmamaqla onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitə oxşar yaşamaq imkanı vermir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, təklif olunan kompensasiyanın məbləği cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2175/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2175/2020
03.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver