Məhkəmə qərarları › İş №2(102)-2178/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2178/2023

23.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2178/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 Yusif qızı və X5 Cavabdeh qarşı, Cavabdeh İddiaçı1, X16, İddiaçı2 Yusif qızı və X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, vərəsəlik şəhadətnamələrinin ləğvi, payların müəyyən edilməsi, payın artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlunun məruzəsi ilə, Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 Yusif qızı və X5 Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə, iddiaçı Cavabdehlər İddiaçı1, X16, İddiaçı2 Yusif qızı və X6 “qanun üzrə vərəsəlik şəhadətnamələrinin l əğv edilməsi, vərəsəlik paylarının müəyyən edilməsi, miras əmlak üzrə edilən yaxşılaşdırma işlərinə görə vərəsəlik payının artırılması və ya çəkilmiş xərcin paylara uyğun şəkildə ödənilməsi” barədə iddia tələbləri üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2(106)-2187/2022 nömrəli qətnaməsindən cavabdeh (iddiaçı) Cavabdeh kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X1 şəhər, T.İsmayılov küçəsi ev 27 Q, mənzil 8-in (bundan sonra – mübahisəli mənzil) mülkiyyətçisi olmuşdur.

2. X3 xx.xx.2015-ci il tarixdə ölmüş, xx.xx.2015-ci il tarixdə vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan qızı X7, X12 və X8 adlarına miras qalmış əmlakın hər birinə 1/5 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh vərəsəliyi qəbul etmiş, lakin notariat ofisinə gəlmədiyi üçün miras əmlakın 1/5 hissəsi açıq saxlanılmışdır.

3. Həmin mənzilə xüsusi mülkiyyət hüququ ilə 1/5 hissə üzrə İddiaçı2 Yusif qızının adına xx.xx.2022-ci ildə, 1/5 hissə üzrə X5 adına xx.xx.2022-ci ildə, 1/5 hissə üzrə xx.xx.2022-ci ildə İddiaçı1 adına çıxarış verilmişdir, 2/5 hissə üzrə isə açıq saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2 Yusif qızı və X12 Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək mübahisəli mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi onun la əsaslandırılmışdır ki, iddiaçıların mərhum anası X3 atalarından boşanandan sonra anaları mübahisəli mənzili almış və həmin evə çıxarış verilmişdir. Anaları boşanandan sonra, İddiaçı1, qardaşı Yunus Orucov və digər qardaşı cavabdeh Etibar Orucov ataları Yunis Orucovla, bacıları İddiaçı2 Yusif qızı və X12 anaları Turə ilə qalmışdır.

6. Cavabdeh Ehtibar analarına məxsus evdə yaşamayıb, yalnız xx.xx.2015-ci il tarixdə anası vəfat edən günü gəlmişdir. Analarının hüzürünü yola verib səhəri gün cavabdeh Ehtibar onları öz yaşadıqları evə buraxmamışdır. Hətta cavabdeh bacı və qardaşlarına mərhum analarının 40 məclisini öz evlərində keçirtməyə imkan verməmişdir. Cavabdeh iddiaçılar İddiaçı2 Yusif qızı və X9 həmin mənzildə yaşamağa qoymamışdır.

7. İddiaçılar təlbələrinin hüquqi əsası kimi Azərbayc an Respublikası Konstitusiyasını 43-cü maddəsinə istinad etmişlər.

8. Cavabdeh da İddiaçı1, X16, İddiaçı2 Yusif qızı və X6 qarşı ayrıca iddia ərizəsi Şirvan Şəhər Məhkəməsinə müraciət edərək miras qalmış mübahisəli mənzil üzrə verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, vərəsəlik paylarının müəyyən edilməsi, miras əmlak üzrə edilən yaxşılaşdırma işlərinə görə vərəsəlik payının artırılması və ya çəkilmiş 22000 manat məbləğində xərcin iddiaçılar tərəfindən paylarına uyğun şəkildə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh iddia ərizəsi üzrə Şirvan şəhər 1 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

10. Cavabdeh iddia ərizəsi belə əsaslnadırılıb - valideynləri xx.xx.1993-cü il tarixdə məhkəmə v asitəsilə rəsmi qaydada boşanmışlar. Onların Şirvan şəhərində müxtəlif ünvanlarda evləri olmuş, həmin ünvanlarda yaşamışdır; - Cavabdeh anasına məxsus ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamış və həmin ünvana həm özü, həm həyat yoldaşı X13, həm də iki övlad qeydiyyata düşmüşlər. - anası X4 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və ondan ünvan 3 ünvanda yerləşən 03 otaqlı, ümumi sahəsi 66.8 kv.m olan mənzil miras qalmışdır. - anası vəfat etməmişdən qabaq, vəfat edəndən sonra və hazırki günə qədər Cavabdeh həmin mənzildə yaşamış, miras əmlakı faktiki olaraq qəbul etmiş, həmin evin aylıq kommunal xərclərini və əvvəldən yığılıb qalmış mənzilin kommunal borclarını ödəmiş, mənzili əsaslı təmir etdirmiş və 22.000 manatdan çox mənzildə əsaslı təmir işləri gördürtmüşdür. Bu faktı həmin binada o nların blokunda yaşayan qonşuları məhkəmədə təsdiq edə bilərlər; - onun iş üzrə cavabdeh olan qardaşları və bacılarının anasının sağlığında belə miras əmlak olan mənzildə yaşamamışlar. Hamısı ailə qurub ayrı ünvanlarda yaşamış və yaşadıqları ünvana pasport qeydiyyatına düşmüşlər. Qardaşı İddiaçı1 mübahisəli mənzildə formal olaraq pasport qeydiyyatında olsa da, əslində evləndikdən sonra, Hacıqabul rayonunun Muğan kəndində fərdi yaşayış evində yaşamış və hazırda işi ilə əlaqədar Bakı şəhərində işləyir və orada yaşayır: - iş üzrə cavabdeh olan qardaşları və bacılarının miras qalmış mənzilə qanun üzrə vərəsəlik şəhadətnaməsi almalarından Cavabdeh xəbəri olmamış nə də, cavabdehlər bu barədə ona bir məlumat verməmişlər. Notariat orqanı da onun miras qalmış mənzildə yaşamasına baxmayaraq, vərəsəl ik işi açarkən ona məlumat verməmiş və onun xəbəri, razılıgı olmadan vərəsəlik işi üzrə miras qalmış əmlaka vərəsələrin miras paylarını müəyyən edərək, bu barədə onlara qanun üzrə vərəsəlik şəhadətnamələri vermiş, onun payını isə açıq saxlamışdır; - Cavabdeh bu barədə cavabdeh qismində Şirvan şəhər məhkəməsindən ona həmin miras qalmış mənzilə qardaş və bacılarının mənzilə köçürülmə iddia tələbi üzrə bildiriş gələndən sonra məlumatlanmışdır. Notariat orqanının sorğuya cavab olaraq göndərdiyi sənədlərlə tanış olduqdan sonra, Cavabdeh qardaş və bacılarının 2015-ci ildə Şirvan şəhər 02 saylı notariat ofisinə ərizə verdikləri, notariat orqanı tərəfindən onlara bu əsasla qanun üzrə vərəsəlik şəhadətnamələri verilməsi və onun payının açıq saxlanıldıgını bilmişdir; - Cavabdeh miras əmlakı faktiki qəbul edib, miras əmlaka faktiki sahiblik etdiyindən, miras əmlak üzrə kommunal borc və xidmət haqqlarını, mənzilin aylıq kommunal ödənişlərini etdiyindən və xüsusən də, bacı və qardaşlarının həmin mənzil barədə onunla mübahisə etməyərək, miras əmlakın onun tərəfindən qəbul edilməsinə heç bir etiraz etməmələrinə və özlərinin də hər birinin yaşamaga mənzili, evi oldugundan, bacılarının ailə qurub gəlin getdikləri evlərdə rahat, sakit yaşamalarını və onların da miras əmlak üzrə bir vərəsə olaraq həmin mənzildən pay istəməmələrini bilib, notariat orqnına ərizə verməmiş və buna lüzum görməmişdir. 7 ildən sonra bacı və qardaşının ona qarşı mənzilə köçürmə iddia tələbi ilə məhkəməyə müraciət etmələrinin səbəblərini anlamır və bu qərəzi başa düşmür. Əvvəla, onların öz mənzilləri var və ailələri i lə birlikdə həmin evlərdə, mənzillərdə rahat yaşayırlar. İkincisi, 3 otaqlı mənzildə onların köçüb yaşaması qeyrimümkündür çünki, həmin mənzildə Cavabdeh həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Cavabdehlər bilirdilər ki, o, miras qoyanla miras qalmış mənzildə birlikdə yaşamış, mənzilin kommunal borclarını, haqlarını ödəmiş və onun həmin mənzildən savayı, yaşamaga başqa mənzili yoxdur və həmçinin, bilirdilər ki, o, digər vərəsələrin miras əmlak üzrə paylarının bərabər bölgüsünə razı olmayacaq, ona görə də, gizlin iş tutaraq notariat orqanına ərizə vermiş, miras əmlakda 1/5 pay bölgüsü ilə miras paylarını böldürmüş və nədənsə, notariat orqanı bu gizlin işdə vərəsələrə köməklik göstərərək, ona bu barədə xəbər verməmişdir. Çünki bilirdilər ki, xəbər tutsaydı, Cavabdeh bu bölgüyə razı olmayacaqdı və belə olan təqdirdə notarius payların məhkəmə qaydasında bölünməli oldugunu vərəsələrə bildirəcəkdir. Ona görə Cavabdeh xəbər vermədən, elə notariat orqanı vasitəsilə özlərinə sərf edən bölgünü apartmaqla, cavabdehlər vərəsəlik şəhadətnaməsi almış və onun hüquqlarını, qanuni mənafelərini pozmuşlar; - Cavabdeh həmin mənzilə xərc çəkmişdir, həmin mənzili təmir etdirib bərbad vəziyyətdən əsaslı əla təmirli mənzil halına gətirmişdir və gələcəkdə mənzil satılarsa təmirsiz vəziyyətindən iki qat baha qiymətə satılacaqdır ki, bu vəziyyəti də Cavabdeh yaratmışdır. Belə oldugu təqdirdə onun payının digər vərəsələrin payı ilə eyni bərabər şəkildə müəyyən edilməsi və yaxud həmin xərcin vərəsələrdən bərabər şəkildə kompensasiya edilməməsi düzgün olmazdı.

11. Cavabdeh iddia tələbinin hüqu qi əsası kimi Mülki Məcəllənin 1133.1, 1145, 1151.1, 121509.1, 1243.21291, 1297, 1299.1-ci, “Notariat haqqında” Qanunun 55-ci maddələrinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlmat”ın 83-cü bəndinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsi 21 aprel 2022-ci il tarixli qərardadla hər iki idda tələbini bir icraatda birləşdirmişdir.

13. Cavabdeh nümayəndəsi birinci instansiya məhkəməsinə vəsatət verərək, mübahisəli mənzildə hansı təmir işlərinin görülməsi və təmir xərclərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsində şahid X10 göstərib ki, Gülnarı, Məhərrəmi və Zəminəni tanımır, lakin Ehtibarı tanıyır, qonşusudur. Ehtibar anadan olan gündən həmin ünvanda yaşayır. Digər ş əxslər isə evə gəlib-getməyiblər.

15. Şirvan Şəhər məhkəməsinin 2(032)-432/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 Yusif qızı və X5 Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27 Q, mənzil 8, yeni qaydalarla Şirvan şəhəri, T.İsmayılov küçəsi, 273, M4, 2 saylı mənzilə köçürülmələri qət edilmiş, Cavabdeh iddia tələbi rədd edilmişdir. (hakim Ziya Əliyev)

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar mübahisəli mənzilin mülkiyyətçisidirlər və bu əsasla iddia tələbi təmin edilməlidir.

17. Birinci instansiya məhkəməsi Cavabdeh iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh öz tələbi ilə bağlı məhkəməyə hər hansı sübut və dəlil təqdim etməmiş, tələbini əsaslandıra bilməmişdir. Cavab dehin nümayəndəsi mənzili təmirinə çəkilmiş xərcin təsdiqi üçün ekspertiza təyin edilməsini xahiş etsə də, MPM-in 167.1.9-cu maddəsinin tələbinə görə həmin vəsatət işi məhkəmədə baxılmağa hazırlamaq mərhələsində həll edilir ki, cavabdeh bundan istifadə etməmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 152, 157.1, 157.2, 159-cu, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd, öz iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti Cavabdeh iddia tələbinin dəlil ləri ilə eyni məzmunda olmuş, şikayətdə MPM-in 9, 76, 77, 88, 106, 217 və 220-ci maddələrinin pozulmasına istinad edilmişdir.

21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2187/2022 nömrəli iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Tale Kərimov)

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, mübahiəsəli mənzil xüsusi mülkiyyət hüquq üzrə ilk iddiaçıların adına 1/5 hissədə Çıxarış verilmişdir və onların mübahisəli mənzildə payları məlum olan mülkiyyətçi olmaqla həmin mənzildən istifadə hü quqlar var.

23. E.Orucvun iddiası üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, mübahiəsli mənzil üzrə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Mübahisəli mənzilə çəkilmiş 22000 manat xərc barədə isə işdə sübut mövcud deyil.

24. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə ilk iddiaçıların adına vərəsəlik şəhadətnaməsi verilməsindən Cavabdeh xəbəri olmaması barədə apellyaisya şikayətinin dəlillərini əsasız sayaraq göstərib ki, ilk iddiaçıların hər birinin adına miras əmlaka dair 1/5 hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş, Cavabdeh notariat orqanına gəlmədiyi üçün miras əmlakın 1/5 hissəsi açıq saxlanmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. C avabdeh kasasiya şikayəti verərək (Vəkil), apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd, öz iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış (bax: 10cu bənd), şikayətdə Mənzil Məcəlləsinin 68.4, Mülki Prosessual Məcəllənin 9, 88, 106.1, 217, 220.4, 218.1, 220.4 və 220.5-ci maddələrinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl edilməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki Proses sual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin p ozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

33. İşdən görünür ki, iki iddia tələbi olub. Birinci iddia İddiaçı1, Əfkari Gülnar və İddiaçı2 Cavabdeh qarşı olmaqla mübahisəli mənzilə köçürülmə barədədir. İddiaçılar mübahiəsli mənzilə mülkiyyət hüquqlarının olmasına istinad edərək, mənzildən istifadlərinə Cavabdeh imkan verməməsini bildirmişlər.

34. İşin müəyyən edilmiş hallarına görə də İddiaçı1, Əfkari Gülnar və İddiaçı2 mübahisəli mənzil üzərində 1/5 hissədə mülkiyyət hüquqları var.

35. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi k imi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Məhkəmə kollegiyası qeyd edilənlər baxımından iddiaçılar İddiaçı1, Əfkari Gülnar və İddiaçı2 iddia tələbi üzrə apellyasiya məhkəməsinin dəyərləndirməsi və gəldiyi nəticə ilə razılaşır. İddia tələbi neqator iddia olub, mülkiyyətdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədədir, işin müəyyən edilən halı da ondan ibarətdir k i, iddiaçıların paylı mülkiyyətində olan mənzildən istifadələrinə Cavabdeh maneə yaradıb.

38. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiasının rədd edilməsi hissəsində də gəlinən nəticə əsaslı olmuşdur. Belə ki, mübahiəsli mənzil üzrə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Cavabdeh mübahisəli mənzilə çəkilmiş 22000 manat xərclə bağlı iddiasının əsası kimi istinad etdiyi hallara dair isə işə mahiyyəti üzrə baxan məhkəmələrə sübut verməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2(106)-2187/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar