Məhkəmə qərarları › İş №2(102)-2179/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2179/2022

11.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2179/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülk i kollegiyasının 2(103)-6739/2021 nömrəli 30 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin İddiaçı və digərlərinə ünvanladığı 03.09.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, yaşadıqları binanın qarşısında fəaliyyət göstərən avtoyuma məntəqəsinin yaratdığı narahatçılıqla əlaqədar Agentliyə ünvanlanmış 14.08.2019-cu il tarixli müraciətə baxılmışdır. Araşdırma zamanı qeyd edilən ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının qarşısında heç bir icazəverici sənəd olmadan avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi faktı öz təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, binada yaşayan sakinlərin narazılıqların aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 16.11.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının yaşadığı binanın qarşısında fəaliyyət göstərən avtoyuma məntəqəsinin yaratdığı narahatçılıqla əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Agentliyin 03.09.2019-cu il tarixli 37/34-05759 nömrəli məktubu ilə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilməsinə baxmayaraq, bu günə qədər heç bir tədbir görülməmişdir. Bu da vət əndaş İddiaçı yuxarı təşkilatlara təkrar müraciət etməsinə səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisənin qarşısının alınmasını, binada yaşayan sakinlərin narazılıqların aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verilməsi və nəticəsi barədə Agentliyi məlumatlandırması xahiş olunur.

3. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 15.04.2009-cu il tarixli məktubda qeyd edilmişdir ki, cavabdehin Həsən Məcidov 34-38 (H.Məcidov 6) ünvanda yerləşən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı yaranan səsküy və ətrafda olan antisanitar vəziyyət binada yaşayan sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Dəfələrlə avtoyuma məntəqəsində çalışanlara xəbərdarlıq olunmasına baxmayaraq heç bir əməli tədbir görülməmişdir. Yuxarıda qeyd olunanları və Bakı şəhər İcra Hakimiyyətinin 7-4465\4 saylı 10.12.2019-cu il tarixli məktubunu nəzərə alaraq, avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və qısa müddətdə təyinatının dəyişdirilməsi cavabdehə tapşırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı səhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən özbaşına tikili olan avtoyuma məntəqəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yaşadığı beşmərtəbəli yaşayış binasının qarşısında icazəsiz olaraq avtoyuma məntəqəsi t ikib işlədir, məntəqənin yanında çoxlu maşın yığılması nəticəsində yolda tez-tez tıxaclar olur, çirkli maşınların qoxusundan, səsindən, işlədilmiş suların açıq kanalizasiyaya axmasından natəmizlik yaranır, bu hallar bina sakinlərini daima narahat edir. Avtoyuma fəaliyyəti milçək və ağcaqanadlar artamasına səbəb olur ki, buna görə də sakinlər mənzillərinin pəncərələrini daima bağlı vəziyyətdə saxlamağa məcbur olurlar. Binanın qarşısındakı ağacların kəsilməsi və onların yerində özbaşına tikili olan avtoyuma məntəqəsinin inşası və qanunsuz işlədilməsi barədə o və digər qonşular müxtəlif dövlət orqanlarına ştkayət etsələr də, müsbət nəticəsi olmamış, cavabdeh özünün qanunsuz fəaliyyətini davam etdirmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

6. Cavabdeh iddia ərizəsinə etir az edərək göstərmişdir ki, məntəqənin fəaliyyətinin nə bina sakinlərinə, nə də İddiaçı heç bir maneəçiliyi yoxdur, əsassız şikayətlər etməkdə məqsədi ondan pul almaqdır. İddia ərizəsinin rədd olunmasını xahiş edir.

7. İddiaçı tərəfin vəsatətinə əsasən Fövqəladə Hallar Nazirliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vəkil1, iş № 2(004)-247/2021) iddia tələbi təmin edilərək, ünvan 3 ünvanında yerləşən özbaşına tikili olan avtoyuma məntəqəsinin sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 4 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının yaşadığı mənzilin yaxınlığında özbaşına tikili inşa etməklə və avtoyuma məntəqəsi kimi istifadə etməklə iddiaçının mülkiyyət hüququnu pozmuşdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 180.1 və 180.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh (Vəkil2) apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(004)-247/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2( 103)-6739/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-247/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun İddiaçı tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini əsaslandırmaq üçün aşağıdakıları qeyd etmişdir:

13. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 iyul 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.10.2021-ci il tarixli 10/3895 saylı ekspert rəyinə görə ünvan 3 ünvanında yerləşən avtoyuma məntəq əsinin inşasına dair müvafiq icra hakimiyəti orqanlarından icazə sənədləri olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Qeyd olunan rəyin tədqiqat hissəsində göstərilmişdir ki, tədqiq edilən avtoyuma məntəqəsi binanın arxa fasad hissəsində yerləşdiyindən, texniki baxımdan iddiaçının mənzilinin istifadəsinə hər-hans ı maneə yaratmadığı müəyyən edilmişdir. Bundan başqa “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemalogiya Mərkəzi” X2 məhkəmə kollegiyasına ünvanlanmış məktubundan müəyyən edilmişdir ki, avtomobillərin avtoyuma məntəqəsinin fəaliyyət göstərməməsi səbəbindən şikayətçinin, yəni, iddiaçının yaşadığı mənzildə səs-küyün səviyyəsinin olçülməsi mümkün olmamışdır.

14. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin fəaliyyəti nəticəsində iddiaçının hər-hansı hüququ və mənafeyi pozulmamışdır. Belə olan halda, pozulmayan hüquqlarının bərpa edilməsi ilə bağlı iddiaçının cavadehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin sökülməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən səhv nəticəyə gəlmişdir.

15. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil1) Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 noyabr 2021ci il tarixli, 2(103)-6739/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrinin tələbləri üzrə qanun pozuntularına yol vermişdir. Belə ki, məhkəmə iş üzrə 2(103)-6739/2021 sаylı 28.07.2021-ci il tаriхli qərаrdаdı ilə məhkəmə tikinti-tехniki və məhkəmə sаnitаr-еpidоmiоlоji еkspеrtizаlаrı təyin еdilmişdir. Мəhkəmə tikinti-tехniki еkspеrtizаsının qаrşısındа Bаkı şəhəri, Həsən Мəcidоv küçəsi, 3438 ünvаnındа yеrləşən аvtоyumа məntəqəsinin plаnlаşdırılmаsındа müəyyən оlunmuş inşааt nоrmаlаrının pоzulmаsı müəyyən еdilirmi suаlı qоyulmuşdur. Мəhkəmə sаnitаr-еpidоmiоlоji еkspеrtizаsının qаrşısındа iki suаl qоyulmuşdur: “1. Bаkı şəhəri, Həsən Мəcidоv küçəsi, 34-38 ünvаnındа yеrləşən аvtоyumа məntəqəsi iddiаçının hər hаnsı bir hüquq və mənаfеlərinin həyаtа kеçirilməsinə məhdudiyyət və yа mаnеələr yаrаdırmı?

2. Bаkı şəhəri, Həsən Мəcidоv küçəsi, 34-38 ünvаnındа yеrləşən аvtоyumа məntəqəsinin fəаliyyəti (çirkli mаşınlаrın qохusu, səsi, işlədilmiş sulаrın аçıq kаnаlizаsiyаyа ахmаsındаn yаrаnmış nаtəmizlik, həşərаtlаr) iddiаçının öz mənzilində sаkit yаşаmаsınа hər hаnsı bir nаrаhаtlıq törədirmi?” Тəbii ki, işləməyən аvtоyumа məntəqəsi bu suаllаrdа göstərilən fəsаdlаrı yаrаdа bilməz. Bu səbəbdən еkspеrt qоyulаn suаllаrа cаvаb vеrə bilməmişdir. Bu suаllаrı еkspеrt qаrşısındа qоyаn məhkəmə kоllеgiyаsı özü özlüyündə işə qərəzli yаnаşmаsını göstərir. Мəhkəmə tikinti-tехniki еkspеrtizаsınа gəlincə, еkspеrt tədqiqаtının nəticəsin də göstərilir ki, özbаşınа tikilinin, tikinti nоrmа və qаydаlаrınа uyğun inşа оlunmаdığı müəyyən оlunur. Lakin ekspеrt оnа аid оlmаyаn və məhkəmə tərəfindən qоyulmаmış suаlа cаvаb kimi yаzаrаq, göstərir ki, аvtоyumа məntəqəsi binаnın аrха fаsаd hissəsində yеrləşdiyindən tехniki bахımındаn iddiаçının mənzilinin istifаdəsinə hər hаnsı bir mаnеə yаrаtmаdığı müəyyən еdilmişdir. Мəhkəmə kоllеgiyаsı еkspеrtin yаlnız bu mülаhizəsini rəhbər tutаrаq iddianı rədd etmişdir. Мəhkəmə kоllеgiyаsı müstəqil tələb irəli sürməyən 3-cü şəхsi məhkəmə bахışının kеçirilməsi bаrədə hеç хəbərdаr еtməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh (Vəkil2) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)6739/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa hal ların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhk əmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

31. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. İddiaçı iddia tələbinin əsası kimi istin ad etdiyi halları sübut edə bilməmiş, apellyasiya instansiyası məhkəməsi gəldiyin nəticəni iş üzrə verilmiş ekspertiza rəyləri ilə əsaslandırmış, həmin rəylərə görə mübahisənin predmeti olan əvvələr avtoyuma məntəqəsi kimi istifadə edilmiş qaraj binası tikinti norma və qaydalarına uyğun inşa olunmamış özbaşına tkili olsa da, texniki baxımdan iddiaçının mənzilindən istifadəsinə hərhansı maneəçilik yaratmır, avtoyuma məntəqəsi artıq fəaliyyət göstərmədiyinə görə iddiaçının yaşadığı mənzildə səs-küyün səviyyəsinin olçülməsi mümkün olmamışdır. İş materiallarına görə ekspert rəylərini mötəbər sübut kimi qəbul etməmək üçün əsaslar yoxdur.

35. Avtioyuma məntəqəsinin fəaliyyət göstərməməsi nəticəsində iddiaçının göstərdiyi digər mənfi hallar, yəni çirkli mаşınlаrın qохusu, səsi, işlədilmiş sulаrın аçıq kаnаlizаsiyаyа ахmаsındаn yаrаnmış nаtəmizlik və sair halların olması da istisna olunur.

36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsi vülki kollegiyasının 2(103)-6739/2021 nömrəli 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar