Məhkəmə qərarları › İş №2(102)-218/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-218/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-218/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (Maraqlı şəxs) iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi və fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayevdən ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qarşı alqı-satqı müqaviləsinin ləğvi və fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-375/2023 nömrəli, 18 aprel 2023-c ü il tarixli qətnaməsindən cavadbeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********30-10301 qeydiyyat nömrəsi ********** nömrəli Çıxarışın surətindən görünür ki, Masallı rayonu Boradigah qəsəbəsində 08 ha torpaq sahəsi və ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evi 29 iyul 2021-ci il tarixdə "xxxx" İKB ASC-nin mülkiyyətinə verilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə 4Ə-2235 reyestr nömrəsi ilə qeydə alınmış 29 noyabr 2021-ci il tarixli, seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı (İddiaçı ASC) Masallı rayonu, Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evini və 0.08 ha torpaq sahəsini 23000 manata alıcıya ( Cavabdeh) satmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı 8000 manat alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi, qalıq 15000 manatı isə 24 ay müddətinə hər ay 250 manat, 24-cü ay 9.250 (doqquz min iki yüz əlli) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Açıq Səhmdar iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək Bank ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmiş 29 noyabr 2021-ci il tarixli, seriya AN-İ, №0803029 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (bundan sonra – mübahisəli müqavilə) ləğv edilməsi, Bankın mülkiyyətində olan Masallı rayonu, Boradigah qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evinin ( 232.6 kv.m fərdi yaşayış sahəsi) və Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsinin (bundan sonra – 0,08 ha torpaq sahəsi) boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırmışdır ki, Bank ilə cavadbeh arasında mübahisəli müqavilə bağlanmış və həmin müqavilə Maraqlı şəxsndə notarial qaydad a təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən 232.6 kv.m olan fərdi yaşayış evi 15.000 manata və 0.08 ha torpaq sahəsinin 8.000 manata, ümumilikdə 23.000 manata nisyə alqı-satqı qaydasında cavabdehə satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən cavabdeh 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evinə münasibətdə ilkin olaraq 8.000 manat məbləğində vəsaitini satıcı Bankın hesabına ödəyir, qalan 15.000 manatını 24 ay müddətinə hər ay 250 manat olmaqla 24-cü ay 9.250 manat Banka ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh cəmi 8.000 manat Banka ödədikdən sonra 232.6 kv.m olan fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tə rəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı lazımi qaydada ödəniş edilməmişdir. Mübahisəli müqavilənin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin, həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 30 iyun 2022-ci il tarixdə cavabdehə göndərilməsinə baxmayaraq onun tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı Banka lazımi qaydada ödəniş edilməmiş, 232.6 kv.m olan fərdi yaşayış ev i və 0.08 ha torpaq sahəsi boşaldılaraq Banka təhvil verilməmişdir. Hesab edirlər ki, tərəflər arasında imzalanmış mübahisəli müqavilə ləğv edilməli, Bankın mülkiyyətində olan 232.6 kv.m olan fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi boşaldılaraq Banka təhvil verilməlidir.

5. Bankın cavabdehə ünvanlandığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bank tərəfindən cavabdehə xəbərdarlıq məktubunu aldıqdan 5 gün müddətində borcun ödənilməsi, borc ödənilmədiyi təqdirdə fərdi yaşayış evinin boşaldılması tələb olunmuş, əks təqdirdə, müqavilə üzrə qalıq borcun tələbi, müqavilənin ləğvi və evin boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

6. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-2587/2022 saylı, xx.xx.2022-ci i l tarixli (hakim X1) qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, satıcı İddiaçı ASC ilə alıcı Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə 4Ə-2235 reyestr nömrəsi ilə qeydə alınmış 29 noyabr 2021-ci il tarixli, seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Masallı rayonu, Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evini və 0.08 ha torpaq sahəsini 23000 manata alıcıya satmışdır.

8. Müqavilənin 5-ci bəndinə əsasən alıcı 8000 manat alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi, qalıq 15000 manatı isə 24 ay müddətinə hər ay 250 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

9. Müqavilənin 6-cı bəndinə əsasən müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunandan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir.

10. Müqavilənin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər.

11. Müqavilənin 19-cu bəndinə əsasən tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.

12. İddiaçı ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan gö rünür ki, bank tərəfindən cavabdehə xəbərdarlıq məktubunu aldıqdan 5 gün müddətində borcun ödənilməsi, borc ödənilmədiyi təqdirdə fərdi yaşayış evinin boşaldılması tələb olunmuş, əks təqdirdə, müqavilə üzrə qalıq borcun tələbi, müqavilənin ləğvi və evin boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

13. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, satıcı İddiaçı ASC ilə alıcı Cavabdeh arasında bağlanmış 29 noyabr 2021ci il tarixli, seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı Masallı rayonu, Boradigah qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evini və 0.08 ha torpaq sahəsini nisyə alqısatqısı qaydasında 23000 manata satmış, alıcı alqı-satqı müqaviləsi nə əsasən 8000 manat ödəniş etdikdən sonra qalıq qalan 23000 manat borcu hər 24 ay müddətinə hər ay 250 manat olmaqla 24-cü ay 9250 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında iddiaçı öz öhdəliyini yerinə yetirərək fərdi yaşayış evini və torpaq sahəsini cavabdehə təhvil vermiş, lakin cavabdeh daşınmaz əmlakları təhvil alsa da, müqavilə üzrə müəyyən olunmuş müddətlərdə və məbləğdə ödənişləri gecikdirmiş, onları tam şəkildə ödəməmişdir. Belə ki, müqavilənin bağlandığı 29 noyabr 2021-ci il tarixdən cavadehə xəbərdarlıq məktubu göndərilən 30 iyun 2022-ci il tarixədək 24 ay müddətinə hər ay 250 manat olmaqla 24-cü ay 9250 manat ödənilməli olduğu halda heç bir ödəmiş etməyərək hazırda ödənilməmiş 15000 manat borc vardır.

14. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, evin və torpaq sahəsinin alıcıya satılması və həmin əmlakların dəyərindən ödənişlər edilməsi öhdəliklərini götürmüş tərəflər arasında mülki-hüquq münasibətlərindən irəli gələn hüquq yaranmışdır. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, müqavilə tərəflərinin heç bir məcburiyyət tədbiri tətbiq olunmadan, könüllü iradə ifadələrinə uyğun olaraq bağlanmış həmin müqavilə bağlandığı andan qüvvədə olmaqla müqavilə müddəaları tərəflər üçün məcburi xarakter daşımışdır.

15. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərinə əsasən tərəflər arasında mübahisə yarandığı təqdirdə, mübahisənin tərəflərin qarşılıqlı yazılı razılıq əsasında, razılıq olmadığı təqdirdə isə mübahisənin məhkəmə qaydasında həll olunması şərti müəyyən edilmiş, lakin hansı halda müqavilə şərtlər inin cavabdeh tərəfindən pozulduğu təqdirdə müqavilənin birtərəfli qaydada iddiaçı tərəfindən ləğv edilmək hüququ müəyyən edilməmiş, bu barədə müqavilədə hər hansı bir bənd nəzərdə tutulmamışdır. 16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, “...Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun...”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyy ənlik prinsipinə dair formalaşdırdığı hüquqi mövqedən görünür ki, bu prinsip hüququn ali prinsiplərindəndir. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarı kredit müqaviləsi ilə bağlı olmasından asılı olmayaraq, məhkəmə hesab edir ki, bu müqavilə azadlığı sahəsində hüquqi müəyyənlik prinsipi, yəni müqavilənin mümkün qədər aydın olması və sadə şəkildə tərtibi bütün növ müqavilələr üzrə keçərlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında borc yarandığı təqdirdə müqavilənin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququna dair iddiaçıda hər hansı bir hüquq yaranmamışdır.

17. Məhkəmə cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə istinad edərək, satıcının verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılma sını tələb edə bilməsinə münasibətdə bildirmişdir ki, hazıki mübahisə üzrə tərəflər mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə əsaslanaraq heç bir məcburiyyət tədbiri tətbiq olunmadan, könüllü iradə ifadələrinə uyğun olaraq müqavilə şərtlərini müəyyənləşdirərək müqavilə bağlamışlar. Bağlanmış həmin müqavilə bağlandığı andan qüvvədə olmaqla müqavilə müddəaları tərəflər üçün məcburi xarakter daşımışdır. Tərəflər arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli, seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Yəni, tərəflər müqavilə şərti kimi öhdəliyin lazımınca icra edilməməsinin nəticəsini özləri sərbəst şəkildə müəyyən etmişlər.

18. Məhkəmə eyni zamanda, qeyd etmişdir ki, müqavilə üzrə fərdi yaşayış evinin və torpaq sahəsinin dəyərindən qalıq borc ödənişi ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyət məhz pul tələbinə dair müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

19. Məhkəmə qərarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2, 6.1.5, 389.1, 390.1-ci maddələrinə də istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti o nunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, müqavilə şərtlərinə əsasən tərəflər arasında mübahisə yarandığı təqdirdə, mübahisənin tərəflərin qarşılıqlı yazılı razılıq əsasında, razılıq olmadığı təqdirdə isə mübahisənin məhkəmə qaydasında həll olunması şərti müəyyən edilmiş, lakin hansı halda müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulduğu təqdirdə müqavilənin birtərəfli qaydada iddiaçı tərəfindən ləğv edilmək hüququ müəyyən edilməmiş, bu barədə müqavilədə hər hansı bir bənd nəzərdə tutulmamışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış müqavilə əsasında borc yarandığı təqdirdə müqavilənin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququna dair iddiaçıda hər hansı bir hüquq yaranmamışdır. Bundan başqa, müqavilə üzrə fərdi-yaşayış evini n və torpaq sahəsinin dəyərindən qalıq borc ödənişi ilə bağlı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müqavilənin ləğv edilməsi tələbinə dair deyil, məhz pul tələbinə dair müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qətnamə qanunsuz və əsassız olduğu üçün aşağıda qeyd edilənlənlərə əsasən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin nisyə alqı-satqısı qaydasında 23000 manata Cavabdeh Z adiİ oğluna satılması nəzərdə tutulmuşdur. Müqavilənin 5-ci bəndinə görə Cavabdeh ilkin olaraq fərdiyaşayış evi və torpaq sahəsi üçün 8000 manat məbləğdə pul vəsaitini alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcı "xxxx" ASC-nin hesabına ödəməli, qalıq 15000 manatı isə xx.xx.2023-ci il tarixədək hər ay 250 manat olmaqla, 24-cü ay isə 9250 manat "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən cəmi 8000 manat vəsait ödənildikdən sonra Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı lazımi qaydada ödəniş edilməmişd ir. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərflərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələrin olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazıb razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin, müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu xx.xx.2022-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmiş, lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı "xxxx" ASC-yə lazımi qaydada ödəniş edilməmiş və bununla da cavabdeh tərəfindən müqavilənin şərtl əri pozulmuşdur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün cavabdehə əsaslandırılmış və izahlı şəkildə yazılı xəbərdarlıq məktubu da göndərilmişdir. Alqı-satqı müqaviləsində cavabdeh tərəfindən qeyd edilmiş tarixə kimi hər ay nə qədər ödəniş olunması göstərilmişdir. Buna baxmayaraq, cavabdeh aylıq ödənişlərini müqavilədə nəzərdə tutulduğu məbləğdən az olması və hər ay ödənişlərin olmaması müqavilənin pozulması deməkdir və müqavilənin ləğv qaydası da 18-ci bənddə qeyd edilmişdir. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsində cavabdehin ödənişlərinin tarixi və müddəti dəqiq göstərilmişdir. Buna baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq hər ay nəzərdə tutulan ödənişlərini vaxtında etməmiş və hal-hazırda da müqavilə üzrə ödənişlərində gecikmələri vardır. Ona görə də, idd iaçı fərdi-yaşayış evinin cavabdehdən geri alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə iddiaçıya verilmiş əşyanın ödənilməsi hüququnu tanımış, lakin onun həmin əşyanın geri tələb etmək hüququnu tanımamışdır.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-375/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X3) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)-2587/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı ASC-nin iddiasının təmin edilməsi, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə təsdiq edilmiş 29 noyabr 2021-ci il tarixli seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evi və Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə sübutlarla və işin faktiki hallarına əsasən Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********30-10301 qeydiyyat nömrəsi ********** nömrəli Çıxarışa əsasən Masallı rayonu Boradigah qəsəbəsində fərdi yaşayış evi 29 iyul 2021-ci il tarixdə iddiaçının mülkiyyətinə verilmiş, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə 4Ə-2235 reyestr nömrəsi ilə qeydə alınmış 29 noyabr 2021-ci il tarixli seriya AN-İ, ******* saylı daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinə əsasən İddiaçı ASC Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evini və 0.08 ha torpaq sahəsini 23000 manata Cavabdeh satmışdır. Həmin müqavilənin tələbinə görə Cavabdeh alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün İddiaçı ASC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə 8000 manat məbləğdə pul vəsaitini ödəməyi, qalıq 15000 manat məbləğdə pul vəsaitini isə 24 ay müddətinə hər ay 250 manat məbləğ olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış adıçəkilən nisyə alqı-satqı müqaviləsinin 18-ci bəndinə görə müqaviləyə dəyişik liklər və əlavələrin olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazıb razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarından da göründüyü kimi, cavabdeh tərəfindən adıçəkilən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik vaxtında icra edilmir və buna görə də, cavabdehə poçt vasitəsilə mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün 30 iyun 2022-ci il tarixdə yazılı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtləri pozaraq öhdəliklərini icra etmir. Bu baxımdan, iddiaçının hazırkı iddia tələbi əsaslıdır, qanunun və tərəflər arasında bağlanmış müqavilənin tələbindən irəli gəlir.

24. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müə yyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, bununla da, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.

25. Məhkəmə kollegiyası işin faktiki hallarını qanunverciliyin və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun olaraq təhlil edərək hesab etmişdir ki, 29 noyabr 2021-ci il tarixli seriya AN-İ, ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi mülkiyyətçi İddiaçı ASC tərəfindən alıcı - Cavabdeh verildikdən (nisyə satıldıqdan) sonra Cavabdeh qrafik üzrə müəyyən edilmi ş ödənişi həmin razılaşdırılmış müqavilədə nəzərdə tutulan müddətlərdə həyata keçirməmiş və öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Buna görə də, İddiaçı ASC mübahisə predmeti olan əmlakının qaytarılmasını tələb etməkdə haqlıdır.

26. Məhkəmə öz qərarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. 157.2, 385.1, 386.1, 389.1, 390.1, 390.5, 394, 398.1, 399.1, 421.1, 421.2, 567.1, 597, 600-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının18 aprel 2023-ci il tarixli, 2(106)-375/2023 saylı qətnam əsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən məhkəmə tərəfindən işin faktiki halları araşdırılmış və cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliyin icra edilməməsi Mülki Məcəllənin 445.5-ci maddəsi ilə müəyyən edilmiş hal üzrə gecikdirmə hesab edilməməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir.Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında Şirvan Apelyasiya məhkəməsi həmin qətnamədən şikayətə baxaraq heç bir obyektiv araşdırma aparmadan qanunvericiliyi işin faktiki hallarına uyğun olmayan hərfi mənada tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətna mə qəbul etmişdir.

29. Həmin iş üzrə qəbul edilmiş Şirvan Apelyasiya Məhkəməsinin18 aprel 2023-cü il tarixli, 2(106)-375/2023 saylı qətnaməsi qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən qanunsuz və əsassız olmaqla ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

30. Belə ki, apellyasiya instansiyası qətnamənin əsaslandırılmasında iddiaçının formal izahatlarına əsaslanmış və həmin halları təsdiq edə biləcək sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsini, birinci instansiya məhkəməsində cavabdehin məhkəmə iclasında verdiyi izahatları nəzərə almamış, konkret olaraq işin faktiki hallarına münasibətdə əsaslandırmamış, həmin qərarın mətnini hərfi mənada tətbiq etmişdir.

31. Bundan başqa apelyasiya instansiyası “M.Bağırovun şikayəti üzr ə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlərüzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı ilə də müəyyən edilmiş subyektiv hüquq məsələsinə toxunaraq guya birinci instansiya məhkəməsi tərəfindən həmin qərarın tələblərinin pozulması qənaətinə gəlməklə həmin qənaətə gəlməsini də əsaslandırmamış, onun həmin mübahisəli əmlakla bağlı olaraq mülkiyyətçi olmağı nəzərə alınmamışdır.

32. İşə baxan məhkəmə qanunvericiliyin imperativ norma kimi təsbit etdiyi halların mövcud olmamasını nəzərə almamış,tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsində hər hansı bir qeyd və şərtin olmamasına b axmayaraq həmin normaları kobud surətdə pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğu halda məhkəmə tərəfindən əsassız və qanunsuz qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmişdir.

33. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli,araşdırılan sübutların qəbuledilib -edilməməsinin səbəbləriaydın göstərilməlidir (S.Əliyevanın şikayətiiləəlaqədar 31 may 2006-cıiltarixliQərar).

34. Aydın şəkildə görünür ki, məhkəmə kollegiyası tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və bu azmış kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan göstərişləri də pozmuşdur. Halbuki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara vətərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

35. Göründüyü kimi bu şəkildə işə səthi baxılaraq qəbul edilən qətnamə yalnız adamda bir təəssürat doğurur, sadəcə sübutların birtərəfli araşdırılması və iddiaçı tərəfin maraqlarına xidmət edən qətnamə qəbul edilməsi. Məhkəmə qeyd etdiyi hər bir hala və sübuta nəzərə alıb-almamasından asılı olmayaraq qiymət verməli olduğu halda, yuxarıda qeyd etdiyi hallara dair sadəcə bir bədii cümlə yazmaqla guya işin hallarına qiymət vermək vəzifəsini bitmiş hesab edib. Məhkəmə qətnaməsinin bəsit halasalınıb bu vəziyyətə gətirilməsi isə MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cümaddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır.

36. Məhkəmə qətnaməsini əsaslandırmaq istəyərkən MM-in 600-cü maddəsini əsas götürsə də həmin Məcəllənin 445.5-ci maddəsinin tələblərini pozmaqla söz və ifadələrə fərfi mənada yanaşmış, qeyd olunan hallara dair heç bir araşdırma aparmamışdır. Belə ki, Mülki Məcəllənin 445.5-ci maddəsinin tələblərini pozmaqla bank qarşısında götürmüş olduğu öhdəliyi maddi imkansızlıq ucbatından, yəni ondan asılı olmayan səbəbdən icra edə bilməməyinin öhdəliyin gecikməsi kimi sayılmaması hallarını araşdırmamış və həmin halın araşdırılmamasına zərurətin olmamasına dair heç bir qeyd göstərməmişdir.

37. Apelyasiya instansiyası məhkəməsi mübahisəyə faktlar əsasında baxmamış və cavabdehin tərəfin təqdim olunan sübutlara nisbətdə hansı dəlillərlə əsaslandırdığını aydınlaşdırmamışdır. Kifayət qədər ziddiyyətli olan məqamlar apeyasiya instansiyası tərəfindən də həmin hallar nəinki hüquqi qiymət verilməmiş, həmin hallara dair heç bir münasibət bildirilməmişdir. Halbuki, həmin hallar araşdırılmış olsaydı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul ed ilmiş olardı. Məhkəmə tərəfindən heç bir sübuta əsaslanmayan iddiaçının mülahizəsi əsasında verilmiş iddia tələbini heç bir əsaslandırma aparılmadan qiymətləndirilməmiş və iddia rədd olunmuşdur.

38. Göstərilənlərə əsasən qeyd edir ki, məhkəmə iclasında yuxarıda qeyd olunanlara uyğun, mövcud olan zidiyyətləri aradan qaldırmaq üçün idiaçının tələbini əsaslandıran halların əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olan halda iddiaçının bu formada izahatı ağlabatanlıq baxımından inandırıcı deyildir Bütün bunlara görə hesab edirə ki, iddiaçı tərəfindən izahatının işin mübahisələndirilən halına dair hissəsinin həqiqi sayılmamalı və mötəbər sübut kimi qəbuledilməməliidi.

39. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş üzrə təqdim etdiyimiz dəlillərə heç bir qiymət verməmişdir. İşin faktiki hallarının hansı ilə uyğun gəldiyini və həmin ifadənin uyğun gəldiyi sübut və dəlillərə də istinad etməmişdir (edə də bilməzdi, çünki elə bir dəlil və sübut yoxdur).

40. Məhkəmə kollegiyası heç bir sübuta baxmamış və qiymət verməmişdir. İşə baxan məhkəmə qətnamədə toplanmış sübutları tədqiq etdiyini qeyd etsə də, lakin hansı sübutu tədqiq edib və ona hansı maddi hüquq normasını tətbiq etməklə necə qiymət verdiyini göstərməmişdir.

41. Hazırki işlə bağlı məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Çünki, işin həqiqi hallarını özündə əks etdirən sübutlar tərəflərindən məhkəməyə təqdim olunsa da, lakin heç bir qiymət verilməmiş, cava bdehin maraqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

42. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyasının hansı sübutları qiymətləndirdiyi qəbul edilmiş qətnamədə göstərilməmişdir. Bununla yanaşı məhkəmə mübahisə üzrə iş üzrə əhmiyyəti olan nə kimi halın müəyyən edildiyini və eyni zamanda cavabdehə dair nə kimi halın müəyyən edilmədiyini müəyyənləşdirməmişdir. Halbuki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara vətərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Kassassiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəllə sinin 5.3, 14.1, 14.2.1, 427, 441, 445, 600, Mülkli Prosessual Məcəllənin 9.1, 9.2, 9.3, 14.2, 88, 217.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öh dəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

48. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

49. Maddə 390.5.Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

50. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənm əlidir.

51. Maddə 398.1.Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

52. Maddə 399.1.Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

53. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

54. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

55. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

56. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

57. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirili r. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

58. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

59. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

60. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu m addəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Kollegiya bildirir ki, kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir.Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razı laşır.

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

72. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli 2( 106)-375/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar