Məhkəmə qərarları › İş №2(102)-2181/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2181/2021

31.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2181/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, X4, Cavabdeh3, XXXqızı İddia tələbi: miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən olunması Açar sözlər: vəsiyyətnamə üzrə vərəsəlik, mirasın faktiki qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən v erilmiş kassasiya şikayətinə xx xxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 275 kv.m torpaq sahəsi X2 mülkiyyətində olmuşdur. xx xxxxxx 2006-cı il tarixli vəsiyyətnamə əsasında X5 ona məxsus olan mülk və yerləşdiyi torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. X5 xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2020-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1, XXXoğlu, Cavabdeh3 və XXXqızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X1 miras qalan ünvan 1 ünvanında yerləşən miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan şə həri Məhkəməsinin 2(078)-140/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.X.Səfərəliyeva) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı ona vəsiyyət edilmiş əmlak üzrə vəsiyyətnamənin icrası ilə bağlı hər hansı hərəkət etməmişdir. Belə ki, miras qoyan Nurəddin Əliyev xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmiş, miras məhz onun vəfat etdiyi vaxt açılmışdır. Tərəflərin izahatlarından miras qoyanın vəsiyyətnamə qoyması barədə bütün vərəsələrin məlumatlı olması aydın olur. İddiaçı miras əmlakın ona vəsiyyət olunmasını bilməsinə baxmayaraq qanunvericiliklə nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət edərək vəsiyyətnamənin icrasını tələb etməmişdir. Həmçinin, iddiaçı miras əmlak olan evdə deyil, özünə məxsus evdə yaşadığından, həmin evin yerləşdiyi torpaq sahəsinin isə miras kütləsinə daxil edilmədiyindən, zəbt edilmiş torpaq sahəsi olduğundan, iddiaçı vəsiyyətnamə üzrə ona vəsiyyət edilmiş mirasın idarəçiliyi və qəbulu ilə bağlı hərəkət etməmişdir, həmçinin miras əmlakı şəksiz qəbul etdiyini nümayiş etdirən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçı vəsiyyətnamə üzrə ona vəsiyyət edilən miras əmlakı qanunla nəzərdə tutulan müddətdə formal olaraq, həmçinin faktiki olaraq qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq e dilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-161/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Y.S.Qurbanov, S.M.Qarayev, Ə.M.Xıdırov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, mərhum X1 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0275 ha torpaq sahəsindən ibarət miras əmlakda iddiaçının 9/10 hissədə payının müəyyən edilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, miras qoyan xx xxxxxx 2006-cı il tarixd ə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə mübahisəli mülkü və torpaq sahəsini iddiaçıya vəsiyyət etmiş, həmin vəsiyyətnamənin mövcudluğundan digər vərəsələr də məlumatlı olmuşlar. Vərəsələrdən heç biri miras əmlakı qəbul etmələri üçün notariat orqanına müraciət etməmişlər. Miras qoyanın sağlığında iddiaçı mərhum atasına məxsus olmasını bildiyi torpaq sahəsində ev inşa etməklə orada yaşamış, Cavabdeh1 də miras qoyanın sağlığından miras əmlak olan evdə yaşamış, miras açıldıqdan sonra da hazırki vaxtadək ailəsi ilə birlikdə həmin evdə yaşamaqla mirası qəbul etmişdir. Apellyasiya məhkəməsi iddiaçının atasının sağlığında ona məxsus olmasını hesab etdiyi torpaq sahəsində ev tikib miras açıldıqdan sonra da hazırki vaxtadək həmin evdə yaşamasını, onun tikib yaşadığı evin bir hissəsinin miras qalan torpaq sahəsinin üzərində olmasını, həmin miras qalan torpaq sahəsindən istifadə etməklə mirasa faktiki sahiblik etməsini, onun atasından qalan mirası qəbul etməsi kimi qiymətləndirməklə hesab etmişdir ki, mirası qəbul etməsi barədə onun göstərdiyi dəlillər əsaslıdır. İddiaçının qanun üzrə miras payının müəyyən edilməsi tələbi ilə bağlı qeyd edilmişdir ki, iddiaçı mirası vəsiyyət üzrə qəbul etməklə vəsiyyət üzrə vərəsə olduğundan və miras qoyanın vəsiyyətnamədə göstərilənlərdən başqa miras üzrə əmlakı müəyyən edilmədiyindən onun qanun üzrə vərəsəliyi istisna olunur. Beləliklə, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının vəsiyyət üzrə miras əmlakdakı payı, Cavabdeh1 mirasda məcburi payının olması nəzərə alınmaqla müəyyən edilməlidir. Miras qoyanın qanun üzrə 5 nəfər biri nci növbə vərəsəsi olmuş onlardan yalnız iddiaçı və Cavabdeh1 mirası qəbul etmişlər. Bu halda, Cavabdeh1 məcburi payının ümumi miras kütləsinin 1/10 hissəsi olması nəzərə alındıqda iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında miras əmlakdakı payı 9/10 hissə təşkil edir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı miras əmlakı ümumiyyətlə qəbul etməmişdir. Apellyasiya şikayətinə baxılması zamanı mübahisəli ünvanda mütəxəssisin iştirakı ilə yerində müayinə aparılmış, mütəxəssis tərəf indən həyətyanı torpaq sahəsinin ölçüləri götürülmüş, lakin həmin ölçülər məhkəmə iclas protokolunda öz əksini tapmamış, İddiaçı inşa etdiyi yaşayış evinin ölçüləri ümumiyyətlə götürülməmişdir. Həmin günü günün ikinci yarısında mütəxəssis İddiaçı və digər qardaşlarının iştirakı ilə həmin ünvana gəlib yenidən ölçmə işləri apararaq bunun nəticəsində də rəyini məhkəməyə təqdim etmişdir. Bundan əlavə yerində müayinə aparılarkən iddiaçı tərəfindən tikilən eyvanın mülki işə birinci instansiya məhkəməsində baxıldığı müddətdə inşa edildiyini bildirsə də məhkəmə bu halı araşdırmayaraq eyvanın hüquqi torpaq sahəsinin üzərində yerləşməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və y eri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 1133-cü madəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibars ız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kass asiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar