Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2185/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “etibarnamənin, müəssisədəki payın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin etibarsızlığı, müqavilənin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)5519/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 25% payla və Cavabdeh1 75% payla "xxxx" MMC-nin təsisçiləri olmuşlar.
2. İddiaçı 12 sentyabr 2017-ci il tarixdə 17 saylı Notariat Ofisinin notariusu Nümayəndə2 tərəfindən təsdiqlənmiş etibarnamə ilə təsisçisi olduğu "xxxx" MMC-də olan 25% payının alqı-satqısına sərəncam verməyi, satmağı, bağışlamağı və bu işlə əlaqədar ona çatası pulu almağı və bütün bank əməliyyatlarını həyata keçirməyi, buna dair notariat kontorunda müqavilə imzalamağı, Vergilər Nazirliyinin idarə və departamentlərində nümayəndəsi olmağı, adından ərizə verməyi, arayışlar və dublikatlar almağı v ə bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh2 həvalə etmişdir. 3. 14 sentyabr 2017-ci il tarixli müqavilə ilə İddiaçı "xxxx" MMC-dəki 25% payını 800000 manata Cavabdeh1 satmışdır. Müqavilə İddiaçı adından etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır.
4. Azərbaycan Respublikası CM-in 179.3.2, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş İddiaçı barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, sonradan əməli CM-in 178.2.1, 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələrinə tövsif edilmiş, həmin Məhkəmənin 15 sentyabr 2017-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 23 yanvar 2018-ci il tarixdə isə cinayət işinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adından Cavabdeh2 12 sentyabr 2017-ci il tarixdə 17 saylı Notariat Ofisində verilmiş 7E-3030 nömrə ilə qeyd olunmuş etibarnamənin və həmin notariat ofisində 3M-42 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş “Müəssisədəki payın alqı-satqısına dair” 14 iyul 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə, habelə hazırkı məsələdə cinayət tərkibi olduğu halda xüsusi qərardad çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 19 noyabr 2007-ci il tarixdə 100% təsisçi payı ona məxsus olmaqla “İdeal Kompani“ MMC-ni təsis etmiş, sonradan həmin MMC-nin təsisçiləri və təsis paylarda dəyişikliklər edilmiş və son nəticədə şirkətin nizamnamə kapitalının ******* manata qaldırılmaqla, iddiaçının şirkətdəki payı 25% təşkil etmiş, qalan 75% faiz Cavabdeh1 məxsus olmuşdur. Bundan sonra şirkətə təyin edilən direktorun əsassız şikayət ərizəsi əsasında iddiaçı həbs olunmuş, həbsdə olduğu müddətdə düşdüyü ağır vəziyyətdən istifadə edən digər həmtəsisçi Cavabdeh1 15 sentyabr 2017-ci il tarixdə onun saxlandığı cəzaçəkmə müəssisəsində yerdə qalan təsisçilik payının da tam olaraq Cavabdeh1 verilməsinə dair bir sıra sənədləri imzalamağa məcbur etmiş, yalnız bu sənədləri imzaladıqdan sonra onun həbsdən azad ediləcəyi ilə bağlı qar şısında şərt qoyulmuşdur. İddiaçı məcbur olub ona təqdim edilən sənədləri imzalamış və həbsdən azad edilmişdir. Hazırda məlum olmuşdur ki, iddiaçıya imzalatdırılan sənədlər əsasında onun "xxxx" MMC-də olan 25% təsisçilik payı alqı-satqı qaydasında Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinə verdiyi sorğuya cavab olaraq iddiaçıya müəssisədəki payın alqı-satqı müqaviləsinə dair notariat işi 02 may 2020-ci il tarixli məktubla təqdim edilmişdir. Məlum olmuşdur ki, həmin alqı-satqı əməliyyatı 14 sentyabr 2017-ci il tarixdə rəsmiləşdirilmiş, müqaviləni onun adından Cavabdeh2 imzalamışdır. İddiaçı 12 sentyabr 2017-ci il tarixdə həbsdə olarkən saxlandığı Penitensiar Xidmətin Cəzaçəkmə müəssisəsində məhz 17 saylı Notariat ofisinin notariusu Nümayəndə2 iştirakı ilə dai ma Cavabdeh1 və onun sahibi olduğu şirkətlərə hüquqi yardım göstərən Cavabdeh2 etibarnamə vermişdir. Bu etibarnamə əsasında da sonuncu onun təsisçilik payını daima mənafeyini müdafiə etdiyi Cavabdeh1 adına alqısatqı qaydasında rəsmiləşdirmişdir. İddiaçı Cavabdeh2 12 sentyabr 2017-ci il tarixdə etibarnamə verilməyə məcbur olmuşdur. 12 sentyabr 2017-ci il tarixdə 17 saylı notariat ofisinin notariusu Süleyman adlı şəxsin Cavabdeh1 nümayəndəsi Cavabdeh2 və s. şəxslərlə saxlandığı cəzaçəkmə müəssisəsində yanına gəlmələri, onu təəcübləndirmişdir. Belə ki, o, dəfələrlə istintaq orqanı qarşısında 39 saylı dövlət notariat ofisinin notariusunun təcridxanaya gəlməsinə icazə verməsi barədə vəsatət vermiş, hər dəfə vəsatəti rədd edilmiş və ona bildirilmişdir ki, kiməsə etibarnamə vermək istəyirsə bu et ibarnamə saxlandığı cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən təsdiq oluna bilər. Notariusun cəzaçəkmə müəssisəsinə gəlməsi Mülki Məcəllənin 362.3.3-cü maddəsinə zidd olmuşdur. İddiaçı həbsdə olarkən ağır məhrumiyyətlərə düçar olmuş, ailə üzvləri iztirablar içində olmuşdur. Bu səbəbdən o, məzmununu bilmədiyi bir sıra sənədləri imza etmiş və 3 gün sonra həbsdən azad olunmuşdur. 23 yanvar 2018-ci il tarixdə barəsində olan cinayət işinə xitam verilmişdir. Bundan sonra da, ona hədələr davam etmiş, şirkətdən tam olaraq kənarda qalmış, alınan etibarnamə əsasında hansı əməliyyatların keçirilməsi barədə dəqiq məlumatı olmamışdır. 800000 manat iddiaçının şirkətdə olan payının real bazar dəyərindən qat-qat aşağıdır və ona alqı-satqı müqabilində pul ödənilməmişdir.
7. Bakı şəhəri Nizami Rayon Mə hkəməsinin 17 mart 2021-ci il tarixli, 2(007)339/2021 nömrəli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 337.1, 339.1, 354.1, 351.3, 372.1, 375.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçı tərəf mübahisələndirilən əqdlərin (etibarnamə və payın alqı-satqı müqaviləsinin) etibarsızlığını onunla əlaqələndirir ki, həmin əqdlər iş üzrə cavabdehin və sonuncunun ərinin müəssisəni tam olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə iddiaçıya qarşı davamlı olaraq etdikləri təzyiq, hədə-qorxu nəticəsində müalicə müəssisəsində baş tutmuşdur. Lakin məhkəməyə bu xüsusatları təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır.
9. Bundan başqa, iddiaçı məhkəməyə əqdlərin etibarsızlığına şamil olunan 1 illik iddia müddə tini ötürməklə müraciət etmişdir. Belə ki, həm etibarnamə, həm də müəssisədəki payın alqı-satqı müqaviləsi 2017-ci ilin sentyabr ayında imzalansa da, məhkəməyə 22 iyul 2020-ci il tarixdə müraciət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(007)-339/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-5519/2021 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(007)-339/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumən razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 337.1, 339.4 və 354.2-ci maddələri təşkil edir.
13. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, MM-in 354-cü maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti olmayıb, kəsici müddətdir və mülki hüququn həyata keçirilməsi yalnız həmin müddət daxilində mümkündür. Başqa sözlə, həmin müddətin keçməsi hüququn özünün xitamına səbəb olur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirdiyi əqdləri məcburetmə nəticəsində imzaladığını, bunun da həmin vaxt həbsdə olması ilə bağlı olduğun u bildirmişdir. Mülki iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı 15 sentyabr 2017-ci ildə həbsdən buraxılmış, 23 yanvar 2018-ci il tarixdə isə onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. İddiaçı əqdlərin etibarsızlığına tətbiq olunan bir illik müddəti buraxmışdır.
14. Apellyasiya şikayətinin əsas dəlili kimi iddiaçı bildirmişdir ki, o, həqiqətən də 15 sentyabr 2017-ci il tarixində həbsdən azad olunmuş, həbsdən çıxdıqdan sonra MMC-dəki təsis payının satılması ilə əlaqədar olaraq alqı-satqı müqaviləsinə əsasən ona ödənilməli olan, lakin ödənilməmiş 800000 manatın ödənilməsi barədə qarşı tərəflə uzun-uzadı müzakirələr aparmış, hər dəfə də ona həmin məbləğin yaxın vaxtlarda ödəniləcəyi barədə vədlər verilmış, buna baxmayaq, həmin vəsait son anadək ona ödənilmə miş, bu səbəbdən də o, məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
15. Belə olan halda məlum olur ki, hətta iddiaçı mübahisələndirdiyi əqdlərin bağlandığı an etibarsız olmasına dair biri digərini tamamlayan və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübutlar təqdim etmiş olsaydı belə, yenə də iddiaçının hazırkı tələbi təmin oluna bilməzdi, çünki iddiaçının sonrakı hərəkətləri, yəni qarşı tərəflə həmin müqaviləyə əsasən ödənilmədiyini bildirdiyi 800000 manatın ödənilməsi barədə danışıqlar aparması və bu barədə razılığın əldə olunması ilə bağlı bildirdikləri MM-in 357-ci maddəsinin dispozitiv şərtlərinin təsiri altına düşür. Demək ki, iddiaçının bağlandığı vaxt etibarsız hesab etdiyi əqd, sonradan onun sərbəst iradəvi hərəkətləri və istəyi ilə etibarlı hala gətirilmişdi r.
16. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla birlikdə qiymətləndirərkən belə nəticəyə gəlmişdir ki, rayon məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
17. Apellyasiya məhkəməsi həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində MM-in 354-cü maddəsinə düzgün istinad etsə də, səhvən onu iddia müddəti olduğunu qeyd etmiş, bununla belə, mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-5519/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə Mülki Məcəllənin 354.1, 354.2, 377-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının, habelə sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması ilə baxmışdır.
20. Belə ki, iddiaçı həbsdən azad olunduqdan sonra da, ona qarşı zorakılıq və hədə-qorxu davam etmiş, cavabdeh onu yenidən həbs edilməsi ilə hədələmişdir. Bu səbəbdən MM-in 354.2-ci maddəsi ilə müəyyən edilən 1 illik müddət zorakılıq və hədəyə son qoyulduğu gündən başlanmalıdır. Həmçinin bağlanmış müqavilə iddiaçıya notariat ofisinə verilən sorğuya əsasən 02 may 2020-ci il tarixdə təqdim edilmiş və iddiaçı müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.
21. Bundan başqa, məhkəmə iddianı rədd edərkən, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmamışdır.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin ta m yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaql a, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, n ə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 362.1-ci maddəsinə əsasən bi r şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci ma ddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunan kəsici müddət ötürülmüşdür.
30. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin faktiki əsasları həqiqətə uyğun olması fərz edilsə də belə, barəsində istintaq olunan cinayət işi üzrə icraata 23 yanvar 2018-ci il tarixdə xitam verilməklə, iddia olunan hədə-qorxu və təzyiqlərə son qoyulmuşdur. Mülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulmuş müddətin axımı məhz həmin tarixdən hesablanmalıdır.
31. Bağlanmış müqavilədən xəbərinin olmamasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, apellyasiya məhkəməsində müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehlər arasında mübahisələndirilən müqavilə üzrə ödənilməyən məbləğin ona qaytarılması ilə bağlı danışıqlar aparılmışdır. Yəni, iddiaçının MMC-də təsis payının satılmasından xəbəri olmuş və o, həmin müqaviləni bəyənməklə, apardığı danışınların məqsədi müqavilənin etibarsız hesab edilməsi deyil, təsis payının dəyərinin alınması olmuşdur.
32. İddiaçının subyektiv hüququnun pozulmasının müəyyən edilməməsinə dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 08 may 2008-ci il tarixli qərarında iddia müddətinin tətbiqi zamanı iddiaçının subyektiv hüququna malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulmasının araşdırılması zərurətini qeyd etmişdir.
33. MM-in 354.2-ci maddəsində qeyd ol unan müddət isə kəsici müddətlərə aiddir və həmin müddətin ötürülməsi ilə onun əqdləri mübahisələndirmək hüququna xitam verilir.
34. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 12 mart 20 20-ci il tarixli, A.Nadirovanın və qeyrilərinin şikayəti üzrə 16 mart 2022-ci il tarixli qərarlar).
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-5519/2021 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.