Məhkəmə qərarları › İş №2(102)-2186/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2186/2023

31.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2186/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Yaqubova Cəmilə Mir Ələsgər qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 ) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya vermədən xitam verilməsi, mənzilə istifadə hüququnun itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya vermədən xitam verilməsi və mənzilə hüququn itirilməsi” tələbinə dair mülk i iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-710/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzili (bundan sonra-mübahisəli mənzil) xx.xx.2004-cü il tarixdən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur.

2. İddiaçının qızı Cavabdeh (bundan sonra – cavabdeh) mübahisəli mənzildə xx.xx.1991-ci il təvəllüdlü cavabdeh qeydiyyatdadır. Cavabdeh X3 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 21 may 2022-ci ildə nikahları pozulmuşdur. 2019-cu ildən mübahisəli mənzild ə yaşamır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə müvafiq kompensasiya ödənilmədən mübahisəli mənzilinə istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı evi oğluna bağışlamaq istəyir, lakin cavabdeh icazə vermir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2205/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində cavabdehin mübahisəli mənzildə formal olara q qeydiyyatda olduğuna istinad etmiş və istifadə hüququna xitam verilməsini istəmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, qeydiyyat istifadə hüququ yaratmır. İddiaçı, iddia ərizəsində istifadə hüququna xitam verilməsini xahiş etsə də, bu hüququn yaranması (ümumiyyətlə yaranıb-yaranmaması, yarandığı təqdirdə hansı tarixdən yaranması) və onun aradan qaldırılması üçün mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin mənzilə istifadə hüququnun yaranması vaxtı müəyyən olunmadığından, istifadə hüququnun yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə mübahisəli hüquq münasibətinin yaranması vaxtını və buna uyğun tətbiq edilməli olan maddi hüquq normasını müəyyən edə bilmir. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdehin mənzildə qeydiyyatda olması onun həmin mənzi lə istifadə hüququnun olmasını təsdiq edən hüquqi fakt kimi çıxış edə bilməz. Bundan əlavə iddiaçı cavabdehin ailə həyatı quraraq ünvan 1 ünvanında öz ailəsi ilə birlikdə yaşadığını qeyd etsə də, şəxsi servitut zərurətinin aradan qaldırılmasına dair hər hansı mötəbər sübutu iş materiallarına əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, şəxsin mənzildə yaşamaması və nikaha girməsi istifadə hüququna kompensasiyasız xitam verilməsi üçün yetərli deyildir. İstifadə hüququ məhdud əşya hüququ olduğundan, bu hüquq əşya ilə bağlı olduğundan, şəxsin mənzildə yaşamaması, nikaha girməsi bu hüququn xitamına səbəb olmur, bunun üçün iddiaçı tərəf şəxsin istifadə ehtiyaclarının aradan qaldırılmasına dair mötəbər sübutlar təqdim etməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan R espublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.1, 228.2, 228.5, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlara obyektiv qiymət verilməmişdir. Cavabdeh onun qızıdır, o, xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, əri ilə birlikdə ünvan 2 ünvanında yaşayır və formal olaraq iddiaçının mənzilində qeydiyyatdadır.

10. İşə baxılarkən mənzilin hazırkı mülkiyyətçisi X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-710/2023 nömrəli iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci insta nsiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması, daha sonra nikaha girərək ər evinə köçməsi ilə artıq həmin mənzildə yaşamadığı hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara düzgün qiymət verməmişdir. Cavabdeh məhkəmə iclasında ona sadəcə mənzilə qeydiyyatın lazım olduğunu bildirmişdir. Hazırda mənzil F.Yaqubovun xüsusi mülkiyyətində olduğundan cavabdehin həmin mənzilə qeydiyyata düşməsi də mülkiyyətçinin razılığı ilə mümkündür. Bu məqsədlə, o, yeni mülkiyyətçiyə (qardaşı Yaqubov Fəridə) müraciət edə bilər.

13. Məhkəmə gəldiyi nəticəni 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, Mülki Məcəllənin 228.2, 228.5, MPM-nin 14.2, 77.1 və 217.4-cü, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdeh Azərbaycan dilini yaxşı bilmədiyi üçün tərcüməçi tələb etsə də məhkəmə buna məhəl qoymamışdır. Həmçinin iddiaçının da milliyyətcə rus olmasını nəzərə almamış və tərcüməçi təyin etməmişdir. Bundan sonra məhkəmə qət namədə cavabdehin sözlərinin təhrifinə yol verərək, onun yalnız qeydiyyata düşmək üçün iddia tələbinə etiraz etdiyini göstərmişdir. Halbuki, o məhkəmədə yaşayış yerinin olmamasını hazırda kirayədə yaşadığını bildirməklə hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Məhkəmə isə onun mənzilin yeni mülkiyyətçisi yəni qardaşına mənzilə qeydiyyata alınmağı ilə bağlı müraciət edə biləcəyini barədə tövsiyə verməklə kifayətlənmişdir. Əgər kassatorun tələbi yalnız qeydiyyatla bağlı olsaydı, məhkəməyə deyil, qardaşına müraciət edərdi. Məhkəmə sadəcə iddiaçının verildiyi tələbə birtərəfli baxaraq, işi sadəcə iddiaçının xeyrinə həll etmişdir. Apellyasiya instansiyası kassatorun kirayədə qaldığını və yaşayış sahəsinə ehtiyacının olduğu halda onu mənzildəki yeganə yaşayış yerindən məhrum etməklə maddi v ə prosessual hüquq normalarının tələblərini kobud pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı (Vəkil2) kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

17. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi

19. Mad də

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

20. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı

21. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının h ədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

35. Azərbaycan dilini bilmədiyi və tərcüməçi ilə təmin edilmədiyi barədə cavabdehin dəlilləri açıq-aşkar əsassızdır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır, o, apellyasiya instansiya məhkəməsində vəkil lə təmsil olunmuş, məhkəmə iclasında izahat vermiş və icraatın aparıldığı dili bilmədiyi barədə məhkəməyə hər hansı məlumat və ya vəsatət verməmişdir.

36. Cavabdehin izahatının təhrif olunması barədə kassasiya şikayətinin dəlili də iş materialları ilə təsdiq olunmur. Belə ki, mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilik nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu məsə ləni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Baxılan iş üzrə cavabdeh tərəfindən məhkəmə iclas protokoluna qeydlər verilməmişdir.

37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-710/2023 nömrəli iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar